Məhkəmə qərarları › İş №2(102)-5785/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5785/2019

16.09.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5785/2019 16.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, iddiaçının vəkili Vəkil cavabdehin vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 11 aprel 2019-cu il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh “xxxx” İstehsala t Kommersiya Firmasından 9273 (doqquz min iki yüz yetmiş üç) avro (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) nümayəndəyə hüquqi yardıma görə ödənilmiş 1000 (bir min) manat və 30 (otuz) manat dövlət rüsumu alınıb İddiaçı ödənilməsi, “xxxx” İstehsalat Kommersiya Firmasının İddiaçı qarşı dəymiş mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir.(hakim S.Mehrəliyev) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər A.İmanov, E.Nəbiyev və R.Qurbanov) cavabdeh “xxxx” İstehsalat Kommersiya Firmasının apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhər Yasamal rayon məhkəməsinin 05 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiya sının 14 yanvar 2019-cu il tarixli qərarı ilə (hakimlər Ə.Rüstəmov, Q.Allahverdiyev və Ə.Nurməmmədov) kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 15 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər T.Səmədov, İ.Şirinov və E.Kazımov) “xxxx” İstehsalat və Kommersiya Firmasının apellyasiya şikayəti qismən təmin edilməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-349/2018 saylı 05 iyun 2018-ci il tarixli qətnaməsi ilkin iddia üzrə İddiaçı iddia tələbinin təmin olunmasına dair hissədə ləğv edilməsini, ilkin iddia üzrə İddiaçı “xxxx” İstehsalat Kommersiya Firmas ına qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiasının təmin edilməsini, Qətnamə qalan hissədə yəni, qarşılıqlı iddia tələbinin rədd olunması hissəsində dəyişdirilmədən saxlanılmasını, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat ilkin iddia üzrə İddiaçı tutulub dövlət büdcəsinə Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlıq Agentliyi KOD-210005, VÖEN **********, m/h AZ41NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilməsini qət etdi İŞİN HALLARİ: İddiaçı cavabdeh “xxxx” İstehsal-Kommersiya Firmasına qarşı “dəymiş ziyanın ödənilməsi tələbinə dair “ ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən mərmər daşlara görə cavabdehə ödənilmiş 9273 Avronun qaytarılması, yaxud həmin daşların komplekt halda dəyişdirilməs i və cavabdehdən 1030 məhkəmə xərclərinin tutularaq özünə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, maddi və prosessual hüquq normaları pozulmuş, tətbiq edilməli olan normalar tətbiq edilməmiş, mülkiyyət hüququndan məhrum edilmişdir. İş materiallarında olan mütəxəssis rəylərinə heç bir hüquqi qiymət verməmişdir. Ona görə də Bakı Apellyasiya məhkəməsinin Mülki Kollegiyasının 11.04.2019-cu il tarixli qətnaməsinin qismən ləğv olunmasını və ilkin iddianın təmin edilməsini xahiş edrilər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərin i müdafiə edərək şikayətin təmin edilməsini, cavabdehin vəkili Vəkil isə kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını vurğulayaraq şikayətin təmin edilməməsini Bakı Apellyasiya məhkəməsinin Mülki Kollegiyasının 11.04.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 11 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilməd ən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki ha lları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticədən görünür ki, müqavilədə əşyanın təhvil verilmə anı tərəflərin razılığı ilə müəyyən olunmuş və mübahisə predmeti olan əşya müqavilənin şərtinə uyğun olaraq iddiaçıya təhvil verilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticələrinin maddi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390, 570 və 571-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, 10.10.2015-ci il tarixində "xxxx" mebel salonu ilə aralarında bağlanmış 686 saylı müqavilənin şərtlərinə əsasən satıcı ümumi dəyəri 73191 Avro təşkil ədən müxtəlif mətbəx avadanlıq və mebellərinin nəzərdə tutulan müddət ərzində alıcıya çatdırılmasını, yığılmasını və quraşdırılmasını öhdəsinə götürmüşdür. Malların dəyəri 73191 avronun 40000 avrosu müqavilə bağlanan gün, 33191 avro isə mal gəldiyi gündən sonra 3 gün ərzində ödənilməli idi. Müqavilə şərtlərinə uyğun olaraq 40000 avronu müqavilə bağlanan gün, qalıq 33191 avron u isə 23.05.2016 cı il tarixində tərəfindən cavabdehə tam şəkildə ödənilmişdir. 11 oktyabr 2016-cı il tarixdə müqavilədə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsi barədə təhvil-təslim aktı tərtib edilmişdir. 2017-ci ilin mart ayının 7-də İddiaçı pretenziya ilə mebəl salonuna müraciət edərək müqavilənin spesifikasiyalarının 16-cı sətrində göstərilmiş dəyəri 11 592 avro təşkil edən mərmər daşın salonun əməkdaşlarının təqsiri üzündən çatlamasını əsas göstərməklə daşın kompleks halda yenisi ilə əvəz edilməsini və ya 20 faiz endirimdən sonra ödənilmiş 9 273 avronun ona qaytarılmasını xahiş etmişdir. 2017-ci ilin iyun ayında İddiaçı mebel salonuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərmər daşın ortadan çatlamasının cavabdehin təqsiri üzündən baş verməsini və həmin qüsurun tam aradan qaldırılmasını mütəxəssis rəyinə görə mümkün olmamasını əsas göstərməklə cavabdehdən həmin malın ödənilmiş dəyəri olan 9 273 avronun geri alınması və yaxud mərmər daşların bütün komplekt halda dəyişdirilməsi, məhkəmə xərcləri kimi ödədiyi 1 030 manatın cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi üzrə cavabdeh qarşılıqlı iddia verərək İddiaçı malı təhvil götütməməsi səbəbindən 4 ayda anbarda qalmaqla onlara 9 661,08 avro məbləğində ziyan dəyməsini əsas göstərməklə həmin ziyanın İddiaçı tutulmasını xahiş etmişdir. Məhkəmənin 07 iyul 2017-ci il tarixli qərardadı ilə mebel salonu əsl cavabdeh “xxxx” İstehsalat və Kommersiya firması ilə əvəz edilmişdir. Tərəflər arasında bağlanmış 10.10.2015-ci il tarixli müqavilənin 7.2-ci maddəsinə əsas ən əgər satıcı malı alıcıya təhvil verərkən malın zədələnməsi, qüsurları və digər nasazlıqlar ortaya çıxarsa, satıcı onları 14 gün ərzində əvəzsiz olaraq aradan qaldırmağa, lakin nöqsanlar ciddidirsə və onları aradan qaldırmaq mümkün deyilsə, 105 gün ərzində keyfiyyətsiz malı yenisi ilə əvəz etməyə borcludur. Malın aşkar edilmiş nöqsanları barədə akt tərtib olunur və tərəflərin nümayəndələri tərəfindən imzalanır. Həmin müqavilənin 7.4-cü bəndinə görə maddəsinə görə mal alıcıya təhvil verildikdən sonra alıcının görülən nöqsanlar və komplektləşdirmədə çatışmazlıqlar, habelə onun nümunələrə uyğunsuzluğu barədə barədə satıcıya iddiaları qəbul edilmir Müqavilənin 7.6-cı bəndinə görə malın alıcıya verildiyi andan onun təsadüfən məhvi, itirilməsi və yaxud zədələnməsi riski Satıcıdan Alıcıya keçir Qeyd olunan müqavilənin 7.7-ci bəndinə görə mal satıcının anbarına daxil olduğu andan 7 gün ərzində havayı saxlanır, lakin sonrakı hər gün üçün onun qiymətinin 0,1 faizi həcmində saxlanma haqqı çıxılır. Apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, tərəflərin nümayəndələrinin birgə iştirakı ilə aparılmış təhvil-təslim zamanı mərmər daşda hər hansı bir çatın olması müəyyən olunmamış və bu barədə müqavilənin şərtlərinə uyğun olaraq akt tərtib olunmuşdur. Təhvil təslim aktları imzalanarkən alıcının nümayəndəsi tərəfindən, yuxarıda qeyd olunduğu kimi, malın salamatlığı və komplektliyi ilə bağlı heç bir irad bildirilməmiş və satıcıya qarşı heç bir iddiasının olmamasını alıcının nümayəndəsi imzası ilə təsdiq etmişdir. Apellyasiya instansiyası məhkəmə sinin həmçinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi mərmər daşda çatın olması barədə iradını isə alıcı müqavilədə müəyyən olunmuş 105 gün keçdikdən sonra bildirmişdir. "xxxx" ASC-nin Layihələndirmə, dizayn və smeta şöbəsinin rəisi Qəni Qasımlə tərəfindən İddiaçı ünvanlanmış məktubda göstərilmişdir ki, sonuncuya məxsus İstiqlaliyyət küçəsi 9 ünvanında yerləşən 10 saylı mənzilində quraşdırılmış mətbəx mebelinin üzərindəki daşın çatlarına baxış keçirilmişdir. Daşın üzərindəki sınıq açıq-aydın nəzərə çarpır. Belə sınıqları yapışdırmaq və doldurmaq mümkündür, lakin hər bir halda qüsur qalacaqdır. Xüsusilə də mətbəxdə quraşdırılan daşlar yağ, şirə, su kimi ləkələrlə tez-tez təmasda olduğu üçün həmin birləşmə yerləri vaxt keçdikcə daha da kobud şəkildə nəzərə çarpacaqdır. Eyni daşdan şirkətdə mövcuddur Lakin, mövcud daşla rəng çalarlarının fərqlənməsi qaçılmazdır. Çünki, hər bir daş bloku fərqli rəng çalarlanna və naxışlara malik olur. Ona görə də, daşı dəyişiləcəyi təqdirdə, yan səthləri də dəyişdirilməlidir. Əks halda üst səthlə yan səthlər biri digərindəh fərqlənəcək, ümumi estetikanı, xarici görünüşü pozacaqdır. İş üzrə təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 25.04.2018-ci il tarixli 29657 saylı ekspert rəyinə əsasən mübahisəli mərmər daşın uzunluğunun 2,4 metr, eninin 1,0 metr, yan tərəflərdə hündürlüyünün 1,0 metr təşkil etdiyi, həmin daşın ortasında 1 metr uzunluqda çat mövcud olduğu müəyyən edilmiş, tədqiq olunan daşda mövcud olan çatın yaranma müddətini müəyyən etmək mümkün olmadığından (yəni təhvi verildikdən sonra və ya təhvil verilməmişdən əvvə l olması) sualda göstərilən məsələ üzrə tədqiqat aparılması mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə görə müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 399.1-ci maddəsinin tələbinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 425-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaql a icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinin tələbinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 570-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda, əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verilməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda icra edilmiş sayılır. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surə tdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. Alğı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır. Həmin Məcəllənin 571.1-ci maddələrinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski müqaviləyə uyğun olaraq satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı andan alıcıya keçir. Həmin Məcəllənin 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Həmin Məcəllənin 581.2-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi yeni apellyasiya baxışı zamanı əvvəlki kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilən göstərişlərə əməl etməklə müqavilədə əşyanın təhvil verilmə anının tərəflərin razılığ ı ilə müəyyən olunması və mübahisə predmeti olan əşya müqavilənin şərtinə uyğun olaraq iddiaçıya təhvil verilməsinə, eləcə də, göstərilən vəziyyətdə mərmər daşda çatın yaranmasını cavabdehin təqsiri üzündən baş verməsi barədə nəticəyə gəlmək üçün əsaslar olmamasına dair nəticələri işin araşdırılmış hallarına uyğun olmuşdur. Belə ki, iş materiallarında olan 11.10.2016-cı il tarixli təhvil-təslim aktında iddiaçının nümayəndəsinə təhvil verilmiş mallarda qüsur olması barədə məlumat yoxdur. Cavabdeh iddiaçının iddia ərizəsində etirazında yuxarıda qeyd olunan aktda göstərilən malları iddiaçının səlahiyyətli nümayəndəsi Vüqar İsmayılovun qəbul etməsini və satıcıya heç bir etirazının olmadığını imzası ilə təsdiq etməsini göstərmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansi yası məhkəməsinin tətbiq edilməli olmamalı normaları tətbiq etməklə kassatoru mülkiyyət hüququndan məhrum etməsi, işdə olan mütəxəssis rəylərinə heç bir hüquqi qiymət verməməsinə dair dəlillirinə qiymət verərək qeyd edir ki, qeyd olunan hallar iş üzrə müəyyən edilmir və apellyasiya instansiyası məhkəməsinin işin araşdırılması nəticəsində müəyyən etdiyi hallar onu deməyə əsas verir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmçinin də, qanunvericiliyə əsasən hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edi lmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunan Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmçinin də, Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hes ab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bu nəticəyə gəlmişdir ki, iddiaçı öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstit usiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mən afelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218 və 420ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməyərək mahiyyəti üzrə düzgün qətnamə qəbul etmişdir. Buna görə də kassasiya şikayətində göstərilən dəlillər isə əsassız olduğu üçün hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)- 4134/2019 saylı, 11 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının həmin iş üzrə 11 aprel 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar