Məhkəmə qərarları › İş №2(102)-5783/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5783/2022

21.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5783/2022 21.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdehlər Cavabdeh1 Qəni qızına və Sumqayıt Şəhər Bələdiyyəsinə, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Sumqayıt şəhəri 3 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair ilk və iddiaçı Cavabdeh1 Qəni qızının cavabdeh İddiaçı1 qarşı “torpaq sahəsində olan darvazanın və iki tərəfdən hasarın sökülməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ ( Açar sözlər: mülkiyyətin müdafiəsi, müqavilənin etibarsızlığı, müqavilənin bağlanmasına əsas olmuş hüquq müəyyənedici sənədlərin mübahisələndirilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Xəlilov İsmayıl Kamil oğlundan və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 iyul 2022-ci il tarixli, 2(105)318/2022 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 12 oktyabr 2009-cu il tarixli, 4Ə3/454 saylı alğı-satqı müqaviləsi ilə İsgə ndərova Umnisə Güləli qızı Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2344 saylı torpaq sahəsini İddiaçı1 satmış və torpaq sahəsi üzərində sonuncunun mülkiyyət hüququ 13 noyabr 2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

2. Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 0,0235 ha torpaq sahəsi üzərində Sumqayıt şəhər bələdiyyəsinin mülkiyyət hüququ 28 iyun 2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, bələdiyyənin 27 iyun 2013-cü il tarixli, 07 saylı protokol qərarı ilə həmin torpaq sahəsinin Cavabdeh1 mülkiyyətinə verilməsi qərara alınmış və Sumqayıt Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış, Sumqayıt şəhəri 3 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş 02 iyul 2013-cü il tarixli, 4Ə/561 reyestr nömrəli alğı-sat qı müqaviləsi ilə 0,0235 ha torpaq sahəsi Cavabdeh1 satılmışdır. Həmin alğı-satqı müqaviləsi əsasında torpaq sahəsi üzərində Cavabdeh1 mülkiyyət hüququ 10 iyul 2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

3. Sumqayıt Şəhər Məhkəməsinin 19 iyun 2015-ci il tarixli qətnaməsi ilə iddiaçılar X7, Cavabdeh1, X4 cavabdehlər X5, X10, X2 və İddiaçı1 qarşı “qeyri-qanuni zəbt olunmuş torpaq sahəsindən çıxarılma” tələbinə və müstəqil tələb irəli sürən üçüncü şəxs Sumqayıt Bələdiyyəsinin “mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatının etibarsız hesab edilməsi” tələbinə dair iddiaları rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 fevral 2016-cı il tarixli qətnaməsi ilə iddiaçılar və müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən verilmiş a pellyasiya şikayətləri təmin olunmuş, Sumqayıt Şəhər Məhkəməsinin 19 iyun 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbləri təmin olunmuş, İsgəndərova Umnisə Güləli qızı ilə X3 arasında bağlanmış 12 oktyabr 2009-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, onun əsasında Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və 13 noyabr 2009-cu il tarixli, MA seriyalı, ******* saylı dövlət reyestrindən çıxarışın, İsgəndərova Umnisə Güləli qızı ilə X12 arasında bağlanmış 12 oktyabr 2009-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, onun əsasında Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və 13 n oyabr 2009-cu il tarixli, MA seriyalı, ******* saylı dövlət reyestrindən çıxarışın, İsgəndərova Umnisə Güləli qızı ilə X6 arasında bağlanmış 12 oktyabr 2009-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, onun əsasında Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və 19 noyabr 2009-cu il tarixli, MA seriyalı, ******* saylı dövlət reyestrindən çıxarışın, İsgəndərova Umnisə Güləli qızı ilə İddiaçı1 arasında bağlanmış 12 oktyabr 2009-cu il tarixli, 4Ə3/454 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, onun əsasında Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və 13 noyabr 2009-cu il tarixli, MA seriyalı, ******* saylı dövlət reyestrindən çıxarışın etibarsız hesa b edilməsi, X9 və X8 tərəfindən ünvan 1 ünvanda yerləşən torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin həmin şəxslərin hesabına sökülməsi, cavabdehlərin Sumqayıt şəhəri, Corat bağları ərazisi 2344 (2333) saylı torpaq sahəsindən çıxarılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyul 2016-cı il tarixli qərarı ilə cavabdehlərin kassasiya şikayəti təmin olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 fevral 206-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş təkrar apellyasiya baxışına qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 yanvar 2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası A li Məhkəməsinin Mülki Kollegiyasının 07 iyun 2017-ci il tarixli qərarı ilə iddiaçıların kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 yanvar 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 fevral 2018-ci il tarixli qərardadı ilə cavabdehlər İddiaçı1 və qeyrilərinin ərizələri təmin edilməklə, İsgəndərova Umnisə Güləli qızı ilə bağlanmış 12 oktyabr 2009-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və dövlət reyestrindən çıxarışın bərpa edilməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı1 cavab dehlər Cavabdeh1 Qəni qızına və Sumqayıt Bələdiyyəsinə, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Sumqayıt şəhəri 3 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Bələdiyyəsi ilə Cavabdeh1 Qəni qızı arasında bağlanmış, Sumqayıt şəhəri 3 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş 02 iyul 2013-cü il tarixli, 4Ə/561 reyestr nömrəli alğı-satqı müqaviləsinin və həmin müqavilə əsasında Cavabdeh1 Qəni qızının adına verilmiş ********** qeydiyyat nömrəli, 10 iyul 2013-cü il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

6. İddia o nunla əsaslandırılmışdır ki, iddiaçı və bir neçə şəxs: X9, X12 və X8 eyni gündə İsgəndərova Umnisə Güləli qızından Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2344 saylı torpaq sahəsinin ayrı-ayrı hissələrini almışlar. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 fevral 2018-ci il tarixli qərardadı ilə həmin şəxslərə, o cümlədən iddiaçıya verilmiş çıxarışların dövlət reyestrində qeydiyyatı bərpa edilmiş, qərardad icraya yönəldilmiş, A.M.Allahyarov və qeyrilərinə məxsus torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar bərpa edilsə də, iddiaçıya aid torpaq sahəsinə dair çıxarışın bərpasına dair hissədə qərardad icra olunmamışdır. DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi bunun səbəbini onunla izah etmişdir ki, Sumqayıt şəhəri, 3 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş 02 iyul 2013-cü il tarixli, 4Ə/561 reyestr nömrəli alğı-satqı müqaviləsi əsasında sözügedən torpaq sahəsi üzərində Cavabdeh1 Qəni qızının mülkiyyət hüququ qeydə alınmışdır. Sumqayıt Bələdiyyəsinin 27 iyun 2013-cü il tarixli, 07 saylı protokol qərarına əsasən Cavabdeh1 Qəni qızının mülkiyyətində olan torpaq sahəsindən çıxarışda göstəriləndən artıq istifadədə olan 235 kv.m. torpaq sahəsinin ona satılması qərara alınmış və Sumqayıt Bələdiyyəsi ilə Cavabdeh1 Qəni qızı arasında bağlanmış, Sumqayıt şəhəri, 3 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş 02 iyul 2013-cü il tarixli, 4Ə/561 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən 0,0235 ha torpaq sahəsi Cavabdeh1 Qəni qızının mülkiyyətinə verilmişdir. Halbuki, sözügedən torpaq sahəsi hazırda onun mülkiyyətində, faktiki sahibliyində və istifadəsindədir. Bundan əvvəl aralarında olan məhkəmə çəkişməsi zamanı Cavabdeh1 Qəni qızı tərəfindən belə bir müqavilə ortaya çıxarılmamış, belə bir müqavilənin olmasından DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 28 mart 2018-ci il tarixli məktubunu aldıqdan sonra xəbər tutmuşdur.

7. İddiaçı Cavabdeh1 Qəni qızı cavabdeh İddiaçı1 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Corat bağları, 2333C saylı torpaq sahəsində 2 tərəfdən tikilmiş daş hasarın və darvazanın sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2333C saylı torpaq sahəsi 10 iyul 2013-cü il tarixdən onun mülkiyyətindədir. Torpaq sahəsi Sumqa yıt şəhər Bələdiyyəsinin 27 iyun 2013-cü il tarixli qərarı və həmin dövrdə fəaliyyət göstərən Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin bələdiyyə ilə birgə tərtib etdiyi alğısatqı aktına əsasən qeydiyyatdan keçmişdir. Torpağa görə 1316 manat pulu Sumqayıt Bələdiyyəsinin büdcəsinə keçirmişdir. Hazırda İddiaçı1 göstərilən torpaq sahəsini qonşusunun torpağı hesabına bir qədər genişləndirərək onun tikdiyi hasara əlavə 2 divar hasar tikmiş və darvaza qoymuşdur.

9. Sumqayıt Şəhər Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli, 2(060)-7819/2018 nömrəli qətnaməsi ilə (hakim C.B.Məmmədov) ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi, Sumqayıt Bələdiyyəsi ilə Cavabdeh1 Qəni qızı arasında bağlanmış, Sumqayıt şəhəri 3 saylı Notariat Ko ntoru tərəfindən təsdiq edilmiş 02 iyul 2013-cü il tarixli, 4Ə/561 reyestr nömrəli alğı-satqı müqaviləsinin və həmin müqavilə əsasında Cavabdeh1 Qəni qızının adına verilmiş ********** qeydiyyat nömrəli, 10 iyul 2013cü il tarixli çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasındakı başqa məhkəmə çəkişməsinin nəticəsi olan qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə mübahisəli torpaq sahəsinin İddiaçı1 məxsus olması müəyyən olunmuşdur. Buna görə də, ilk iddia tələbi təmin edilməlidir.

11. Məhkəmə qarşılıqlı iddia tələbini araşdıraraq hesab etmişdir ki, mübahisə predmeti olan darvaza və daş hasarın qanuni qüvvəyə minmiş və hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb edən məhkəmə aktlarına əsasən İddia çı1 məxsus torpaq sahəsində yerləşdiyi üçün qarşılıqlı iddia tələbi təmin edilə bilməz.

12. Bundan əlavə, Cavabdeh1 Qəni qızı ilə Sumqayıt Bələdiyyəsi arasında müqavilə bağlanan zaman qanunvericiliyin bələdiyyə torpaqlarının hərrac və ya müsabiqə yolu ilə satılmalı olmasına dair tələbləri kobud surətdə pozulmuşdur. Belə ki, tərəflər arasında torpaq sahəsi ilə mübahisə olduğu halda Sumqayıt Bələdiyyəsi yekun məhkəmə aktına əsasən torpaq sahəsinin mülkiyyətçisi olmayan şəxslə müqavilə bağlamaqla, eyni zamanda torpaq sahəsinin əsl mülkiyyətçisi olan iddiaçının satın almada üstünlük hüququnu pozmuşdur.

13. Məhkəmə mövqeyini, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü, Mülki Məcəllənin 152, 337, 560.2-ci, Mülki Prosessual Məcəlləsinin 82.2, 82.3-cü maddələri, “Bələdiyyə torpaqlarının to rpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 2008-ci il 28 oktyabr tarixli 709-İİİQD nömrəli qanunu ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

14. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzr iddiaçı) Cavabdeh1 Qəni qızı və ilk iddia üzrə cavabdeh Sumqayıt şəhər Bələdiyyəsi ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, Sumqayıt Şəhər Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli, 2(060)-7819/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və ilk iddianın rədd olunması, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

15. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki ko llegiyasının 12 fevral 2019-cu il tarixli, 2(105)-724/2019 nömrəli qətnaməsi ilə (hakim L.M.Məmmədovanın sədrliyi və məruzəsi ilə, hakimlər S.A.Qafarinin və F.Ə.Məmmədovun iştirakı ilə) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli, 2(060)7819/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni və əsaslandırmanı təkrarlamışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

17. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzr iddiaçı) Cavabdeh1 Qəni qızı və ilk iddia üzrə cavabdeh Sumqayıt şəhər Bələdiyyəsi ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 fevral 2019-cu il tarixli, 2(105)-7 24/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, ilk iddianın rədd olunması və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03 iyul 2019cu il tarixli, 2(102)-4679/2019 nömrəli qərarı ilə (hakim E.R.Vəliyevanın sədrliyi və məruzəsi ilə, hakimlər Q.A.Əsgərovun və S.F.Hacıyevin iştirakı ilə) kassasiya şikayətləri qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 fevral 2019-cu il tarixli, 2(105)-724/2019 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

19. Kassasiya məhkəməsi ilk olaraq qeyd etmişdir ki, apellyasiya məhkəməsi qətnaməsində 26 may 2009-cu il tarixdən qüvvədən düşmüş Azərbaycan Respublikası MPM-in 82.2-ci maddəsinə istinad etmişdir.

20. İkincisi, məhkəmə tərəflər arasında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə mübahisəli torpaq sahəsinin ilkin İddiaçı1 məxsus olmasının müəyyən edildiyinə istinad etmişlər. Lakin iş materiallarına yalnız həmin mübahisə üzrə qəbul edilmiş sonuncu qərar - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 iyun 2017-ci il tarixli qərarı əlavə edilmişdir. Həmin qərarda isə müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2344 saylı bağın 0,20 ha torpaq sahəsinin 0,0288 ha hissəsi İsgəndərova Umnisə Güləli qızı tərəfindən 12 oktyabr 2009-cu il tarixli, 4Ə3/454 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Şirinova (Dadaşova) Aynurə Şirin qızına satılmış, həmin müqavilə əsasında Hüquqların dövlət qeydiyyatı haqqın da daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmış və 13 noyabr 2009-cu il tarixli, MA seriyalı, ******* saylı dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2344 saylı bağın 0,20 ha torpaq sahəsinə dair cavabdehlərin mülkiyyət hüququ 2009-cu ildən qeydə alınmasına baxmayaraq, həmin torpaq sahəsinin iddiaçıların və üçüncü şəxsin mülkiyyətində olmasına dair işdə heç bir sübut mövcud deyildir. Hazırki işdə isə müəyyən edilir ki, Sumqayıt bələdiyyəsinin 27 iyun 2013-cü il tarixli, 07 saylı protokol qərarına əsasən Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsindən çıxarışda göstəriləndən artıq istifadədə olan 235 kv.m. torpaq sahəsinin ona satılması qərara alınmış və Sumqayıt Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış, Sumqayıt şəhəri, 3 sayl ı notariat kontoru tərəfindən təsdiq edilmiş 02 iyul 2013-cü il tarixli, 4Ə/561 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 0,0235 ha torpaq sahəsi Cavabdeh1 mülkiyyətinə verilmişdir. Həmin alqı-satqı müqaviləsi əsasında sözügedən torpaq sahəsi üzərində Cavabdeh1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınaraq 10 iyul 2013cü il tarixli çıxarış verilmişdir. Belə olan təqdirdə, apellyasiya instansiya məhkəməsinin istinad etdiyi qətnamədə bəhs edilən mübahisəli torpaq sahəsi ilə 02 iyul 2013-cü il tarixli, 4Ə/561 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətinə verilmiş 0,0235 ha torpaq sahəsinin eyni torpaq sahəsi olub-olmamasını araşdırmadan həmin qətnamənin preyudisiallığına əsaslanması MPM-nin 82.3-cü maddəsinə uyğun ol mamışdır.

21. Kassasiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş DƏDRXnin 2 saylı Sumqayıt ərazi idarəsi tərəfindən verilmiş 28 mart 2018-ci il tarixli məktubda göstərilənlər də məntiqli deyil. Belə ki, əgər söhbət eyni torpaq sahəsindən getmiş olsa idi, bu zaman İddiaçı1 adına 2009-cu ildə qeydə alınmış mülkiyyət hüquqları, Sumqayıt şəhəri, 3 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 02 iyul 2013-cü il tarixli, 4Ə/561 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 mülkiyyət hüququnun 2013-cü ildə qeydə alınmasına mane olmalı idi. Yəni əgər bu gün İddiaçı1 torpaq sahəsinə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının bərpası həmin torpaq sahəsinin Cavabdeh1 adına qeydə alınmasına görə mümkün deyildirsə, eynilə 2013-cü ildə Cav abdeh1 mülkiyyət hüquqlarının da qeydə alınması həmin torpağın İddiaçı1 məxsus olması əsası ilə mümkün olmamalı idi. Buna görə də, kassasiya məhkəməsi hesab etmişdir ki, işdə mövcud olan azsaylı sübutlara əsasən İddiaçı1 adına 2009-cu ildə qeydə alınmış torpaq sahəsinin Sumqayıt şəhəri, 3 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 02 iyul 2013-cü il tarixli, 4Ə/561 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 satılmış torpaq sahəsinin eyni olmasını birmənalı şəkildə müəyyən etmək mümkün deyildir.

22. Kassasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, ilkin iddianın təmin edilməsi nəticəsinə gələn apellyasiya məhkəməsi bələdiyyə ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinin hansı əsasla etibarsız hesab edilməsini, bu əqdin Mülki Məcəllədə müəyyənləşd irilmiş hansı şərti pozmaqla bağlandığını qətnaməsində əsaslandırmamış, müqaviləni etibarsız hesab edərkən əqdin etibarsızılığının nəticələrini tətbiq etməmiş, beləliklə iş üzrə maddi hüquq normalarının tələblərini də pozmuş, həmçinin Cavabdeh1 adına verilmiş çıxarış etibarsız hesab edilsə belə, həmin torpağın satıcısı Sumqayıt Bələdiyyəsinin həmin torpaq sahəsi üzərində 03 iyun 2013-cü il tarixdə qeydə alınmış mülkiyyət hüququnun mübahisələndirilmədiyini nəzərə almamışdır.

23. Göstərilənlər əsasən, kassasiya kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə baxarkən həqiqətə nail olmaq üçün işin faktiki hallarını tam və hərtərəfli tədqiq etməmiş, mübahisələndirilən əqddə göstərilən torpaq sahəsinin koordinatları müəyyən edilməklə, bu sahənin id diaçının mülkiyyətində olan torpaq sahəsi ilə eynilik təşkil etməsini, hər iki tərəfə məxsus torpaq sahələrinin reyestrdən çıxarışda, torpaq sahəsinin planı və ölçüsündə qeyd olunan koordinatlara uyğun yerləşib-yerləşməməsini (GPS cihazı vasitəsilə naturada ölçmə işləri aparmaqla), iddiaçıya və cavabdehə məxsus olan torpaq sahəsinin üst-üstə düşübdüşməməsini müəyyən etmək üçün xüsusi bilik tələb olunduğu halda iş üzrə ekspertiza keçirilməsini müzakirə etməmiş, tərəflər arasında əvvəlki mübahisə üzrə mülki işin materiallarını tələb edib öyrənməklə, həmin məhkəmə aktlarında bəhs edilən torpaq sahəsinin hazırki iddianın predmetini təşkil edən 0,0235 ha torpaq sahəsi olubolmamasının araşdırmamış, eyni zamanda, işdə 3-cü şəxs olan DƏDRX-nin 2 saylı Sumqayıt ərazi idarəsi tərəfindən verilmiş 28 mart 2018-ci il tarixli məktubda göstərilənlərlə bağlı münasibətini öyrənməmiş, yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, cavabdehin ədalətli məhkəmə araşdırması hüququnu təmin etməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

24. İkinci apellyasiya baxışı zamanı təyin edilmiş məhkəmə tikinti və torpaqşünaslıq ekspertizası üzrə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 26 dekabr 2019-cu il tarixli mütəxəssis rəyi və Məhkəmə Ekspertizası Mərkəzinin 27 yanvar 2020-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, A.Ş.Şirinovanın (Dadaşovanın) Sumqayıt şəhəri, Corat bağları ərazisinə yerləşən 2344 saylı nömrəli bağ sahəsi üzərində qeydiyyata alınmış mülkiyyət hüququnun ləğv ed ildiyinin göstərilməsi səbəbindən, sözügedən bağ sahələrinin çıxarışlara əsasən eynilik təşkil etməsini, Şirinova (Dadaşova) Aynurə Şirin qızının torpaq sahəsinin planı və ölçüsündə qeyd olunan koordinatlara uyğun yerləşib-yerləşməməsini (GPS cıhazı vasitəsi ilə naturada ölçmə işləri aparmaqla), hər iki tərəfə məxsus torpaq sahələrinin üst-üstə düşməsini müəyyənləşdirmək mümkün olmamışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 10 iyul 2013-cü il tarixli, ********** saylı çıxarışın plan ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatlarına əsasən Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2333C nömrəli Cavabdeh1 mülkiyyətində olan bağ sahəsi hasara alınmış 310 kv.m torpaq sahəsinin daxilində yerləşir.

25. Apellyasiya məhkəməsi tərəfindən təyin edilmiş təkrar məhkəmə tikin ti-texniki və məhkəmə-torpaqşünaslıq ekspertizası üzrə 30 dekabr 2020-ci il tarixli rəyi 27 yanvar 2020-ci il tarixli rəyini təkrarlamışdır.

26. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 fevral 2021-ci il tarixli, 2(105)-70/2021 nömrəli qətnaməsi ilə (hakimlər G.F.Tağızadənin sədrliyi və məruzəsi ilə, hakimlər T.O.Quliyevin və E.G.Rəhimovun iştirakı ilə) ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 Qəni qızı və Sumqayıt Bələdiyyəsi tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli, 2(060)-7819/2018 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı1 Cavabdeh1 və Sumqayıt Şəhər Bələdiyyəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinin təmin edilməməsi, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı1 q arşı iddiasının təmin edilərək, Sumqayıt şəhəri, Corat bağları, 2333C saylı torpaq sahəsində iki tərəfdən tikilmiş daş hasarın və darvazanın sökülməsi qət edilmişdir.

27. Apellyasiya instansiya məhkəməsi iş üzrə alınmış ekspert rəylərinə istinad etmiş və göstərmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 iyun 2017-ci il tarixli qərarda müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2344 saylı bağın 0,20 ha torpaq sahəsinin 0,0288 ha hissəsi U.G.İsgəndərova tərəfindən 12 oktyabr 2009-cu il tarixli, 4Ə3/454 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında A.Ş.Şirinovaya (Dadaşova)ya satılmış, həmin müqavilə əsasında Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhəri, Co rat bağları ərazisində yerləşən 2344 saylı bağın 0,20 ha torpaq sahəsinə dair cavabdehlərin mülkiyyət hüququ 2009-cu ildən qeydə alınmasına baxmayaraq, həmin torpaq sahəsinin iddiaçıların və 3-cü şəxsin mülkiyyətində olmasına dair işdə heç bir sübut mövcud deyildir.

28. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iş materiallarına əlavə edilmiş DƏDRX-nin 2 saylı Sumqayıt ərazi idarəsi tərəfindən verilmiş 28 mart 2018-ci il tarixli məktubda göstərilənlər də məntiqli deyil. Belə ki, əgər söhbət eyni torpaq sahəsindən getmiş olsa idi, bu zaman İddiaçı1 adına 2009-cu ildə qeydə alınmış mülkiyyət hüquqları, Sumqayıt şəhəri, 3 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 02 iyul 2013-cü il tarixli 4Ə/561 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 mülkiyyət hüququnun 2013-cü ildə q eydə alınmasına mane olmalı idi. Yəni əgər bu gün İddiaçı1 torpaq sahəsinə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının bərpası həmin torpaq sahəsinin Cavabdeh1 adına qeydə alınmasına görə mümkün deyildirsə, eyni ilə 2013-cü ildə Cavabdeh1 mülkiyyət hüquqlarında qeydə alınması həmin torpağın İddiaçı1 məxsus olması əsası ilə mümkün olmamalı idi.

29. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Mülki Məcəlləsinin 152-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. d) Kassasiya instansiya məhkəməsindəki ikinci icraat

30. İddiaçı1 kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 fevral 2021-ci il tarixli, 2(105)-70/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və ilkin iddia nın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 avqust 2021-ci il tarixli, 2(102)-3637/2021 nömrəli qərarı ilə (hakim İ.Ə.Şəfiyevin sədrliyi və məruzəsi ilə, hakimlər Ə.A.Əhmədovun və V.T.Həsənovun iştirakı ilə) kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 fevral 2021-ci il tarixli, 2(105)-70/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

32. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə tam düzgün hüquqi qiymət verməmiş, gəldiyi nəticələr maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun ol mamışdır. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsinə Ali Məhkəmənin qərarının əsaslandırma hissəsini olduğu kimi köçürmüş, Ali Məhkəmənin əsas göstərişinin ekspertiza təyin etməklə, mübahisəli torpaq sahələrinin üst-üstə düşüb-düşməməsini, eyni torpaq sahələri olubolmamasını müəyyən etmək olduğu halda, bu istiqamətdə sonadək araşdırma aparılmamışdır.

33. Kassasiya məhkəməsinin kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinin tələbinə əsasən, Ali Məhkəmənin əvvəlki qərarında şərh olunan göstərişi icra etmək üçün 30 sentyabr 2019-cu il tarixli qərardadla ekspertiza təyin etmiş və rəy almışdır. Apellyasiya instansiyası məhkəməsi həmin rəydə ekspert qarşısında qoyulmuş suallara tam cavab verilmədiyi qənaətinə gəlmiş və ə vvəlki qərardadda ekspert qarşısında qoyulmuş sualları eyni ilə təkrarlamaqla, təkrar ekspertiza təyin etmişdir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti məhkəmənin 16 mart 2020-ci il tarixli qərardadının icra olunması üçün torpaq sahəsinə baxış keçirməmiş, məhkəmənin 30 sentyabr 2019-cu il tarixli qərardadının icrası ilə əlaqədar hazırlanmış mütəxəssis rəyinin surətini məhkəməyə göndərmiş, həmin rəy əsasında Məhkəmə Ekspertizası Mərkəzinin eksperti rəy vermişdir. Verilmiş rəyin nəticə hissəsi, bir neçə cümlə istisna olmaqla, əvvəlki rəylə hərfən eynidir.

34. Kassasiya məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin göstərişlərinə uyğun olaraq, mübahisəli torpaq sahələrinin üst-üstə düşməsinin müəyyən edilməsi üçün araşdırmanı sonadək aparmamış, id dianın mahiyyəti üzrə həlli üçün ilk növbədə araşdırılmalı olan məsələnin – “mübahisəli torpaq sahələri üstüstə düşürmü?” sualının cavabı tapılmamışdır. Bu sualın cavablandırılmasının mümkünsüzlüyü barədə mütəxəssisin əsaslandırması ondan ibarətdir ki, A.Ş.Şirinovanın (Dadaşovanın) Sumqayıt şəhəri, Corat bağları ərazisinə yerləşən 2344 saylı nömrəli bağ sahəsi üzərində qeydiyyata alınmış mülkiyyət hüququnun ləğv edilməsi göstərilməsi səbəbindən, hər iki tərəfə məxsus torpaq sahələrinin üst-üstə düşməsini müəyyənləşdirmək mümkün olmamışdır. Lakin mütəxəssisin bu cavabı yarımçıq araşdırmanın nəticəsidir. Çünki məhkəmələr tərəfindən müəyyən olunmuş işin hallarından göründüyü kimi, iddiaçı Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2344 saylı torpaq sahəsini İsgəndərova Umnisə Güləli q ızından 12 oktyabr 2009-cu il tarixli, 4Ə3/454 saylı alğı-satqı müqaviləsi əsasında almış və bu torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 13 noyabr 2009-cu il tarixdə qeydə alınaraq, MA seriyalı, ******* saylı dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçının adına olan həmin çıxarış Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)209/2016 saylı, 08 fevral 2016-cı il tarixli qətnaməsi ilə etibarsız sayıldığına görə reyestrdə olan bu qeydin ləğv edilməsinə baxmayaraq, məhkəmənin həmin qətnaməsi ləğv edilmiş, müqavilənin və çıxarışın etibarsız sayılması tələbinə dair iddia tələbi təmin olunmamış, nəticə etibarilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 fevral 2018-ci il tarixli qərardadı ilə icranın dönüşü qaydasında iddia çının adına olan çıxarışın dövlət reyestrində qeydiyyatının bərpa edilməsi qərara alınmışdır. Bu halda, ekspertiza zamanı daşınmaz əmlakın dövlət reyestrində 13 noyabr 2009-cu il tarixdə qeydə alınaraq, MA seriyalı, ******* saylı dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmiş torpaq sahəsinin koordinat göstəricilərindən istifadə olunmalı idi. Lakin ekspert bu məlumat mənbəyindən istifadə etməmiş, formal əsas göstərməklə, əhəmiyyətli sual üzrə araşdırma aparmamışdır.

35. Kassasiya məhkəməsi həmçinin göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsinin təkrar ekspertiza təyin olunması barədə qərardadı ziddiyyətlidir. Ona görə ki, məhkəmə həmin qərardadında ekspert rəyinin tam olmadığı barədə rəyə gəlmişdir. Bu halda MPM-in 102.1-ci maddəsinə əsasən təkrar ekspertiza deyil, əlavə ekspertiza təyin olunmalı idi. e) Apellyasiya instansiya məhkəməsindəki üçüncü icraat

36. Yeni apellyasiya baxışında keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının 10 iyun 2022-ci il tarixli rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin yerquruluşu üzrə mütəxəssisi Ə.Yasinovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 10 iyul 2013-cü il tarixli, ********** saylı çıxarışına əsasən Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2333C nömrəli Cavabdeh1 mülkiyyətində olan bağ sahəsi və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 13 noyabr 2009-cu il tarixli MA seriyalı ******* s aylı çıxarışına əsasən Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2344 nömrəli İddiaçı1 məhkəməyə təqdim olunmuş torpaq sahəsinin plan və ölçüsünə əsasən mülkiyyətində olan bağ sahəsi ilə eynilik təşkil edir. Hər iki torpaq sahəsi eyni koordinatda sahələrə uyğun olaraq eyni yerdə yerləşir. Kadastr Məlumat bazasında olan məlumatlara əsasən torpaq sahələri üstüstə düşür. Torpaq sahələri üst-üstə düşdüyü üçün hər ikisinə məxsus torpaq sahəsindədir.

37. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 iyul 2022-ci il tarixli, 2(105)-318/2022 nömrəli qətnaməsi ilə (hakim Z.İ.Məmmədovun sədrliyi və məruzəsi ilə hakimlər İ.K.Dəmirovun və R.Ə.Ağayevin iştirakı ilə) apellyasiya şikayətləri təmin olunmamış, Sumqayıt Şəhər Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli, 2(060)7819/2018 n ömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

38. Apellyasiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.1, 337-ci maddələrinə istinad edərək qeyd edir ki, sonuncu ekspert rəyi ilə Corat bağları ərazisində yerləşən 2333C nömrəli Cavabdeh1 mülkiyyətində olan bağ sahəsi və Corat bağları ərazisində yerləşən 2344 nömrəli İddiaçı1 məhkəməyə təqdim olunmuş torpaq sahəsinin plan və ölçüsünə əsasən mülkiyyətində olan bağ sahəsi ilə eynilik təşkil etdiyi müəyyən edildiyindən, ilk iddia əsaslı, qarşılıqlı iddia isə əsassızdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

39. Cavabdeh1 Qəni qızının kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 iyul 2022-ci il tarixli, 2(105)-318/2022 nömrəli qətnaməsinin ləğv edil məsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

40. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 13, 24, 29 və 71-ci, Torpaq Məcəlləsinin 56, 66, 67, 73, Mülki Məcəllənin 148, 152-180-ci, Mülki Prosessual Məcəllənin 9.3, 14, 77, 88, 365.4-cü maddələrinin tələbləri pozulmuşdur.

41. Belə ki, apellyasiya məhkəməsi Cavabdeh1 mülkiyyətinə qanuni əsaslara verilmiş torpaq sahəsini İddiaçı1 mülkiyyəti hesab etmiş, torpaq sahəsinin qanuni əsaslarla Sumqayıt Şəhər Bələdiyyəsi ilə alqı-satqı olmasını nəzərə almamışdır. Məhkəmə çəkişmə prinsipini pozmuş, işin hallarını tam araşdırmamışdır.

42. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddə lərinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

43. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

44. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblə rinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılma hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

45. Kassator apellyasiya məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

46. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiy yətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

47. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakı n dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərə ncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin et məli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirili r. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikay ətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yeni dən baxan məhkəmə üçün məcburidir. 49. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsd iq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiqində səhvə yol verildiyi üçün mübahisələndirilən qətnamə ləğv edilməli və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməlidir.

51. Belə ki, apellyasiya məhk əməsi tərəfindən müəyyən edilmiş hal ondan ibarətdir ki, 12 oktyabr 2009-cu il tarixli alqı-satqı müqaviləsi ilə İddiaçı1 mülkiyyətinə keçmiş Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2344 saylı torpaq sahəsi və 02 iyul 2013-cü il tarixli alqı-satqı müqaviləsi ilə Cavabdeh1 mülkiyyətinə keçmiş Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 0,0235 ha 2333C saylı torpaq sahəsi eyni yerdə yerləşməklə, üst-üstə düşür.

52. Həmçinin müəyyən olunur ki, hazırda həmin torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 mülkiyyət hüququ qeydə alınmışdır.

53. İddiaçı1 torpaq sahəsinə onun mülkiyyət hüququnun daha əvvəl yarandığını əsas gətirərək, Sumqayıt Şəhər Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış 02 iyul 2013-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesa b edilməsini xahiş etmiş və apellyasiya məhkəməsi bu əsasla ilk iddianı təmin etmişdir.

54. Lakin, iş materiallarından müəyyən olunur ki, mübahisələndirilən alqı-satqı müqaviləsi bağlanmamışdan əvvəl, 28 iyun 2013-cü il tarixdə onun predmeti olan torpaq sahəsi üzərində Sumqayıt Şəhər Bələdiyyəsinin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bələdiyyənin 27 iyun 2013-cü il tarixli, 07 saylı protokol qərarı ilə həmin torpaq sahəsinin Cavabdeh1 mülkiyyətinə verilməsi qərara alınmışdır.

55. İddiaçı1 bələdiyyə və cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığını tələb etsə də, bələdiyyənin mülkiyyət hüququnu təsdiq edən qeydi və cavabdeh bələdiyyənin qərarını qanunla müəyyən olunmuş qaydada mübahisələndirməmişdir. 56. “İnzibati və mülki hüquq m ünasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 6.1-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

57. Göründüyü kimi, ilk iddia təmin o lunaraq, torpaq sahəsinə dair bələdiyyə və Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinın etibarsız hesab edilməsi, iddiaçının torpaq sahəsi üzərində hüquqlarının bərpası ilə nəticələnmir. Beləliklə də, hazırki iddia Mülki Prosessual Məcəlləsinin 2.1 və 4.1-ci maddələrinə uyğun olaraq iddiaçının hüquq və mənafelərinin məhkəmədə müdafiəsinə xidmət etmir.

58. Həmçinin qeyd olunmalıdır ki, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibi; məzmunu; forması; iradə və iradə ifadəsi. Hazırki halda, apellyasiya məhkəməsi iddianı təmin edərkən Mülki Məcəllənin 337-ci maddəsinin dispozisiyasını köçürsə də, mübahisələndirilən əqdin hansı ünsürünün zədələnmiş olmasını müəyyən etməmişdir.

59. Mə hkəmə kollegiyası xüsusilə qeyd edir ki, Ali Məhkəmənin əvvəlki qərarlarında qeyd olunan hallara hüquqi qiymət verilməsi barədə göstərişlər verilmişdir. Belə ki, kassasiya məhkəməsinin 03 iyul 2019-cu il tarixli qərarında digər məsələlərlə yanaşı göstərilmişdir ki, ilkin iddianın təmin edilməsi nəticəsinə gələn apellyasiya məhkəməsi bələdiyyə ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinin hansı əsasla etibarsız hesab edilməsini, bu əqdin Mülki Məcəllədə müəyyənləşdirilmiş hansı şərti pozmaqla bağlandığını qətnaməsində əsaslandırmamış, müqaviləni etibarsız hesab edərkən əqdin etibarsızılığının nəticələrini tətbiq etməmiş, beləliklə iş üzrə maddi hüquq normalarının tələblərini də pozmuş, həmçinin Cavabdeh1 adına verilmiş çıxarış etibarsız hesab edilsə belə, həmin torpağın satıcı sı Sumqayıt Bələdiyyəsinin həmin torpaq sahəsi üzərində 03 iyun 2013-cü il tarixdə qeydə alınmış mülkiyyət hüququnun mübahisələndirilmədiyini nəzərə almamışdır.

60. Göründüyü kimi, apellyasiya məhkəməsi Ali Məhkəmənin məcburi olan göstərişlərini yalnız tərəflərin mülkiyyətində olan torpaq sahələrinin üst-üstə düşməsinin müəyyən edilməsi məqsədi ilə məhkəmə ekspertizasının keçirilməsi hissəsində icra etmiş, işin digər hallarına dair maddi hüquq norması kimi Mülki Məcəllənin 337-ci maddəsinə istinad etsə də, hüququn tətbiqində səhv etmişdir.

61. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırda ilk iddianın rədd edilməsi, torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində Sumqayıt Şəhər Bələdiyyəsinin adına olan qeyd və bələdiyyənin protokol qərarı mübahisələndirildiyi və həmin iddi a uğurlu olduğu halda, iddiaçını yeni əsasla müqavilənin etibarsızlığına dair iddia qaldırmaq hüququnu məhdudlaşdırmır. Həmçinin göstərilən tələbin Mülki Məcəllənin 140-cı maddəsi baxımından əsaslı olub-olmaması məsələsi də, iddia veriləcəyi təqdirdə həmin işin araşdırma predmetini təşkil edə bilər.

62. Qarşılıqlı iddiaya gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, işdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 iyun 2017-ci il tarixli qərarına əsasən Cavabdeh1 əvvəllər bir neçə şəxsə, o cümlədən İddiaçı1 qarşı iddia verərək, onlarla bağlanmış alqı-satqı müqavilələrin etibarsız hesab edilməsi ilə yanaşı torpaq sahəsindən çıxarılmasını da xahiş etmişdir. Son nəticədə qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə İddiaçı1 torpaq sahəsində çıxarılma tələbi təmin olunmamışdır. Mübahisəli t orpaq sahəsinin hazırda da İddiaçı1 sahibliyində və istifadəsində olması işin mübahisə edilməyən halıdır.

63. Qarşılıqlı iddia Cavabdeh1 Qəni qızının mülkiyyət hüququnun pozulması ilə əsaslandırılsa da, həmin pozuntunun qanunsuz olması apellyasiya məhkəməsində müəyyən olunmamışdır. Odur ki, qarşılıqlı iddia, həmin tələbin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəlmir.

64. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən ilk iddia təmin edilərkən, maddi hüquq normaları pozulduğu üçün qətnamə ləğv edilməli və hər iki iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir.

65. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə hər iki iddia rədd edildiyindən, iş üzrə ekspert rəylərinin alınması üçün çəkil miş xərclər tərəflərə bərabər aid edilməlidir.

66. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 Qəni qızı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 iyul 2022-ci il tarixli, 2(105)-318/2022 nömrəli qətnaməsi ləğv edilsin və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilsin. İddiaçı1 cavabdehlər Cavabdeh1 Qəni qızına və Sumqayıt Şəhər Bələdiyyəsinə, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Sumqayıt şəhəri 3 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmla kın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair ilk iddiası təmin edilməsin. İddiaçı Cavabdeh1 Qəni qızının cavabdeh İddiaçı1 qarşı “torpaq sahəsində olan darvazanın və iki tərəfdən hasarın sökülməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Keçirilmiş məhkəmə ekspertizalarının xərci hesabına İddiaçı1 75 (yetmiş beş) manat və Cavabdeh1 Qəni qızından 75 (yetmiş beş) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar