Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5788/2019 16.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, X1 ibarət tərkibdə, X4 oğlunun katibliyi, Cavabdeh YYYnun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh YYYna qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 yanvar 2019-cu il tarixli 2(103)-657/2019 nömrəli qətnaməsindən cavabdeh YYY tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh YYYna qarşı kompensasiyanın ödənilməsitələbinə dair id dia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə “xxxx” ASC arasında bağlanmış 27.02.2015-ci il tarixli, 12.03.2015-ci il tarixli və 14.04.2015-ci il tarixli depozit müqavilələri (əmanətlər) üzrə sığorta hadisəsi baş verdiyinə görə cavabdeh YYY tərəfindən iddiaçıya 30000 (otuz min) manat məbləğində kompensasiya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Rəşid Səmədov) 2(006)-5610/2018 saylı iş üzrə 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək cavabdeh YYYndan 30.000 manat kompensasiya məbləği və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (Fuad Babayev sədrlik edən və məruzəçi ilə, hakimlər Xumar Mərda nova və Elnur Həsənov) 23.01.2019-cu il tarixli 2(103)-657/2019 nömrəli qətnaməsi ilə cavabdeh YYYnun apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 2(006)-5610/2018 nömrəli, 03.10.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh YYY kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.10.2018-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı ilə “xxxx" ASC arasında 27 fevral 2015-ci il tarixli, 12 mart 2015-ci il tarixli və 14 aprel 2015-ci il tarixli depozit müqavilələri bağlanmışdır. 27 fevral 2015-ci il tarixli 3 nömrəli müqaviləyə əsasən 27 fevral 2015-ci il tarixdən 28 fevral 2016-cı il t arixədək illik 12 faiz hesablanmaqla iddiaçı tərəfindən 12500 ABŞ dolları məbləğində depozit yerləşdirilmişdir. 12 mart 2015-ci il tarixli 4 nömrəli müqaviləyə əsasən 12 mart 2015-ci il tarixdən 13 mart 2016-cı il tarixədək illik 12 faiz hesablanmaqla iddiaçı tərəfindən 16000 ABŞ dolları məbləğində pul vəsaiti depozit hesaba yerləşdirilmişdir. 14 aprel 2015-ci il tarixli, 6 nömrəli müqaviləyə əsasən 14 aprel 2015-ci il tarixdən 15 aprel 2016-cı il tarixədək illik 12 faiz hesablanmaqla iddiaçı tərəfindən 12500 ABŞ dolları məbləğində pul vəsaiti depozitə qoyulmuşdur. Bundan əlavə iddiaçı “xxxx” ASC-dən 22.06.2016-ci il tarixində, 28.07.2015-ci il tarixində və 25.08.2015-ci il tarixlərində müxtəlif məbləğli kreditlər götürmüşdür. Həmin kredit müqavilələri üzrə icra edilməyən öhdəlikləri mövcu d olmuşdur. “xxxx” ASC-nin lisenziyası Azərbaycan Respublikası Mərkəzi X3 27 yanvar 2016-cı il tarixli 07/3 saylı qərarı ilə ləğv edilmişdir. İddiaçının Bank qarşısında icra edilməyən öhdəlikləri mövcud olduğu üçün əmanəti “Əmanətlərin Sığortalanması haqqında” Qanunun 2.1.2.10-cu maddəsinə müvafiq olaraq qorunmayan əmanət hesab edilmişdir. Belə ki, “Əmanətlərin Sığortalanması haqqında” Qanunun 2.1.2.10-cu maddəsində göstərilmişdir ki, bank qarşısında öhdəliklərin təminatı olan əmanətlər qorunmayan əmanətlər hesab edilir. 19 yanvar 2016-cı il tarixli 100-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 2.1.2.1-ci, 2.1.2.9-cu və 2.1.2.10-cu maddələr ləğv edilmişdir. Bu qanun “Azərbaycan” qəzetində 4 mart 2016-cı il tarixində dərc edilmiş və həmin tarixdən qüvvəyə minmişdir. Göründüyü kimi İddiaçı mövcud əmanətinə münasibətdə “Əmanətlərin Sığortalanması haqqında” Qanunun 2.1.2.10-cu maddəsi tətbiq edilməlidir. Belə ki, həmin dövr üçün sözügedən müddəa qüvvədə olmuşdur. İddiaçı icra edilməyən öhdəlikləri mövcud olması və buna müvafiq olaraq da əmanəti qorunan əmanət statusuna olmaması məhkəmələr tərəfindən nəzərə alınmamışdır. YYYnun Himayəçilik Şurasının Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən etdiyi illik faiz dərəcəsi milli valyutada qorunan əmanətlər üzrə 15 %, xarici valyutada qorunan əmanətlər üzrə 3 % müəyyən edilmişdir. 02 mart 2016-cı il tarixindən etibarən YYYna üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç ) il müddətində tam sığortalanır və tam kompensasiya olunur. “Əmanətlərin tam sığortalanması” haqqında Azərbaycan Respublikası qanununun 4.1-ci maddəsinə əsasən Qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri YYYnun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. Normanın mahiyyətindən də göründüyü kimi, əmanətçilərin müraciəti əsas şərt kimi göstərilir. Lakin, iddiaçı tərəfindən əmanətin geri qaytarılması və ya faiz dərəcəsinin qoru nan əmanətlər üçün müəyyən edilmiş faiz dərəcəsinə uyğunlaşdırılması barədə müraciət daxil olmamışdır. Qeyd olunduğu kimi əmanətin “Əmanətlərin tam sığortalanması” haqqında Qanunun (tələbləri altına düşməsi üçün müəyyənləşdirilmiş faiz dərəcələri əmanət müqaviləsindəki faiz [dərəcəsi ilə uyğunluq təşkil etməli və ya əmanətçinin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrdə müvafiq dəyişiklik edilməlidir. Lakin göründüyü kimi əmanətçi tərəfindən Banka belə bir müraciət daxil olmamışdır. Odur ki, sözügedən əmanət faiz dərəcəsi qanunvericiliyə müvafiq olmadığı üçün qorunan əmanət hesab edilmir. PROSESSUAL MƏSƏLƏLƏR: Cavabdeh YYYnun vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə la zımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya inst ansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işdə olan yazılı sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə “xxxx" ASC arasında 27 fevral 2015-ci il tarixli, 12 mart 2015-ci il tarixli və 14 aprel 2015-ci il tarixli depozit müqavilələri bağlanmışdır. 27 fevral 2015-ci il tarixli 3 nömrəli müqaviləyə əsasən 27 fevral 2015-ci il tarixdən 28 fevral 2016-cı il tarixədək illik 12 faiz hesablanmaqla iddiaçı tərəfindən 12500 ABŞ dolları məbləğində depozit yerləşdirilmişdir. 12 mart 2015-ci il tarixli 4 nömrəli müqaviləyə əsasən 12 mart 2015-ci il tarixdən 13 mart 2016-cı il tarixədək illik 12 faiz hesablanmaqla iddiaçı tərəfindən 16000 ABŞ dolları məbləğində pul vəsaiti depozit hesaba yerləşdirilmişdir. 14 aprel 2015-ci il tarixli, 6 nömrəli müqaviləyə əsasən 14 aprel 2015-ci il tarixdən 15 aprel 2016-cı il tarixədək illik 12 faiz hesablanmaqla iddiaçı tərəfindən 12500 ABŞ dolları məbləğində pul vəsaiti depozitə qoyulmuşdur. “xxxx” ASC ilə əmanətçi İddiaçı arasınd a bağlanmış, “tam sərbəst” depozit üzrə depozit müqavilələrindən görünür ki, Bank əmanətçidən daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək, müqavilələrdə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faiz ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, Bank həmin pulu əmanətçidən qəbul edərək, müqavilələrin şərtlərinə uyğun qaydada əmanətçiyə faizlərin hesablanması, ödənilməsi və əmanətçinin tələbinə əsasən banka depozitə qoyulan pulun ona qaytarılmasını təmin edir. Müqavilələrin 1.1-ci maddəsinə əsasən müqavilələrin müddəti 12 aydır. Bank əmanətçiyə illik 12% ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilələrin 5.8-ci bəndindən görünür ki, fond sığorta hadisəsi baş verdikdə əmanətçiyə əmanət məbləğinin 100 faizi, lakin 30 min manatdan çox olmayaraq kom pensasiya ödəyir. Həmçinin müəyyən edilmişdir ki, “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış 22.06.2015-ci il tarixli, İKM 01 saylı kredit müqaviləsinə əsasən bank İddiaçı istehlak məqsədilə 18 ay müddətinə illik 17 faiz olmaqla, 2230 ABŞ dolları məbləğində kredit vermiş və bağlanmış müqavilə üzrə öhdəliklərin icra olunmasına təminat olaraq İddiaçı ona məxsus olan qızıl-zinət əşyalarını dəyəri 3500 ABŞ dolları müəyyən edilməklə girov saxlayana girov kimi təqdim etmişdir; “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış 28.07.2015-ci il tarixli, İKM 02 saylı kredit müqaviləsinə əsasən bank İddiaçı istehlak məqsədilə 24 ay müddətinə illik 17 faiz olmaqla, 5000 manat məbləğində kredit verilmiş və həmin müqavilə üzrə öhdəliklərin icra olunmasına təminat olaraq İddiaçı ona məxsus olan qızıl-zinət əşyal arının dəyəri 12500 ABŞ dolları müəyyən edilməklə girov saxlayana girov kimi təqdim etmişdir; “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış 25.08.2015-ci il tarixli, İKM 03 saylı kredit müqaviləsinə əsasən bank İddiaçı istehlak məqsədilə 12 ay müddətinə illik 17 faiz olmaqla, 1450 ABŞ dolları məbləğində kredit vermiş və kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasına təminat olaraq İddiaçı ona məxsus olan qızıl-zinət əşyalarının dəyəri 16.000 ABŞ dolları müəyyən edilməklə girov saxlayana girov kimi təqdim etmişdir. Ləğv prosesində olan “xxxx” ASC-nin 22.09.2016-cı il tarixli arayışından görünür ki, “xxxx” ASC-nin müştərisi olan İddiaçı “xxxx” ASC-nin Gəncə filialına hal-hazırda heç bir borcu yoxdur. Daha sonra müəyyən edilmişdir ki, YYYnun İddiaçı 111qızına 16.11.2016-cı il tarixli məktub ünvanlamış və həmin məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mərkəzi X3 27 yanvar 2016-cı il tarixli, 07/3 saylı qərarı ilə “xxxx" ASC-nə bank əməliyyatlarının aparılması üçün verilmiş lisenziya ləğv edilmiş 19 avqust 2016-cı il tarixində KİV-də 28 yanvar 2016-cı il tarixinə "xxxx" ASC-də sığorta hadisəsi”nin baş verməsi barədə elan verilmişdir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunun 4.1.4-cü maddəsinin tələbinə uyğun olaraq Fond Sığorta hadisəsi baş verdikdə əmanətçilərin tələblərinin uçotunu aparır və kompensasiya ödəyir. Bundan başqa Qanun 22.1.2-ci maddəsinin tələbinə uyğun olaraq, konpensasiyaların ödənilməsi öhdəliyi əmələ gəldikdə iştirakçı bankdan qorunan əmanətləri təsdiq edən sənədlər alır. 28 yanvar 2016-cı il tarixli reyestr məlumat larına əsasən depozit hesabları “xxxx” ASC-də olan kreditin təminatıdır və “Əmanətlərin sığortalanması haqqında” Qanununun həmin vaxt qüvvədə olan 2.1.2.10-cu bank qarşısında öhdəliklərin təminatı olan əmanətlər) maddəsinə uyğun olaraq, kreditin təminatı (girov) qismində qoyulmuş əmanətlər qorunan əmanət hesab olunmur və bu əmanətlərə görə Fond tərəfindən kompensasiya ödənilmir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının 27.02.2015-ci il, 12.03.2015-ci il və 14.04.2015-ci il tarixlərdə banka qoyduğu əmanət məbləğlərinin qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aid edildiyini, həmçinin İddiaçı “xxxx” ASC ilə bağladığı istehlak kredit müqavilələri üzrə öhdəliklərin icra olunmasına təminat olaraq İddiaçı ona məxsus olan qızıl-zinət əşyalarmı girov saxlayana girov kimi təqdim et məsini, habelə banka olan borcunu tam şəkildə ödədiyini, “xxxx” ASC-yə əməliyyatların aparılması üçün verilmiş lisenziyanın ləğv edilməsi barədə elanın 19.08.2016-cı il tarixdə verildiyini, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.2.10-cu maddəsi 19.01.2016-cı il tarixdə ləğv edildiyini nəzərə alaraq, cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olduğundan və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyindən, iş üzrə maddi və prossesual hüquq normaları düzgün tətbiq edildiyindən qanuni və əsaslıdır. Belə ki, “Əmanətlərin Sığortalanması haqqında” Qanunun: - 3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq YYYnun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 3 (üç) il müddətində tam sığortalanır. - 8.1.20-ci maddəsinə görə isə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. Həmçinin həmin qanunda göstərilmişdir ki, sığorta hadisəsi – iştirakçı bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması, yaxud qanunvericiliyə müvafiq olaraq əmanətlər üzrə öhdəliklərin yerinə yet irilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təsdiq edilməsidir (2.1.9). Qorunan əmanət – sığorta hadisəsi baş verdikdə YYY tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir (2.1.2). Cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunmayan əmanətlərə aid edilir (2.1.2.6). X2 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla müəyyən edir (8.1.20). YYYnun Himayəçilik Şurasının 23 fe vral 2015-ci il tarixli qərarı ilə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 24 fevral 2015-ci il tarixindən 12 faiz müəyyən edilmiş, 01 mart 2016-cı il tarixli qərarı ilə milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12 faiz saxlanılmaqla, xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 3% müəyyən edilmiş, 02 mart 2016-cı il tarixindən etibarən YYYna üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz müəyyən edilmişdir Tərəflər arasında bağlanmış “tam sərbəst” depozit üzrə depozit müqavilələrin 5.7-ci bəndindən görünür ki, cəlb edildiyi günə 12%-dən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. Gö ründüyü kimi, iddiaçının əmanətləri qəbul edilən zaman qüvvədə olan yuxarı illik faiz dərəcəsi həddində, yəni 12%-lə qəbul edildiyindən qorunan əmanət hesab olunur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, əmanətçinin kreditor tələbinin qeydə alınması üçün müraciət etməsi və iflas proseduruna nəzarət edən məhkəmə tərəfindən həmin tələbin qeydə alınması sığortalanmış əmanətə görə kompensasiya tələbini aradan qaldırmır. Bu yalnız o halda, kompensasiya verilməsindən imtinaya əsas ola bilər ki, həmin məbləğ bank tərəfindən əmanətçiyə qaytarılmış olsun. Bu barədə isə işdə hər hansı sübut mövcud deyildir. Digər tərəfdən, iddiaçının əmanətinin onun bankdan götürdüyü kreditin təminatı olması barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Beləliklə də məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgün, kassasiya şikayətində göstərilən dəlillər isə əsassızdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh YYYnun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.01.2019-ci il tarixli 2(103)-657/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5788/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5788/2019
16.09.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver