Məhkəmə qərarları › İş №2(102)-5769/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5769/2021

06.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5769/2021 06.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: qeyri-yaşayış sahəsinin boşaldılması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-849/2021 nömrəli iş üzrə 02 iyun 2021-ci il tarixli qətnaməsindən qarşılıqlı iddiaçılar Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 06 oktyabr 2021-ci il tarixdə Al i Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: ünvan 1 ünvanında yerləşən 80,60 kv. metrdən ibarət qeyri-yaşayış binası Mingəçevir şəhər İstehsal-İstehlak Kooperativinə məxsus olmaqla həmin sahə 09 №-li mağaza kimi fəaliyyət göstərmişdir. 01 sentyabr 2016-cı il tarixdə Cavabdeh1 09 №-li mağazaya müdir-satıcı vəzifəsinə təyin olunmuş və 16 mart 2017-ci il tarixdə o, ərizə ilə Mingəçevir şəhər İstehsal-İstehlak Kooperativinə müraciət edərək mağazanın ona satılmasını xahiş etmişdir. X2 sədrinin 25 oktyabr 2018-ci il tarixli sərəncamı ilə 01 avqust 2014-cü ildən kooperativin payçısı olan İddiaçı 09 saylı mağazaya satıcı vəzifəsinə təyin olunmuş, 10 aprel 2019-cu ildə o, 09 saylı mağazanın ona satılması barədə X1 müraciət etmişdir. Kooperativin müvəkkillər yığıncağının 15 aprel 2019-cu il tarixli protokol qərarı ilə 09 saylı mağazanın İddiaçı satılması məqsədəmüvafiq hesab edilərək həmin qərarın təsdiqi üçün “Azərittifaqın” İdarə Heyətinə müraciət olunması qərara alınmışdır. “Azərittifaqın” İdarə Heyətinin 17 aprel 2019-cu il tarixli qərarı ilə ümumi sahəsi 85,5 kv.metr olan mağaza binasının payçı İddiaçı satılmasına razılıq verilmişdir. Bundan sonra göstərilən qeyri-yaşayış sahəsinin alqı-satqısına dair Kooperativlə İddiaçı arasında 11 iyul 2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. 15 iyul 2019-cu il tarixdə həmin qeyri yaşayış sahəsinə dair İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilməklə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin sentyabr ayında İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının 15 iyul 2019-cu il tarixli Dövlət Reyestrindən Çıxarışa əsasən onun mülkiyyətində olmasını, lakin Kərimovların ona məxsus əmlakın boşaldılmasından imtina etmələrini əsas göstərməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157-ci maddələrinin tələbinə müvafiq olaraq onların həmin qeyri-yaşayış binasından çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi üzrə Cavabdeh1 qarşılıqlı iddia verərək 09 saylı mağazada müdirsatıcı işləməklə mağazanın təmirinə 30.000 manat məbləğində vəsait sərf etməsini, iddiaçıdan əvvəl mağazanın ona satılması barədə kooperativə müraciət etməsinə baxmayaraq mağazanın İddiaçı satılmaqla hüquqlarının pozulmasını, müvəkkillərin mağazanın İddiaçı satılmasına dair 15 aprel 2019-cu il tarixli yığıncağında iclasın katibi kimi göstərilsə də, həmin protokolu imzalamamasını əsas göstərməklə İddiaçı ilə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında İddiaçı adına verilmiş Reyestrdən Çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılana qədər Cavabdeh1 iddia tələbinin həcminin artırılması barədə ərizə verərək eyni zamanda Kooperativin müvəkkilləri yığıncağının 09 saylı mağazanın İddiaçı satılmasının məqsədəmüvafiq hesab edilməsinə dair 15 aprel 2019-cu il tarixli qərarının etibarsız hesab edilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2216/2019 saylı, 30 de kabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim:M.K.Kərimova) İddiaçı iddiası rədd olunmuş, Cavabdeh1 qarşılıqlı iddiası təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat İlkin tələb üzrə İddiaçı apellyasiya şikayəti verərək mübahisəli qeyri-yaşayış binasını qanuni əsaslarla əldə etməsini, lakin qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1037/2020 saylı, 25 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – G.Q.Abbasov (sədrlik edən və məruzəçi), M.M.Hüseynov və E.Ş.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, Mingəçevir şəhər Məhkəməsinin 30 dekabr 2019-cu il tarixli, 2(051)-2216/2019 nömrəli qə tnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat İlkin tələb üzrə İddiaçı qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-253/21 saylı, 15 fevral 2021-ci il tarixli qərarı ilə (hakimlər – A.Ə.Abbasov (sədrlik edən və məruzəçi), E.R.Vəliyeva və E.Y.Şamayev) İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1037/2020 saylı, 25 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya i nstansiyası məhkəməsində ikinci icraat İşə təkrar apellyasiya qaydasında baxan Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-849/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ə.T.Məcidov (sədrlik edən və məruzəçi), İ.H.Şükürov və A.A.Mahmudov) İddiaçı apellyasiya şikayəti təmin edilərək Mingəçevir şəhər Məhkəməsinin 30 dekabr 2019-cu il tarixli, 2(051)-2216/2019 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı iddia tələbinin təmin, Cavabdeh1 qarşılıqlı iddia tələbinin isə rədd olunmasına dair qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti verərək mübahisəli qeyriyaşayış sahəsinin İddiaçı satılmasının məqsədəmüvafiq hesab edilməsi barədə Kooperativin müvəkkillər yığıncağının 15 aprel 2019-cu il tarixli protokolunun iclasın katibi kimi onun tərəfindən imzalanmamasını, əmlakın alınmasının ona təklif edilmədən İddiaçı satılmasının qanunsuz olmasını, 2016-cı ildən onun mağazanın müdir-satıcısı olmasını, belə vəziyyətdə İddiaçı da mağazaya satıcı təyin edilməsi üçün əsasların olmamasını, müvəkkillər yığıncağının qərarının, alqı-satqı müqaviləsinin və Reyestrdən Çıxarışın qanunsuz olmasını, işə baxan apellyasiya instansiyası məhkəməsinin sübutlara düzgün qiymət vermədən nəticəyə gəlməsini əsas göstərməklə qətnamənin ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında qarşılıqlı iddiaçıların vəkili verdikləri kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və üçüncü şəxslər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 567 Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxl aya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxl ayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, İddiaçı Kooperativə məxsus 09 saylı mağazada satıcı işləməklə kooperativin payçısı kimi mağaza binasının ona satılması barədə kooperativə müraciət etmiş, həmin məsələ kooperativin müvəkkillər yığıncağında müzakirə olunmaqla mağazanın ona satılması məqsədəmüvafiq hesab edilmiş və həmin qərar “Azərittifaqın” İdarə Heyətində təsdiq olunduqdan sonra kooperativlə onun arasında alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı adına həmin əmlaka mülkiyyət hüququnu bildirən Dövlət Reyestrindən Çıxarış verilmişdir. İşdən görünür ki, 15 aprel 2019-cu il tarixli müvəkkillər yığıncağında 11 nəfər müvəkkildən 7 nəfəri iştirak etmiş və mübahisəli qeyri-yaşayış binasının İddiaçı satılması barədə qərar qəbul edilmişdir. Həmin iclasa Cavabdeh1 katiblik etmiş, lakin onun tərəfindən protokol imzalanmamışdır. Həmin iclasa sədrlik edən kooperativin sədri Mahir Eyyubovun izahatına görə iclas həqiqətən də keçirilmiş və qeyri-yaşayış binasının İddiaçı satılması qərara alınsa da, Cavabdeh1 protokola imza edəcəyini vəd etməsinə baxmayaraq sonradan bundan imtina etmişdir. Mahir Eyyubovun izah etməsinə görə mağazanı almaq əvvəl Cavabdeh1 təklif olunsa d a, sonuncu bundan imtina etmiş və mağazanın İddiaçı satılmasını təklif etmişdir. Göstərilən vəziyyətdə müvəkkillər yığıncağının protokolunun Cavabdeh1 tərəfindən imzalanmaması qarşılıqlı iddianın təmin edilməsi və İddiaçı iddiasının rədd edilməsi üçün əsas verməmişdir. Məhkəmə kollegiyası qarşılıqlı iddianı rədd, ilkin iddianı isə təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109, 111, 139, 146, 152, 157.2-ci maddələrinə istinad etmiş və hesab etmişdir ki, mübahisəli əmlakın İddiaçı satılması qanunun tələblərinə uyğun olduğundan müvəkkillər yığıncağının qərarının və alqı-satqı müqaviləsinin etibarsız sayılması üçün əsaslar yoxdur. Mübahisəli qeyri-yaşayış binası İddiaçı mülkiyyət hüququ əsasında məxsus olmaqla cavabdehlərin həmin sahədən istifadə etmələri qanunsuz olduğu üçün on ların həmin sahədən çıxarılmaları qanuni və əsaslı olmuşdur. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarıldığından dəyişdirilmədən, kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-849/2021 nömrəli iş üzrə 02 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar