Məhkəmə qərarları › İş №2(102)-5755/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5755/2022

22.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5755/2022 22.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativinə və Cavabdeh2 qarşı ilkin iddiası və Cavabdeh2 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiası üzrə QƏRARİ iş № 2(102)-5755/2022 Açar sözlər: Əmlaka zərər yetirmədən ondan ayırmaq mümkün olmayan yaxşılaşdırma üçün çəkilən məsrəflərin əvəzinin vicdanlı sahibə ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkkül oğlu, Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Korporativinə və Cavabdeh2 qarşı mənzilə çəkilən təmir xərclərinin tutulması tələbinə dair ilkin iddiası, Cavabdeh2 cavabdeh İddiaçı qarşı dəymiş zərərin tutulması tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3587/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 21 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli 039 saylı müqaviləyə əsasən MTK Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 63-də inşa etdiyi 16 mərtəbəli yaşayış və ofis binasının 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 121,1 kv.m olan 3 otaqlı 39 saylı mənzili İddiaçı 119500 manata satmışdır.

2. Həmin mənzil Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən Cavabdeh2 satılmışdı və mənzilin dəyəri olaraq 100000 ABŞ dolları tam ödənilmişdir.

3. Bununla bağlı əvvəllər məhkəmə mübahisəsi olmuş, Cavabdeh2 cavabdeh İddiaçı qarşı iddia qaldıraraq, Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin etibarsız sayılması və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda İddiaçı qarşılıqlı iddia verərək, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilənin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(005)363/2015 saylı qətnaməsi ilə Cavabdeh2 cavabdeh İddiaçı qarşı «mənzilin boşaldılması və müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair ilk iddiası təmin edilmiş, İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilə etibarsız hesab edilmiş, ünvan 1 ünvanda yerləşən 3 otaqlı 39 saylı mənzilin cavabdeh İddiaçı tərəfindən boşaldılması, qarşılıqlı iddianın təmin edilməməsi, xx.xx.2013-cü il tarixli müqavilə üzrə Cavabdeh1 MTK-nın aldığı 119500 manat pulun Cavabdeh1 MTK tərəfindən İddiaçı qaytarılması qət edilmişdir.

5. Həmin iş üzrə apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(103)- 3875/2015 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(102)-64/2016 saylı qərarı ilə təmin edilm əmişdir.

6. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2019-cu il tarixli aktında əksini tapmış məlumatlara əsasən, xx.xx.2019-cu il tarixli akta əsasən siyahıya alınan əşyalar İddiaçı qohumu E.B.Əliyev tərəfindən könüllü olaraq mənzildən çıxarılmış, mənzil boşaldılaraq tələbkar Cavabdeh2 etibaranamə üzrə nümayəndəsi A.B.Nəbiyevaya təhvil verilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)2268/2019 saylı qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)-4267/2017 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq İddiaçı cavabdeh Nərimanov rayon İcra və probasiya şöbəsinə qarşı «icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi» tələbinə dair iddiasının rədd olunması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları b) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı mənzilə çəkilən təmir xərclərinin tutulması və sair tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda yerləşən 3 otaqlı 39 nömrəli mənzilin təmiri üçün sərf etdiyi 27215 manat, 3 ədəd “Gorenje” markalı kondisionerə görə 2250 manat, mətbəx mebelinə görə 3000 manat, “Ariston” markalı qaz plitəsinə görə 600 manat, “Ariston” markalı texniki duxovkaya görə 800 manat, “Ariston BWMD 742” markalı paltaryuyana görə 700 manat, işçi üçün sərf olunmuş 16000 manat olmaqla, cəmi 49965 manat pulun cavabdehlər Cavabdeh1 MTK-dan və Cavabdeh2 müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələ bi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 039 saylı müqaviləyə əsasən ünvan 3 ünvanda yerləşən 3 otaqlı 39 nömrəli mənzili təmirsiz vəziyyətdə, mənzilin dəyəri olan 119500 manatı tam ödəməklə İddiaçı Cavabdeh1 MTK-dan almışdır. Bundan sonra həmin mənzili İddiaçı Cavabdeh1 MTK-dan təhvil alaraq orada əsaslı təmir işləri aparmışdır. Təmir 2013-2014cü illərdə başa çatdıqdan sonra İddiaçı ailəsi ilə birlikdə mənzilə köçərək orada yaşamağa başlamışdır. Həmin mənzildə yaşayarkən İddiaçı məlum olmuşdur ki, bu mənzili "xxxx" MTK ondan əvvəl - xx.xx.2007-ci il tarixdə Cavabdeh2 satmışdır. İddiaçı vicdanla aldığı evi əsaslı təmir etdirmişdir. Lakin Cavabdeh1 MTK-nın sədri X1 İddiaçı mənzili satmaq adı ilə aldadaraq 119.500 manat pulunu də ləduzluq yolu ilə ələ keçirmişdir. Bundan sonra İddiaçılə Cavabdeh2 arasında mənzil mubahisəsi başlamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı Cavabdeh2 mənzilin boşaldılması və müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin olunmuş, İddiaçı qarşılıqlı iddiası isə təmin olunmamışdır. Həmin qətnamə icra olunaraq iddiaçı ailəsi ilə birlikdə mübahisəli mənzildən çıxarılmışdır. Mübahisəli mənzilin təmirinə, material və avadanlıqlara İddiaçı 27215 manat xərcləmişdir. Həmçinin mənzildə İddiaçı tərəfindən quraşdırılmış mətbəx mebeli, kondisionerlər, paltaryuyan maşın və texniki duxovka da mənzildə Cavabdeh2 qalmışdır. Mənzilin təmiri üçün İddiaçı çəkdiyi xərclər cəmi 27215 manat, kondisionerə görə 2250 man at, mətbəx mebelinə görə 3000 manat, texniki duxovkaya görə 800 manat, paltaryuyan maşına görə 700 manat olmaqla, cəmi 6750 manat, işçiyə ödənilən vəsaitə görə 16000 manat olmaqla, cəmi 49965 manat təşkil edir. "xxxx" MTK-nın vəzifəli şəxsinin cinayət əməli nəticəsində İddiaçı aldadılmış, mənzilin təmirinə, məişət əşyaları ilə təmin edilməsinə böyük xərc və zaman sərf etmişdir. Cavabdeh2 isə hazırda mənzildə yaşayır. Bu səbəbdən, İddiaçı hər iki cavabdehdən ona vurulan ziyanı tələb edir.

10. Həmçinin Cavabdeh2 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı iddiasının rədd edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ona məxsus olan, ünvan 3 ünvanda yerləşən 39 nömrəli mənzildən xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixə kimi qanunsuz və əs assız olaraq istifadə etdiyinə görə hər ay üçün 1000 manat olmaqla, 58000 manat məbləğdə əldən çıxmış faydanın, zərərin, xx.xx.2019-cu il tarixdə icra icraatı zamanı borcluya məxsus olan əşyaların daşınması üçün tələbkarın kömək məqsədi ilə yük daşımaya görə ödənilmiş 680 manat məbləğində ödənişin, borclu və onunla birgə mənzildən çıxarılmış digər şəxslərin iki aylıq kirayə haqqının ödənilməsi məqsədi ilə vasitəçi üçün ödənilmiş 100 manat, kirayə ev üçün ödənilmiş 800 manat, giriş qapısı üçün ödənilmiş 1719 manat əlavə xərc olmaqla ümumilikdə 3299 manatın və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30 manat məbləğində dövlət rüsumunun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılm ışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın xx.xx.2016-cı il tarixli, 2(102)-64/2016 nömrəli qərarı çıxarıldıqdan sonra Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(005)363/2015 nömrəli qətnaməsi qanuni qüvvəsini almış və işin mülki mübahisəsinin məhkəmə araşdırılması yekunlaşmışdır. Nərimanov Rayon Məhkəməsinin qətnaməsinin qanuni qüvvəyə minməsi ilə əlaqədar Nərimanov rayon İcra şöbəsində müvafiq olaraq icra icraatı başlamışdır. Lakin İddiaçı müxtəlif bəhanə və ya əsaslandırmalar gətirməklə qətnaməni qəsdən icra etməmişdir. Bütün bu hərəkətlər nəticəsində mülkiyyətçi öz mənzilinə daxil ola bilməmiş və həmin mənzildən İddiaçı qanunsuz olaraq yararlanmışdır. Borclunun hərəkətləri sübut etmişdir ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(005)-363/ 2015 nömrəli qətnaməsi üzrə borclu olan İddiaçı tərəfindən icra olunmur və ümumiyyətlə icra etmək niyyətində olmamışdır. İlk olaraq, xx.xx.2019-cu il tarixdə İddiaçı mənzilin qapılarını açmasa da, məcburi icra hərəkətləri yerinə yetirilmişdir. Həmin tarixdə evdə olan bütün əşyaların bəziləri saxlanc olaraq tələbkarın nümayəndəsinə təhvil verilmişdir. Bir gün sonra, yəni xx.xx.2019-cu il tarixdə saxlanca verilmiş əşyalar İddiaçı yaxın qohumu Etibar Əliyev tərəfindən çıxarılmış və mənzil tam şəkildə boşaldılaraq tələbkara təhvil verilmişdir. Eyni zamanda, borclu ilə belə bir razılaşma olmuşdur ki, əşyaların daşınması üçün ona tələbkar köməklik edəcək. Bir neçə dəfə gün ərzində yük daşıma prosesi olmuş və bununla bağlı tələbkarın nümayəndəsi tərəfindən 680 manat məbləğdə ödəniş olunmuşdur. Həmçinin borclunun və orada yaşayan şəxslərin həmin vaxtda yaşayış yerləri olmadığından, tələbkar razılaşmışdır ki, onların iki aylıq kirayə haqqlarını ödəsin və bununla bağlı da kirayə ev tutulması üçün maklerə 100 manat, kirayə mənzil üçün isə iki aylıq kirayə haqqı kimi 800 manat pul ödənilmişdir. Nəticədə ümumilikdə borclunun mülkiyyətçinin mənzilindən çıxarılması zamanı ona çəkmiş olduğu xərclər ilk növbədə ümumilikdə 1580 manat olmuşdur. İcra hərəkətlərinin həyata keçirilməsi anında mənzildə olan şəxslərin qəsdən mənzili tərk etməmələri, qapını açmamaları və bu kimi digər hərəkətləri nəticəsində məcburi icra hərəkətləri aparıldığından mənzilin giriş qapısı məcburən sındırılmışdır. İcra hərəkətlərinin tam yekunlaşmasından sonra giriş qapısı üçün 1719 manat məbləğində əlavə xərc çəkilə rək yeni qapı qoyulmuşdur. Qeyd olunanların hər biri icra məmuru tərəfindən icra hərəkətləri yerinə yetirilərkən çəkilmiş xərclərdir. İcra mərhələsində tələbkar bu xərcləri borcludan tələb etməmişdir. İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməsəydi Cavabdeh2 bu vəsaiti tələb etməyəcəkdi. İlkin iddia üzrə iddiaçının iddiası barədə xx.xx.2016-cı il tarixdə yekun məhkəmə qərarı çıxarılmışdır. Artıq həmin tarixdən cavabdeh bilirdi ki, məhkəmə qətnaməsi icra olunmalı və mənzil Cavabdeh2 qaytarılmalıdır. Ancaq İddiaçı Tavtıq qızı buna əhəmiyyət verməmiş və 23-xx.xx.2019-cu il tarixə kimi məhkəmə qətnaməsinin icra olunmasını uzatmış, bu müddət ərzində də Cavabdeh2 məxsus olan mənzildə qalmış, ondan istifadə etmiş, hətta mənzilin normal köhnəlməsinə gətirib çıxaran hərəkətlər etmişdir. Mənz ilin yerləşdiyi ərazidə kirayə haqqı ortalama hər ay uçün 1000 manat təşkil etdiyindən, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarından 23-xx.xx.2019-cu il tarixə kimi ümumilikdə 58 ay ərzində İddiaçı qarşıqlı iddiaçıya məxsus olan əmlakdan heç bir dəyəri ödəmədən istifadə etməklə yararlanmışdır. Bu isə onu bildirir ki, əgər həmin əmlak vaxtında Cavabdeh2 qaytarılsaydı, həmin əmlak üzrə qanunvericiliklə qadağan olunmayan istifadə etməklə müvafiq gəlir əldə edərdi. İddiaçı Cavabdeh1 MTK-nın vəzifəli şəxsləri tərəfindən aldadıldığından onun qarşısında məsuliyyətli şəxs Cavabdeh2 deyil, Cavabdeh1 MTK-dır. Belə ki, Cavabdeh2 hərəkət və ya hərəkətsizliyi nəticəsində İddiaçı heç bir ziyan vurulmamışdır. İddiaçı ilk iddia tələbini iddia müddətini ötürməklə verdiyindən tələb rədd edilməlidir. Belə ki, tərəflər arasında mübahisə hələ 2015-ci ilə qədər başlamış, Nərimanov Rayon Məhkəməsinin 2015-ci il tarixli müvafiq qətnaməsi ilə yekunlaşmış, həmin qətnamə 23-xx.xx.2019-cu il tarixdə icra olunmuşdur. Həmin tarixlərdə mənzildə olan bütün əşyalar çıxarılmışdır. Bu dövr ərzində İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edib adı çəkilən xərcləri tələb edə bilərdi. Bununla da İddiaçı həmin tələbi irəli sürmək üçün iddia müddətini ötürmüşdür və YYYin iddiası iddia müddətinin ötürülməsi səbəbindən təmin edilə bilməz. Bundan başqa İddiaçı mənzildə saxladığı, dəfələrlə xəbərdarlıq edilsə də aparmadığı əşyaların dəyərini tələb edə bilməz. Belə ki, heç vaxt ona əşyalarını götürmək üçün maneələr yaradılmamışdır.

12. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə iddiaç ı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil2 ilk iddia ərizəsini müdafiə edib, qarşılıqlı iddia ərizəsini qəbul etməyərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, mənzilin təmiri üçün İddiaçı çəkdiyi xərclər aşagıdakılardır: şpaklyovka 200 ədəd-900 manat, köşə 200 ədəd 200 manat, astar 30 ədəd 150 manat, 4 kub qum 320 manat, kərpic 450 ədəd 90 manat, sement 60 kq. 390 manat, alçipan 50 ədəd 1000 manat, profil 935 manat, şrup 8 ədəd 48 manat, emulsiya 3 ədəd 265 manat, rolik kist 35 manat, karniz 5 ədəd 70 manat, elektrik koropka 30 ədəd 1200 manat, məftil 18 top 960 manat, rozetka 12 ədəd 36 manat, vklyuçatel 7 ədəd 28 manat, lapma 45 ədəd 70 manat, domofon 1 ədəd 250 manat, spot 26 ədəd 250 manat, gizli işıq 60 ədəd 12 0 manat, elektrik şit 1 ədəd 60 manat, dikt 40 ədəd 900 manat, reyka 500 dənə 500 manat, mismar 10 kq. 25 manat, şrup 20 kq. 120 manat, dolğu 2 ədəd 90 manat, lak 180, pur kley 5 ədəd 35 manat, şkurka 10 ədəd 130 manat, parket 130 ədəd 4290, plintus taxta 130 ədəd 390 manat, unitaz 2 ədəd 800 manat, tualet 2 ədəd 270, guzgü 2 ədəd 160 manat, smestitel l ədəd 165 manat, cakuzi 800 manat, moydadır 1200 manat, su qızdırıcı 300 manat, su turbası 200 ədəd 800 manat, radiator 60 ədəd 840 manat, sement aradoldurucu 20 manat, hamamda asma tavan 420 manat, divar kağızı 56 ədəd 2908 manat, kley 15 ədəd 105 manat, otaqların qapıları üçün 2750 manat, qapı seyfi 600 manat, kafel 800 manat, mata 240 manat olmaqla cəmi 27215 manat. Kondisionerə görə 2250 manat, mətbəx mebelinə görə 3000 manat, texniki duxovkaya görə 800 manat, paltaryuyan maşına görə 700 manat olmaqla cəmi 6750 manat. İşçiyə ödənilən vəsaitə görə 16000 manat olmaqla cəmi 49965 manat. İddiaçı iddia müddətini ötürməmişdir. Ona görə də bu barədə ərizə əsassızdır. Qarşılıqlı iddia ərizəsi də əsassız olduğundan təmin edilə bilməz. Belə ki, İddiaçı qanunla ona verilən məhkəmə müdafiəsi hüququndan istifadə etmiş, onunla bağlanan müqavilənin etibarsız olmasını bilməmiş, başqa yaşayış yeri olmadığından mənzili tərk edə bilməmişdir. Hal-hazırda pulunu tələb etdiyi əşyaları saxlamağa, qoymağa yeri olmadığından həmin əşyaların özünü deyil, pulunu tələb edir.

13. Məhkəmə iclasında cavabdeh (qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı) Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil1 ilk iddia ərizəsini qəbul etməyib qarşılıqlı iddia ərizəsini müdaf iə edərək izahatında göstərmişdir ki, Nərimanov Rayon Məhkəməsinin 2015-ci il tarixli müvafiq qətnaməsi ilə yekunlaşmış, həmin İddiaçı mənzildə saxladığı, dəfələrlə xəbərdarlıq edilsə də aparmadığı əşyaların dəyərini tələb edə bilməz. Belə ki, heç vaxt ona əşyalarını götürmək üçün maneələr yaradılmamışdır.

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2255 saylı xx.xx.2021-ci il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 855-ci məhəllə 63 saylı evin üç otaqlı 39 saylı mənzilinə baxış keçirilən zaman mənzilin yaşayış otaqlarının, dəhliz və mətbəx tikililərinin divarlarının divar kağızı ilə üzlənməsi, tavanı alçiban materialı ilə asma tavan şəklində yığılması, döşəmənin parketlə üzlənməsi, hamam və ayaqyolu tikililəri nin divarlarının kafellə, döşəmələrinin metlaxla, tavanlarının isə alüminium materialı ilə asma tavan şəklində yığıldığı müəyyən edilmişdir. Rəydən daha sonra müəyyən olunur ki, Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 855-ci məhəllə 63 saylı evin üç otaqlı 39 saylı mənzilində aparılmış müxtəlif növ təmir-tikinti və quraşdırma işlərinin (xidmət haqqı və tikinti materialları daxil olmaqla) təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 19472 manat təşkil edir.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2196 saylı xx.xx.2021-ci il tarixli rəyinə əsasən ekspertiza tədqiqatına təqdim olunan əşyaların, 3 ədəd kondisionerin, 1 ədəd mətbəx mebelinin, texniki duxovkanın hazırkı vəziyyətdə bazar dəyəri təxminən 3500 manat müəyyən edilmişdir.

16. Bakı şə hər Binəqədi Rayon Məhkəməsinin 2(001)-141/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Səadət Səlimova) ilkin iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh2 təmir xərclərinə görə 19472 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 19502 manat pulun İddiaçı xeyrinə tutulması, ilkin iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, Cavabdeh2 İddiaçı qarşı əldən çıxmış faydaya görə 58000 manat, çəkilən xərclərə görə 3299 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 61299 manat tələbinə dair qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir.

17. Məhkəmə öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, ünvan 1 ünvanda yerləşən 3 otaqlı 39 saylı mənzil İddiaçı tərəfindən təmir olunmuş, təmir xərclərinə cəmi 43215 manat sərf etməsini iddia etsə də, iş üzrə keçirilən ekspertiza tədqiqatı zamanı mənzildə aparılmış müxtəlif növ təmir-tikinti və quraşdırma işlərinin (xidmət haqqı və tikinti materialları daxil olmaqla) təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 19472 manat olduğu müəyyən edilmişdir.

18. Məhkəmə İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qaimələrin surətlərinə münasibət bildirib qeyd etmişdir ki, əksəriyyəti Etibar adlı şəxsin adına tərtib edilən bu qaimələr mənzildə aparılan təmir işlərinə sərf olunan vəsaitin məbləğinin müəyyən edilməsi üçün mötəbər sübut növü olaraq qəbul edilə bilməz.

19. Məhkəmə ilk iddiaçının mənzilin təmirinə çəkdiyi xərclərlə bağlı tələbi üzrə qeyd etmişdir ki, araşdırma zamanı 2013-2014-cü illərdə mənzildə aparılan təmirin istismarı nəticəsində hazırda dəyərinin 19472 manat olması öz təsdiqini tapdığından, tə mir işləri Cavabdeh2 məxsus mənzildə aparıldığından, ilk iddiaçı ona dəyən maddi ziyanın ödənilməsini tələb etdiyindən, bu hüququn müdafiəsi üçün ümumi iddia müddəti tətbiq edildiyindən, Cavabdeh2 nümayəndəsinin bu tələbə iddia müddətinin təbiq edilməsi barədə ərizəsi təmin edilməməli, ilk iddia ərizəsi təmir xərclərinə dair hissədə qismən təmin edilərək Cavabdeh2 İddiaçı xeyrinə təmir xərclərinə görə 19472 manat tutulmalıdır. Məhkəmə ilk iddia ərizəsi üzrə iddiaçının cavabdehlərdən, saxlamağa yeri olmadığı üçün mənzildə qalan məişət əşyalarının dəyərinin ödənilməsi tələbi ilə bağlı qeyd edir ki, ilk iddia ərizəsi üzrə cavabdehlərdən hər hansı birinin həmin əşyaların dəyərini İddiaçı ödəmək vəzifəsi, öhdəliyi olmadığından ilk iddia tələbləri bu hissədə əsassızdır, ona görə də təmin edilmir.

20. Məhkəmə qarşılıqlı iddia ərizəsi ilə bağlı sübutları tədqiq edib qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər.

21. Məhkəmə qarşılıqılı iddia ərizəsi üzrə iddiaçının mənzildən istifadə nəticəsində cavabdehin faydalanmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən, əksinə məhkəmə araşdırması zamanı İddiaçı Cavabdeh2 məxsus mənzili təmir etməsi öz təsdiqini tapdığından, qarşılıqlı iddia tələbini bu hissədə əsassız hesab edib təmin etməmişdir.

22. Məhkəmə qarşılıqlı iddianın icra zamanı çəkilən xərclər və m ənzilin qapısının dəyişdirlməsi ilə bağlı sərf olunan vəsait tələbi üzrə qeyd etmişdir ki, qarşılıqlı iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı yaşaması üçün kirayəyə mənzil tutmasını, vasitəçiyə 100 manat ödəməsini, kirayə haqqı olaraq 800 manat ödəməsini, daşımaya görə 680 manat ödəməsini, yeni qapının quraşdırılması üçün 1719 manat ödəməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, bu tələb üzrə dinlənilən şahid isə ifadəsində mənzildə yaşayan E.Əliyev üçün insanlıq naminə öz vəsaiti hesabına kirayəyə mənzil tutmasını, əşyaların mənzildən çıxarılması, qapının dəyişdirilməsi üçün vəsait sərf etməsini, həmin vəsaitin Cavabdeh2 almadığını göstərsə də, sərf olunmuş vəsaitin məbləğini müəyyən edəcək ödəniş qəbzləri məhkəməyə təqdim edilmədiyindən, faktiki olaraq Cavabdeh2 heç kimə ödəmə diyi pul vəsaitini öz xeyrinə tələb etdiyindən qarşılıqlı iddia tələbi bu hissədə də əsassızdır və təmin edilə bilməz.

23. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 152.3, 157.5, 157.7-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat

24. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilk iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə mühəndis-texniki ekspertizası təyin edilmiş, ekspertin gəldiyi nəticəyə əsasən mənzilə çəkilən xərc 19472 manat təşkil etmişdir. Ekspert qarşısında qoyulan suallardan biri də evdə qalan əşyaların qiyməti ilə bağlı olmuş, ekspert həmin əşyaları 3500 manat həddində dəyərləndirmişdir. Təkrar ekspertiza keçirilməsi iddiaçı tərəfindən tələb edilsə də, məhkəmə bunu nəzərə almamışdır. Təkrar ekspertizanın keçiriməsi üçün əsas olan səbəb ondan ibarət olmuşdur ki, ekspert suala tam və hərtərfli cavab verməmişdir. Məhkəmə Mülki Məcəllənin 21.2 və 21.3-cü maddələrini tətbiq etməli olduğu halda ümumiyyətlə heç bir maddi norma tətbiq etməmişdir. Məhkəmə tərəflər arasında olan müqaviləyə istinad etmiş, daha yüksək hüquqi qüvvəyə malik olan məcəlləyə istinad etməmişdir.

26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3587/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamə si ilə (hakimlər E.Mehdiyev (sədrlik edən və məruzəçi), N.Cəfərov və X.Sarıyev) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən - ilk iddia tələbinin təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılmışdır.

27. Kollegiya qeyd etmişdir ki, ünvan 4 ünvanda yerləşən 3 otaqlı 39 saylı mənzil İddiaçı tərəfindən təmir olunmuş, İddiaçı təmir xərclərinə cəmi 43215 manat sərf etməsini iddia etsə də, iş üzrə keçirilən ekspertiza tədqiqatı zamanı mənzildə aparılmış müxtəlif növ təmir-tikinti və quraşdırma işlərinin (xidmət haqqı və tikinti materialları daxil olmaqla) təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 19472 manat olduğu müəyyən edilir.

28. Kollegiya bildirmişdir ki, birinci instansiya m əhkəməsi haqlı olaraq qeyd etmişdir ki, ilk iddia ərizəsi təmir xərclərinə dair hissədə qismən təmin edilərək Cavabdeh2 İddiaçı xeyrinə təmir xərclərinə görə 19472 manat tutulmalıdır.

29. Kollegiya hesab etmişdir ki, ilk iddia ərizəsi üzrə iddiaçının cavabdehlərindən, saxlamağa yeri olmadığı üçün mənzildə qalan məişət əşyalarının dəyərinin ödənilməsi tələbi ilə bağlı qeyd olunmalıdır ki, ilk iddia ərizəsi üzrə cavabdehlərdən hər hansı birinin həmin əşyaların dəyərini İddiaçı ödəmək öhdəliyi olmadığından ilk iddia tələbləri bu hissədə əsassızdır, ona görə də təmin edilə bilməz.

30. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, ilk iddia tələbini qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətlər i ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir.

31. Kollegiya öz mövqeyini əsaslandırarkən Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarına, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, MPM-in 77.1-ci maddəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsinin ilkin iddia tələbinin təmin olunmaması hissəsində ləğv edilməklə ünvan 1 ünvanda yerləşən 3 otaqlı 39 nömrəli mənzilin təmiri üçün İddiaçı sərf etdiyi 27215 manat, 3 ədəd “Gorenje” markalı kondisionerə görə 2250 manat, mətbəx mebelinə görə 3000 manat, “Ariston” markalı qaz pilitəsinə görə 600 manat, “Ariston” markalı texniki duxovkaya görə 800 manat, “Ariston” BWMD 742 markalı paltaryuyana görə 700 manat, işçi üçün sərf olunmuş 16000 manat olmaqla, cəmi 49965 manat pulun cavabdehlər Cavabdeh1 MTK-dan və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı mənzilə münasibətdə vicdanlı sahib olmuşdur. İddiaçının mənzillə bağlı çəkilmiş xərclərin əvəzini mülkiyyətçidən tələb etmək hüququ vardır. Əks halda cavabdeh iddiaçının hesabına əsassız varlanmış olar. Bunun üçün MTK-nın razılığının olub-olmaması, mənzilin təmir xərcinin ödənilməsi ilə bağlı hər hansı bir öhdəlik götürüb-götürməməsi əhəmiyyət kəsb etmir. Ona görə də hesab edir ki, mənzilə çəkilmiş tə mir xərcinin əvəzi hər iki cavabdehdən müştərək qaydada tutulmalıdır.

34. Kassator bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/2196 saylı rəyindən göründüyü kimi ekspertiza tədqiqatına təqdim olunan əşyaların - 3 ədəd kondisionerin, 1 ədəd mətbəx mebelinin, texniki duxovkanın hazırkı vəziyyətdə bazar dəyəri təxminən 3500 manat təşkil edir. Lakin qeyd edilən əşyalara münasibətdə iddia təmin edilməmişdir. Halbuki iddiaçı mənzildən çıxarkən həmin əşyaların götürülməsi mümkün olmamışdır. Yəni onlar öz qoyulduğu yerdən götürüldüyü halda (qeyd olunan əşyalar mənzilin müxtəlif yerlərində quraşdırılaraq birləşdirilmiş, bərkidilmişdir. Mənzilin daxili hissəsinin bir növ ayrılmaz hissəsinə çevrilmişdir.) öz dəyərini itirərd i. Həmçinin mənzildə də qüsurlar əmələ gətirə bilərdi. Bütün bunlar göstərir ki, iddiaçı mənzildən köçərkən həmin əşyaları söküb-ayırıb götürə bilməmişdir. Lakin iddianın mənzilə yerləşdirilmiş və ayrılıb götürülməsi mümükün olmamış əşyaların tələb olunması hissəsində də iddia tələbi əsassız olaraq təmin edilməmişdir. Hesab edir ki, həmin hissədə də iddia tələbi təmin edilməlidir.

35. Kassator daha sonra qeyd etmişdir ki, məhkəmə işdə olan qaimələri ümumiyyətlə sübut kimi istifadə etməmişdir ki, bu da sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması barədə qanunun tələblərinin pozulması deməkdir. Məhkəmə iş üzrə verilmiş ekspert rəyinin işin mahiyyətinə, verilmiş iddia tələbinə uyğun olmadığı halda təkrar ekspertiza keçirilməsi barədə vəsatəti təmin etməmişdir. Ekspert qiymətləndi rməni hazırkı bazar qiyməti ilə yazdığını göstərsə də, qiymətlərə baxanda görünür ki, həmin qiymətlər real deyil və indiki qiymətlərə uyğun deyildir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

36. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın

37. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

38. Maddə 21.3. Zə rərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır

39. Maddə152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

40. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün g əlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir

41. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cü r ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

45. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

48. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

49. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilkin iddianın təmin olunmayan hissəsində mübahisələndirilir və məhkəmənin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Ali Məhkəmənin Mülki Kollegiyası hesab edir ki, aşağıdakılara əsasən iddiaçının kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kondisionerə, mətbəx mebelinə, texniki duxovkaya və paltaryuyan maşına görə əvəzin ödənilməsi barədə ilkin iddia tələbinin rədd olunması hissəsində ləğv edilməli və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

53. Belə ki, apelyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi işin faktiki hallarına əsasən, İddiaçı Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 63-də inşa edilmiş 16 mərtəbəli yaşayış və ofis binasının 8-ci mərtəbəsində yerləşən 39 saylı mənzildə təmir işləri aparmışdır. Məhkəmələr həmin vaxt İddiaçı mənzilə sahibliyinin vicdanlı olmasını müəyyən etmiş, həmçinin bu yaxşılaşmaların ayrılmasının mümkün olmadığı qənaətinə gələrək, təmirə çəkilən xərclərin İddiaçı ödənilməsini qət etmişdir. Cavabdeh2 həmin mövqe ilə razılaşmış, iddianın təmin olunan hissəsindən şikayət verməmişdir.

54. Məhkəmə iddianın təmin olunması üçün maddi hüquqi əsas kimi Mülki Məcəllənin 157.7-ci maddəsini seçmişdir. Həmin norma vicdanlı sahibin əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlamaq, yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda isə əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüququnu tanıyır.

55. Göründüyü kimi vicdanlı sahib əmlaka zərər vurmadan ayrıla bilməyən bütün yaxşılaşmanın əvəzini ala bilər. Lakin məhkəmələr iddiaçı tərəfindən mənzildə quraşdırılan kondisionerə, mətbəx mebelinə, qaz plitəsinə və paltaryuyan maşına aid hissədə tam araşdırma aparmamış, həmin əşyaların xələl gəlməməsi şərti ilə ayrılmasının mümkünlüyünü yoxlamamışdır. Tikinti-texniki ekspertinin qarşısında bu barədə sual qoyulsa da, tikinti eksperti həmin suala cavab vermənin onun səlahiyyətinə aid olmadığını bildirmiş və bu sual üzrə tədqiqat aparmamışdır. Bu halda məhkəmə səlahiyyətli ekspertə həvalə etməklə həmin əşyaların ayrılmasının mümkünlüyünü sonadək yoxlamalı idi. Lakin məhkəmə bu cür yoxlama aparmamış, iddianı bu hissədə rədd etməsini belə əsaslandırmışdır ki, “məhkəmə saxlamağa ye ri olmadığı üçün mənzildə qalan məişət əşyalarının dəyərinin ödənilməsi tələbi ilə bağlı qeyd edir ki, ilk iddia ərizəsi üzrə cavabdehlərdən hər hansı birinin həmin əşyaların dəyərini İddiaçı ödəmək vəzifəsi, öhdəliyi olmadığından ilk iddia tələbləri bu hissədə əsassızdır, ona görə də təmin edilmir”.

56. Apellyasiya instansiyası məhkəməsinin bu cür araşdırması MPM-nin 14-cü maddəsində əksini tapmış həqiqətə nail olmaq üçün işin hallarının tam, hərtərəfli və obyektiv araşdırması prinsipinə cavab vermir.

57. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməm əsi qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır (F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli qərarlar).

58. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillər in rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Hiro Balani İspaniyaya qarşı iş üzrə 9 dekabr 1994-cü il, Kuznetsov və digərləri Rusiyaya qarşı iş üzrə 21 yanvar 2007-ci il tarixli Qərarları).

59. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bu tələblərə riayət edilmədən çıxarıldığına görə mübahisələndirilən hissədə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan n öqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

60. Məhkəmə kollegiyası bildirir ki, kassasiya şikayətində bəhs olunan bir ədəd qaz piltəsinin mövcudluğu məhkəmələr tərəfindən müəyyən olunmayıb.

61. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, tələbin Cavabdeh1 MTK-ya qarşı hissəsinin təmin olunmaması barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Çünki iddiaçının mənzildə apardığı yaxşılaşdırmalar Cavabdeh 2 mülkiyyətində olan mənzildə qalıb və bundan varlanan şəxs məhz Cavabdeh2dır. Buna görə də iddianın Cavabdeh1 MTK-ya qarşı hissədə də təmin olunması barədə kassasiya şikayətində irəli sürülən dəlil əsassızdır.

62. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3587/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi qismən - mətbəx mebeli, kondisionerlər, texniki duxovka və paltaryuyan maşına görə əvəzin ödənilməsi barədə ilkin iddia tələbinin rədd olunması hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar