Məhkəmə qərarları › İş №2(102)-5757/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5757/2019

16.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5757/2019 16.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, Cavabdeh2, Cavabdeh1, onun vəkili Mirzəyev Təyyar Balarza oğlunun iştirakları ilə, İddiaçı Siğorta Şirkəti ASC-nin Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 fevral 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Siğorta Şirkəti ASC Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 fevra l 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Siğorta Şirkəti ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən A.Qasımov, iş 2(008)-913/2018) iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı Siğorta Şirkəti ASC-nin xeyrinə 2382 manatın və 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər N.Cəfər ov (sədrlik edən və məruzəçi), Ş.Məmmədova və V.Həsənov, iş № 2(103)-1966/2019) cavabdeh Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bəhmən oğlundan İddiaçı Siğorta Şirkəti ASC-nin xeyrinə tutulmalı olan pulun məbləğinə aid hissədə dəyişdirilmiş, həmin məbləğin 1.000 (min) manat müəyyən edilməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı Siğorta Şirkəti ASC kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pözuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam t əmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Cavabdeh1 kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 fevral 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdeh1 vəkili Mirzəyev Təyyar Balarza oğlu zahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 fevral 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq Cavabdeh2 Bəhmən oğlunun izahatı dinlənilməmişdir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya ins tansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pözulmasına dəlalət etm əklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mübahisə yol nəqliyyathadisəsi nəticəsində vurulan zərərlə bağlıdır. Hadisədə 2 avtomobil toqquşub: 1. “Mercedes Benz E 290D” markalı avtomobil; 2. “Toyota Land-Cruiser Prado” markalı avtomobil. Hadisə nəticəsində hər 2 avtomobil zədələnib. Sığortaçı (iddiaçı) tərəfindən 2- ci avtomobilin (Toyota Prado” markalı avtomobilin) sahibinə 2.770 manat sığorta ödənişi verilib. Bundan sonra iddiaçı məhkəməyə müraciət edərək subroqasiya qaydasında həmin pulu cavabdehlərdən tələb edib. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1, 925.3, 936.2-ci maddələrini tətbiq etmişdir. İddiaçı Siğorta Şirkəti ASC kassasiya şikayətində a pelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, “Apelyasiya məhkəməsi heç bir əsas olmadan iddiaçının təqdim etdiyi və iş üzrə əldə olunmuş digər sübutları bir kənara qoyaraq, cavabdehin şifahi sözlərinə əsaslanaraq qətnamə çıxarmışdır.” Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, apelyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd olunanlara hüquqi qiymət vermiş və aşağıdakıları göstərmişdir: “...sığorta ödənişi verilənədək zərərin məbləği barədə əsaslandırılmış rəyin alınmaması, avtomobilin hadisədən sonrakı görüntülərini əks etdirən foto- videoçəkilişin aparılmaması, zərərin məbləğinin müəyyən edilməsində zərər vuran tərəfin işti rakının təmin edilməməsi, avtomobilin isə təmir edilməsi nəticəsində məhkəmə zərərin məbləğini ədalətli müəyyən etmək imkanından məhrum edilmişdir. Sığortaçı sığorta hadisəsi nəticəsində vurulmuş zərərin məbləğini müəyyən edərkən əsaslı və mötəbər sübutlardan istifadə etməlidir ki, sonradan subroqasiya qaydasında zərərin əvəzini tələb edə bilsin. İddiaçı özü özünü bu imkandan məhrum etmiş, sığorta ödənişi verənə qədər zərərin məbləği barədə əsaslı və mötəbər sübutlar əldə etməmişdir. Ona görə də zərərin məbləği müəyyən edilərkən cavabdeh Bəhmən Məmmədov tərəfindən etiraf olunan məbləğ (1.000 manat) əsas götürülməlidir. Mülki-Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Odur ki, 1.000 manat məbləğində pul subroqasiya qaydasında iddiaçının xeyrinə tutulmalıdır.” Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda ş ərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar