Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5774/2020 01.12.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X4 və Cavabdeh1 nümayəndəsi X2 iştirakları ilə açıq məhkəmə iclasında, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)2084/2020 saylı qərardadından Cavabdeh1 kasasiyaşikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)-279/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim H.Y.Əhmədov) İddiaçı Cavabdeh1 və digərlərinə qarşı “xxx yerləşən 0,10 ha torpaq sahəsinə dair Cavabdeh1 ad ına verilmiş xx xxxxxx 2018-ci il tarixli Çıxarışın ləğv edilməsi” barədə iddiası rədd edilib. İddiaçı qətnamədən apelyasiya şikayəti verib. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)2084/2020 saylı qərardadı ilə (hakimlər Ş.R.Abasov sədrlik edən, məruzəçi, S.A.Qafari və T.Q.Məmmədov) apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilib, iddiaçının cavabdehlərə qarşı “xxx yerləşən 0,10 ha torpaq sahəsinə dair Cavabdeh1 adına verilmiş xx xxxxxx 2018-ci il tarixli Çıxarışın ləğv edilməsi” iddiasına dair mülki iş üzrə icraata xitam verilib. Cavabdeh1 qərardaddan kasasiyaşikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, Abş eron rayon XDS İcraiyyə Komitəsinin xx xxxxxx 1991-ci il tarixli, 268 saylı Qərarı əsas tutularaq xxx yerləşən 0,10 ha torpaq sahəsinə dair mülkiyyət hüququ üzrə Cavabdeh1 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə icraata xitam verərkən, prosessual normaların tələblərini pozub və iş üzrə düzgün olmayan qərardad qəbul edib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Ka sasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Cavabdeh1 nümayəndəsi xx məhkəmə iclasında iştirak etsə də vəkillə birgə təmsil olunmadığı üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. İddiaçı, cavabdehlər Cavabdeh1, vəkili Vəkil, Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin xx Ərazi İdarəsi, xxx və üçüncü şəxs xxx məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkə məsi məruzəçini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddiaçı, cavabdehin adına torpaq sahəsinə dair inzibati orqanın qərarı ilə mülkiyyət hüququna dair reyetsrdən Çıxarış a rasında ziddiyyətlərin olmasına istinad edərək resyetsrdə aparılmış qeydiyyatı mübahisələndirir. Başqa sözlə, torpaq sahəsinin cavabdehin adına qeydə alınması üçün əsaslar yoxdur və hazırda iddiaçı bilavasitə qeydiyyatın aparılmasını mübahisələndirir. Belə olan halda hazırki mübahisəyə inzibati məhkəmədə baxılmalıdır. Birinci instansiya məhkəməsi isə məhkəmə aidiyyətini pozmaqla iddianı icraatına qəbul edib baxımışdır. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası İPM-nin 2.2.1, 35.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərardadının kasasiya qaydasında ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx xxxxxx 1991-ci il tarixli, 268 saylı Qərarına əsasən, “x” kiçik müəssisəsinin xx xxxxxx 1991-ci il tarixli, 04 saylı məktubu nəzərə alınaraq Abşeron rayonu,xx ərazisində 0,10 ha torpaq sahəsində yerləşən 1648 saylı bağ sahəsi Cavabdeh1 istifadəsinə verilib və həmin Qərar əsas tutulmaqla sözügedən torpaq sahəsi mülkiyyət hüququ üzrə sonuncunun adına qeydə alınıb və bu barədə onun adına hüquqların dövlət qeydiyyatı haqqında xx xxxxxx 2018-ci il tarixli Çıxarış verilib. Hazırda iddiaçı, Reyestr Xidməti tərəfindən Cavabdeh1 adına sözügedən torpaq sahəsinə dair aparılmış hüquqların dövlət qeydiyyatının əsassız və etibarsız sayılaraq xx xxxxxx 2018-ci il tarixdə qeydiyyata alınmış Çıxarışın ləğv edilməsini iddia edir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası İPM-nin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əs asən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Azərbayca n Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 136 Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”na əsasən, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri inzibati orqanlar hesab edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası MPM-nin 31.1-ci madddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. “İn zibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 04 saylı Qərarının (“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2020-ci il tarixli Qərarı nəzərə alınmaqla) 17ci bəndində qeyd edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. B u qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqısatqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və sair) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qey diyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Plenumun sözügedən Qərarında həmçinin qeyd edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inz ibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb, apelyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, iddiaçı, cavabdehin mübahisəli torpaq sahəsinə dair inzibati orqanının sözügedən Qərarı ilə reyetsrdən Çıxarış arasında ziddiyyətlərin olmasına istinad edərək resyetsrdə aparılmış qeydiyyatı mübahisələndirir. Başqa sözlə, iddiaçı, mübahisəli torpaq sahəsinin cavabdehin adına qeydə alınması üçün əsasların olmadığını iddia edir və bilavasitə aparılmış qeydiyyatın özünü mübahisələndirir. Belə olan halda hazırki mübahisəyə məhkəmə aidiyyəti qaydasında inzibati məhkəmədə baxılmalıdır. Birinci instansiya məhkəməsi məhkəmə aidiyyəti qaydalarını pozaraq, iddia ərizəsini icraatına qəbul edib, işə mahiyyəti üzrə baxmaqla sadalanan maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 04 saylı Qərarının 15.4-cü bəndinə əsasən, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-nin 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkə mə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən, hakim iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən, bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilm əklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Apelyasiya instansiyası məhkəməsi sadalanan prosessual normaların tələblərini hazırki mübahisəli məsələyə tətbiq edib düzgün olaraq qeyd etmişdir ki, hazırki işə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməli və iddiaçıya mübahisə ilə bağlı Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Bu baxımdan kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassatorun kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri öz təs diqini tapmadığından, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh1 kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-2084/2020 saylı qərardadı kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5774/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5774/2020
01.12.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver