Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-576/2020 30.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X7 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, ilkin İddiaçı və vəkili Yadigarov Vüsal Alxan oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(006)-2750/2019, hakim R.Ə.Səmədov) İddiaçı Cavabdeh qarşı iiddiası təmin edilmiş, Ca vabdeh 231.200 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi qət edilmiş, Cavabdeh İddiaçı qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-9504/2019, hakimlər İ.Ə.Kərimli, X.A.Cəmilova və A.Q.Hüseynov) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, qətnamə Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: xx xxxxxx 2017-ci il tarixli notarial qaydada təsdiqlənmiş borc müqaviləsinə əsasən İmanova X2 XXX qızına 231.200 manat məbləğində, həmin günün məzənnəsi ilə 13 6.000 ABŞ dolları məbləğində borc pul vermiş, sonuncu həmin məbləği xx xxxxxx 2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. xx xxxxxxx 2018-ci il tarixdə X1 XXX qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərəkborcun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh X4 qarşı xx xxxxxx 2017-ci il tarixli borc müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia qaldırmışdır. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmiş, həmin əqdi bağlamağa daxili iradəsi və məqsədinin olmadığı nəzərə alınmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassator məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı və vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının d üzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını İddiaçı ilə Cavabdeh arasında notarial qaydada təsdiqlənməklə bağlanmış xx xxxxxx 2017-ci il tarixli kredit müqaviləsi üzrə borcun tutulması təşkil edir. Cavabdeh həmin kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 156-cı maddəsinin tələblərinə görə qarşılıqlı iddianın təmin edilməsi ilkin iddianın təmin edilməsini aradan qaldırdığından, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilk olaraq qarşılıqlı iddia hissəsində yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəs i ilə əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri, mübahisə edilən və əhəmiyyətsiz əqdlərin məzmunu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya məhkəməsinin də qətnaməsində göstərildiyi kimi Cavabdeh etibarlılığını mübahisələndirdiyi borc müqaviləsini qarşı tərəfin onun oğlunu tutduracağı ilə hədələdiyinə görə bağlamağa məcbur olduğunu göstərmiş, lakin belə bir hədənin olub-olmaması, olduğu təqdirdə isə hədənin real olması barədə heç bir sübut təqdim etməmiş, yalnız İddiaçı ona qarşı borc tələbinə dair iddia qaldırdıqdan sonra həmin müqavilənin bağlanmasından 2 ilə yaxın vaxt keçdikdən sonra həmin əqdin etibarsız hesab e dilməsi barədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsi ilə etibarsız əqdlər üzrə müddətlər müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin maddənin məzmunundan göründüyü kimi, maraqlı şəxs əq din etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi, Cavabdeh qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində əqdin etibarsız hesab edilməsini mübahisələndirməmişdir. Bu halda qarşılıqlı iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün t ətbiq edilmişdir. İddiaçı borc (kredit) müqaviləsi üzrə cavabdehin üzərinə düşən öhdəliyi vaxtında icra etmədiyindən, borcun qaytarılması tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq borc məbləğini xx xxxxxx 2018-ci il tarixədək qaytarmalı olduğu halda, öhdəliyini icra etməmişdir. Beləliklə, apel lyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-576/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-576/2020
30.01.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver