Məhkəmə qərarları › İş №2(102)-5777/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5777/2021

08.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5777/2021 08.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qusar Rayon Dövlət Notariat Kontoruna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vəsiyyətnamənin etibarsız sayılması tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4988/2021 nömrəli iş üzrə 19 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məh kəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş üzrə tərəflər qardaşdırlar. X2 özünə məxsus Qusar şəhəri, Müqtədir küçəsində yerləşən 96 saylı evin 6 saylı mənzilini övladları – Cavabdeh1 və İddiaçı, hər birinə bərabər hissələrdə olmaqla, vəsiyyət etmişdir. Vəsiyyətnamə Qusar Rayon Dövlət Notariat Kontoru tərəfindən 24.07.2001-ci il tarixdə təsdiq edilmişdir. X4 07.06.2019-cu il tarixdə ölmüşdür.

2. Hazırda İddiaçı vəsiyyətnamənin etibarsız hesab edilməsini tələb edir, Cavabdeh1 isə iddiaya etiraz edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qusar Rayon Dövlət Notariat Kontoruna qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət e dərək, mərhum atası X4 tərəfindən Qusar Rayon Dövlət Notariat Kontorunda tərtib edilmiş 24.07.2001-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, bu yaxınlarda ona məlum olmuşdur ki, atası Qusar Rayon Dövlət Notariat Kontorunda hazırda ailə üzvləri ilə birlikdə yaşadığı Mənzili qardaşı Cavabdeh1la onun arasında bərabər şəkildə bölünməsi barədə vəsiyyətnamə qoymuşdur. Həmin vəsiyyətnamə etibarsız hesab edilməlidir, belə ki, atası sağlığında özünə məxsus bir neçə torpaq sahəsi satmış, satışdan əldə olunan pulu Telmana bağışlamışdır ki, Mənzilə heç bir iddiası olmasın. Həmçinin, atasına və anasına vəfat edənədək o baxmış, onların ehtiya clarını ödəmişdir. Söhbət zamanı onlar da bildirmişlər ki, mənzil valideynlə qalan övlada keçməlidir, adət-ənənə ilə də belə olmalıdır. Atası xəstə və yaşlı olduğundan cavabdeh onu aldadaraq notariata aparmış, özünə lazım olan vəsiyyətnaməyə qol çəkdirməyə nail olmuşdur. Atası milliyyətcə ləzgi olmuş, azərbaycanca zəif bilirdi. Belə olan halda vəsiyyətnamə tərcüməçinin iştirakı ilə tərtib edilməli və oxunmalı sonra atası tərəfindən imzalanmalı idi. Lakin notarius qanunun bu tələbinə riayət etməməmişdir.

5. Cavabdeh1 birinci instansiya məhkəməsinin iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı vəsiyyətnamənin etibarsızlığına səbəb olacaq heç bir halı sübut edə bilməmişdir. Atası uzun müddət rəhbər işlərdə çalışmış, Qusar rayonunda yerləşən kənd orta məktəblərində müəllim işləmi şdir. Atası azərbaycan dilini səlis bilirdi. İş materiallarına əlavə etdiyi atasına məxsus və onun özü tərəfindən yazılmış xatirə dəftərindən, eləcə də digər əlyazmalarından da müəyyən olunur ki, atası azərbaycan dilini bilmişdir.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim P.Zamanlı) 12 fevral 2021-ci il tarixli, 2(011)348/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

7. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı vəsiyyətnamənin etibarsız hesab edilməsi əsası kimi atasının yaşlı və xəstə olması dəlilini irəli sürsə də, mərhum Əlibala Bağışovun vəsiyyətnaməni tərtib edərkən öz hərəkətlərinin mənasını dərk edə bilməməsi ilə bağlı sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Quba rayon X1 27.08.2020-ci il tarixdə verdiyi arayışda qeyd edilmişdir ki, 1930-cu il təvəl lüdlü X4 həqiqətən Quba rayon PNRM-yə müraciət etməmişdir. Şərh edilənlərdən də göründüyü kimi, mərhum Əlibala Bağışovun vəsiyyətnaməni verərkən xəstə olması, onun yaşı ilə əlaqədar olaraq öz hərəkətlərinin mənasını anlamaması iş materiallarında olan sübutlarla öz təsdiqini tapmır. İddiaçının ikinci dəlili, atasının azərbaycan dilini zəif bilməsi səbəbindən vəsiyyətnamənin qanuna uyğun tərtib edilməməsi ilə bağlıdır. Lakin iş materiallarında iddiaçının bu dəlilini təkzib edən kifayət qədər sübutlar mövcuddur. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-F.Babayev (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov) 19 may 2021-ci il tarixli, 2(103)-4988/21 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bak ı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-348/2021 saylı 12 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

10. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

11. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsi ilə eyni məzmunludur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Cavabdeh1 məhkəmə iclasında vəkil ilə birlikd ə iştirak etmədiyi üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi.

14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

15. Maddə 1225.1. Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır.

16. Maddə 1225.2. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır.

17. Maddə 1225.3. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyy ənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

20. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olu nması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

24. X3 özünə məxsus Mənzili iddiaçı və Cavabdeh1 vəsiyyət etməsi barədə 24.07.2001-ci il tarixdə Quba rayon DNK tərəfindən təsdiq edilmiş vəsiyyətnamə vermişdir. 25. (Quba rayon X1 verdiyi arayışa əsasən) Əlibala Bağışov 1930-ci il tarixdə doğulmuşdur və vəsiyyətnaməni verərkən (24.07.2001-ci il) o, 71 yaşında, yəni ahıl yaşında olmuşdur. Lakin ahıl yaşında olan şəxsin bağladığı əqdin onun yaşlı olması əsası ilə etibarsız hesab edilməsi zamanı, hər bir halda əqdi bağlayan şəxsin fərdi xüsusiyyətləri nəzərə alınmalıdır. Burada, ahıl yaşına çatmış şəxsin yaşlı olması ilə bərabər onun öz hərəkətlərinin mənasını dərk edibetməməsinin müəyyən edilməsi vacibdir və belə dərk etmə əqli (şüuru) amillərdən asılıdır. Konkret olaraq, ahıl yaşında olan şəxsin bağladığı əqd həmdə onun yaşlı olması əsası ilə o halda etibarsız hesab edilə bilər ki, şəxs yaşından asılı olaraq öz hərəkətlərinin mənasını dərk etmə qabiliyyətinə malik olmasın.

26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün iki dəlil irəli sürür. İddiaçının birinci dəlilinə görə atasının yaşlı və xəstə olmasından istifadə edərək Cavabdeh1 onu aldadaraq mübahisəli vəsiyyətnamənin tərtib edilməsinə nail olmuşdur. İddiaçının ikinci dəlili isə ondan ibarətdir ki, atası milliyyətcə ləzgi olduğu üçün azərbaycan dilini zə if bilirdi, bu halda vəsiyyətnamə qanunun tələblərinə zidd tərtib edilmişdir.

27. İş materiallarında olan Qusar rayon Təhsil Şöbəsi tərəfindən 27.08.2020-ci il tarixdə verilmiş Arayışda qeyd edilmişdir ki, 1930-cü il təvəllüdlü, mərhum Əlibala Bağışov 1949-cu ilin avqust ayının 15-də Mərəzə RXMŞ-nin Nabur kənd 7 illik məktəbində müəllim vəzifəsində əmək fəaliyyətinə başlamış və 44 illik pedeqoji fəaliyyətini Qusar rayonunun Əcəxur kənd orta məktəbində 10 iyun 1996-cı ildə başa vurmuşdur. Habelə, mərhum Əlibala Bağışova məxsus əmək kitabçasının surətindən görünür ki, o, 1949-cu il tarixdə müəllim kimi əmək fəaliyyətinə başlamış, müxtəlif vaxtlarda biologiya müəllimi, metodist, dərs hissə müdiri, məktəb direktoru vəzifələrində işləmişdir.

28. Apellyasiya instansiyası məhkəməsi birinci instan siya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, hazırkı iddia tələbi vəsiyyətnamənin etibarsızlığı ilə bağlı olduğundan ümumilikdə əqdlərin etibarsızlığı ilə əlaqədar qanunvericilik müddəalarının təhlilinin aparılması və bu konteksdə mübahisələndirilən vəsiyyətnaməyə hüquqi qiymətin verilməsi zəruridir; belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1225-ci maddəsinə əsasən, vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər.

29. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, hər hansı əqdin (o cümlədən vəsiyyətnamənin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

30. Göstərilənlərə əsasən kollegiya hesab etmişdir ki, iddiaçının iddiasının faktiki əsası kimi irəli sürdüyü hallar, yəni mərhum Əlibala Bağışov öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə vəsiyyətnamə tərtib etməsi öz təsdiqini tapmamışdır. Həmçinin, kollegiya birinci instansiya məhkəməsinin mərhum Əlibala Bağışovun 44 il müddətində dövlətə məxsus təhsil müəssisəsində m üəllim işləməsi onun azərbaycan dilini bilməməsi əsaslarını aradan qaldırmış olması ilə bağlı gəldiyi nəticəni də əsaslı hesab etmişdir.

31. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

32. Kassasiya şikayətinin bir sıra dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

33. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

34. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4988/2021 nömrəli iş üzrə 19 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar