Məhkəmə qərarları › İş №2(102)-5775/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5775/2019

10.09.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5775/2019 10.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 10 sentyabr 2019-cu il İŞ№ 2(102) 5775 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Xnın katibliyi ilə, İddiaçı cavabdeh “xxxx” Yaşayış Kompleksi MTK-ya qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 06 may 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Nəsimi Rayo n Məhkəməsinin 12 fevral 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.Səmədov) İddiaçı cavabdeh “xxxx” Yaşayış Kompleksi MTK-ya qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh “xxxx” Yaşayış Kompleksi MTK-dan 3264 (üç min iki yüz altmış dörd) manat vurulmuş maddi ziyanın əvəzi və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3294 (üç min iki yüz doxsan dörd) manat məbləğində pul alınaraq İddiaçı verilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 17 may 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən T.Səmədov, hakimlər İ.Şirinov və E.Kazımov) Nəsimi rayon Məhkəməsinin 12 fevral 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin MK-nın 1 1 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən Ə.Mirzəliyev, hakimlər T.Qoldman və G.Quliyev) Bakı Apellyasiya Məhkəməsinin MK-nın 17 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş iddianın təmin olunmayan hissəsində yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 06 may 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən E.Nəbiyev, hakimlər R.Qurbanov və A.Hüseyn) Nəsimi rayon Məhkəməsinin 12 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə ç ıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 06 may 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdeh «xxxx» Mənzil Tikinti Kooperativinə qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin mübahisə edilməyən hallarına görə iddiaçı Gəncə şəhəri, Nizami rayon, 2-ci mikrorayon, 3 nömrəli binada yerləşən 9 kv.m qeyri-yaşayış sahəsinin, həmin qeyriyaşayış sahəsinin tərkib hissəsi olan 12 kv.m qeyri-yaşayış sahəsinin və həmin qey riyaşayış sahəsinin qarşısında yerləşən ümumi sahəsi 174 kv.m olan talvarın mülkiyyətçisidir. Cavabdeh həmin obyektləri iddiaçının razılığı olmadan sökmüş və obyektlərin yerləşdiyi ərazidə çoxmənzilli yaşayış binası inşa etmişdir. İddiaçı bildirir ki, ilkin mərhələdə mülkiyyət hüquqlarının bərpası məqsədilə cavabdehlə görüşmək üçün dəfələrlə cəhd etmiş, lakin sonuncu onunla görüşməkdən imtina etmişdir.Mülkiyyətində olan daşınmaz əşyaların əvvəlki vəziyyətdə bərpası mümkün olmadığına görə ona dəymiş maddi zərəri 1.000.000 manat, mənəvi zərəri 500.000 manat dəyərdə qiymətləndirir. Cavabdeh bildirir ki, onlar qanunvericiliyin tələbinə riayət etməklə söküntü işləri aparmışlar. Söküntü ilə bağlı icra hakimiyyətinin sərəncamı var və həmin sərəncam bugün də qüvvədədir. Söküntü işlərini həyata keç irərkən heç bir şəxsin, o cümlədən iddiaçının hüquqlarını pozmamışlar. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalıdır. İşin halları ilə müəyyən edilir ki, işə ikinci apellyasiya baxışında apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni əsasən “xxxx” MMC tərəfindən verilmiş 28 fevral 2019-cu il tarixli ekspert rəyi ilə əsaslandırmışdır. Belə ki, həmin rəylə qeyri-yaşayış binasının bazar dəyəri 4200 manat, talvarın dəyəri 800 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin MK-nın işə birinci kassasiya baxışında qəbul etdiyi qərarın məzmunundan görünür ki, işə baxan məhkəmə tərkibi iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahələrindən başqa həmin qeyri-yaşayış sahələrinin yerləşdiyi 866 kv.m torpaq sahəsinə münasibətdə də gözlənti ilə mülkiyyət hüququna malik olduğunu, ona görə də bu halın da işə təkrar baxılarkən nəzərə alınmalı olduğunu göstərsə də işin bu halı ilə bağlı hər hansı bir araşdırma aparılmamışdır. Eyni zamanda işə baxan məhkəmə kollegiyasl qeyd etmişdir ki, 2004-cü ildə dəyəri 8000 ABŞ dolları olan əmlakın bazar dəyərinin hal-hazırda 3264 manat təşkil etməsi barədə qiymətəndirmə əsaslı hesab edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmə nin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bununla yanaşı işin hallarından görünüyü kimi cavabdeh hüquqi şəxsdir. Buna hər hansı bir qanuni əsas olmadan iddiaçını mülkiyyətindən məhrum etmişdir və bu məhrumetmədə məqsədi həmin ərazidə çoxmənzilli yaşayış binasını inşa etməkdə gəlir əldə etməkdir. Eyni zamanda iş materiallarından görünür ki, cavabdeh əmlakın qiymətinin, ekspert rəyləri ilə müəyyən edilmiş məbləğdən artıq olması barədə iddiaçının dəlillərini təkzib edən sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə apellyasiya baxışında mülkiyyətindən məhrum edilməsinə görə iddiaçıya dəymiş maddi və mənəvi zərərin məbləği müəyyən edilərkən bu hallar da nəzərə alınmalıdır. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin q ətnaməsi işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə işin göstərilən halları onu təsbit edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 418.3-cü maddəsinə görə,prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 06 may 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar