Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5759/2019 09.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəm məd oğlu (sədrlik edən və məruzəçi), Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 aprel 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 avqust 2018-cı il tarixli, 2(006)2692/2018 saylı qətnaməsi ilə (hakim N.T.Tağıyeva) iddia tələbi qismən təmin edilərək, Cavabdeh 9000 0 (doxsan min) ABŞ dolları məbləğində pul vəsaitinin alınması və İddiaçı verilməsi, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun Cavabdeh A6 xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 aprel 2019-cu tarixli qətnaməsi ilə (hakimlər İ.K.Xəlilov (sədrlik edən və məruzəçi), İ.Ə.Kərimli və X.A.Cəmilova, 2(103)-3644/2019) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 avqust 2018-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 90000 ABŞ dolları məbləğində pulun, həmin pulun 3 il ərzində qaytarılmaması və faydalanaraq gəlir əldə etmə sinə görə 5% illik gəlirlə 13500 ABŞ dollarının və iddianın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2014-cü ildə evini sataraq qızına ev almaq istəyərkən kirvəsi Q6 qardaşı Cavabdeh ona bildirmişdir ki, evin qiymətləri oynayır, yaxşısı budur pulu ona (cavabdehə) versin və o pulunu dövr etdirərək ona (iddiaçıya) hər ay qazanc versin və istədiyi vaxtda da pulu ona qaytara bilər. O, cavabdehin bu təklifi ilə razılaşmış və 2014-cü il iyul ayında 90000 ABŞ dolları məbləğində pulu cavabdehə vermişdir. Razılaşmaya əsasən cavabdeh onun pulundan istifadə edərək əldə etdiyi qazancdan hər ay ona 2100 manat gəlir verəcəkdi və həmçinin ondan aldığı 90000 ABŞ dolları p ulu qabaqcadan xəbərdar edən kimi 2 gün müddətində dövriyyədən çıxararaq özünə qaytaracaqdır. Ancaq cavabdeh verdiyi 90000 ABŞ dolları məbləğində pulu dövr etdirərək qazanc əldə etmiş və 2014-cü ilin iyul ayından 2015-ci ilin dekabr ayının 17-nə qədər ona 2100 manat qazanc vermişdir. O, 2015-ci ilin dekabr ayından devalvasiyalardan sonra dolların məzənnəsi qalxdığından artıq qazanc istəmədiyini və verdiyi 90000 ABŞ dollarını qaytarmasını tələb etmişdir. Cavabdeh isə ona demişdir ki, xaricdən 300000 ABŞ dolları məbləğində mal gəlir, əgər hazırda dövriyyədən pulu çıxarsa ona böyük ziyan dəyəcək. Beləliklə, o, cavabdehin sonuncu dəfə ona 2015-ci ilin dekabr ayında ödədiyi 2100 manat qazancdan başqa hazırkı vaxta qədər həm əsas pulu olan 90000 ABŞ dollardan, həm də ki, həmin puldan istifadə nə ticəsində əldə edəcəyi qazancdan məhrum olmuşdur. Cavabdeh onun oğlunun kirvəsinin qardaşı olduğundan çox üstünə getməmiş, amma sonra cavabdeh tərəfindən aldadıldığını görüb polisə şikayət etmişdir. Polis bölməsində onun şikayəti mülki xarakterli olduğundan 90000 ABŞ dollarının ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməyi məsləhət görmüşlər. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 60, 127 maddələrinin, Azərb aycan Respublikası Mülki Prosessual Məcəllənin 9, 14, 88, 184.1, 217, 217-ci maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəllənin 421, 423, 424, 739, 740, 742, 743-cü maddələrinin tələblərinin pozulması ilə çıxarılmış, işin faktiki halları araşdırılmamış, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəflərin İzahatları İddiaçı və Cavabdeh Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməyərək məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldikləri üçün işin kassasiya baxışında onların izahatları dinlənilmədi. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tət biq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəy yən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdəno cümlədən iş materiallarında olan Nəsimi RPİ-nin 22-ci PB-nin baş təhqiqatçısı Şahin Fərhadovun 29 yanvar 2018-ci il tarixli “cinayət təqibi başlanmasının rədd edilməsi” haqqında qərarının surətindən görünür ki, İddiaçı Nəsimi RPİ-nin 22-ci PB-nə ərizə ilə müraciət etmişdir. Araşdırma zamanı Cavabdeh verdiyi izahatında qeyd olunur: “O, fərdi sahibkarlıqla məşğuldur, Rusiyadan mal gətirərək, Azərbaycanda satır. Həmin dövriyyəni artırmaq üçün ilk dəfə 5-6 il əvvəl A6 müraciət etmiş və 3 faizlə 40.000 manat almış, bir il ərzində qaytarmışdır. Sonradan daha 20.000 manat götürmüş və həmin pulu da qaytarmışdır. 2014-cü ilin iyul ayında A6 70.000 manat 3 faizlə borca pul almış və hər ay ona 2.100 manat ödəmişdir. 2015-ci ilin yanvar ayının 24-də özünə 50 illik yubiley mərasimi təşkil etmiş və həmin məclisdə çox spirtli içki qəbul etmiş, elə həmin günü axşam A6 ona zəng edərək verdiyi 70.000 manatı dollara çevirməyi demiş, o, etiraz etdikdə isə A6 ona borca verdiyi pulu istədiyindən o, məcbur olub razılaşmışdır. Sonradan onların aralarında danışıq zamanı A6 ona əlavə olaraq 1.100 manat vermiş və o, məcburiyyətdən ona 90.000 ABŞ dolları qaytaracağına razılaşmışdır. Onların razılaşmasından sonra dolların kursu qalxmış, faiz olaraq ilk ayda 2.700 ABŞ dolları, növbəti ayda isə 2.000 ABŞ dolları ödəmiş və A6ə ar tıq faizi dollarla ödəyə bilmədiyi üçün faizi manatla ödəməyə razılaşdıqlarından 10 ay müddətində hər ay 2.100 manat ödəmişdir. 2015-ci ilin fevral ayında dolların kursu yenidən qalxdığından o, faizi ödəyə bilməyəcəyini bildirmiş, ödədiyi pulların əsas borcdan silinməsi barədə A6lə razılığa gəlmişlər. O, dolların kursunun qalxmasından müflis olduğunu və əlində olanları itirdiyini və bu səbəbdən də A6in pulunu ödəyə bilmədiyini göstərmişdir. O, A6ə 50.000 manata yaxın pul ödəmiş, ona 20.000 manat borcu qalmış, həmçinin A6lə 90.000 ABŞ dollarına razılaşmasına səbəb isə pulsuz qaldığından onunla 90.000 ABŞ dollarına razılaşdığını qeyd etmişdir”. Həmin faktla bağlı müstəntiq tərəfindən araşdırma aparılmış və 29 yanvar 2018-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Məhkəm ə baxışı zamanı iddiaçı da, cavabdehə 70.000 manat verdiyini, sonradan borcun məbləğinin həmin dövrə ABŞ dolarının məzənnəsinə uyğun olaraq 90.000 ABŞ dollarına razılaşdıqlarını, məbləğin düzəlməsi üçün cavabdehə 1.100 manat verdiyini təsdiq etmişdir. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki,iddiaçı 2014-cü ildə cavabdehə 70.000 manat pul borc vermiş və hər ay faiz almağı razılaşmışlar. Ölkədə devalvasiya baş verməmişdən əvvəl iddiaçı borcun məbləğini ABŞ dollarına çevirmək istədiyini bildirmiş və qarşı tərəf bununla razılaşmışdır. Məbləğin razılaşdıqları 90.000 ABŞ dolları olması üçün iddiaçı cavabdehə 1.100 manat əlavə pul ödəmişdir. Bu halı cavabdeh təhqiqat zamanı da təsdiq etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir k i, tərəflərin borcun məbləğini mövcud olduğu vaxt xarici valyuta ilə müəyyənləşdirilməsi qanuna zidd deyil. İddiaçı vermiş olduğu borcun geri qaytarılmasına nail olmadığı üçün gələcək maliyyə risklərindən özünü qorumaq üçün borcun məbləğinin xarici valyuta ilə müəyyənləşdirilməsini borcluya təklif etmiş və qarşı tərəf bu təklifi qəbul etmişdir. Hətta borcun məbləğinin dəqiq olması üçün iddiaçı əlavə olaraq cavabdehə pul (1.100 manat) ödəmişdir. Belə razılaşma qanuna zidd olmamış və hər iki tərəfin mənafeyinə uyğun olmuşdur. Beləki, həmin vaxt ölkədə devalvasiya olmamışdı, iddiaçı əmanətinin riskini sığortalamış, cavabdeh isə bundan faydalanaraq pulu dərhal geri qaytarmaq vəzifəsindən azad olmuşdur. Ona görə tərəflər öz mənafelərinə uyğun əqd barədə razılığa gəlmişlər. Azərbaycan Respublika sı Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası sübutları tədqiq edərək nəticəyə gəlmişdir ki, cavabdeh əsas borcdan pul qaytarması ilə bağlı heç bir sübut təqdim edə bilməmişdir. Tərəflərin etirafları ilə təsdiq olunur ki, iddiaçı pul vəsaitini qarşı tərəfin ona aylıq faiz ödəməsi şərti ilə vermiş, qarşı tərəf hər ay olmaqla müəyyən faizlər ödəmişdir. Lakin hər iki tərə fin qəbul etdiyi ondan ibarət olmuşdur ki, ödənilən həmin vəsait əsas borcdan deyil, faiz borcundan edilmiş ödənişdir. Ölkədə devalvasiya baş verdikdən sonra cavabdeh faiz ödənişlərini də dayandırmışdır. Bundan sonra əsas məbləğdən cavabdehin ödəniş etməsi barədə heç bir sübut təqdim olunmamışdır. Cavabdeh müəyyən ödənişlər etdiyini bildirsə də, bu halı sübuta yetirə bilməmişdir. İş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Ona görə də iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədə n saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 22 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5759/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5759/2019
09.09.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver