Məhkəmə qərarları › İş №2(102)-577/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-577/2022

18.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-577/2022 18.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlk iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlər X32 oğlunun, X3 və X4 ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Lüftiyeva Bəsti Mənsum qızına qarşı ilk, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Lüftiyeva Bəsti Mənsum qızının ilk iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlər X32 oğluna, X8 və X9 qarşı qarşılıqlı iddialar barədə iş üzrə QƏRARİ (Açar sözlər: maneələrin aradan qaldırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiya r Əsəd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1984/2021 nömrəli iş üzrə 19 avqust 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X32 oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları “Torpağın mülkiyyətə verilməsinə dair” JN-148G Kod 80113038 nömrəli şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının 22 yanvar 1999-cu il tarixli 02 nömrəli qərarı ilə X8 və onun ailə üzvlərinin (X4, X5, X10, X6, X11, X7, X32 oğlunun və X12) mülkiyyətinə 0,07 hektar həyətyanı torpaq sahəsi verilmişdir. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-148H Ko d 80113038 nömrəli şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının 22 yanvar 1999-cu il tarixli 02 nömrəli qərarı ilə X8 və onun ailə üzvlərinin (X4, X5, X10, X6, X11, X7, X32 oğlunun və X12) mülkiyyətinə 0,09 hektar həyətyanı torpaq sahəsi verilmişdir. 05 fevral 2021-ci il tarixli arxiv arayışından görünür ki, 1980-1982-ci illərin təsərrüfatbaşına kitablarına əsasən Sərək kəndi üzrə 07 nömrəli kitabın 243 nömrəli şəxsi hesabında X3 təsərrüfatının xüsusi mülkiyyətində 1955-ci il tarixdə tikilmiş fərdi yaşayış evi və 0,20 hektar həyətyanı torpaq sahəsi qeyd edilmişdir. Şüvi bələdiyyəsinin Astara rayon vəkil bürosunun vəkili cənab Vəkil ünvanlanmış məktubundan görünür ki, mübahisəli yol kəndin ümumi istifadə yollarına aiddir və Şüvi bələdiyyəsin in mülkiyyətində olan torpaq sahəsində yerləşir. X32 oğlunun həyətinə başqa alternativ yol yoxdur. Mübahisəli yol onların ata-babadan istifadə etdikləri yoldur. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-215F Kod 80113038 nömrəli şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının 22 yanvar 1999-cu il tarixli 02 nömrəli qərarı ilə X17 və onun ailə üzvlərinin (X13, X18, X19, X20, X21 və X22) mülkiyyətinə 0,20 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin 10 saylı Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş 30 oktyabr 2020-ci il tarixli, M-174 nömrəli mütəxəssis rəyinin surətindən və Azər baycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə tikinti-texniki ekspertizasının 29 dekabr 2020-ci il tarixli, 10/3795 nömrəli ekspert rəyindən görünür ki, Aqrar İslahat Komissiyasının 22 yanvar 1999-cu il tarixli 02 nömrəli qərarı ilə X3 və onun ailə üzvlərinin mülkiyyətində olan Astara rayonunun Sərək kəndi ərazisində yerləşən 0,09 ha torpaq sahəsi mübahisəli ərazidən kənarda yerləşir. Aqrar İslahat Komissiyasının 22 yanvar 1999-cu il tarixli 02 nömrəli qərarı ilə JN-148G nömrəli şəhadətnaməyə əsasən X3 və onun ailə üzvlərinin mülkiyyətində olan Astara rayonunun Sərək kəndi ərazisində yerləşən 0,07 ha torpaq sahəsinə Astara rayonu Sərək yaşayış yerquruluşu planında mübahisəli ərazidən yol nəzərdə tutulmamışdır. Aqrar İslahat Komissiyasının 22 yanvar 1999-cu il t arixli 02 nömrəli qərarı ilə JN-215F nömrəli şəhadətnaməyə əsasən X14 və onun ailə üzvlərinin mülkiyyətində olan Astara rayonu Sərək kəndi ərazisində yerləşən 0,20 ha torpaq sahəsi X32 oğlu, X15 və X16 tərəfindən istifadə edilmir. Tərəflərin mülkiyyətində olan torpaq sahələri üst-üstə düşmür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçılar X32 oğlu, X15 və X16 məhkəməyə ilkin iddia ərizəsi ilə müraciət edərək cavabdeh Lüftiyeva Bəsti Mənsum qızı tərəfindən qanunsuz tutulmuş maşın yolunun açılması, orada quraşdırılan darvazanın (qurğunun) sökülməsi və cavabdehin özbaşınalığına son qoyulması barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Lüftiyeva Bəsti Mənsum qızı ilə onun yaxın qohumluq münasibətləri vardır. O, özbaşınalıq yolu ilə ümumi istifadədə olan maşın yolunda darvaza inşa etdirmiş və onların mülkiyyətlərində olan torpaq sahəsinə, həmçinin orada yerləşən fərdi yaşayış evinə gediş-gəliş yolunu zəbt etmişdir. Belə ki, Astara rayon Aqrar İslahat Komissiyasının 22 yanvar 1999-cu il tarixli 02 nömrəli qərarı ilə Astara rayonunun Sərək kəndi ərazisində 0,07 hektar həyətyanı torpaq sahəsi onların paylı mülkiyyətinə verilmişdir. Bu barədə onlara JN-148G və JN-148H nömrəli “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələr də verilmişdir. Cavabdeh Lüftiyeva Bəsti Mənsum qızının qanunsuz əməllərinə son qoyulması üçün tərəfindən dəfələrlə tələb edilsə də bir nəticəsi olmamışdır. Cavabdeh Lüftiyeva Bəsti Mənsum qızı məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək X32 oğlu, X15 və X16 tərəfindən tutulmuş 0,051 hektar torpaq sahəsinin zəbtdən azad edilməsi, qanunsuz inşa edilmiş çəpərin sökülməsi və özbaşınalıqlarına son qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, iddiaçı X32 oğlunun torpaq sahəsinə gedən yolu tutmamışdır, əksinə iddiaçılar onun torpaq sahəsini zəbt etmiş və orada tikili inşa etdirmişlər. Odur ki, o, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Astara Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim M.Məmmədov, iş № 2(018)-48/2021) ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər X32 oğlunun, X3 və X4 ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Lüftiye va Bəsti Mənsum qızına qarşı “maşın yolunun zəbtdən azad edilməsi, orada qoyulan qurğunun sökülməsi və cavabdehin özbaşınalığına son qoyulması tələbinə dair” ilkin iddiasının rədd olunması, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh Lüftiyeva Bəsti Mənsum qızının qarşılıqlı iddia üzrə cavabdehlər, ilkin iddia üzrə iddiaçılar X32 oğluna, X8 və X9 qarşı “mülkiyyət hüquqlarının müdafiəsi, torpaq sahəsinin zəbtdən azad edilməsi və orada olan qurğuların sökülməsi tələbinə dair” qarşılıqlı iddiasının rədd olunması, iş üzrə ekspertiza xərci olan 50 (əlli) manat məbləğində pulun yarısı olan 25 (iyirmi beş) manat pulun X32 oğlundan, X1 və X2 müştərək qaydada, digər yarısı olan 25 (iyirmi beş) manat məbləğində pul isə Lüftiyeva Bəsti Mənsum qızından alınaraq dövlət büdcəsinə ödənilməsi, iş üzrə mütəxəssis xərci olan 394 (üç yüz doxsan dörd) manat, 60 (altmış) qəpik məbləğində xərcin (pulun) yarısı olan 197 (bir yüz doxsan yeddi) manat, 30 (otuz) qəpik məbləğində pulun X32 oğlundan, X1 və X2 müştərək qaydada, digər yarısı olan 197 (bir yüz doxsan yeddi) manat, 30 (otuz) qəpik məbləğində pulun Lüftiyeva Bəsti Mənsum qızından alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə-Kod 200071, VÖEN **********, Müxbir hesab Az37 NABZ **********000001944, SFİFTAİİBAZ2X nömrəli hesaba ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ilkin iddiaçıların mülkiyyətində olan torpaq sahəsinə və fərdi yaşayış evinə gediş-gəliş yolu kimi iddia etdikləri torpaq sahəsinə yol nəzərdə tutulmamışdır, həmçinin ilkin iddia üzrə cavabdeh Lüftiyeva Bəsti Mənsum qızının iddiaçıların zəbt etdiyi iddia etdiyi torpaq sahəsi iddiaçılar tərəfindən zəbt olunmamışdır və qeyd edilən torpaq sahələri üst-üstə düşmür. Ona görə də məhkəmə hesab etmişdir ki, hər iki iddia əsassız olduğundan rədd olunmalıdır. Apellyasiya instansiyası məhkəməsində icraat Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim İ.Əhmədov (sədrlik edən və məruzəçi), hakimlər T.Kərimov və T.Heydərov, iş № 2(106)-1984/2021) ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X32 oğlunun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Astara Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli 2(018)-48/2021 saylı qətnaməsi dəyişilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd etmişdir ki, ilkin iddiaçıların mülkiyyətində olan torpaq sahəsinə və fərdi yaşayış evinə gedişgəliş yolu kimi iddia etdikləri torpaq sahəsinə yol nəzərdə tutulmamışdır, həmçinin ilkin iddia üzrə cavabdeh Lüftiyeva Bəsti Mənsum qızının iddiaçıların zəbt etdiyi iddia etdiyi torpaq sahəsi iddiaçılar tərəfindən zəbt olunmamışdır və qeyd edilən torpaq sahələri üst-üstə düşmür. Bundan başqa işdə olan fotoşəkildən görünür ki, iddiaçının darvaza hesab etdiyi qurğu X32 oğluna məxsus torpaq sahəsi ilə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi arasında yerləşməklə həmişə açıq (kilidsiz) vəziyyətdə aralarındakı məsafə təxminən 20 sm olan dəmir çubuqlardan yığılmış, kilidlənməmiş, asanlıqla açılıb bağlanan arakəsmədir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X32 oğlu (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermiş, hərəkətləri ilə onun hüquqlarını pozmuşdur. Ona görə də, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)1984/2021 nömrəli iş üzrə 19 avqust 2021-ci il tarixli qətnaməsinin ilkin iddiaya aid hissədə ləğv edib, işi yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətində göstərilmişdir ki, məhkəmə tərəfindən Mülki Məcəllənin 239.1ci maddəsinin tələbi pozulmuşdur. Belə ki, bələdiyyənin mülkiyyətində olan torpaq sahəsi heç bir əsas olmadan, 1955-ci ildən mövcud olmuş gediş-gəliş yolu cavabdeh tərəfind ən darvaza quraşdırılaraq tutulmuşdur. Məhkəmə isə qeyd edir ki, həmin yol açıla bilməz. Məhkəmə ekspertiza təyin edilməsi ilə bağlı vəsatəti əsassız olaraq rədd etmişdir. İşə Astara rayon Şüvi bələdiyyəsinin cəlb edilməsi xahiş edilmişdir. Lakin məhkəmə obyektiv həqiqətə nail olmaq üçün onların vəsatətini təmin etməmişdir. Bundan əlavə ilkin iddianın predmetini təşkil edən mübahisəli torpaq sahəsində darvazanın quraşdırılması həm mütəxəssis rəyi ilə, həm də ekspetiza rəyi ilə təsdiq olunmuşdur. Vəsatət əsasında məhkəmə mübahisəli əraziyə baxış keçirmiş və müəyyən etmişdir ki, iddiaçının evinə gediş-gəliş yolunun üzərində darvaza quraşdırılmışdır. İddiaçının evinə başqa yerdən keçməyə əlavə yolu yoxdur. Lakin qətnamədə keçirilən yerində müayinə ilə bağlı heç bir qeyd edilməmişdir. b) Kassa siya şikayətinə qarşı etirazın dəlilləri İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Lüftiyeva Bəsti Mənsum qızı kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 avqust 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəf indən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X32 oğlu kassasiya şikayəti vermişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən - ilk iddianın rədd edilməsi hissəsi mübahisələndirildiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsini n qanuniliyinin qismən yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünəüstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyaclarıüçün mülkiyyətin özgəninkiləşdiri lməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətşi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üşüncü şəxslərin hüqu qlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətşi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətşi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat o lunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 238.2-ci maddəsinə əsasən əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. 238.3-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. 239.1-ci maddəsinə əsasən fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər. "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumuqərarının 3-cü hissəsində qeyd edilir ki,torpaq sahəsi iləəlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu mü əyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsninə müvafiq olaraq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. 2.2-ci maddəsinə əsasən istifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. 16.1-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 106.1.-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1.-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çı xarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1.-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya inst ansiyası məhkəməsinə göndərə bilər. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, birinci instansiya məhkəməsi iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və ekspert rəyinə əsasən Astara rayon Aqrar İslahat Komissiyasının 22 yanvar 1999-cu il tarixli 02 saylı qərarı ilə JT-148G saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X15 və onun ailə üzvlərinin mülkiyyətində olan Astara rayonu Sərək kəndi ərazisində yerləşən 0,07 ha torpaq sahəsinə, Astara rayon Sərək yaşayış yerqurluşu planında mübahisəli ərazidən yol nəzərdə tutulmamışdır. Mübahisəli ərazidə naturada mövcud olan yol və yol kimi iddia edilən torpaq sahəsi Astara rayon Aqrar İslahat Komissiyasının 22 yanvar 1999-cu il tarixli 02 saylı qərarı ilə JT-215F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X23 və onun ailə üzvlərinin mülkiyyətində olan Astara rayon Sərək kəndi ərazisində yerləşən 0,20 ha torpaq sahəsindən və istifadələrində olan bələdiyyə mülkiyyətinə (506B/0,4) aid torpaq sahəsindən keçir. Mübahisəli ərazidə naturada mövcud olan yol və yol kimi iddia edilən torpaq sahəsinin girişində darvaza quraşdırılmışdır. Ekspert öz növ bəsində Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 30.10.2020-ci il tarixli M-174 saylı etdiyi mütəxəssis rəyinə istinad etmişdir. Birinci instansiya məhkəməsi və apellyasiya instansiyası məhkəməsi isə müvafiq olaraq həmin rəylərin iki suala cavab olaraq verilmiş aşağıda göstərilən hissəsinə istinad etmişdir: «Aqrar İslahat Komissiyasının 22 yanvar 1999-cu il tarixli 02 nömrəli qərarı ilə X3 və onun ailə üzvlərinin mülkiyyətində olan Astara rayonunun Sərək kəndi ərazisində yerləşən 0,09 ha torpaq sahəsi mübahisəli ərazidən kənarda yerləşir. Aqrar İslahat Komissiyasının 22 yanvar 1999-cu il tarixli 02 nömrəli qərarı ilə JN-148G nömrəli şəhadətnaməyə əsasən X3 və onun ailə üzvlərinin mülkiyyətində olan Astara rayonunun Sərək kəndi ərazisində yerləşən 0,07 ha torpaq sahəsinə Astar a rayonu Sərək yaşayış yerquruluşu planında mübahisəli ərazidən yol nəzərdə tutulmamışdır. Aqrar İslahat Komissiyasının 22 yanvar 1999-cu il tarixli 02 nömrəli qərarı ilə JN-215F nömrəli şəhadətnaməyə əsasən X14 və onun ailə üzvlərinin mülkiyyətində olan Astara rayonu Sərək kəndi ərazisində yerləşən 0,20 ha torpaq sahəsi X32 oğlu, X15 və X16 tərəfindən istifadə edilmir. Tərəflərin mülkiyyətində olan torpaq sahələri üst-üstə düşmür.» hissəsinə istinad etmişlər. Yaranmış vəziyyət üzrə ilkin olaraq o hal nəzərə alınmalıdır ki, məhkəmələr alınmış mütəxəssis və ekspert rəylərini tam olaraq işin digər halları ilə birlikdə qiymətləndirməmiş və işin halları üçün əhəmiyyətli olsa da rəydə faktiki olaraq ilk iddia tələbi üzrə qoyulmuş suallarla bağlı nəticələr qiymətləndirilmədən saxlanmışdır. Məhkə mələr tərəfindən işin müəyyən edilmiş hallarından aşkar olaraq müəyyən olunur ki, ilk iddia üzrə cavabdeh tərəfin hüquqmüəyyənedici sənədlər əsasında mülkiyyətlərində 0,20 ha torpaq sahəsi olsa da, faktiki olaraq 0,69 ha torpaq sahəsindən istifadə edir. Mülkiyyətdə olan sahədən artıq hissə isə bələdiyyə mülkiyyətində olan torpaq sahələrinə aiddir. İşin digər müəyyən olunmuş halları isə ondan ibarətdir ki, tərəflərin mülkiyyətlərindən olan sahələr müvafiq hüquqmüəyyənedici sənədlərdə əks olunmuş, onlar qarşılıqlı olaraq bir-birinin torpaq sahəsinə daxil olmamışlar. İddiaçı tərəf iddia edir ki, mülkyyətlərində olan torpaq sahəsinə daxil olmaq üçün mübahisəli yol zolağından 1955-ci ildən istifadə edirlər. Həmin yol zolağı isə cavabdehin mülkiyyətində olan torpaq sahəsindən keçmir. İlk iddia tələbinin manelərin aradan qaldırılması, yol keçidinin qarşısında quraşdırılmış maneənin (darvazanın) sökülməsi ilə bağlı olsa da, apellyasiya instansiyası məhkəməsi «iddiaçının darvaza hesab etdiyi qurğu X32 oğluna məxsus torpaq sahəsi ilə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi arasında yerləşməklə həmişə açıq (kilidsiz) vəziyyətdə aralarındakı məsafə təxminən 20 sm olan dəmir çubuqlardan yığılmış, kilidlənməmiş, asanlıqla açılıb bağlanan arakəsmədir» göstərməklə ilk iddianı rədd edən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticədən aşkar olaraq müəyyən olunur ki, cavabdeh tərəf darvaza qurğusunu məhz ilk iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsi arasında quraşdırmışdır. Belə olan halda məhkəmələr həmin qurğunun quraşdırılmasının digər şəxslərin mülkiyyətlərindən olan torpaq sahəsindən istifadə edilməsinə maneə yaratması, belə qurğunun quraşdırılması zamanı torpaq sahəsinin mülkiyyətçisinin razılığının olubolmaması, quraşdırmanın hansı səlahiyyət əsasında həyata keçirilməsini aydınlaşdırmadan formal mülahizələrdən çıxış edərək ilk iddianın rədd olunmasını əsaslı hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu mövqeyini əsaslı olmamaqla, ziddiyyətli hesab edir. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi mütəxəssis və ekspert rəyində fərqli zolaqlanmış həmin ərazinin bələdiyyənin mülkiyyətində olan və ümumi istifadədə olan torpaq sahəsi olmaqla yolun məhz həmin sahədə yerləşməsinin müəyyən etdiyi (müəyyən edilmirdisə bununla bağlı daha aydın sualın ekspert qarşısında qoyulması ilə cavab alınmalı idi) yola aid olması qənaətinə gəlindiyi halda, onun hansı əsasla cavabdehin quraşdırdığı darvaza qurğusunun sökülməli olmamasını, hansı müəyyən edilmiş hallarının darvazanın saxlanmasının mümkün etdiyi ilə bağlı mövqeyini əsaslandırmamışdır. İşin digər bir halı ondan ibarətdir ki, quraşdırılmış darvaza qurğusu bələdiyyə mülkiyyətində olan torpaq sahəsində yerləşir. Belə olan halda da məhz həmin bələdiyyənin işə cəlb olunması, ilk iddiaçının yol zolağından hansı müddət ərzində istifadə etməsi, onun mülkiyyətində olan torpaq sahəsinə digər istiqamətlərdən yolun olub-olmaması, yol üzərində darvaza qurğusunun quraşdırılması zamanı mülkiyyətçi olan bələdiyyənin razılığının olub-olmaması aydınlaşdırılmalı olan halla r olsa da apellyasiya instansiyası məhkəməsi bu istiqamətdə heç bir araşdırma aparmamış və istinad olunan prosessual hərəkətləri yerinə yetirməmişdir. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 20 11-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi ilk iddianın rədd edilmiş hissəsində yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Odur ki, qətnamə ilk iddianın rədd edilməsi hissəsində ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, qərarda istinad olunan məsələlərin araşdırılmasını təmin etməli, iş üzrə müvafiq yol zolağı kimi istifadə olunan torpaq sahəsinin mülkiyyətçisi olan bələdiyyə orqanı işə cəlb olunmalı, ondan torpaqların yerqurluşu sənədləri alınmalı (o cümlədən yol zolağının olmasını əks etdirən), alınmış rəylər işin düzgün həll edilməsinə imkan vermədikdə və ya yeni sualların mövcud olması halında təkrar məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi məsələsi müzakirə edilməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cava bdeh X32 oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1984/2021 nömrəli iş üzrə 19 avqust 2021-ci il tarixli qətnaməsi ilk iddianın rədd edilməsi hissəsində ləğv edilsin və iş yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar