Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-574/2020 27.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkili Vəkiloğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 02 oktyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və vəkili Vəkiloğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1242/ 2018 saylı, 06 mart 2018ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8373/2018 saylı, 19 dekabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 apelyasiya şikayəti təmin olunmuş, hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin 06 mart 2018-ci il tarixli qətnaməsi ləğv olunmuş, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiasının rədd olunması, ekspertiza xərci olan 112 manatın İddiaçı ASC-dən Məhkəmə Ekspertizası Mərkəzinin nəfinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5023/19 saylı, 19 iyul 2019-cu il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 dekabr 2018-ci il tarixli qətnaməsi qismən Cavabdeh1 münasibətdə ləğv edilmiş, mülki iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmış, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 02 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi F.Babayev, hakimlər X.Mərdanova və E.Həsənov) cavabdeh Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1242/2018 saylı 06 mart 2018-ci il tarixli qətnaməsinin qismən-Cavabdeh2 pulun tutulması hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin olunmaması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 2776,45 manat əsas, 1167,86 manat faiz, 377,60 manat cərimə borcu olmaqla, cəmi 4321,91 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və vəkili Vəkiloğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 oktyabr 2019cu il tarixli qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 02.10.2019-cu il tarixli 2(103)-12279/2019 saylı qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən araşdırılması üçün a pellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkiloğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 02.10.2019-cu il tarixli qətnaməsinin Cavabdeh2 aid hissədə ləğv edilməsini, həmin hissədə iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası, Cavabdeh2 məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan məhkəmə kollegiyasın ın iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Bakı Apellyasiya Məhkəməsinin MK-nın qəbul etdiyi 02 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni, işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin Cavabdeh2 aid hissə də qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir, çünki qətnaməni Cavabdeh1 və iddiaçı müahisələndirməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərarında göstərmişdir ki, cavabdeh (borcalan) X2 Sabunçu Rayon Məhkəməsinin 06 mart 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verməyərək, həmin qətnamə ilə razılaşdığını dolayı yolla ifadə etmişdir. Lakin məhkəmə prosessual pozuntuya yol verərək, qətnamənin cavabdeh (borcalan) X1 aid hissəsini də yoxlamış və iddia tələbinin tamamilə rədd edilməsi barədə əsassız qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işdə olan yazılı sübutlar əsasında müəyyən edilmişdir ki, işdə olan borcverən qismində Bank tər əfindən imzalanmış və borcalan qismində Cavabdeh1 göstərildiyi 21 yanvar 2015-ci il tarixli 411 nömrəli kredit müqaviləsinə əsasən bank borcalana 18 ay müddətinə illik 24% olmaqla 3000 manat məbləğində kredit verməyi, borcalan isə krediti və hesablanacaq faizləri ödəniş cədvəlinə uyğun olaraq hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan zamin qismində Xnın göstərildiyi 21.01.2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən sonuncu borcalanın Bank qarşısında olan öhdəliklərinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 noyabr 2018-ci il tarixli, 26445 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş mülki iş materiallarının 11-ci səhi fəsindəki 21.01.2015-ci il tarixli zaminlik müqaviləsində “zamin Cavabdeh2” qrafasındakı və 21.01.2015-ci il tarixli zəmanət öhdəliyində “İmza” qrafasındakı imzalar Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hesab etmişdir ki, mülki işin məhkəmə baxışı zamanı təyin edilmiş ekspertiza nəticəsində iddiaçı tərəfindən Cavabdeh2 ilə aralarında öhdəlik münasibətlərinin yarandığını təsdiq edən sübut qismində təqdim edilmiş zaminlik müqaviləsinin Cavabdeh2 tərəfindən imzalanması öz təsdiqini tapmadığından iddiaçının həmin kredit müqaviləsindən irəli gələn pul tələbi barədə iddiasının Cavabdeh2 aid hissədə təmin edilməsi üçün hüquqi əsas yoxdur. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq norm alarının tətbiqi ilə bağlı aşağıdakıları qeyd etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (maddə 386.1). Mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyə tlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və həmin nəticəyə tətbiq etdiyi hüquq normaları düzgün olmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətində göstərilən dəlillərə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, kassator kassasiya şikayətində maddi və prosessual hüquq normalarını sadalamaqla kifayətlənmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən hansı hüquq normalarının düzgün tətbiq edilməməsini əsaslandıra bilməmişdir. Belə ki, həmin dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilir. K ollegiya belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə instansiyası tərəfindən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyə n maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğu üçün hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın iş üzrə 02 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-574/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-574/2020
27.01.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver