Məhkəmə qərarları › İş №2(102)-5754/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5754/2020

30.11.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Torpaq münasibətləri üzrə sair mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5754/2020 30.11.2020 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs XXXi) iş Açar sözlər: qonşuluq hüququ, qonşu mülkiyyətinə hədsiz təsir Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, İddiaçının və onun vəkili X2, cavabdehin və onun vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-301/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları xx.xx.2011-ci il tarixli, AN-İ№ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən satıcı X3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ak. XXX küçəsi, 25 saylı evin 1/10 hissəsini alıcı İddiaçı (bundan sonra - iddiaçı) satmış və Bakı şəhəri, Nərimanov rayonu, Ak. XXX küçəsi, ev 25 (bundan sonra - mübahisəli 25 saylı ev) xüsusi mülkiyyət kimi xx.xx.2011-ci il tarixdə iddiaçının adına qeydiyyatdan keçmişdir. Ümumi sahəsi 305,89 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyətdə olmaqla, 0,04275 ha torpaq sahəsi istifadədədir. Bakı şəhəri, Nərimanov rayonu, Ak. XXX küçəsi, ev 27 xüsusi mülkiyyət kimi xx.xx.2016-cı il tarixdə Cavabdeh (bundan sonra - cavabdeh) adına qeydiyyatdan keçmişdir. Ümumi sahəsi 522,19 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyətdə olmaqla, 0,04703 ha torpaq sahəsi istifadədədir. Bakı şəhəri, Nərimanov rayonu, Ak. XXX küçəsi, ev 27C-də yerləşən fərdi yaşayış evi də daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına qeydiyyata alınmışdır. xx.xx.2017-ci il tarixli, AN-İ№ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən satıcı X5 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ak. XXX küçəsi, ev 27-də yerləşən fərdi yaşayış evinin iki otağını (bundan sonra - mübahisəli 27 saylı ev) cavabdehə satmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək mübahisəli 25 saylı evi n həyətinə açılan qapının bağlanması, həmin qapının yanında inşa edilmiş pilləkənin sökülməsi və cavabdehdən 200000 manat məbləğində mənəvi zərərin əvəzinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan 25 saylı evin həyətyanı torpaq sahəsi və yerləşdiyi torpaq sahəsi onun istifadəsindədir. Cavabdehə tikintiyə mübahisəli 27 saylı evin yerləşdiyi ünvanda aparılmasına razılıq bildirilməsinə baxmayaraq, o, iddiaçıya məxsus olan sahələri də zəbt edərək mübahisəli 25 saylı evin yerləşdiyi ünvanda da tikinti işləri aparmış, iddiaçının istifadəsində olan torpaq sahəsinə çıxış açmış, pilləkən tikmiş, onun gediş gəlişini məhdudlaşdırmış, istifadəsində olan torpaq sahəsindən istifadə hüquqlarını pozmuş, qanunvericilikdə bina lar arasında ara məsafəsinin saxlanılması üçün müəyyən edilmiş məsafələrə əməl etməmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı əsəb sarsıntıları keçirmişdir. Cavabdehə bu barədə bildirdikdə o, iddiaçıya ailə üzvlərinin yanında çox saymazyana kobudluqla cavab verir, onun ailə başçısı kimi nüfuzunu aşağılayır. Qanuni əmlaklarından məhrum olması, hələ üstəlik də əmlakdan məhrum edən şəxsin həddindən artıq kobud rəftarı, saymamazlığı nəticəsində mənəvi zərərə məruz qalmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(005)-877/19 nömrəli iş üzrə xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim K.Əmirxanova) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mübahisəli 25 saylı evin həyətinə açılan qapının bağlanması, həmin qapın ın yanında inşa edilmiş pilləkənin sökülməsi barədə iddia tələbləri ilə bağlı qeyd etmişdir ki, bu tələblər iddiaçı tərəfindən ümumiyyətlə əsaslandırılmamışdır. Məhkəmə iclasında araşdırımış sübutlarla cavabdehin öz mülkiyyətində olan əmlakın yaxşılaşdırıması nəticəsində iddiaçının əmlak və ya digər hüquqlarının pozulması sübuta yetirilməmişdir. Bu səbəbdən məhkəmə mübahisəli ünvanda cavabdehə məxsus tikilidə açılmış qapınin və tikilmiş pilləkənin sökülməsi üçün əsas görməmiş və iddianın bu hissədə rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə iddiaçının mənəvi ziyan tələbi ilə bağlı hesab etmişdir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsinin cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəb li əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən olunmadığından iddia mənəvi zərərin tutulması hissəsində də təmin edilə bilməz. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 157.4, 171-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2020-ci il tarixli, 19794 saylı rəyi ilə Bakı şəhəri Nərimanov rayonu, X8 küçəsində yerləşən ev 27 ünvanda yerləşən cavabdehə məxsus olan obyektin (binanın) giriş-çıxış qapısının layihə sənədlərinə əsasən, 1-ci mərtəbədə binanın daxilindən xaricə doğru (faktiki həyətyanı sahəyə tərəf) açılması nəzərdə tutulduğu, tədqiq olu nan binanın faktiki parametrlərinin (planlı yerləşməsinin, ölçülərinin və s.) eləcə də giriş-çıxış qapısının yerləşmə vəziyyətinin eskiz layihəsinin göstəricilərinə uyğun olduğu müəyyən olunmuşdur. Rəyə görə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 05/06-PA/A-24/2-28 saylı, xx.xx.2018-ci il tarixli məktubuna əsasən, tədqiq olunan binanın inşası ilə əlaqədar şəhərsalma və tikinti qanunvericiliyinin aşağıdakı tələblərinin pozulduğu müəyyən edilmişdir: 1) Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələbləri pozularaq, tikintisinə icazə tələb olunan tikinti obyektinə məlumatlandırma icraatı tətbiq olunmuşdur; 2) Tikinti obyektinin təyinatı özbaşına dəyişdirilərək, tibb müəssisəsi kimi istifadə olunur; 3) ərazinin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı qaydaların tələbləri pozulmuşdur; 4) yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə, 69.5-ci maddənin tələblərinə əməl edilməmişdir. Bu səbəbdən şikayətçinin evinin dam örtüyünə ziyan vurulmuş və tələb olunan səviyyədə təmir olunmamışdır; 5) özəl klinikadan fərdi yaşayış evinin həyətinə giriş qapısı açılmışdır ki, bu da sanitar-gigyenik normaların pozulmasıdır; 6) təqdim olunmuş layihə Tikinti üçün Layihə sənədləri Sisteminin (TLSS), AZS ГОСТ 21 501-210 və AZS ГОСТ 21 ***-**** tələblərinə uyğun işlənməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-301/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.Sarıyev (sədrlik edən və məruzəçi), E.Mehdiyev və Ş. Məmmədova) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmiş, mübahisəli 25 saylı evin həyətinə 27 saylı ünvandan açılan qapının bağlanması, həmin qapının yanında inşa edilmiş pilləkənin sökülməsi, qapının bağlanması və pilləkənin sökülməsinin cavabdehin hesabına həyata keçirilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Azərbaycan Respubl ikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2018-ci il tarixli, 05/06-RA/A-24/2-2867 saylı məktubuna və Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2019-cu il tarixli, C-49/2-148/2 saylı məktuba istinad edərək, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyini mötəbər sübut kimi qiymətləndirən Kollegiya qeyd etmişdir ki, Nərimanov Rayon İcra Hakimiyyətinin xx xxxxxx 2017-ci il tarixli, S-59-159 saylı məktubu ilə Ak.Həsən Əliyev küçəsi 27 ünvanında cavabdehə məlumatlandırma icraatı qaydasında fərdi yaşayış evinin tikinti layihəsinə razılıq verilmişdir. Hazırda isə həmin obyektdə özəl tibb müəssisəsi fəaliyyət göstərir. Buna görə də, cavabdeh tərəfindən şəhərsalma və tikinti qanunvericiliyinin bir sıra tələbləri pozulmuş, özəl klinikadan fərdi yaşa yış evinin həyətinə giriş qapısı açılmışdır ki, bu da sanitar-gigyenik normaların pozulmasıdır. Məhkəmə mübahisəyə Mülki Məcəllənin 170.1-ci maddəsini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, mübahisəli 25 saylı evin həyətinə mübahisəli 27 saylı ünvandan açılan qapı bağlanmalı, həmin qapının yanında inşa edilmiş pilləkən sökülməli, qapının bağlanması və pilləkənin sökülməsi cavabdehin hesabına həyata keçirilməlidir. Kollegiya, həmçinin qeyd etmişdir ki, iddiaçı iddia tələbində mənəvi ziyanın tutulmasının əsası kimi istnad etdiyi cavabdehin hərəkətləri nəticəsində stres və həyəcan, mənəvi sarsıntı və iztirab keçirdiyini və s. göstərsə də, bunların nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, vurulan mənəvi ziyana görə maddi təzminatın 200.000 manat miqdarında h esablanmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də Kollegiya hesab etmişdir ki, iddia tələbi mənəvi zərər hissəsində təmin edilməməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddianı qismən təmin edərkən apelyasiya instansiyası məhkəməsi özünün gəldiyi nəticəni əsaslandıran heç bir maddi hüquq normasına istinad etməmiş, sadəcə sanitar-gigiyenik normaların pozulduğunu qeyd etməklə kifayətlənmiş, özü də bu ifadəni olduğu kimi ekspert r əyindən götürmüş, həmçinin prosessual hüquq normalarının tələblərinin ciddi pozuntusuna yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı iddiaçı tərəfindən verilmiş yazılı etirazda kassasiya şikayətinin təmin olunmaması, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh və onun vəkili məhkəmə iclasında kassasiya şikayətinin təmin olunmasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdilər. İddiaçı və onun vəkili məhkəmə iclasında kassasiya şikayətinin təmin olunmamasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmas ı barədə qərar qəbul olunmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs XXXinin nümayəndəsi hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalar ının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdeh tərəfindən iddianın təmin edilmiş hissəsində mübahisələndirildiyindən məhkəmə aktı həmin hissədə yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). Əgər mülkiyyətə qəsd və ya başqa maneələ r əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər (maddə 157.4). Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (maddə 152.5). İkitərəfli təsirlərin törəyə biləc əyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır (maddə 170.1). Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir (maddə 170.2). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilmiş hissəsində apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə - iddianın təmin edilməsi hissəsində ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, mülkiyyət hüququ mütləq hüquq deyildir və hər kəsin öz mülkiyyətindən başqalarının, o cümlədən qonşuların hüquqlarını pozmamaq şərti ilə istifadə etməsinə yol verilir. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin olunmuş hissəsində öz mövqeyini Mülki Məcəllənin 170.2-ci maddəsinə istinadla əsaslandırmışdır. Həmin normaya əsasən öz mülkiyyət hüququnu həyata keçirən şəxslərə qonşunun mülkiyyətinə hədsiz təsir edilməsi qadağan edilmişdir. Eyni zamanda Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İşə baxmış apellyasiya instansiyası məhkəməsi işdə olan sübutlara, dövlət orqanlarının rəsmi məktublarına və ekspert rəyinə əsasən müəyyən etmişdir ki, cavabdeh tərəfindən qonşuluq hüququ pozulmuş, onun tərəfindən iddiaçının mükiyyətinə hədsiz təsir edilmişdir. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma ap arılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya nəzərə alır ki, MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-301/2020 nömrəli iş ü zrə xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar