Məhkəmə qərarları › İş №2(102)-5762/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5762/2019

01.10.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5762/2019 01.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, İddiaçı, vəkili X1, Cavabdeh və vəkili X2 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 aprel 2019-cu il tarixli, 2(103)4501/2019 saylı qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 15 yanvar 2019-cu il tarixli, 2(004)176/2019 saylı qətnaməsi ilə (sədrlik edən, haki m T.B.Axundov) İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” barədə iddiası rədd edilib. İddiaçı qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 aprel 2019-cu il tarixli, 2(103)4501/2019 saylı qətnaməsi ilə (hakimlər Ş.Ə.Məhərrəmova sədrlik edən, məruzəçi, E.Y.Şamayev və X.Ə.Sarıyev) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 15 yanvar 2019-cu il tarixli qətnaməsi qismən ləğv edilərək, cavabdehdən maddi zərərə görə 1.080 manat, mənəvi ziyana görə 1.000 manat pulun tutulub iddiaçıya ödənilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilib. Cavabdeh qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qald ıraraq, səhhətinə və sağlamlığına vurulmuş zərərin nəticələrinin aradan qaldırılması, sağlamlığının bərpası üçün çəkdiyi 1.700 manat, dişinin müalicəsi ilə bağlı 180 manat, iki aydan artıq müddət ərzində xəstəliyi, ağrıları və əməliyyat olunduğuna görə işindən mərhum olması ilə əlaqədar qazanmalı olduğu 800 manat, sağlamlığında yaranmış təhlükə ilə bağlı düşdüyü psixoloji, mənəvi sarsıntılar, keçirdiyi psixi və mənəvi iztirablara görə 3.000 manat, dövlət rüsumuna görə ödədiyi 30 manat, cəmi 5.710 manat pulun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırıb ki, cavabdehin ünvan 1 ünvanda “Sizin Stomatoloq” adlı diş klinikası var. 2015-ci ildə diş problemi ilə əlaqədar cavabdehə müraciət edib və sonuncu dişlərində müxtəlif “əməliy yatlar” aparıb. Müalicədən bir müddət sonra özünü narahat hiss etməyə başlayıb və burnundan nəfəs alması çətinləşib və tez-tez burun dəliyini təmizləmək məcburiyyətində qalıb. Nəticədə psixoloji həyəcan keçirib, səhhətində xoşagəlməz hadisələrin baş verdiyini güman edərək daim əsəbi, gərginlik içində olub. Mənəvi və psixoloji gərginlikdən səhhətində ağırlaşma baş verib. Bundan sonra başqa həkimə müraciət edib və müayinə zamanı ona məlum olub ki, cavabdeh onu səhv müalicə edib. Hətta həyatı üçün ciddi təhlükə yaranıb. Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzı Hospitalında ona “sol tərəfli irinli yuxarı çənə sinusiti. Sol haymor boşluğunun yad cismi (plomb materialı)” diaqnozu qoyulub. 14 fevral 2017-ci il tarixdə Hospitalda üzərində əməliyyat aparılaraq sol haymor boşluğu yad cis imdən, irindən, pataloji dəyişilmiş selikli qişadan təmizlənmişdir. Cavabdehin qeyripeşəkarlığı, səhlənkarlığı, öz işinə və insan həyatına məsuliyyətsiz yanaşması səbəbindən dişə qoyulmalı olan plomb materialı normadan, zəruri olandan qat-qat artıq miqdarda dişə yeridildiyindən deşilərək dişdən kənara tökülmüş, plomb materialı faktiki olaraq dişlə bərabər burunun haymor boşluğuna düşüb. Müayinələrə əsasən 7 və 44 mm ölçüdə yüksək sıxlıqda yad cisim (plomb) və sinusun tam dolması aşkar edilmiş, orada infeksiyalaşma prosesi çürümə prosesi getməyə başlamışdır. Cavabdeh onun dişlərinin müalicəsi, bununla bağlı onun rentgen müayinəsindən keçməsi və digər proseslərlə əlaqədar ondan ümumilikdə 280 manat pulu şəxsən alıb. Cavabdehin təqsiri üzündən baş vermiş yuxarıda qeyd edilən fəsadların aradan qaldırılması üçün sonradan daha 1.700 manat vəsait xərcləmək məcburiyyətində qalıb. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. İddiaçı kassasiya şikayətinə dair etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəm əsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh və vəkili X kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı və vəkili Mehman Paşayev məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatlarında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə ape llyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qismən ləğv edib, iddia ərizəsini qismən təmin edib, qalan hissədə qətnaməni dəyişdirilmədən saxlayarkən, cavabdehin təqsiri üzündən iddiaçıya maddi, mənəvi zərər dəyməsinə, iddia ərizəsini bütövlükdə rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə istinad edib və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, iddiaçı, iddia edir ki, cavabdehi uzun müddətdir ki, tanıyır. Bu müddət ərzində diş problemləri ilə əlaqədar olaraq yalnız ona müraciət edib. Sonuncu dəfə cavabdehə 2015-ci ildə müraciət edib. Cavabdeh onun dişlərində müxtəlif “əməliyyatlar" aparıb. Həmin əməliyyatlardan az bir müddət sonra özünü narahat hi ss etməyə başlayıb. Cavabdeh isə iddia ərizəsinə etiraz edərək, iddiaçının bir dişinin 2014-cü ildə düzəldilərək kariesdən təmizlənərək plomb qoyulması əməliyyatının onun klinikasında oğlu Emil Məhərrəmov tərəfindən icra olunduğunu və ümumiyyətlə heç vaxt iddiaçıya stomatoloq kimi tibbi xidmət göstərmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən qeyd etmişdir ki, iddiaçının cavabdehə kompüter öyrətməsi ilə bağlı onlar arasında münasibətlər yaransa da, iddiaçının dişlərinə bu illər ərzində yalnız cavabdeh tərəfindən tibbi xidmət göstərilməsi öz təsdiqini tapmamışdır. İddiaçı hansı tarixdə cavabdeh tərəfindən dişini düzəltdirməsi və dişlərində hansı işlərin görülməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instans iya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Sadalanan maddələrin mənasına görə, mülki hüquq pozuntusu- deliktə görə məsuliyyətin yaranması üçün dispozisiya şərt i kimi üç əsas ünsürün məcmu halda mövcud olması zəruridir: birincisi, əməl (hərəkət və ya hərəkətsizlik); ikincisi, həmin əməlin hüquqa zidd olması (mülki qanunvericiliyin normalarını pozması) və üçüncüsü, təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan maddələrin tələblərini əsas tutub, apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, hazırki iş üzrə deliktə əsaslanan zərərin əvəzinin ödənilməsinə dair tələbi təmin etmək üçün qeyd edilən hər üç dispozisiya şərtinin mövcud olması mülki iş materialları ilə təsdiq olunur. Belə ki, Dövlət Gömrük Komitəsinin 04 yanvar 2019-cu il tarixli məktubu ilə müəyyən olunur ki, iddiaçı, 11 fevral 2017-ci il tarixdə Mərkəzi Gömrük Hospitalında “paranazal sinusların komputer tomoqrafiyası” xidmətindən keçmişdir. Xidmətin qiyməti 90 manat təşkil edir. 13 fevral 2017-ci il tarixdə onda “burundan irinli qoxulu axıntı, burun tutqunluğu sol yanaq nahiyəsində ağırlıq hissi” xəstəliyi aşkar edilmiş və ona “J32.8-digər xroniki sinusitlər” diqanozu qoyulmuşdur. İddiaçıda 14 fevral 2017-ci il tarixdə “funksional endoskopik sinusit cərrah (tək tərəfli) (ümumi anesteziya ilə) əməliyyatı aparılmışdır. Əməliyyatın qiyməti 950 manat təşkil etmişdir. 15 fevral 2017-ci il tarixdə iddiaçının stasionar müalicəsi tamamlanmış və 16 fevral 2017-ci il tarixdə kontrol müayinədə olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin 25 oktyabr 2018-ci il tarixli ekspert rəyinə görə, iddiaçının 11 fevral 2017-ci il tarixdə üz skeletinin KT müayinəsi zamanı sağ haymor cibində (maksillar sinusda) 7x4 mm ölçüdə yad cisim diş plombu aşkar edilmişdir. 17-ci dişin siniri çıxarılmışdır və 17-ci dişdən perforasiya içərisində yad cisim (diş plombu) həm dişdə, həm də haymor boşluğunda aşkar edilmişdir. Dişin siniri təmizlənmiş və dişdən plomb haymor boşluğuna düşmüşdür. Haymor boşluğunda aşkar edilmiş plombun düşmə müddətinin təyini orqanizmin fərdi xüsusiyyətlərindən, immunitet faktorundan və rinogen haymoritin olmasından asılıdır və müayinə olu nanın göstərdiyi vaxtda və şəraitdə baş verməsi istisna edilmir. Plomb materialı olan boşluq irinləyərsə iddiaçının şikayətlərinə səbəb ola bilər. Plomb materialı haymor boşluğuna hissəvi düşmüşdür. İşin sadalanan hallarından görünür ki, iddiaçının diş müalicəsi zamanı dişdən plombun haymor boşluğuna düşməsi ilə iddiaçıda baş qaldırmış ağrılar arasında birbaşa səbəbli əlaqə vardır. Dişin plomblanmasının nəticəsidir ki, iddiaçıda müayinə zamanı “İ32.8-Digər xroniki sinusitlər” diqanozu qoyulmuş və xəstə üzərində cərrahi əməliyyat keçirilmişdir. Ekspert rəyinə görə dişin sinirinin təmizlənməsi və dişdən plombun haymor boşluğuna düşməsi iddiaçının göstərdiyi vaxtda və şəraitdə baş verməsi mümkündür. İddiaçıya dəymiş maddi, mənəvi zərərin cavabdehin təqsiri nəticəsində baş verməsinə gəlincə is ə apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçı, iddia edir ki, son 10 ilə yaxın müddətdir ki, stomatoloq kimi tanıdığı cavabdehin klinikasında müalicə alıb. Sonuncu dəfə 2015-ci ildə dişini müalicə etdirmək üçün cavabdehə müraciət edib və müalicə xərcini şəxsən cavabdehə verib. Məhz cavabdehin apardığı müalicədən sonra səhhətində narahatçılıq yaranıb və cavabdehə qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edib. İddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1, X2, X3 və X4in ifadələri ilə də inkar olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları, o cümlədən şahid ifadələrini, ekspert rəyini tədqiq edib haqlı olaraq qeyd etmişdir ki, iddiaçının dişlərinin cava bdehə məxsus klinikada düzəldilməsi faktı öz təsdiqini tapır. Cavabdeh izahatında, kassasiya şikayətində iddiaçıya qarşı hər hansı mülki hüquq pozuntusu (delikt) törətməməsini və iddiaçıya birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd hərəkətə və ya hərəkətsizliyə yol verməməsini və beləliklə də, iddia tələbinin əsassız olmasını göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalana n mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Əksinə, cavabdehin arqumentlərinin əsassız olması məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri, ekspert rəyi və işə əlavə edilmiş digər sübutlarla da təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunver iciliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.1-14.2.9-cu maddələrində mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları kimi qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları, qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma, fiziki və hüquq i şəxslərin digər hərəkətləri, qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İşdə olan Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İda rəsindən verilmiş 04 yanvar 2019cu il tarixli məktub, Mərkəzi Gömrük Hospitalından verilmiş hesab-fakturalar, eləcə də ödəniş qəbzlərindən görünür ki, iddiaçı kompüter tomoqrafiyası xidmətinə görə 90 manat, cərrahiyyə əməliyyatı ilə əlaqədar 950 manat, həkim müayinəsi ilə əlaqədar isə 40 manat, cəmi 1.080 manat ödəniş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iddia tələbini maddi zərərin əvəzinin ödənilməsi hissədə araşdırıb haqlı olaraq qeyd etmişdir ki, iddia tələbi bu hissədə yuxarıda göstərilən məbləğdə sübuta yetdiyi üçün təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda qeyd etmişdir ki, iddiaçı sağlamlığının bərpası üçün 620 manat, dişinin müalicəsi ilə əlaqədar 180 manat, 2 aydan çox xəstəliyi ilə əlaqədar işindən məhrum olmasına görə 800 manat qazancından məhru m olmasını iddia etsə də, qeyd edilən həcmdə maddi zərər çəkdiyini sübuta yetirmədiyindən iddia tələbi həmin hissələrdə təmin edilə bilməz. İddia tələbinin mənəvi zərərin əvəzinin ödənilməsi hissəsinə gəlincə isə apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, “Mənəvi zərərin ödənilməsi barəsində qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndinə görə, “Azərbaycan Respublikasının qanunvericiliyi, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın” müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından mənəvi zərər anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüqu q və azadlığının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır”. Apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını nəzərə alıb qeyd etmişdir ki, iddiaçının dişinin müalicəsindən sonra onda ağrıların baş qaldırması və nəticədə onun fiziki iztirab keçirməsi işin mübahisə olunmayan halıdır. Cavabdeh özü də kassasiya şikayətində iddiaçının iddia etdiyi hallarda kəskin ağrıların baş verə bilməsini inkar etməmişdir. Ona görə də apellyasiya instansiyası məhkəməsi ha qlı olaraq cavabdehin təqsiri üzündən iddiaçıya dəymiş mənəvi zərərin məbləğini 1.000 manat məbləğdə dəyərləndirməklə düzgün nəticəyə gəlmişdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozma sı və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 aprel 2019-cu il tarixli, 2(103)-4501/2019 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar