Məhkəmə qərarları › İş №2(102)-574/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-574/2023

13.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-574/2023 13.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: qanunsuz tikilinin sökülməsi, torpaq sahəsində qanunsuz tikinti aparılmasının qadağan edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X10 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı1 cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Cavabdeh1 və Bakı Şəhəri Xəzər Rayon İcra Hakimiyyəti) qanunsuz tikilinin sökülməsi vətorpaq sahəsində qanunsuz tikinti aparılmasının qadağan edilməsi tələb lərinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5732/2022 nömrəli iş üzrə 28 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. XXX ünvanda yerləşən 0,1156 ha bağ torpaq sahəsi xx.xx.2018-ci il tarixdə iddiaçının adına qeydə alınmışdır. Torpaq sahəsinə giriş-çıxış sahənin eni 21,21 m olan şimal-qərb hissəsindən nəzərdə tutulmuşdur (mübahisəli torpaq sahəsinə əks tərəf).

2. İddiaçı həmin torpaq sahəsində (0,1156 ha) yaşayış evi inşa etmək üçün eskiz layihəsi hazırlatmış və həmin layihənin X5 də bağ sahəsinə giriş-çıxış yuxarıda qeyd olunan yerdə göstərilmişdir. 3. xx.xx.2018-ci il tarixli Alqı-satqı müqaviləsinə əsasən id diaçı mülkiyyətində olan 0,1156 ha torpaq sahəsinin giriş-çıxış yeri olan tərəfindən 0,0356 ha hissəsini X3 və mülkiyyətində 0,08 ha torpaq sahəsi qalmışdır (xx.xx.2019-cu il tarixli çıxarış).

4. Bakı Şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Çöl Şüvəlan bağlar sahəsindəki 190 nömrəli kooperativin XXX nömrəli orderinin təsdiq olunmuş surətinə görə, Cavabdeh1 XXX nömrəli 0.12 ha torpaq sahəsi ayrılmışdır.

5. Xəzər RİH Başçısının Şüvəlan qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışda göstərilmişdir ki, Cavabdeh1 aid olan XXX nömrəli torpaq sahəsi Cavabdeh3 istifadəsində olmuşdur.

6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli XXX nömrəli rəy inə görə, iddiaçıya məxsus torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 nömrəli Bakı ərazi idarəsi tərəfindən Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Həmin plan-ölçü sənədinə əlavə edilmiş torpaq sahəsinin yerləşmə sxemində iddiaçıya məxsus torpaq sahəsinin qarşısında yerləşən və cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi boş sahə kimi nəzərdə tutulmuşdur. İddiaçıya məxsus torpaq sahəsinin qarşısında yerləşən və cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi elektrik xəttindən 4.10 metr aralıda yerləşməklə, “gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli qərarına əsasən elektrik xəttinin mühafizə z onasında yerləşdiyi müəyyən edilir. Tədqiq edilən ünvanda cavabdeh tərəfindən inşa edilmiş tikiliyə dair yuxarıda qeyd edilən müvafiq icazəverici sənədlər olmadığı təqdirdə həmin tikililərin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1. bəndinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın tələblərinə riayət olunmadığı müəyyən edilir. 7. “X8” MMC-nin tərtib etdiyi xx.xx.2022-ci il tarixli xxx nömrə li rəydə göstərilmişdir ki, təqdim olunmuş sənədləri (çıxarışlar, torpaq sahələrinin planı və ölçüsü, eskiz layihəsi, bölgü sxemi, məhkəmə ekspertizası mərkəzinin ekspert rəyi və s.) və “Google Yer” proqramının ortofoto (müxtəlif illərdə aparılmış aerokosmik çəkilişlər) görüntüləri nəzərə alaraq, XXX ünvanda yerləşən, İddiaçı1 xüsusi mülkiyyətində olan 55 nömrəli 0.08 ha bağ torpaq sahəsinin giriş-çıxış yolunun bağ torpaq sahəsinin şimal-şərq tərəfdən (ortofoto görüntülərinə istinadən şimal-şərq tərəfdən yol istiqamətində hasara alınmış və tikinti aparılmış qonşu torpaq sahəsi mövcuddur) nəzərdə tutulduğu müəyyən edilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tə rəfindən ona məxsus 55 nömrəli bağ sahəsinin qarşısında tikilən qanunsuz tikililərin (hasar və ev) sökülməsi və həmin ərazidə cavabdehlər və digər şəxslər tərəfindən tikinti işlərinin aparılmasının və torpağın zəbt olunmasının qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddianın əsaslarına görə, təxminən 2017-ci ildə 55 nömrəli bağ sahəsini almış və orada özünə bağ evi tikmişdir. Lakin bağ evini tikdikdən sonra ümumi istifadə olan yüksək gərginlikli elektrik xəttinin və yolun mühafizə zonasına düşən həmin torpağın yeganə girişçıxışı olan torpaq sahəsi Cavabdeh3 tərəfindən qanunsuz zəbt edilərək hasarlanmış, icra hakimiyyətinin razılığı olmadan qanunsuz və özbaşına ev tikməyə başlamış və yeganə giriş-çıxışı bağlayaraq ümumi istifadədə olan torpaq sahəsini zəbt etməklə o na məxsus torpaqdan istifadəni qeyri-mümkün etmişdir. Ona məxsus torpaq sahəsinin hər tərəfi digər mülkiyyətçilərin torpaq sahələri ilə əhatə olduğundan yeganə giriş-çıxışı yalnız cavabdeh tərəfindən zəbt olunmuş torpaq sahəsindən keçərək mümkündür. Bağ sahəsinin planı və ölçülərindən görünür ki, sağ və sol tərəfləri qonşularla, qabaq və arxası isə yol ilə sərhəddir. Bağ sahəsinin arxa hissəsindən 365 kv.m. hissəsini xx.xx.2018-ci il tarixli alqısatqı müqaviləsi ilə X1. Hazırda torpaq sahəsindən yeganə giriş-çıxışın məhz cavabdeh tərəfindən zəbt olunması ilə bağlı dəfələrlə Xəzər RPİ-yə şikayət etmiş, Xəzər Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanmış, cavabdehin əməli istintaqda verdiyi izahatlarla sübuta yetirilmiş, zəbt olunan torpaq sahəsinin ümumi istifadədə olması çıxarışlarla, eləcə də dövlət reyestr xidmətinin mütəxəssis rəyi ilə öz təsdiqini tapmışdır.

10. Cavabdeh3 iddiaya etiraz edərək, bildirmişdir ki, mübahisəli torpaq 1986-cı ildən onun mülkiyyəti olmuş, 1990-1991-ci illərdə Bağlar İdarəsi sənəd vermədiyindən başqa şəxsin adına sənəd almışdır. Bu torpaq onun ata-baba torpağı olmaqla, oradakı tikilini də özü tikmiş, orada qapı olmamış, işıq dirəyi 1996-cı ildə çəkilmişdir.

11. Cavabdeh2 iddiaya etiraz edərək, bildirmişdir ki, torpaq sahəsi 1992-ci ildə onun dayısı arvadı Cavabdeh1 adına ayrılmış, 1996-cı ildə işıq xətti çəkilmişdir. Dayısı 19911992-ci ildə xaricə gedəndə XXX həmin torpağın sənədini cavabdeh3ə vermişdir. Tikilini cavabdeh3lə birlikdə tikmişlər. Bu, onların torpağıdır.

12. Üçüncü şəxs Xəzər RİH iddiaya münasibətdə bildirmişdir ki, mübahisə li torpaq sahəsinə dair icra hakimiyyəti tərəfindən hər hansı bir hüquq müəyyənedici sənəd təqdim edilməmiş, həmçinin torpaq sahəsində tikinti işlərinin aparılmasına dair hər hansı bir razılıq, icazə verilməmişdir. Cavabdehlər tərəfindən aparılan tikinti işləri qanunsuzdur. Rayon icra hakimiyyətinin torpaq sahələrini icarəyə vermək səlahiyyəti yoxdur. Torpaq sahəsinin icarəyə verilməsinə Bakı Şəhər İcra Hakimiyyəti səlahiyyətlidir.

13. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-115/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim R.Xəzri) iddia tələbi təmin edilmiş, ünvan 55 nömrəli bağ sahəsinin qarşısında cavabdehlər tərəfindən tikilən tikililərin (hasar və ev) cavabdehlərin vəsaiti hesabına sökülməsi, ünvan 55 nömrəli bağ sahəsinin giriş-çıxış yolunun qarşısında tikin ti işlərinin aparılması və torpağın zəbt olunmasının cavabdehlər və digər şəxslərə qadağan edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 manatın cavabdehlərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “... məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən irəli sürülən tələblər sübutlarla öz təsdiqini tapmış, iş materialları və işin məhkəmə iclasında müəyyən edilən hallarından görünür ki, cavabdehlər qanunvericiliyin tələblərini pozmaqla hasar və tikili inşa etmiş, iddiaçının öz əmlakına yeganə giriş-çıxış yolunu zəbt etmişlər. Bununla da iddiaçı öz əmlakına dair mülkiyyət hüququnu həyata keçirmək imk anından məhrum olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı öz qanuni mülkiyyətində olan evin yeganə giriş-çıxış yolunu zəbt edən tikilinin sökülməsini məhkəmədən tələb etməyə haqlı olmuşdur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisə predmeti olan tikilinin inşa edilməsinə cavabdehlərin hüququ olmamışdır, həmin tikili iddiaçının maraqlarına toxunub, hüquqlarını pozduğundan, cavabdehlərin vəsaiti hesabına sökülməlidir. Həmçinin, həmin ünvanda giriş-çıxış yolunda hər hansı tikilinin inşa olunmasının qanunsuz olduğu və tikililərin sökülməli olduğu müəyyən edildiyindən, məhkəmə hesab edir ki, həmin ərazidə tikinti işlərinin aparılması və torpağın zəbt olunması cavabdehlər və digər şəxslərə qadağan edilməlidir.”

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Resp ublikası Mülki Məcəlləsinin 1XXX.1, 1XXX.2, 1XXX.3, 1XXX.4, 1XXX.5, 157.4 maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

16. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan Cavabdeh3 ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir.

17. Apelyasiya şikayətinin dəlillərinə görə, qətnamə qanunsuz və əsassızdır, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin heç bir hissəsi onun və digər şəxlər tərəfindən zəbt olunmayıb. İddiaçının bağ sahəsinin əvvəldən onun istifadəsində olan bağ sahəsinə tərəf giriş-çıxışı olmamışdır. Qeyd olunan bağ sahəsini 1991-ci ildə XXX adlı yaxınının adına almışdır və həmin dövrdən faktiki istifadə edir. Hələ 1986-cı ildə həmin torpaq sahəsi ona məxsus olub, sonra sənədləşməni yaxınının adına etmişdir.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-5732/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər V.Sadıqov (sədrlik edən və məruzəçi), E.Həsənov və X.Mərdanova) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia rədd olunmuşdur.

19. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “İş materiallarından görünür ki, iddiaçı xx.xx.2018-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında ümumi sahəsi 0,1156 ha olan ünvanda yerləşən torpaq sahəsini almış, xx.xx.2018-ci il tarixdə isə həmin sahənin 0,0356 ha hissəsini X2. İş materiallarında olan “Google Earth” proqramı vasitəsi ilə torpaq sahəsinin görüntülərindən, həmçinin ümumi sahəsi 0,1156 ha olan 55 nömrəli bağ torpaq s ahəsinin X4 müəyyən edilir ki, iddiaçıya məxsus torpaq sahəsinin giriş-çıxışı ilkin vəziyyətdə digər tərəfdən nəzərdə tutulmuş, daha sonra iddiaçı həmin giriş-çıxış tərəfdən torpaq sahəsinin 0,0356 ha hissəsini satmış və satdıqdan sonra giriş-çıxışı arxa tərəfdən açmaq istəmişdir, hazırki mübahisə də bununla bağlı yaranmışdır. İddiaçının giriş-çıxışını açmaq istədiyi arxa tərəfdə isə sıra boyu qonşu bağ sahələri, o cümlədən cavabdehin faktiki istifadəsində olan sahə mövcuddur. İddiaçı həmin sahələrin cavabdeh tərəfindən zəbt edildiyini bildirsə də, zəbt sahə olub-olmamasından asılı olmayaraq, həmin bağ sahələri başqa şəxslər tərəfindən faktiki istifadə olunan sahələrdir. Kollegiyanın sorğusuna 1 nömrəli Bakı Ərazi İdarəsindən verilmiş cavab məktubu ilə XXX nömrəli orderin, ona aid sənədlər in, orderin verilməsinə əsas olmuş Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli XXX nömrəli qərarından çıxarış, 190 nömrəli BTK-nın yerləşmə sxeminin təsdiq edilmiş surəti və sxematik xəritədən çıxarış təqdim edilmişdir.

43. XXX nömrəli orderdən görünür ki, Cavabdeh1 Bakı şəhər İcraiyyə Komitəsinin 16 oktyabr 1991-ci il tarixli XXX nömrəli qərarına əsasən Çöl Şüvəlan bağlar sahəsində 190 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan XXX nömrəli bağ ayrılmışdır. Cavab məktubunda eyni zamanda göstərilmişdir ki, sözügedən bağ sahəsinə dair cizgi sənədlər toplusunda aşkar olunmamışdır. Eyni zamanda 1 nömrəli Bakı Ərazi İdarəsinin təqdim etdiyi 190 nömrəli BTK-nın yerləşmə planında 55 nömrəli bağ sahəsi də əks olunmamışdır. İddiaçının nümayəndəsinin məhkəmə kollegiyasına təqdim et diyi Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(003)-1134/2010 nömrəli qətnaməsinin surətindən, X11, X9 adına olan orderlərin surətindən və həmin sənədlər üzrə verdiyi izahatdan belə aydın olur ki, iddiaçının mülkiyyətində olan 55 nömrəli bağ sahəsi və ona bitişik sahələr də vaxtı ilə cavabdeh3un istifadəsində (zəbtində) olmuş və yalnız adıçəkilən qətnamə əsasında sonuncudan alınaraq sahiblərinin adına rəsmiləşdirilmiş və 55 nömrəli bağ sahəsi də daxil olmaqla hər üç torpaq sahəsi hazırki iş üzrə İddiaçı1 satılmış, sonuncu da iki torpaq sahəsinin başqa şəxslərə satmış, 55 nömrəli bağ sahəsini isə özünə saxlamışdır. İş materiallarına əlavə edilmiş Xəzər RPİ-nin icraatında olmuş cinayət işi materiallarından görünür ki, cinayət işi üzrə məhkəmə torpaqşünaslıq ekspertiza keçirilmiş və ekspert rəyində göstərilmişdir ki, X6 naturada istifadəsində olan torpaq sahəsinin naturadakı sərhədləri yerində müəyyən edilmişdir, onun naturada istifadəsində olan torpaq sahəsinin hazırda İddiaçı1 faktiki istifadə etdiyi hasara alınmış torpaq sahəsinin qarşısında yerləşdiyi müəyyən edilir. X6 naturada istifadəsində olan torpaq sahəsi ilə İddiaçı1 faktiki istifadə etdiyi hasara alınmış torpaq sahəsinin üst-üstə düşmədiyi, İddiaçı1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş Seriya RX ******* nömrəli Çıxarışla və həmin çıxarışa əlavə edilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədi ilə ona məxsus olan ünvan 55 nömrəli 0,08 ha bağ sahəsinin hüdudlarından kənarda yerləşdiyi müəyyən edilir. Həmin vaxt Cavabdeh3 bildirmişdir ki, istifadə sində olan torpaq sahəsi qardaşının arvadı X7 orderlə ayrılmış bağ sahəsidir. Cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatı nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh3 faktiki istifadə etdiyi torpaq sahəsi XXXya məxsus olan torpaq sahəsidir. Beləliklə müəyyən edilir ki, İddiaçı1 məxsus torpaq sahəsinin ilkin vəziyyətdə girişçıxışı sonradan satdığı hissədən olmuş, daha sonra həmin giriş-çıxış olan sahəni başqasına satmışdır, satılmış olsa da hazırda həmin sahə boş sahədir. Arxa tərəfdən isə paralel xətt üzrə ayrı-ayrı şəxslərin istifadəsində olan bağ sahələri mövcuddur....... İddiaçının mülkiyyətində olan torpaq sahəsinin giriş-çıxış yolunun məhz cavabdehin zəbt etdiyi iddia olunan sahədən olması müəyyən edilməmişdir. Əksinə, aparılmış araşdırma (cinayət işi üzrə) nəticəsində müəyyən o lunmuşdur ki, iddiaçının yol kimi istifadəsinə verilməsini tələb etdiyi sahə XXXya ayrılmış bağ sahəsidir. Düzdür, cavabdeh istifadəsində olan sahənin gah XXXya, gah da Cavabdeh1 ayrılmış bağ sahəsi kimi təqdim etmişdir, ancaq göstərilən xüsusat ümumi mənzərəni dəyişmir.... iddiaçının həmin ərazidə üç torpaq sahəsi olmuş, onlardan ikisini sataraq, 55 nömrəli sahəni özündə saxlamış, lakin həmin sahənin də məhz giriş-çıxış tərəfdən olan hissəsini (0,03 ha) satmışdır, yəni iddiaçı arxa tərəfdən yol tələb etmədən də özünə rahat giriş- çıxış yolu saxlaya bilərdi, ona görə də 0,03 ha torpaq sahəsinin satılmasının zəruriliyi də şübhə doğuran haldır. “Google Earth” proqramı vasitəsi ilə müxtəlif illərdə təqdim olunan ortofoto görüntülərdən görünür ki, mübahisəli torpaq sahəsi iddiaçının bildirdiy i kimi yol olaraq boş sahə olmamışdır, həmin sıra boyu bağ sahələri mövcud olmuşdur, yol isə məhz həmin sahələrin qarşısından keçir.”

20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1XXX.1, 157.4, 180.1, 180.4-cü maddələrinə istinadla əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

21. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə tərəfindən Mülki Məcəllənin 140 və MPM-in 81-ci maddələrinin tələblərinə əsasən həmin məsələyə qiymət verən zaman iddiaçının torpaq sahəsinin qarşısında zəbt olunmuş torpaq sahəsinin boş torpaq sahəsi olmasını müəyyən etməli olduğu halda məhkəmə həmin halı ortofoto görüntülərə istinad edərək digər şəxslər tərəfindən də istifadə olunan torpaq sahəsinin yola eyni məsafədə olmasına istinad etmişdir. Sanki məhkəmə demək istəyir ki, başqa şəxslər (halbuki həmin torpaq sahələri də Cavabdeh3 tərəfindən zəbt olunmuşdur və faktiki onun istifadəsindədir) də zəbt olunan torpaq sahəsi ilə paralel sahələrdə istifadə olunduğuna görə şəxsin həmin torpaq sahəsini zəbt edib istifadə etməsi qəbul ediləndir. Mülki Məcəllənin 1XXX.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bakı Apellyasiya Məhkəməsinin hakimlərinin və onların çıxardığı qətnaməyə görə şəxs öz mülkiyyətinə sərəncam verməməli idi. Çıxış olan tərəfi satmamalı idi. Lakin tərəfindən iş materiallarına əlavə edilmiş alqı-satqı müqaviləsindən, bundan başqa alqı-satqı zamanı notarius tərəfindən təsdiq edilən və DƏDRX tərəfindən məqbul hesab edilən bölgü-sxemdən göründüyü kimi, torpaq sahəsinin hazırkı şəkildə satılması, ona yeni (o zaman boş olan sonradan zəbt olunan torpaq sahəsindən) çıxış verilməsi qanunvericiliyin tələblərinə uyğundur və bu alqı-satqı müqaviləsi və bölgü sxemlə öz təsdiqini tapır. Xəzər RİH-in nümayəndəsi məhkəmədə izahat verərək bildirmişdir ki, Cavabdeh3, Cavabdeh2 və eləcə də Cavabdeh1 torpaq sahəsinin ayrılmasına dair Xəzər RİH tərəfindən hər hansı bir hüquq müəyyənedici sənəd təqdim edilməmişdir, həmçinin, onların mülkiyyətində olmayan torpaq sahəsində tikinti işlərinin aparılmasına dair hər hansı bir razılıq, icazə verilməmiş, cavabdehlər tərəfindən aparılan tikinti işləri və tikililər qanunsuzdur. Lakin, Bakı Apellyasiya Məhkəməsi üçüncü şəxsin izahatlarını tədqiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı Cavabdeh3 etirazının dəlillərinə görə, Cavabdeh3 kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, bildirmişdir ki, cavabdeh, eləcə də digər şəxslər tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinə hər hansı müdaxilə edilməmiş və həmin torpaq sahəsi zəbt edilməmişdir. İddiaçının tələbi mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini satdıqdan sonra qalan torpaq sahəsinə digər tərəfdən giriş-çıxış verilməsi ilə əlaqədardır ki, bu hal məhz cavabdehlər t ərəfindən ona qarşı həyata keçirilməmişdir. Bundan əlavə, kassator şikayətinin əsası kimi Mülki Məcəllənin 140-cı maddəsinə istinad etmişdir ki, bu halı nə cavabdehlər, nə də apellyasiya məhkəməsi mübahisələndirməmişdir. Belə ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə bağlı reyestrdə aparılmış qeydiyyatın mötəbərliyi hazırkı vəziyyətdə mübahisə predmeti deyildir. Kassator nəzərə almamışdır ki, mülkiyyətində olan bağ sahəsinə bitişik boş torpaq sahəsi mövcud deyildir. Ola bilər ki, qonşu bağ sahələri hansısa səbəbdən dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydiyyata alınmamışdır. Lakin sahibləri gələcəkdə istədikləri vaxt qeydiyyatla bağlı müraciət etmək hüququna malikdirlər. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Pr otokol: Maddə

1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

25. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti n övündə ola bilər; Maddə

29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır; İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 1XXX.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan h üququdur; Maddə 1XXX.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Maddə 1XXX.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir; Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmi n sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yo l verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və pro sessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış (müəyyən edilmiş) sübu tlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülmüş dəlillər üzrə tam yoxlanılır.

30. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq nor malarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Baxılan iş üzrə apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddianı rədd etməklə işin müəyyən edilmiş hallarına uyğun olaraq düzgün nəticəyə gəlmişdir.

32. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmış, iş üzrə sübutetmə yükü düzgün bölüşdürülmüş və sübutlara hüquqi qiymət verilmişdir.

33. Kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə müəyyən olunan işin ən mühüm hallarından sayılan xx.xx.2018-ci il tarixdə iddiaçının adına qeydə alınmış XXX ünvanda yerləşən 0,1156 ha bağ torpaq sahəsinə giriş-çıxışın sahənin eni 21,21 m olan şimal-qərb hissəsindən (mübahisəli torpaq sahəsinə əks tərəfdə) nəzərdə tutulması, iddiaçının həmin torpaq sahəsində yaşayış evi inşa etmək üçün hazırlatdığı eskiz layihəsinin X5 də bağ sahəsinə giriş-çıxışın eyni yerdə göstərilməsi, iddiaçıya məxsus torpaq sahəsinin ilkin vəziyyətdə giriş-çıxışının sonradan satdığı hissədən olması, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin giriş-çıxış yolunun məhz cavabdehin zəbt etdiyi iddia olunan sahədən olmasının müəyyən edilməməsi barədə faktlar kassasiya şikayətində təkzib edilməmiş, bununla bağlı şikayətdə tutarlı heç bir dəlil göstərilməmişdir.

34. Bu kontekstdə, iddiaçı qanunda müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əm lakına sərbəst surətdə sahib olub, ondan istifadə edərək, əmlakın bir hissəsinə dair sərəncam verməklə, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə hərəkətlər etmiş, bununla mülkiyyətində olan torpaq sahəsindən ümumi yola çıxışını könüllü bağlamışdır ki, onun əvvəllər yola çıxışı kimi nəzərdə tutulmayan ərazidən keçidi təmin etmənin hüquqi imkanlarını mübahisələndirmədən həmin torpaq sahələri hazırda sahibliyində olan və iddiaçının mülkiyyətinə qəsd törətməyən (müdaxilə etməyən) şəxslərin inşa etdiyi tikililərin sökülməsi tələbini irəli sürməsi prosessual səmərəlilik baxımından da uğurlu olmamışdır.

35. Kassasiya şikayətinin dəlilləri işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nətic ələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı olduğu üçün, hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir.

36. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

37. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5732/2022 nömrəli iş üzrə 28 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar