Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5763/2019 10.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 10 sentyabr 2019-cu il İŞ№ 2(102) 5763 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Xnın katibliyi, ərizəçinin nümayəndəsi X1, ərizəçinin vəkili X2 iştirakı ilə, Ərizəçi AR Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Maraqlı şəxs2maraqlı şəxslər Maraqlı şəxs4, AR Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “xxxx” MMC, “Maraqlı şəxs3”, “Azərbaycansaatı.com”, “Turan” telekanalı (Turan TV), “Azərbaycan” saatı, “RFE/RL İNC” şirkətinə qarşı internet informasiya ehtiyatlarına müraciətin məhdudlaşdırılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 23 aprel 2019-cu il tarixli qətnaməsindən ərizəçi Maraqlı şəxs4 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Səbail Rayon Məhkəməsinin 12 may 2017-ci il tarixli qətnaməsi ilə (hakim N.Bağırov) ərizəçi AR Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Maraqlı şəxs2 maraqlı şəxslər Maraqlı şəxs4, AR Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “xxxx” MMC, “Maraqlı şəxs3”, “Azərbaycansaatı.com”, “Turan” telekanalı (Turan TV), “Azərbaycan” saatı, “RFE/RL İNC” şirkətinə qarşı internet informasiya ehtiyatlarına müraciətin məhdudlaşdırılması tələbi nə dair ərizəsi qismən təmin edilmiş, «xxxx», «Maraqlı şəxs3», «azərbaycansaati.com» domenlərinə, «Meydan.TV». «Turan» telekanalı (Turan TV) və «Maraqlı şəxs6» teleproqramlarının yerləşdiyi internet informasiya ehtiyatlarına müraciətlərin edilməsi məhdudlaşdırılmış, ərizə “müraciətin müəyyənləşdirilmiş digər informasiya ehtiyatları vasitəsi ilə mümkün olarsa, məhdudlaşdırılma barədə məhkəmə qərarının bu resurslara da şamil edilməsi” hissəsində rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 19 dekabr 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən A.Hüseynov, hakimlər X.Cəmilova və İ.Xəlilov) maraqlı şəxslər “xxxx” MMCnin və “RFE/RL İNC” şirkətinin apellyasiya şikayəti təmin edilməmiş, Səbail Rayon Məhkəməsinin 12 may 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərba ycan Respublikasının Ali Məhkəməsinin MK-nın 04 iyun 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən M.Əhmədova, hakimlər Ə.Rüstəmov və Ə.Nurməmmədov) maraqlı şəxslər “xxxx” MMC-nin və “RFE/RL İNC” şirkətinin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 23 aprel 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən E.Nəbiyev, hakimlər R.Qurbanov və A.Hüseyn) maraqlı şəxs «Meydan.TV»nin apellyasiya şikayəti təmin edilməmiş Səbail Rayon Məhkəməsinin 12 may 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Ərizəçi “Maraqlı şəxs4” kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 23 aprel 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və Ərizəçi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Ərizəçi Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Maraqlı şəxs2 “internet informasiya ehtiyatlarına müraciətin məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək dövlətin və cəmiyyətin qanunla qorunan maraq larına təhdid yaratdığından «xxxx», «azadhq.org», «azərbaycansaati.com» domenlərinə, «Meydan.tv», «Turan» telekanalı (Turan TV) və «Maraqlı şəxs6» teleproqramlarının yerləşdiyi internet informasiya ehtiyatlarına müraciətin məhdudlaşdırılması; həmçinin müraciət müəyyənləşdirilmiş digər informasiya ehtiyatları vasitəsi ilə mümkün olarsa, məhdudlaşdırılma barədə qərarın bu resurslara da şamil olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Baş prokuroru Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinə ünvanladığı 27.03.2017-ci il tarixli 13-1/18 saylı məktubda «xxxx», «azadliq.org», «azərbaycansaati.com» və «Meydan.tv»,domenlərində, «Turan» telekanalı (Turan TV) və «Maraqlı şəxs6» teleproqramlar ında mütamadi olaraq “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri kobud şəkildə pozularaq Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ictimai sabitliyin pozulmasına yönələn destruktiv hərəkətlərə yol verilməsi, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışlar edilməsi, radikal dini qurumların qanunsuz fəaliyyətlərinin təbliğ edilməsi və digər qanunazidd hərəkətlərə yol vermələri müəyyən edilmiş, sadalanan internet informasiya ehtiyatlarının və teleproqramların Azərbaycan Respublikası “ərazisində yayımlarının dayandırılması və digər məhdudiyyətlərin tətbiqi üçün müvafiq tədbirlərin görülməsinə dair göstəriş verilməsi xahiş olunmuşdur. Qeyd olunanlar nəzərə alınaraq Nəqliyy at, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 27.03.2017-ci il tarixli QM0001 saylı qərarı ilə «xxxx», «azadliq.org», «azərbaycansaati.com» domenlərinə, «meydan.tv», «Turan» kelekanalı (Turan TV) və «Maraqlı şəxs6» teleproqramlarının yerləşdirildiyi internet informasiya ehtiyatlarına müraciət təxirəsalınmadan müvəqqəti olaraq məhdudlaşdırılmış, Nazirliyin yanında Maraqlı şəxs2nə isə göstərilən internet informasiya ehtiyatlarına müraciətin məhdudlaşdırılması barədə müvafiq qərarın qəbul edilməsi üçün Nazirliyin adından aidiyyəti rayon məhkəməsinə müraciət edilməsi tapşırılmışdır. Nazirliyin yanında Maraqlı şəxs2 Azərbaycan Respublikas Prezidentinin 2012-ci il 26 sentyabr tarixli 708 nömrəli Fərmanının 5-ci hissəsinə əsasən yaradılmış və kibertəhlükəsizlik sahəsində informasiya infrastruk turu subyektlərinin fəaliyyətinin koordinasiyasını, mövcud və yarana biləcək elektron təhlükələr barədə ölkə səviyyəsində məlumatlardırmanı, əhalinin, özəl və digər qurumların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsini və onlara metodiki kömək göstərilməsini təmin edən əlaqələndirici qurum olan dövlət orqanıdır. Göstərilənləri nəzərə alaraq, dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yaratdığından «xxxx», «azadliq.org», «azərbaycansaati.com» domenlərinin, «meydan.tv», «Turan» telekanalı (Turan TV) və «Maraqlı şəxs6» teleproqramlarının yerləşdiyi internet informasiya ehtiyatlarına müraciətin məhdudlaşdırılması barədə, həmçinin müraciətin müəyyənləşdirilmiş digər informasiya ehtiyatları vasitəsi ilə mümkün olarsa, məhdudlaşdırılma barədə məhkəmə qərarının bu resurslar a şamil edilməsi xahiş olunur. Ərizəçi Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Maraqlı şəxs2 nümayəndəsinin razılığı əsasında Azərbaycan Respublikası MPM-nın 54-cü maddəsi ilə müəyyən olunmuş qaydalara uyğun olaraq ərizəçi Maraqlı şəxs2 əsl tərəf olan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əvəz edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli qətnaməsindən “xxxx” MMC və “RFE/RL İNC” şirkəti apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin həmin iş üzrə qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmışdır. “xxxx” MMC-nin və “RFE/RL İNC” şirkətinin həmin qətnam ədən verdikləri kassasiya şikayəti Azərbaycan Respublikasının Ali Məhkəməsinin 04 iyun 2018-ci il tarixli qərarı ilə təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, yəni 11 mart 2019-cu ildə “Maraqlı şəxs4” iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 23 aprel 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi “Maraqlı şəxs4”-yə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən “Maraqlı şəxs4” kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin də lillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, “Maraqlı şəxs4”-nin kassasiya şikayəti üzrə icraata xitam verilməli, “Maraqlı şəxs4”-nin apellyasiya şikayəti qeyri-mümkün sayılmalıdır. Ona görə ki, “Maraqlı şəxs4” tərəfindən iş üzrə verilmiş apellyasiya və kassasiya şikayətlərinin məzmunundan görünür ki, sonuncu birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin edilən hissəsində mübahisələndirir. Halbuki işin hallarından göründüyü kimi işə birinci apellyasiya baxışında qəbul edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilən hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir və həmin qətnamə qanun i qüvvəyə minmişdir. Azərbaycan Respublikasının KMP X1 və X2un şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair iş üzrə qəbul etdiyi 12 iyul 2018-ci il tarixli Qərarında qətnamə qanuni qüvvəyə mindikdən sonra iddia tələbi çərçivəsində həmin qətnamə ilə həll edilmiş məsələlərin eyni instansiyalarda yenidən baxılmasının yolverilməzliyi ilə bağlı aşağıdakıları qeyd etmişdir. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi onun bütün keyfiyyətlərini özündə əks etdirməsini ehtiva edir. Bunlara aşağıdakılar aiddir: qətilik, müstəsnalıq, preyudisiallıq, icraedilənlik və məcburilik. Məhkəmə qətnaməsinin qətiliyi qətnamənin qanuni qüvvəyə minməsi ndən sonra ondan şikayət və protest vermək imkanının olmamasından ibarətdir. Məhkəmə qətnaməsinin müstəsnalığı həll olunmuş mübahisə üzrə ikinci dəfə məhkəmədə eyni iddianın qaldırılmasının, ona baxılmasının və mübahisələndirilməsinin yolverilməzliyində öz əksini tapır. Preyudisiallığın xüsusiyyəti ondan ibarətdir ki, əvvəl baxılmış iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş hallar məhkəmə və digər proses iştirakçıları üçün məcburidir. Məhkəmə qətnaməsinin icraedilənlik xüsusiyyəti ondan ibarətdir ki, qəbul edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası məcburidir. Beləliklə işin hallarından göründüyü kimi iddianın təmin edilən hissələrində birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı Bakı şəhəri Səbail rayon məhkəməsinin qa nuni qüvvədə olan 12 may 2017-ci il tarixli qətnaməsi ilə tam yoxlanıldığı üçün “Maraqlı şəxs4”-nin həmin qətnamədən verdiyi apellyasiya şikayəti qeyri-mümkün sayılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxs4-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 23 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5763/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5763/2019
10.09.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver