Məhkəmə qərarları › İş №2(103)-301/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-301/2020

17.06.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Torpaq münasibətləri üzrə sair mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-301/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, X6 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi X2 iştirakları ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(005)-877/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı, (cavabdeh tərəfində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Nərimanov rayon İcra Hakimiyyəti cəlb edilməklə) qanunsuz tikilinin sökülməsi, ona məxsus olmuş tikililərin bərpa edilməsi, torpağın istifadəsinə qaytarılması və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov rayonu, X13 küçəsində yerləşən ev 25-də iddiaçıya məxsus tikililərin yerində apardığı qanunsuz tikilinin onun hesabına sökülməsi, ərizəçiyə məxsus olan tikililər Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsinin tərtib etdiyi “Daşınmaz əmlakın texniki pasportunda göstərilən parametrlərdə cavabdeh tərəfindən bərpa edilməsi, iddiaçının mülkiyyətində olan “V” və “Q” tikililərin altında olan torpaq sahəsi cavabdeh tərəfindən onun istifadəsinə qaytarılması və Cavabdeh onun xeyrinə 200000 manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Azərbayan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri Nərimanov rayonu, X13 küçəsində yerləşən ev 25 iddiaçının xüsusi mülkiyyətindədir, evin həyətyanı torpaq sahəsi və yerləşdiyi torpaq sahəsi onun istifadəsindədir. Həmin ev “A", “B”, “Q”, “V” tikililərindən, saray, sanitar qovşağı, qapı və hasardan ibarətdir. Bütün dedikləri həm çıxarış, həm də dövlət orqanının tərtib və təsdiq etdiyi texniki pasport ilə təsdiqlənir. Lakin Cavabdeh daşınmaz əmlakın dövlət reyestrində onun mülkiyyəti kimi qeydə alınmış “V" və “Q” tikililərini sökmüş, yerində qanunsuz olaraq qeyri-yaşayış sahəsi inşa edir, həmin qeyriyaşayış sahəsini inşa edən zaman Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş bütün normaları pozmuş və pozmaqda davam edir. Belə ki, ona tikintiyə “Bakı şəhəri Nərimanov rayonu, X13 küçəsi, 27 ünvanda aparılmasına razılıq bildirilməsinə baxmayaraq, o, iddiaçıya məxsus olan sahələri də zəbt edərək Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsi, 25 ünvanda da tikinti işləri aparmış, iddiaçının istifadəsində olan torpaq sahəsinə çıxış açmış, pilləkən tikmiş, onun gediş gəlişini məhdudlaşdırmış, istifadəsində olan torpaq sahəsindən istifadə hüquqlarımı pozmuş, respublika qanunvericiliyi ilə binalararasında ara məsafəsinin saxlanılması üçünmüəyyən edilmiş məsafələrə əməl etməmişdir. Bu Azərbaycan Respublikasım Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2018-ci il tarixli, 05/06-PA/A-24/2-2367 nömrəli məktubu ilə də təsdiqlənir. Həmin məktubda göstərilir: “Nərimanov rayon icra Hakimiyyətinin xx xxxxxx 2017-ci il tarixli,S-59-159 nömrəli məktubu ilə Ak.Həsən Əliyev küçəsi, 27 ünvanında vətəndaş Cavabdeh məlumatlandırma icraatı qaydasında fərdi yaşayış evinin tikinti layihəsinə razılıq verilmişdir. Hazırda isəhəmin obyektdə özəl tibb müəssisəsi fəaliyyət göstərir. Beləliklə şəhərsalma və tikinti qanunvericiliyinin aşağıdakı tələbləri pozulmuşdur: Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələblər pozularaq tikintisinə icazə tələb olunan tikinti obyektinə məlumatlandırma icraatı tətbir olunmuşdur. Tikinti obyektinin təyinatı özbaşına dəyişdirilərək tibb müəssisəsi kimi istifadə olunur. Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı qaydaların tələbləri pozulmuşdur. Yanaşı sahələrdətikinti aparılmasının əsas şərtlərinə, 69.5-ci maddənin tələblərinə əməl edilməmişdir. Özəl tikintidən fərdi yaşayış evinin həyətinə qapı açılmışdır ki, bununla da sanitar-gigiyenik normaların pozulmuşdur. Təqdim olunmuş layihə Tikinti üçün Layihə sənədləri Sisteminin (TLSS), AZS DÖST 21501-2010 və AZS DÖST 21508-2010 tələblərinə uyğunişlənilməmişdir. Belə ki, kəsiyə düşən və düşməyən konstruksiya və elementlərin cizgisində xətlərin qalınlığında fərq qoyulmamış, plan və kəsik cizgisində qapı və pəncərə boşluqlarının ara ölçüləri göstərilməmiş, obyektin baş planı ərazinin istinad planına uyğun işlənilməmişdir.” Cavabdehin qanunsuz hərəkətləri, iddiaçının mülkiyyətində olan evlərin sökülməsi, istifadəsində olan torpaq sahələrinin zəbt edilməsi nəticəsində mən əsəb sarsıntıları keçirmişəm. İnsan bir adi əşyanı itirəndə həyəcanlanır, psixi gərginliyə düçar olur, o ki, olsun iki ev qanunsuz olaraq sökülsün, düz qapının yanında özgə bir adam qanunsuz tikililər ucaltsın. Cavabdehə bu barədə bildirdikdə o, iddiaçıya ailə üzvlərinin yanında çox saymazyana kobudluqla cavab verir, onun ailə başçısı kimi nüfuzunu aşağılayır. İddiaçının qanuni əmlaklarından məhrum olmağı, hələ üstəlik də əmlakdan məhrum edən şəxsin həddindən artıq kobud rəftarı, saymamazlığı nəticəsində o, mənəvi zərərə məruz qalmışdır. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsinə dair ərizə təqdim edrərək, Bakı şəhəri Nərimanov rayonu, X13 küçəsində yerləşən ev 25-in həyətinə açılan qapının bağlanması, həmin qapının yanında inşa edilmiş pilləkənin sökülməsi və Cavabdeh iddiaçının xeyrinə 200000 manat məbləğində mənəvi zərərin əvəzi tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(005)-277/2019 saylı qətnaməsi ilə ərizənin təmin edilməməsi qət edilmişdir. İddiaçı tərəfindən Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsindən şikayət verilərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə iddia tələbini rədd edərkən cavabdehin qeyri-yaşayış sahəsindən iddiaçının mülkiyyətində olan həyətinə qapı açaraq cavabdehin öz mülkiyyətində olan əmlakın yaxşılaşdırılması nəticəsində iddiaçının əmlak və ya digər hüquqlarının pozulmaması nəticəsinə gəlmişdir. Lakin Cavabdeh daşınmaz əmlakın dövlət reyestrində onun mülkiyyəti kimi qeydə alınmış yaşayış evlərinin həyətinə, onun istifadəsində olan torpaq sahəsinə çıxış açmış, pilləkən tikmiş, onun gediş-gəlişimi məhdudlaşdırmış, istifadəsində olan torpaq sahəsindən istifadə hüquqlarını pozmuş, respublika qanunvericiliyi ilə binalar arasında ara məsafəsinin saxlanılması üçün müəyyən edilmiş məsafələrə əməl etməmişdir. “Nərimanov rayon İcra Hakimiyyətinin xx xxxxxx 2017-ci il tarixli, S-59-159 nömrəli məktubu ilə Ak.Həsən Əliyev küçəsi, 27 ünvanında vətəndaş Cavabdeh məlumatlandırma icraatı qaydasında fərdi yaşayış evinin tikinti layihəsinə razılıq verilmişdir. Hazırda isə həmin obyektdə özəl tibb müəssisəsi fəaliyyət göstərir. Özəl tikintidən fərdi yasavıs evinin həyətinə qapı acılmışdır ki, bununla da sanitar-gigiyenik normaları pozulmuşdur. Təqdim olunmuş layihə Tikinti üçün Layihə sənədləri Sisteminin (TLSS), AZS DÖST 21501-2010 və AZS DÖST 21508-2010 tələblərinə uyqun işlənilməmişdir. Belə ki, kəsiyə düşən və düsməyən konstruksiya və elementlərin cizgisində xətlərin qalınlığında fərq qoyulmamış, plan və kəsik cizgisində qapı və pəncərə boşluğlarının ara ölçüləri göstərilməmiş, obyektin bas planı ərazinin istinad planına uyqun işlənilməmişdir”. Cavabdehin qanunsuz hərəkətləri, istifadəsində olan torpaq sahələrinin zəbt edilməsi nəticəsində o, əsəb sarsıntıları keçirmişdir. Cavabdehə bu barədə bildirdikdə o ona ailə üzvlərinin yanında çox saymazyana kobudluqla cavab verir, get hara istəyirsən şikayət elə ifadələrini işlədir, onun ailə başçısı kimi nüfuzunu aşağılayır. Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun vəkili və nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini və iddia tələbinin təmin edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etdilər. Cavabdeh, cavabdeh tərəfində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Nərimanov rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və 3-cü şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün saydı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iddiaçını, onun nümayəndəsi və vəkilini dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(005)- 877/2019 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2011-ci il tarixli AN-İ№ ******* saylı Daşınmaz Əmlakın alğı-satqı müqaviləsindən görünür ki, satıcı X3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ak. H.Əliyev küçəsi, 25 saylı evin 1/10 hissəsini alıcı İddiaçı satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı X9 fərdi yaşayış evinə dair texniki pasportdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ak. H.Əliyev küçəsi, ev 25-də yerləşən fərdi yaşayış evi **********009-10301 reyestr nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Ak. H.Əliyev küçəsi, ev 25 xüsusi mülkiyyət kimi xx.xx.2011-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. Ümumi sahəsi 305,89 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyətdə olmaqla, 0,04275 ha torpaq sahəsi isə istifadədədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Ak. H.Əliyev küçəsi, ev 27 xüsusi mülkiyyət kimi xx.xx.2016-cı il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir. Ümumi sahəsi 522,19 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyətdə olmaqla, 0,04703 ha torpaq sahəsi isə istifadədədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı X9 fərdi yaşayış evinə dair texniki pasportdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ak. H.Əliyev küçəsi, ev 27C-də yerləşən fərdi yaşayış evi **********20-10301 reyestr nömrəsi ilə Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli AN-İ№ ******* saylı Daşınmaz Əmlakın alğı-satqı müqaviləsindən görünür ki, satıcı X8 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ak. H.Əliyev küçəsi, ev 27-də yerləşən fərdi yaşayış evinin iki otağını alıcı Cavabdeh satmışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Bakı şəhəri Nərimanov rayonu, X13 küçəsindəyerləşən ev 25-in həyətinə açılan qapının bağlanması, həmin qapının yanında inşa edilmişpilləkənin sökülməsi barədə iddia tələbləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, butələblər iddiaçı tərəfindən ümumiyyətlə əsaslandırılmamışdır. Məhkəmə iclasındaaraşdırımış sübutlarla cavabdehin öz mülkiyyətində olan əmlakın yaxşılaşdırımasınəticəsində iddiaçının əmlak və ya digər hüquqlarının pozulması sübuta yetirilmədi. Busəbəbdən məhkəmə mübahisəli ünvanda cavabdehə məxsus tikilidə açılmış qapınin vətikilmiş pilləkənin sökülməsi üçün əsas görmür və iddianın bu hissədə rədd edilməsiqənaətinə gəlir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2018-ci il tarixli, 05/06-RA/A-24/2-2867 saylı məktubundan görünür ki, Nərimanov rayon İcra Hakimiyyətinin xx xxxxxx 2017-ci il tarixli S-59-159 saylı məktubu ilə Ak.Həsən Əliyev küçəsi, 27 ünvanında vətəndaş Cavabdeh məlumatlandırma icraatı qaydasında fərdi yaşayış evinin tikinti layihəsinə razılıq verilmişdir. Hazırda isə həmin obyektdə özəl tibb müəssisəsi fəaliyyət göstərir. Beləliklə şəhərsalma və tikinti qanunvericiliyinin aşağıdakı tələbləri pozulmuşdur: 1) Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələbləri pozularaq, tikintisinə icazə tələb olunan tikinti obyektinə məlumatlandırma icraatı tətbiq olunmuşdur; 2) Tikinti obyektinin təyinatı özbaşına dəyişdirilərək, tibb müəssisəsi kimi istifadə olunur; 3) ərazinin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı qaydaların tələbləri pozulmuşdur; 4) yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə, 69.5-ci maddənin tələblərinə əməl edilməmişdir. Bu səbəbdən şikayətçinin evinin dam örtüyünə ziyan vurulmuş və tələb olunan səviyyədə təmir olunmamışdır; 5) özəl klinikadan fərdi yaşayış evinin həyətinə giriş qapısı açılmışdır ki, bu da sanitar-gigyenik normaların pozulmasıdır; 6) təqdim olunmuş layihə Tikinti üçün Layihə sənədləri Sisteminin (TLSS), AZS ГОСТ 21 501-210 və AZS ГОСТ 21 ***-**** tələblərinə uyğun işlənməmişdir. Belə ki, kəsiyə düşən və düşməyən konstruksiya və elementlərin cizgisində xətlərin qalınlığında fərq qoyulmamış, plan və kəsik cizgisində qapı və pəncərə boşluqlarının ara ölçüləri göstərilməmiş, obyektin baş planı ərazisinin istinad planına uyğun işlənməmişdir. İş materiallarından Nərimanov rayon İcra Hakimiyyətin tərəfindən Cavabdeh ünvanlanmış (surəti məlumat üçün İddiaçı) xx.xx.2019-cu il tarixli, C-49/2-148/2 saylı məktubuna əsasən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-cı maddəsinə əsaslanaraq, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, ******* saylı Çıxarışa əsasən Cavabdeh məxsus olan Ak.Həsən Əliyev küçəsi, 27 ünvanında yerləşən fərdi evin sökülüb, yenidən tikintisinə Nərimanov rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli, S-59-159 saylı məktubu ilə razılıq verilmiş, inşa edilməsi təklif olunan yeni evin eskiz layihəsi müvafiq qaydada razılaşdırılmışdır. Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən daxil olmuş xx.xx.2018-ci il tarixli, 05/06-RA/A-24/2-2867 saylı məktubla tikintiyə dair bir sıra irad və nöqsanlar bildirilmişdir. O cümlədən: 1.Tikinti obyektinin təyinatı dəyişdirilərək, ərazidəki mövcud “NEWMED klinikasının əlavə korpusu kimi istifadə olunması üçün qeyri-yaşayış sahəsi kimi hazır vəziyyətə gətirilmişdir. 2.Özəl klinikadan fərdi yaşayış evinin həyətinə qapı açılmış, nəticədə sanitar-gigiyenik normalar pozulmuşdur.3.Yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əməl edilməmiş, bu səbəbdən şikayətçi İddiaçı mənzilinin dam örtüyünə ziyan vurulmuş və tələb olunan səviyyədə təmir edilməmişdir. Yaşayış sahələrinin özbaşına, müvafiq sənədləşdirmə aparılmadan qeyri-yaşayış sahəsi kimi istifadə olunması tamamilə qanunsuz və yolverilməzdir. Bu barədə Cavabdeh rəsmi surətdə məlumat verilmişdir. Odur ki, inşa olunmuş yeni tikilidən mövcud sənədlərə uyğun, yəni yalnız yaşayış sahəsi kimi istifadə edilməsi və yuxarıda qeyd edilən çatışmazlıqların təcili aradan qaldırılmasının təmin edilməsi Cavabdeh təkrar tələb olunur. Nəzərə çatdırılır ki, tələb yerinə yetirilmədiyi təqdirdə tikinti işlərinin aparılmasına dair tərəflərindən verilmiş razılıq qüvvəsindən düşmüş hesab olunacaq və tikili ilə bağlı hüquqi-inzibati tədbirlərin görülməsi barədə məhkəmə orqanı qarşısında vəsatət qaldırılacaqdır. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2020-ci il tarixli, 19794 saylı rəyindən görünür ki, Bakı şəhəri Nərimanov rayonu, X13 küçəsində yerləşən ev 27 ünvanda yerləşən cavabdehə məxsus olan obyektiin (binanın) giriş-çıxış qapısının layihə sənədlərinə əsasən, 1-ci mərtəbədə binanın daxilindən xaricə doğru (faktiki həyətyanı sahəyə tərəf) açılması nəzərdə tutulduğu müəyyən edildi. Tədqiq olunan binanın faktiki parametrlərinin (planlı yerləşməsinin, ölçülərinin və s.) eləcə də giriş-çıxış qapısının yerləşmə vəziyyətinin eskiz layihəsinin göstəricilərinə uyğun olduğu, lakin binanın daxilində bir neçə arakəsmə divarlar hörülərək əlavə tikililər (otaqlar) yaraldığı müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 05/06-PA/A-24/2-28 saylı, xx.xx.2018-ci il tarixli məktubuna əsasən, tədqiq olunan binanın inşaası ilə əlaqədar şəhərsalma və tikinti qanunvericiliyinin aşağıdakı tələblərinin pozulduğu müəyyən edilmişdir: 1) Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələbləri pozularaq, tikintisinə icazə tələb olunan tikinti obyektinə məlumatlandırma icraatı tətbiq olunmuşdur; 2) Tikinti obyektinin təyinatı özbaşına dəyişdirilərək, tibb müəssisəsi kimi istifadə olunur; 3) ərazinin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı qaydaların tələbləri pozulmuşdur; 4) yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə, 69.5-ci maddənin tələblərinə əməl edilməmişdir. Bu səbəbdən şikayətçinin evinin dam örtüyünə ziyan vurulmuş və tələb olunan səviyyədə təmir olunmamışdır; 5) özəl klinikadan fərdi yaşayış evinin həyətinə giriş qapısı açılmışdır ki, bu da sanitar-gigyenik normaların pozulmasıdır; 6) təqdim olunmuş layihə Tikinti üçün Layihə sənədləri Sisteminin (TLSS), AZS ГОСТ 21 501-210 və AZS ГОСТ 21 ***-**** tələblərinə uyğun işlənməmişdir. Belə ki, kəsiyə düşən və düşməyən konstruksiya və elementlərin cizgisində xətlərin qaqalınlığında fərq qoyulmamış, plan və kəsik cizgisində qapı və pəncərə boşluqlarının ara ölçüləri göstərilməmiş, obyektin baş planı ərazisinin istinad planına uyğun işlənməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. MM-nin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Beləliklə, kollegiya işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymət verərək hesab edir ki, Nərimanov rayon İcra Hakimiyyətinin xx xxxxxx 2017-ci il tarixli S-59-159 saylı məktubu ilə Ak.Həsən Əliyev küçəsi, 27 ünvanında vətəndaş Cavabdeh məlumatlandırma icraatı qaydasında fərdi yaşayış evinin tikinti layihəsinə razılıq verilmişdir. Hazırda isə həmin obyektdə özəl tibb müəssisəsi fəaliyyət göstərir. Buna görə də, cavabdeh tərəfindən şəhərsalma və tikinti qanunvericiliyinin bir sıra tələbləri pozulmuşdur: Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələbləri pozularaq, tikintisinə icazə tələb olunan tikinti obyektinə məlumatlandırma icraatı tətbiq olunmuşdur; tikinti obyektinin təyinatı özbaşına dəyişdirilərək, tibb müəssisəsi kimi istifadə olunur; ərazinin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı qaydaların tələbləri pozulmuşdur; yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə, 69.5-ci maddənin tələblərinə əməl edilməmişdir. Bu səbəbdən iddiaçının evinin dam örtüyünə ziyan vurulmuş və tələb olunan səviyyədə təmir olunmamışdır; özəl klinikadan fərdi yaşayış evinin həyətinə giriş qapısı açılmışdır ki, bu da sanitar-gigyenik normaların pozulmasıdır; təqdim olunmuş layihə Tikinti üçün Layihə sənədləri Sisteminin (TLSS), AZS ГОСТ 21 501-210 və AZS ГОСТ 21 ***- **** tələblərinə uyğun işlənməmişdir. Belə ki, kəsiyə düşən və düşməyən konstruksiya və elementlərin cizgisində xətlərin qalınlığında fərq qoyulmamış, plan və kəsik cizgisində qapı və pəncərə boşluqlarının ara ölçüləri göstərilməmiş, obyektin baş planı ərazisinin istinad planına uyğun işlənməmişdir. Buna görə də, Bakı şəhəri Nərimanov rayonu, X13 küçəsində yerləşən ev 25-in həyətinə 27 saylı ünvandan açılan qapı bağlanmalı, həmin qapının yanında inşa edilmiş pilləkən sökülməlidir. Qapının bağlanması və pilləkənin sökülməsi Cavabdeh hesabına həyata keçirilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarına göstərilir ki, “məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.” Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəldiyindən, mənəvi ziyan qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər şəxsin qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri və s.) hüquqlarını pozmaqla ona mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X10 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya"nın 41-ci maddəsinə və X10 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və X10 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi, barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsidir) zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Kollegiya qeyd edir ki, iddiaçı iddia tələbində mənəvi ziyanın tutulmasının əsası kimi istnad etdiyi cavabdehin hərəkətləri nəticəsində stres və həyəcan, mənəvi sarsıntı və iztirab keçirdiyini və s. göstərsə də, bunların nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, vurulan mənəvi ziyana görə maddi təzminatın 200.000 manat miqdarında hesablanmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Müki Prosessual Məcəllənin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Kollegiya hesab edir ki, iddia tələbi mənəvi zərər hissəsində təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarınş əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. X10 Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya.qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” işi üzrə xx.xx.1982-ci il tarixli qərarı; “X11rşı” işi üzrə xx.xx.1984-cü il tarixliqərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxx 2006-cı il tarixli qərarııida göstərmişdir ki, mülki prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işini faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda möhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki eksertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh alınınıb, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(005)-877/2019 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Nərimanov rayonu, X13 küçəsində yerləşən 25 saylı evin həyətinə 27 saylı ünvandan açılan qapı bağlansın, həmin qapının yanında inşa edilmiş pilləkən sökülsın. Qapının bağlanması və pilləkənin sökülməsi Cavabdeh hesabına həyata keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə tikinti-texniki eksertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Cavabdeh alınınıb, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar