Məhkəmə qərarları › İş №2(102)-5766/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5766/2019

16.08.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5766/2019 16.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, İddiaçı və Cavabdeh1 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 yanvar 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 yanvar 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini, ilkin iddi a tələbinin tam təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 yanvar 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini, iş üzrə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər “xxxx” MMC və Cavabdeh1 qarşı maddi və mənəvi təzminat tələbinə dair ilkin; iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, X2, X9, X7 və X4 qarşı kirayə pulunun alınması, mənzildən çıxarılma və mənzilə köçürülmə tələbinə dair qarşılıqlı iddia ərizələri ilə məhkəməyə müraciət etmişdilər. Bakı şəhəri Nizami rayon məhkəməsinin 21 fevral 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən M.Sadıqov, iş 2(007)156/2018) İddiaçı "Cavabdeh1 onun xeyrinə 40.700 manat pulun, "xxxx" MMC-dən qanunsuz əməlinə görə 16.000 manat maddi və 20.000 manat mənəvi zərərin tutulması" tələbinə dair ilkin iddiası təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, X1, X6, X5 və X3 Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci girişinin 10-cu mərtəbəsində yerləşən ümum sahəsi 92,9 m olan iki otaqlı 71 saylı mənzilindən çıxarılmaları, Cavabdeh1 həmin mənzilə köçürülməsi qət edilmiş, qarşılıqlı iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər T.Səmədov (sədrlik edən və məruzəçi), İ.Şirinov və E.Kazımov, iş № 2(103)-718/2019) İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin hazırki iş üzrə olan 21 fevral 2018-c i il tarixli qətnaməsi İddiaçı maddi və mənəvi ziyanın ödənilməsi tələbinin rədd olunmasına dair hissəsində ləğv edilmiş,iddianın həmin hissələrdə qismən təmin edilməsi, Cavabdeh1 Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci girişinin 10-cu mərtəbəsində yerləşən ümum sahəsi 92,9 m olan iki otaqlı 71 saylı mənzilində aparılmış təmir-tikinti işlərinin dəyəri kimi 24 130 manatın tutularaq İddiaçı verilməsi, “xxxx” MMC-dən maddi ziyana görə 16 000 manatın, mənəvi ziyana görə 5 000 manatın tutularaq İddiaçı verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, qətnamənin Cavabdeh1 İddiaçı xeyrinə 24 130 manatın tutulması və İsmayılovların mənzildən çıxarılmasına dair hissələrdə eyni vaxtda icra edilməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 yanvar 2019-cu il tarixli qətnaməsinin qismən ləğv edilməsini, ilkin iddia tələbinin tam təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Cavabdeh1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 yanvar 2019-cu il tarixli qətnaməsinin qismən ləğv edilməsini, iş üzrə müvafiq qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etir az daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instan siyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mübahisəli mənzil İddiaçı tərəfindən dəyəri MMC-yə ödənilməklə alınmış və həmin mənzil ona təhvil verilərkən tam təmirsiz vəziyyətdə təhvil verilmiş və onun tərəfindən mənzilin yaşayışa yararlı vəziyyətə salınması üçün təmir işləri aparılmışdır. Lakin “xxxx” MMC-nin təqsiri üzündən onunla bağlanmış müqavilə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə etibarsız sayılmışdır. İddiaçı mənzilin təmirinə 35 000 manat şərf etməsini iddia edərək həmin məbləğin Camaldan alınaraq ona verilməsini tələb etmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatının nəticəsi barədə verilmiş 21 dekabr 2018-ci il tarixli rəyə görə, həqiqətən də mübahisəli mənzildə təmir-tikinti işləri aparılmış və həmin işləri bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri 24 130 manat təşkil edir. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı mübahisəli mənzilə görə MMC-yə 2012-ci ildə 42 000 mana t pul ödəmiş, ondan təxminən 6 il keçdikdən sonra onunla bağlanmış müqavilə etibarsız hesab edilərək həmin məbləğ ona qaytarılmışdır. “xxxx” MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin 08 oktyabr 2018-ci il tarixli arayışına görə, mübahisəli mənzilin hazırda bazar dəyəri 105 000 manat təşkil edir. Mənzilə görə MMC-yə ödənilmiş pul məbləği (42 000 manat) və mənzilin təmirinə çəkilmiş xərclər (24 130 manat) cəmi 66 130 manat təşkil etsə də həmin məbləğ MMC-nin təqsiri üzündən iddiaçının qaytarmalı olduğu məbləğdən 38 870 manat (105 000 – 66 130 = 33 870) azdır. Çıxarılması qət olunmuş mənzilini qaytaracağı təqdirdə iddiaçı həmin fərq məbləğində itkiyə məruz qalacağını nəzərə alaraq, iddiaçı həmin zərərə görə MMC-dən cəmi 16 000 manat tələb etdiyindən, kollegiya hesab edir ki, iddia tələb olu nan həcmdə təmin olunmalıdır. Cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya maddi zərər dəyməklə, o, mənəvi sarsıntı keçirdiyindən iddia tələbi həmin hissədə qismən 5 000 manat məbləğində təmin olunmalıdır. Qətnamənin Cavabdeh1 İddiaçı xeyrinə 24 130 manat tutulmasına və İsmayılovların mənzildən çıxarılmalarına dair hissələri eyni vaxtda icra olunmalıdır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinə görə vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yax şılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır(1092.1). Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir(1092.2). Kollegiya hesab edir ki, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən binanın 1-ci girişinin 10-cu mərtəbəsində yerləşən iki otaqlı 71 saylı mənzilin təmir pulunun ondan tutulmadan, mübahisəli təmirli mənzilə köçürülməsi onun əsassız varlanmasına gətirib çıxarır. İddiaçı ilə mənzilə dair bağlanmış müqavilə sonradan etibarsız hesab edilsə də, o, həmin mənzilə müqavilənin qüvvədə olduğu dövrdə köçü b orada təmir işləri apardığından onun tələbi 157.7, 1091.1, 1092.1 və 1092.2-ci maddələrinin müddəalarına uyğun olmuşdur Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə: 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən: 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zər ərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin-əvəzinin ödənilməsi nəzərdə tutula bilər.” İddiaçı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, “iddiaçı tərəfindən mənzil təmir edildikdən sonra dəyəri 3.500 manat olan mətbəx mebeli və dəyəri 2.200 manat olan dəhliz mebeli alınaraq mənzilə yerləşdirilmişdir. Həmin mebellər mənzilin layihəsinə uyğun sifariş olunaraq mənzilə quraşdırılmış və hazırda mebellərin mənzildən çıxarılması onların yararsız hala düşməsinə səbəb ola bilər.Bu səbəbdən vicdanlı sahib olan iddiaçı birinci instansiya məhkəməsində iddia tələbinin həcminin artırılmasına da ir vəsatət verərək mənzilin yaxşılaşdırılması üçün, çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələbi etsə də, apellyasiya instansiyası məhkəməsi bu vəsatətə dair münasibət bildirməmişdir.” Kassasiya şikayətinin həmin dəlili ilə əlaqədar Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertiza evdə aparılmış təmin işlərinin dəyərinin müəyyən etsə də mətbəx və dəhliz mebelinə aid hissəni əhatə etməmişdir və məhkəmə qətnaməsində mətbəx və dəhliz mebeli ilə əlaqədar məhkəmə tərəfindən araşdırma aparılmamış və həmin məsələlərə hüquqi qiymət verilməmişdir. İddiaçı kassasiya şikayətində həmçinin qeyd etmişdir ki, İddiaçı həm iddia ərizəsində həm də apellyasiya şikayətində mənzilə görə MMC-yə 2012-ci ildə ödədiyi 42 000 manat pulu geri ala bilmədiyini qeyd etsə də, hər iki instansiya məhkəmələri qətnamələrdə mənzilə görə iddiaçının MMC-yə 2012-ci ildə ödədiyi 42 000 manat pulun təxminən 6 il keçdikdən sonra müqavilə etibarsız hesab edilərək, ona qaytarıldığını qeyd etmişlər. Bu səbəbdən İddiaçı cavabdeh “xxxx” MMC-nin qanunsuz əməlinə görə ondan maddi və mənəvi zərərin ödənilməsi və İsmayılovların mənzildən çıxarılmalarını eyni vaxtda icra edilməsini məhkəmədən xahiş etmişdir. Lakin, məhkəmə iddianı bu hissədə təmin etməməşdir. Halbuki, cavabdehə “xxxx” MMC tərəfindən vurulan ziyan da digər ziyanla birgə götürülməklə, ona sonrakı mənzil təminatını qurmaq üçün zəruridir. İddiaçının hazırda başqa yaşayış yeri yoxdur və məhz hər iki cavabdeh tərəfindən ona ödəniləcək vəsait hesabına o yeni mənzil almaq niyyətindədir. “xxxx” MMC-nin pul ödənişini 6 ild ən çox müddətdə gecikdirməsi ehtimal etməyə əsas verir ki, o qətnamədən sonra da pul vəsaitinin ödənilməsini gecikdirəcək. Belə olan halda iddiaçının başqa yaşayış yeri əldə etmədən mənzildən çıxarılması ona ağır maddi və mənəvi ziyan vuracaq. Məhkəmə kollegiyası hesab edir ki, işə yenidən apelyasiya qaydasında baxılarkən kassasiya şikayətinin həmin dəlillərinə də hüquqi qiymət verilməlidir. Cavabdeh1 kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, “məhkəmənin adı çəkilən mənzildə iradəsinə zidd aparılmış təmirə çəkilmiş xərcin dəyərinin Cavabdeh1 tələb etməsi ilə bağlı gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmayıb, qanuna zidd və ədalətsiz mövqeydir.” Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlili il ə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinə əsasən, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Kassasiya şikayətində həmçinin qeyd olunmuşdur ki, mənzilin təhvil verilməsi ilə təmirə görə pulun ödənilməsi hissəsinin eyni zamanda icra olunması ilə bağlı hissə qətnamədən xaric olunmalıdır. Məhkəmə kollegiyası Cavabdeh1 kassasiya şikayətinin həmin dəlili ilə də razılaşmır. Belə ki, İddiaçı mənzilin təmirinə çəkdiyi xərcləri ödənilmədən mənzildən çıxarılması onun cavabdehə münasibətdə ədalətsiz mövqedə qoy ulmasına səbəb olardı. Ona görə də Məhkəmə kollegiyası Cavabdeh1 kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsi nəzərdə tutur ki, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya şikayətlərinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilmişdir. İddiaçı kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 yanvar 2019-cu tarixli qətnaməsinin qismən ləğv edilməsi üçün əsas hesab edilir. Məhkəmə kollegiyası iş üzrə yeni qərar qəbul edilməsin i məqsədəmüvafiq hesab etmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İddiaçı kassasiya şikayəti qismən - maddi ziyanın məbləğinin müəyyən edilməsi hissəsində təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 yanvar 2019-cu il tarixli qətnaməsi qismən İddiaçı vurulmuş maddi ziyan hissəsində ləğv edilsin və iş həmin hissədə yeni apelyasiya baxışına qaytarılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar