Məhkəmə qərarları › İş №2(102)-579/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-579/2024

01.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-579/2024 01.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası X30 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X16 və X17) qarşı iddiası ilə bağlı iş üzrə QƏRARİ (Açar sözlər: mülki hüquq pozuntularından (deliktdən) irəli gələn mübahisələr, maddi və mənəvi ziyan tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri, Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu, Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası X30 (X16 və X17 mübahisə predmeti barəsində müstəq il tələb irəli sürməyən üçüncü şəxslər kimi cəlb edilən) qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1414/2023 nömrəli, 14 sentyabr 2023cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 1 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. ƏMDK yanında DƏDR-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətinə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, X14, 9-cu küçə, ev 127 ünvanında yerləşən, ümumi sahəsi 18,6 kv metr olan 1 otaqlı fərdi yaşayış evinə X6 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Evin yerləşdiyi 0,00223 ha torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir. 2. 03 noyabr 2020-ci il tarixli etibarnaməyə əsasən, X3 rayonu, Xırdalan şəhəri, X14, 9-cu küçə, ev 127 ünvanında yerləşən ümumi sahəsi 18,6 kv metr olan 1 otaqlı fərdi yaşayış evi barəsində ümumi səlahiyyətlərini 2067-ci il tarixədək İddiaçı1 vermişdir. 3. xx.xx.2020-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətinə əsasən, Azərbaycan Respublikası X25 direktoru Bəxtiyar Məmmədov xx.xx.2020ci il tarixli SOCAR**********30490075X00086 nömrəli məktubla Abşeron RPİ-nin rəisinə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, X14, R.Behbudov küçəsi, ev 75 ünvanında İddiaçı1 tərəfindən tamamlanmamış 2 fərdi yaşayış evinin tikildiyi, həmin tikililərin neft boru kəmərlərinin “Mühafizə zonası”nda yerləşdiyini göstərmiş, tikintinin dayandırılması və həmin şəxsin məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məktuba əsasən aparılmış araşdırma nəticəsində tikinti aparan şəxslərin əməllərində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

4. Abşeron RİHB-nın Xırdalan şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2021ci il tarixdə verilmiş 537 nömrəli və Abşeron rayonu Xırdalan Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 5520 nömrəli arayışlara əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, X14, 9-cu küçə, ev 127 ünvanında vətəndaş X8 məxsus fərdi yaşayış evi xx.xx.2020-ci il tarixədək mövcud olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar İddiaçı 1 və İddiaçı2 cavabdeh X22rşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, X14, 9-cu küçə, ev 127 ünvanında yerləşən və xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin sökülməsi nəticəsində vurulmuş maddi zərərin əvəzi olaraq cavabdeh H.Əliyev adına X24 50000 (əlli min) manat, mənəvi zərər kimi 10000 (on min) manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsinin dəqiqləşdirilməsi ərizə verərək, Abşeron rayonu, Xırdalan şəhəri, X14, 9-cu küçə, ev-127 ünvanında yerləşən 4 otaqlı fərdi yaşayış evinin sökülməsi nəticəsində onlara vurulmuş maddi zərərin əvəzi olaraq cavabdeh H.Əliyev adına X9rın xeyrinə, hə r birinə 25000 manat olmaqla, ümumilikdə 50000 (əlli min) manat, mənəvi zərər kimi hər birinə 5000 manat olmaqla, ümumilikdə 10000 (on min) manat, cəmi 60000 (altmış min) manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər.

7. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, cavabdeh H.Əliyev adına X25 Mühafizə Polisinin əməkdaşları 25 və 26 noyabr 2020-ci il tarixlərdə Abşeron rayonu, Xırdalan şəhəri, X14, 9-cu küçə, ev 127 ünvanında yerləşən və fərdi yaşayış evini əsassız və qanunsuz olaraq sökmüşdür. Belə ki, Abşeron rayonu, X14, 9-cu küçə ünvanında yerləşən və İddiaçı1 xüsusi mülkiyyətində olan torpaq sahəsi üzərində bir mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi inşa etdirib başa çatdırmışlar. Həmin fərdi yaşayı ş evinin iki otağı onun üçün, iki otağı isə Qarabağ qazisi İddiaçı2 üçün inşa edilmişdir. Fərdi yaşayış evinin dam örtüyü bağlanan zaman 25 və 26 noyabr 2020-ci il tarixlərdə cavabdeh H.Əliyev adına X25 Mühafizə Polisinin və Xırdalan şəhər X26 əməkdaşları tərəfindən əsassız və qanunsuz olaraq sökülmüşdür. Bu zaman həmin şəxslər tərəfindən onlara fərdi yaşayış evinin sökülməsi barədə hər hansı bir sənəd və ya məhkəmə qərarı təqdim edilməmişdir. Həmin ərazidə yerləşən torpaq sahəsi iddiaçılar tərəfindən zəbt olunmamış, qanuni əsaslarla ayrılmış və həmin torpaq sahəsinin üzərində inşa etdikləri fərdi yaşayış evi özbaşına tikilməmişdir. Həmin fərdi yaşayış evi ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsində dövlət qeydiyyatına alınmış və Çıxarış verilmişdir. Lakin, bütün bunlara baxm ayaraq 25 və 26 noyabr 2020-ci il tarixlərdə heç bir məhkəmə qərarı olmadan cavabdeh H.Əliyev adına X25 Mühafizə Polisinin əməkdaşları fərdi yaşayış evini əsassız və qanunsuz olaraq sökmüşlər. Yəni, cavabdeh iddiaçının mülkiyyət hüququnu pozaraq heç bir şifahi və yaxud yazılı xəbərdarlıq etmədən, müvafiq məhkəmə qərarı olmadan xüsusi mülkiyyətində olan fərdi yaşayış evini sökdürmüş və iddiaçıya xeyli miqdarda həm maddi, həm də mənəvi ziyan vurmuşdur.

8. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişlər.

9. Cavabdeh X25 nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini qəbul etməmiş və göstərmişdir ki, iddiaçıların hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək barədə subyektiv hüquqları yoxdur. İddia ərizəsindən də görün ür ki, qeyd olunan Abşeron rayonu, Xırdalan şəhəri, X14, 9-cu küçə, ev 127 ünvanı İlham Əskərovun adına qeydə alınmışdır. İddiaçılara etibarnamə verilməsi onlara məhkəmədə iddia qaldırmaq hüququ vermir. İddia ərizəsində fərdi yaşayış evinin 4 otaqlı olduğu qeyd olunsa da, həmin fərdi yaşayış evi 1 otaqlı sahəsi 18 kv metr olmuşdur. İş üzrə alınmış ekspert rəyi ilə razı deyildir. Odur ki, iddia tələbinin rədd olunmasını xahiş edir.

10. Əvvəlki məhkəmə iclasında iş üzrə 3-cü şəxs X17 izahatında bildirmişdir ki, o, torpağı Əskərov Yaşardan 20000 manata almışdır, torpağı alanda ətrafda tikililər də var idi deyə çox rahatlıqla almışdır, onun özünün evi həmin ərazidədir. Sonra Tərlan ona yaxınlaşmış, ev istədiyini bildirmişdir. O da ona satmışdır. Heç vaxt da problem olacağını düşünməmışdir, Çün ki, həmin ərazidə tikililər çox idi. İddiaçıların tikililəri o, satdığı torpaqda yerləşir.

11. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilən 24 fevral 2023cü il tarixli, 10/8358 №-li rəydən müəyyən edilir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 17 mart 2022-ci il tarixli **********70 nömrəli mütəxəssis rəyinə əsasən, iddiaçılar tərəfindən inşa olunmuş tikililərin RX seriyalı, ******* saylı, xx.xx.2015-ci il tarixli X2 istifadəsinə verilmiş 0,00223 ha torpaq sahəsinin hüdudları daxilində yerləşibyerləşməməsini müəyyən etmək mümkün olmamışdır. Mülki iş materiallarında olan və baxış zamanı əldə olunmuş məlumatlara əsasən, iddiaçılar tərəfindən inşa olunmuş 56 kv metr sahəsi olan tikilinin inşa olunması üçün görülməli olan işlərin dəyəri mövcud orta bazar qiymətinə uyğun olaraq təqribən 10009 manat, 120 kv metr sahəsi olan tikilinin inşa olunması üçün isə görülməli olan işlərin dəyəri mövcud orta bazar qiymətinə uyğun olaraq təqribən 17623 manat məbləğində müəyyən olunur.

12. Abşeron Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2(012)-49/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Abşeron rayonu, Xırdalan şəhəri, X14, 9cu küçə, ev 127 ünvanında yerləşən fərdi yaşayış evlərinin sökülməsi nəticəsində vurulmuş maddi zərərin əvəzi olaraq cavabdeh Azərbaycan Respublikası X24 İddiaçı1 xeyrinə 17000 manat, mənəvi zərər kimi 1700 manat, 10 manat məbləğində ödənilmiş dövlət rüsumu, İddiaçı2 xeyrinə 10009 manat, mənəvi zərər kimi 1000 m anat, 10 manat məbləğində ödənilmiş dövlət rüsumuna görə pulun tutulması, məhkəmə tikinti-texniki ekspertizasının xərci olaraq 50 manatın cavabdeh Azərbaycan Respublikası X24 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. (hakim Cəmilə Səfiyeva).

13. Məhkəmə qeyd etmişdir ki, iddiaçıların izahatlarına əsasən cavabdehin əməkdaşları 2020-ci ilin noyabr ayının 25-26-sı tarixlərindən həmin tikililəri iddiaçıların gözü qarşısında söküb, uçurmuşlar. Cavabdeh bunu etiraf etməsə də, işin bu halı iddiaçıların izahatları ilə yanaşı, cavabdehin xx.xx.2020-ci il tarixli SOCAR**********30490075X00086 nömrəli məktubla Abşeron RPİ-nin rəisinə müraciət etməsi və işin digər materialları ilə tam təsdiq olunur. Vurulmuş ziyanın məbləğinə gəldikdə isə iş üzrə ekspertizanın rəyi ni təkzib edən mötəbər sübut olmadığından məhkəmə hesab edir ki, vurulmuş maddi ziyanın məbləği məhkəmə ekspertizasının rəyi ilə müəyyən edilmiş məbləğə əsasən hesablanmalı, Abşeron rayonu, Xırdalan şəhəri, X14, 9-cu küçə, ev 127 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsi nəticəsində cavabdeh Azərbaycan Respublikası X24 İddiaçı1 xeyrinə vurulmuş maddi zərərin əvəzi olaraq 17000 manat, İddiaçı2 xeyrinə 10009 manat tutulmalı, iddia bu hissədə qismən təmin edilməlidir.

14. İddianın mənəvi zərər hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçılar iddia tələbində cavabdehdən onların hər biri üçün 5000 manat, cəmi 10000 manat məbləğində mənəvi zərərə görə təzminatın tutulmasını xahiş etmişdir.

15. Məhkəmə işin faktiki hallarına əsasən hesab etmişdir ki, iddiaçılara mənəvi zərər vur ulması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim olunmasa da, tikdirdikləri fərdi yaşayış evinin sökülməsi ilə əlaqədlar yaranan münasibətlər nəticəsində onlara mənəvi zərər dəyməsi qaçılmazdır. Ona görə də, məhkəmə bunu əsas götürərək hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən İddiaçı1 xeyrinə mənəvi zərərin məbləği 1700 manat, İddiaçı2 xeyrinə 1000 manat məbləğində müəyyən edilməli və həmin məbləğ də cavadehdən tutulub iddiaçılara verilməlidir.

16. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 157.4, 157.9 və 1097.1-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-cü, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddələrinə istinad etmişdir. A pellyasiya instansiyası məhkəməsində icraat

17. Qətnamədən narazı qalan cavabdeh X33 apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2(012)-49/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi Abşeron rayonu, Xırdalan şəhəri, X14, 9-cu küçə, ev 127 ünvanında yerləşən 0,00223 ha torpaq sahəsini və həmin torpaq sahəsində tikilmiş, sahəsi 18,6 kv metr olan fərdi yaşayış evini İddiaçı1 mülkiyyəti kimi qiymətləndirmişdir. Halbuki həmin torpaq sahəsi bələdiyyə mülkiyyətindədir, torpaq sahəsində inşa edilmiş sahəsi 18,6 kv metr olan fərdi yaşayış evi isə X6 mülkiyyətində olmuşdur. Həmin torpaq sahəsinə dair X6 verdiyi etibarnaməyə əsasən X17 (etibarnamə barədə məlumat 7E-12005, xx.xx.2018, Abşeron rayonu 1 saylı notariat ofisi) tərəfindən İddiaçı1 etibarnamə verilməsi həmin torpaq sahəsinin və onun üzərində tikilmiş fərdi yaşayış evinin sonuncunun mülkiyyətinə keçməsi üçün əsas ola bilməz. Sözügedən torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi İddiaçı1 mülkiyyətində olmadığından birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinin tənzimləyən Mülki Məcəllənin 152.1-ci maddəsini düzgün tətbiq etməmişdir. X6 verdiyi etibarnaməyə əsasən X17 (etibarnamə barədə məlumat 7E-12005, xx.xx.2018, Abşeron rayonu 1 saylı notariat ofisi) tərəfindən İddiaçı1 adına verilmiş etibarnamə X10 3cü şəxslər qarşısında təmsil etmək üçün verilmişdir. Göründüyü kimi həmin etibarnamə əsası nda İddiaçı1 Abşeron rayonu, Xırdalan şəhəri, X14, 9-cu küçə, ev 127 ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ əldə edə bilməzdi. Birinci instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 362.1-ci maddəsinin tələbinə zidd olaraq (maddi hüquq normasını pozmaqla) İddiaçı1 verilmiş etibarnaməyə iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənəd kimi qiymət verilmişdir. İşin araşdırılan halları ilə Heydər Əliyev adına X33 tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, X14, 9-cu küçə, ev 127 ünvanında yerləşən 0.00223 ha torpaq sahəsində tikilmiş, X6 mülkiyyətində olan sahəsi 18,6 kv metr. olan fərdi yaşayış evinin sökülməsi faktı öz təsdiqini tapmasa da, məhkəmənin mövqeyi fərqli olmuşdur. Belə ki, məhkəmə səhvən həmin fərdi yaşayış evi və Bələdiyyənin mülkiyyəti ndə olan torpaq sahəsində sahəsi 176 kv metr. olan (ekspert rəyinə əsasən) qanunsuz tikililərin iddiaçıların mülkiyyətində olduğu qənaətinə gəlmişdir. İş materiallarından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, X14, 9-cu küçə, ev 127 ünvanında yerləşən 0.00223 ha torpaq sahəsi Bələdiyyə mülkiyyətində olmuş, həmin torpaq sahəsində tikilmiş, sahəsi 18,6 kv metr. olan fərdi yaşayış evi isə X6 mülkiyyətində olmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, subyektiv mənada əşya hüququ dedikdə, subyektin mülki dövriyyənin maddi obyekti kimi konkret əşya barəsində olan hüququ başa düşülür. Əşya hüququ ilə əşyanın bu və ya digər şəxsə məxsusluğu müəyyən edilir və bu hüquq mütləq xarakterə malik olması ilə səciyyələnir. Bu baxımdan əşya hüququ iki funksiya yerinə yetirir – tənzimləyic i funksiya (bu funksiya əsasında konkret əşyanın konkret şəxsə məxsusluğu müəyyənləşdirilir) və müdafiə funksiyası (bu funksiya əsasında digər şəxslər ixtiyar sahibinin əşya hüquqlarının həyata keçirilməsinə maneələr törətməkdən və onu pozmaqdan çəkinir). Odur ki, əşya hüququ ilə bağlı mübahisələrə baxılarkən müvafiq tələb üzrə konkret şəxsin subyektiv hüququnun olubolmamasının müəyyənləşdirilməsi üçün ilk növbədə əşya (mübahisənin obyekti) müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən Konstitusiya Məhkəməsinin qeyd edilən hüquqi mövqeyə əhəmiyyət verilməmiş və iddiaçıların hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olub-olmadıqları araşdırılmamışdır. İddiaçılar məhkəməyə torpaq sahəsinin və onun üzərində tikilmiş tikilinin guya onların mülkiyyətində olmasını təsd iq edən sənəd kimi X6 adından çıxış edən X17 tərəfindən İddiaçı1 adına verilmiş xx.xx.2020-ci il tarixli etibarnaməni əsas göstərmişlər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmaq vəzifəsi olan birinci instansiya məhkəməsi X6 adından X11 etibarnamə verilib-verilməməsini dəqiqləşdirməmiş, etibarnaməni əldə edərək iş materiallarına əlavə etməmişdir. Bununla da X1 etibarnaməni verməkdə səlahiyyətli olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmənin qətnaməsində göstərilmişdir ki, 3-cü şəxs X17 izahatında bildirmişdir ki, o, torpağı Əskərov Yaşardan 20000 manata almışdır, torpağı alanda ətrafda tikililər də var idi deyə çox rahatlıqla aldı, onun özünün evi həmin ərazidədi. Sonra Tərlan ona yaxınlaşdı, ev istədiyini bildirdi. O da ona satd ı, heç vaxt da problem olacağını düşünmədi, çünki, həmin ərazidə tikililər çox idi. İddiaçıların tikililəri o, satdığı torpaqda yerləşir. Göründüyü kimi, Vüqar Temirov torpağı Yaşar Əskərovdan 20000 manata aldığını bildirmişdir. X20 Bələdiyyə torpağını deyil, yalnız onun üzərində yerləşən mülkiyyətində olan olan sahəsi 18,6 kv metr. olan fərdi yaşayış evini satmaq səlahiyyəti olmuşdur. Məhkəmənin qətnaməsində istinad etdiyi Abşeron rayon Polis İdarəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarından görünür ki, İddiaçı1 izahatında göstərmişdir ki, o, ünvan 7 ünvanında yerləşən torpaq sahəsini və üzərində tikintisi başlanılmış fərdi yaşayış evini 5000 manat müqabilində X5 almışdır. Sözügedən torpaq sahəsinə dair tərəflər arasında hər hansı əqdin olu b-olmaması məhkəmə tərəfindən araşdırılmamış və bu barədə sənəd tələb olunmamışdır. Vüqar Temirovun 20000 manat pul ödəyərək Yaşar Əskərovdan aldığı əmlakı 5000 manata İddiaçı1 satması da inandırıcı görünmür. İşin bu halı da məhkəmə tərəfindən araşdırılmamışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-165/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadına əsasən iş üzrə təkrar tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspert qarşısında inşaat-tikinti ekspertizası tərəfindən həmin torpaq sahəsində yerində baxış keçirilməklə və işin materiallarında olan foto görüntülərə əsasən iki ədəd birmərtəbəli yan-yana hər birinin ölçüsü 55 kv metr. olan iki otaqlı, birmərtəbəli 13-14 daş hündürlüyündə, təmirsiz daxili qara suvaqla suvanmış olan təmirsiz tikililərin sökülməsi nəticəsində iddiaçıların hə r birinə vurulan maddi ziyan məbləğinin müəyyən edilməsi ekspertə tapşırılmışdır. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 10/8358 nömrəli, xx.xx.2023-cü il tarixli rəyində göstərilmişdir ki, mülki iş materiallarında olan və baxış zamanı əldə olunmuş məlumatlara əsasən, iddiaçılar tərəfindən inşa olunmuş 56 kv metr. sahəsi olan tikilinin inşa olunması üçün görülməli olan işlərin dəyəri mövcud orta bazar qiymətinə uyğun olaraq təqribən 10009 manat, 120 kv metr. sahəsi olan tikilinin inşa olunması üçün isə görülməli olan işlərin dəyəri mövcud orta bazar qiymətinə uyğun olaraq təqribən 17623 manat məbləğində müəyyən olunur. Göründüyü kimi məhkəmə qərardadında hər birinin ölçüsü 55 kv metr. olan iki otaqlı, birmərtəbəli 13-14 daş hündürlüyündə olan tikilinin (guya cava bdeh tərəfindən) sökülməsi nəticəsində dəymiş ziyanın müəyyən olunması tapşırılsa da, tədqiqat aparmış ekspert iddiaçılar tərəfindən verilmiş yalan məlumat əsasında mövcud olmuş tikilinin sahəsinin ümumilikdə 176 kv metr. olmasını qeyd etmişdir. Birinci instansiya məhkəməsi yalnız iddiaçıların həqiqətə uyğun olmayan izahatlarını əsas götürmüş, iddiaçıların izahatlarını təsdiq edən digər sübutları isə onlardan tələb etməmişdir. Belə ki, iddiaçıların məhkəmə iclasında verdikləri izahatlar həqiqəti əks etdirmir. Sözügedən torpaq sahəsində hər hansı tikinti işlərinin aparılması üçün iddiaçılar tərəfindən müvafiq dövlət orqanlarından lazımi icazələr alındığını bildirilsə də, bu faktı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişlər. Yuxarıda istinad olunanlardan da göründüyü kimi b irinci instansiya məhkəməsi tərəfindən işə səthi yanaşılmış, işin ədalətli həlli baxmından əhəmiyyətli olan sübutlar toplanmamış, yalnız tərəflərin düzgün olmayan izahatlarına və ekspertin əsassız rəyinə istinad olunmuşdur. Bütün bunlar qətnamənin qanuni və əsaslı olmadığı qənaətinə gəlməyə əsas verir.

19. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (Sədrlik edən və məruzəçi-hakim X18, hakimlər X23 və X21) 2(105)-1414/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2(012)-49/2023 nömrəli qətnaməsi qismən – mənəvi ziyanın təmin edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iddia təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2(012)-49/2023 nömrəli qə tnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, X14, 9-cu küçə, ev 127 ünvanında yerləşən fərdi yaşayış evlərinin sökülməsi nəticəsində Azərbaycan Respublikası X33 tərəfindən iddiaçılar İddiaçı1 və İddiaçı2 vurulmuş maddi ziyanın məbləğini ekspert rəyinə əsasında müəyyən edərkən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

21. Məhkəmə iddia tələbinin “mənəvi ziyanın ödənilməsi” hissəsi ilə bağlı hesab etmişdir ki, bu hissədə birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə düzgün qərara gəlməmişdir. Belə ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalar da) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçılar onlara məxsus olan fərdi yaşayış evinin sökülməsi nəticəsində mənəvi zərər dəydiyini və bu zərərin əvəzi olaraq hər birinə 5000 (beş min) manat olmaqla, ümumilikdə 10000 (on min) manat kompensasiya ödənilməsini tələb etsələr də, onlara dəymiş mənəvi zərərin nədə ifadə olunmasını göstərməmiş, onlar tərəfindən tikinti işlərinin görülməsi ilə əlaqədar həmin tikilinin layihəsinin təsdiq olunmaqla səlahiyyətli dövlət orqanları tərəfindən tikintinin aparılmasına lazımı qaydada icazə verilməsinə dair rəsmi sənədlər təqdim olunmamış, məhz bununla bağlı hansı mənəvi sarsıntı və iztirablar keçirmələrini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilməli, iddia tələbi mənəvi ziyan hissəsində təmin edilməməlidir.

22. Cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş rəy üzrə mütəxəsis zəruri biliyə malik olmaqla, “Məhkəmə Ekspertiza Mərkəzi”nin rəyi üzrə ekspert xüsusi biliyə malikdir. Buna görə də, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir.

23. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsasla ndırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 157.8, 158.1, 158.2, 158.4, 165.1, 1096.1 və 1097.1ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri,

24. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1414/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin qismən, iddia tələbinin təmin olunmasının dəyişdirilmədən saxlanılması hissədə ləğv edilməsi və iddia tələbinin həmin hissədə də rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

25. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, torpaq sahəsinə iddiaçıların sahiblik və istifadə hüquqlarının olmadığı, eləcə də iddiaçılar tərəfindən tikildiyi ehtimal olun an tikililərin cavabdeh X33 tərəfindən sökülməsi iş materialları ilə öz təsdiqini tapmamasına baxmayaraq, məhkəmənin cavabdeh X30 iddiaçıların sahiblik hüququnun pozucusu kimi qiymət verməsi halı təəccüb doğurur. İddiaçı1 (digər İddiaçı2 adına etibarnamə verilməmişdir) məhkəmələrdə Abşeron rayonu, Xırdalan şəhəri, X14, 9-cu küçə, ev 127 ünvanında yerləşən ümumi sahəsi 18,6 kv metr olan 1 otaqlı fərdi yaşayış evi X6 mülkiyyətində olduğunu təsdiq edən RX seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli Çıxarışı və onun adına verilmiş etibarnaməni əsas gətirərək həmin torpaq sahəsini öz mülkiyyəti kimi təqdim etməyə çalışmışdır. Məhkəmələr də etibarnamənin mahiyyətindən kənara çıxar aq etibarnamənin mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə edilməsi üçün verilməsinə baxmayaraq, sözügedən torpaq sahəsinə və iddiaçıların iddiasına görə həmin torpaq sahəsində tikilmiş və guya X33 tərəfindən sökülmüş özbaşına tikiliyə etibarnamə əsasında mülkiyyətçiyə xas olan bütün hüquqların tanınmalı olması qənaətinə gəlməklə, həmin tikilinin sökülməsi nəticəsində dəymiş ziyanın da məhz iddiaçıların tələbinə uyğun olaraq onlara ödənilməli olması barədə əsassız qətnamə qəbul etmişlər.

26. Cavabdeh göçtərmişdir ki, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarlarında qeyd o lunan hüquqi mövqeyə əhəmiyyət verilməmiş və iddiaçıların hazırki iddianı qaldırmaq üçün sübyektiv hüquqa malik olub-olmadıqları araşdırılmamışdır. İş materiallarından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, X14, 9-cu küçə, ev 127 ünvanında yerləşən 0,00223 ha torpaq sahəsi Bələdiyyə mülkiyyətində olmuş, həmin torpaq sahəsində tikilmiş, sahəsi 18,6 kv metr olan fərdi yaşayış evi isə X6 mülkiyyətində olmuşdur. Belə olan iddia qaldırmaq hüququ bələdiyyəyə və evin mülkiyyətçisinə məxsusdudr. Belə olan iddia qaldırmaq hüququ bələdiyyəyə və evin mülkiyyətçisi Yaşar Əsgərova məxsusdudr. İddiaçılar belə bir hüquqa malik deyildirlər.

27. Cavabdeh qeyd etmişdir ki, iddiaçılar iddia ərizəsində qanunsuz tikilinin onlar tərəfindən tikildiyini və vurulmuş ziyanın onların xeyrinə tutulması barədə q ətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Halbuki iddiaçılardan İddiaçı1 (digər İddiaçı2 adına etibarnamə verilməmişdir) X16 tərəfindən verilmiş etibarnamə əsasında çıxış etdiyindən məhkəmədən yalnız X6 xeyrinə maddi ziyanın ödənilməsini tələb edə bilərdi. X6 verdiyi etibarnaməyə əsasən X17 (etibarnamə barədə məlumat 7E-12005, xx.xx.2018ci il, Abşeron rayonu 1 saylı notariat ofisi) tərəfindən İddiaçı1 adına verilmiş etibarnamə X10 3-cü şəxslər qarşısında təmsil etmək üçün verilmişdir. Abşeron rayonu, Xırdalan şəhəri, X14, 9-cu küçə, ev 127 ünvanında yerləşən 0,00223 ha torpaq sahəsi Bələdiyyə mülkiyyətində olmuş, həmin torpaq sahəsində sahəsi 18,6 kv metr olan fərdi yaşayış evi X6 mülkiyyətində, torpaq sahəsi isə istifadəsində olmuşdur. İşin araşdırılan hallarından da müəyyən olunm uşdur ki, sözügedən tikiliyə dair iddiaçıların nə mülkiyyət, nə də istifadə hüququ olmamışdır. Belə ki, daşınmaz əmlaka iddiaçıların sahiblik və istifadə hüququnun yaranması üçün ilk növbədə Mülki Məcəllənin 146.1-ci maddədə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakla bağlı tərəflər arasında notarial qaydada təsdiq edilmiş əqdin bağlanması əsas şərtdir. İddiaçı1 adına etibarnamənin olması qanunsuz tikiliyə istifadə hüququnun yaranması üçün əsas ola bilməz. Göründüyü kimi Bələdiyyə mülkiyyətində olan sözügedən torpaq sahəsi qanuni əsasla X6 istifadəsinə verilmiş, İddiaçı1 adına həmin torpaq sahəsinə dair etibarnamənin verilməsi isə İddiaçı1 tərəfindən həmin torpaq sahəsindən istədiyi kimi istifadə etmək, lazımi icazələr alınmadan tikinti işləri aparılması və s hüquqları vermir. Əgər həmin tor paq sahəsində İddiaçı1 tərəfindən hər hansı tikili tikilmişsə bu yalnız X6 xeyrinə həyata keçirilə bilərdi və həmin tikilinin sökülməsi nəticəsində dəymiş ziyanı tələb etmək hüququ da Yaşar Əsgərova məxsusdur. Məhkəmə tərəfindən mübahisənin həlli ilə bağlı Mülki Məcəllənin 158-ci maddəsinə istinad olunaraq mövcud olmuş tikiliyə guya iddiaçıların əmlak hüquqlarının yaranmış olması barədə məhkəmənin mövqeyi tam əsassızdır. Göründüyü kimi heç bir hüququ olmadığı halda məhkəmələr sözügedən torpaq sahəsində iddiaçılar tərəfindən tikilmiş tikillərə dolayısı ilə iddiaçıların mülkiyyət hüququnun olması qənaətinə gəlmişdir. Lakin etibarnamə yalnız Yaşar Əsgərovun adından çıxış etmək üçün verilmiş və bu hal etibar edilmiş şəxslərə həmin torpaq sahəsində tikilmiş özbaşına tikiliyə mülkiyyət hüququnun tanınması üçün əsas deyildir. İşin araşdırılan hallarından da müəyyən olunmuşdur ki, Abşeron rayonu, Xırdalan şəhəri, X14, 9-cu küçə, ev 127 ünvanında Bələdiyyə mülkiyyətində olan 0,0223 ha torpaq sahəsində tikilmiş, sahəsi 18,6 kv metr olan fərdi yaşayış evinin mülkiyyətçisi X16 olmuşdur. İddiaçıların Neft Eemalı Zavoduna məxsus neft məhsulu nəql olunan boru xəttinin mühafizə zonasında Bələdiyyə mülkiyyətində olan 0,0223 ha torpaq sahəsində şəhərsalma norma və tələblərinə əməl etmədən, müvafiq dövlət orqanlarının, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 noyabr 2004-cü il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydalarının tələbinə uyğun olaraq Energetika Nazirliyinin (istismarçı təşkilatın rəyini almaqla) icazəsi olmadan bina və qurğuların tikintisinin qadağan olunmasına baxmayaraq məhkəmələr Bələdiyyə mülkiyyətində olan olan torpaq sahəsində tikilmiş (ekspertizanın rəyinə əsasən İddiaçı1 tərəfindən tikilmiş sahəsi 120 kv metr yaşayış evi və İddiaçı2 tərəfindən inşa olunmuş sahəsi 56 kv metr olan tikili) iddiaçıların da bildirdiyinə görə hələ tam hazır və yaşayış olmayan fərdi yaşayış evinə iddiaçıların mülkiyyətçi hüquqlarının olması qənaətinə gəlmişdir. Məhkəmə tərəfindən maddi hüquq norması kimi Mülki Məcəllənin 158-ci maddəsi də düzgün tətbiq olunmamışdır. Belə ki, iddiaçılar özləri də etiraf etmişlər ki, fərdi yaşayış evi tam hazır olmamış və həmin evdə heç vaxt yaşayış olmamışdır. İddiaçıların nə tikinti aparılan torpaq shəsinə, nə də tikilmiş özbaşına tiki liyə hər hansı əmlak hüquqları yaranmamışdır. Çünki qanunvericiliyin tələbinə zidd olaraq əldə olunmuş əmlaka hər hansı hüququn tanınması mümkün deyildir.

28. İddiaçılar İddiaçı1 və İddiaçı2 hazırki iş üzrə zərərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olub-olmadıqlarını, eləcə də iddiaya cavab verməli olan şəxsin Heydər Əliyev adına X33 (NEZ) olub-olmadığını araşdırmadan məhkəmə həmin şəxslərin belə bir tələblə məhkəməyə müraciət etmək hüquqlarının olması və iddiaçılara zərərin məhz cavabdeh NEZ tərəfindən vurulması qənətinə gəlmişdir. İddiaçılar iddia tələbində göstərmişlər ki, fərdi yaşayış evinin dam örtüyü bağlanan zaman 25 və 26 noyabr 2020-ci il tarixlərdə cavabdeh DİN Baş Mühafizə İdarəsinin X15 Mühafizə İdarəsinin və Xırdalan şəhər X26 əməkdaşları tərəfindən əsassız v ə qanunsuz olaraq sökülmüşdür. Göründüyü kimi iddiaçılar iddia ərizəsində onlara məxsus olduğunu iddia etdikləri qanunsuz tikilinin Heydər Əliyev adına X30 heç bir tabeçiliyi olmayan, ayrıca qurum olan AR DİN-nin Baş Mühafizə İdarəsinin X15 Mühafizə İdarəsinin və Xırdalan şəhər X26 əməkdaşları tərəfindən söküldüyünü göstərsələr də, iddia ərizəsinin sonunda zərərin NEZ-dən tutulmasını xahiş etmişlər, məhkəmələr də yekunda iddiaçılar tərəfindən tikildiyi iddia olunan yaşayış evinin məhz X33 tərəfindən söküldüyü və iddiaçılara dəymiş maddi ziyanın Heydər Əliyev adına X24 tutulması qənaətinə gəlmişdir. Məhkəmələrin istinad etdikləri xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın olması sözügedən tikilinin X25 əməkdaşları tərəfindən sökülməsi nəticəsinə gəl mək üçün əsas deyildir. Belə ki, mühafizə zonasında aparılmış bütün qanunsuz tikililərlə bağlı müvafiq tədbir görülməsi üçün Polis orqanlarına və digər dövlət orqanlarına X33 tərəfindən rəsmi qaydada müraciətlər olunur. xx.xx.2020-ci il tarixdə X33 tərəfindən hazırki iş üzrə İddiaçı1 qarşı“qanunsuz tikilinin sökülməsi barədə” iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət olunması da onu təsdiq edir ki, iddiaçılar yaşayış evinin X33 tərəfindən söküldüyünü iddia etsələr də, bu həqiqətə uyğun deyildir. Belə ki, İddia ərizəsi ilə müraciət etdikdən sonra təxminən 6-7 gün sonra (iddiaçıların bildirdiyinə görə) məhkəmə qərarı olmadan tikilinin X33 tərəfindən sökülməsi inandırıcı görünmür. X33 tərəfindən iddiaçılara ziyan dəyməsi sübut olunmadığı halda evin sökülməsinə görə dəymiş ziyanın X 27 tutulması barədə qətnamənin də tam əsassız olduğunu söyləmək olar. Bundan başqa məhkəmələr nəzərə almamışlar ki, X33 təhlükə potensiallı obyektlər siyahısına daxil edilmişdir. Texniki Təhlükəsizlik haqqında Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinin birinci bəndində göstərilmişdir ki, əhali və ətraf mühit üçün təhlükə yaradan (Əlavə 1-də göstərilən) partlayış-yanğın, radioaktiv və ionlaşdırıcı şüa mənbələrinin, zəhərləyici maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadə edilməsi və ləğvi ilə məşğul olan istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlər təhlükə potensiallı obyektlər hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş İstismar olunan ixrac neft boru kəmərlərinin “Müh afizə Zonası”nın müəyyənləşdirilməsi Qaydalarının 4.1.bəndinə əsasən İNBK-nın istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə aşağıdakı mühafizə zonaları müəyyənləşdirilir: İNBK-mn marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır; çoxxətli İNBK xətləri (marşrutları) boyunca - kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası kənar boru kəmərlərinin oxl arından hər tərəfdən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır. Həmin Qaydaların 6.1 bəndinə əsasən “Mühafizə Zonası”nda Energetika Nazirliyinin və X4 Dövlət Agentliyinin (istismarçı təşkilatın rəyini almaqla) icazəsi olmadan bina və qurğuların tikintisi qadağandır. Göründüyü kimi, X25 təhlükə potensiallı obyektlər siyahısına daxil olması və X25 məxsus nəql olunan boru xəttlərindən 50 metr məsafədə mühafizə zonasında hər hansı tikinti işlərinin aparılmasının qanunla qadağan olunmasına baxmayaraq, məhkəmələr iddiaçılar tərəfindən tikildiyi iddia olunan sözügedən tikiliyə onların sahiblik hüqunun olmasını tanımaqla tikilinin sökülməsi nəticəsində onlara dəymiş ziyanın tələb etmək hüquqlarının olması qənətinə gəlmişdir.

29. İşə baxmış birinci və apellyasiya instansiyası məhkə mələri tərəfindən Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd olunan hüquqi mövqeyə əhəmiyyət verilməmiş və iddiaçıların hazırki iddianı qaldırmaq üçün sübyektiv hüquqa malik olubolmadıqları araşdırılmamışdır. İş materiallarından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, X14, 9-cu küçə, ev 127 ünvanında yerləşən 0,0223 ha torpaq sahəsi Bələdiyyə mülkiyyətində olmuş, həmin torpaq sahəsində tikilmiş, sahəsi 18,6 kv metr olan fərdi yaşayış evi isə X6 mülkiyyətində olmuşdur. Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd olunmuşdur ki, subyektiv mənada əşya hüququ dedikdə, subyektin mülki dövriyyənin maddi obyekti kimi konkret əşya barəsində olan hüququ başa düşülür. Əşya hüququ ilə əşyanın bu və ya digər şəxsə məxsusluğu müəyyən edilir və bu hüquq mütləq xarakterə malik olması il ə səciyyələnir. Bu baxımdan əşya hüququ iki funksiya yerinə yetirir – tənzimləyici funksiya (bu funksiya əsasında konkret əşyanın konkret şəxsə məxsusluğu müəyyənləşdirilir) və müdafiə funksiyası(bu funksiya əsasında digər şəxslər ixtiyar sahibinin əşya hüquqlarının həyata keçirilməsinə maneələr törətməkdən və onu pozmaqdan çəkinir). Odur ki, əşya hüququ ilə bağlı mübahisələrə baxılarkən müvafiq tələb üzrə konkret şəxsin subyektiv hüququnun olub-olmamasının müəyyənləşdirilməsi üçün, ilk növbədə, əşya (mübahisənin obyekti) müəyyən edilməlidir.

30. Apellyasiya instansiya məhkəməsinin qətnaməsində göstərilmişdir ki, aparılmış araşdırma nəticəsində müəyyən edildi ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli çıxarışa əsasən Bələdiyyənin mülkiyyətin də olan 0,00223 ha torpaq sahəsində inşa edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, X14, 9-cu küçə, ev 127 ünvanında yerləşən fərdi yaşayış evi X6 mülkiyyətindədir. X16 notariat kontorunda verdiyi xx.xx.2020-ci il tarixli etibarnamə ilə Abşeron rayonu, Xırdalan şəhəri, X14, 9-cu küçə, ev 127 ünvanında yerləşən istifadəsində olan torpaq sahəsi və mülkiyyətində olan fərdi yaşayış evi haqqında sərəncam verməyi İddiaçı1 və X11 etibar etmişdir. Bundan sonra iddiaçılar İddiaçı1 və İddiaçı2 verilən ümumi etibarnamə əsasında həmin torpaq sahəsində bir-birinə bitişik, dam örtüklərinə əsasən fərqlənən lazımı icazələr almadan ayrı-ayrı tikililər tikmişlər. Bu həmçinin işin 75-ci vərəqində olan fotoşəkillə də təsdiq olunur. Bir müddət sonra cavabdeh Azərbaycan RespublikasıX25 əməkdaşları tərəfindən Abşe ron rayonu, Xırdalan şəhəri, X14, 9-cu küçə, ev 127 ünvanında iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus tamamlanmaqda olan 2 fərdi yaşayış evinin neft boru kəmərlərinin mühafizə zonasında yerləşdiyini əsas gətirilərək həmin tikililər sökülmüşdür. Göründüyü kimi, qətnamədə məhkəmə kollegiyası tərəfindən müəyyən olunduğu göstərilsə də, iş üçün əhəmiyyətli olan X16 tərəfindən X11 verilmiş etibarnamə məhkəmə tərəfindən tələb olunmamış, araşdırılmamış və iş materiallarına əlavə olunmamışdır. İddiaçılar tərəfindən məhkəməyə təqdim olunmuş foto şəkildəki evin söküldüyü iddia olunan iddiaçılar tərəfindən tikilmiş yaşayış evi olması, həmin evin Abşeron rayonu, Xırdalan şəhəri, X14, 9-cu küçə, ev 127 ünvanında yerləşməsi, həmin evlərin iddiaçılar tərəfindən tikilib-tikilməməsi, əgər iddiaçılar tərəfind ən tikilmişsə, onlara hansı əsasla məxsus olması halları məhkəmə tərəfindən tam araşdırılmamışdır.

31. Apellyasiya instansiya məhkəməsinin qətnaməsində göstərilmişdir ki, məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak etmiş üçüncü şəxs X16 apellyasiya şikayətinin təmin olunmamasınıməhkəmə kollegiyasından xahiş edərək izahatında bir otaqlı tikiliyə dair çıxarış verildiyini, həmin tikilini üçüncü şəxs Vüqar Temirova etibarnamə ilə satdığını, ona pul lazım olduğundan həmin tikilini 20.000 manata satdığını, pulu da aldığını, gələcəkdə heç bir iddiasının olmayacağını, həmin torpaq sahəsini nə vaxt lazım olsa iddiaçıların adına rəsmiləşdirə biləcəyini, sadəcə həmin vaxt təcili pul lazım olduğundan etibarnamə ilə satdığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şə xs X17 apellyasiya şikayətinin təmin olunmamasınıməhkəmə kollegiyasından xahiş edərək izahatında İddiaçı1 ev almaq istədiyini, o da Əsgərov Yaşardan aldığı evi ona satdıgını, mübahisə edilən torpaq sahəsinin hər yanında evlərin olduğunu, Yaşar Əsgərovu onunla maklerlərin tanış etdiyini bildirmişdir. Apellyasiya instansiya məhkəməsində izahat verən 3-cü şəxslər sözügedən torpaq sahəsinin və onun üzərindəki sahəsi 18,6 kv metr olan fərdi yaşayış evinin İddiaçı1 etibarnamə ilə satıldığını bildirmişlər. İş üçün əhəmiyyətli və məhkəmə tərəfindən araşdırılmalı olan hallardan biri Abşeron rayonu, Xırdalan şəhəri, X14, 9-cu küçə, ev 127 ünvanında iddiaçılar tərəfindən yaşayış evinin tikilib-tikilməməsi, əgər tikilmişsə həmin evin göstəriciləri, hündürlüyü, mərtəbələrin və otqaların sayı və s barəd ə məlumatlı olan şəxslərin müəyyən olunub şahid qismində dindirilməsi olsa da, məhkəmələr tərəfindən heç bir şəxs şahid qismində dindirilməmişdir.

32. Cavabdeh kassasiya şikayətində son olaraq göstərmişdir ki, iş materiallarına Abşeron Rayon Məhkəməsinin 2 (012)-165/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadına əsasən iş üzrə təkrar tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspert qarşısında qoyulmuş sual: inşaat-tikinti ekspertizası tərəfindən həmin torpaq sahəsində yerində baxış keçirilməklə və işin materiallarında olan foto görüntülərə əsasən iki ədəd birmərtəbəli yan-yana hər birinin ölçüsü 55 kv metr olan, iki otaqlı, birmərtəbəli 13-14 daş hündürlüyündə, təmirsiz daxili qara suvaqla suvanmış olan təmirsiz tikililərin sökülməsi nəticəsində iddiaçıların hər birinə vurulan ma ddi ziyan məbləğinin müəyyən edilməsi ekspertə tapşırılmışdır. İş materiallarına əlavə edilmiş AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/8358 nömrəli, xx.xx.2023-cü il tarixli rəyində göstərilmişdir ki, mülki iş materiallarında olan və baxış zamanı əldə olunmuş məlumatlara əsasən, iddiaçılar tərəfindən inşa olunmuş 56 kv metr sahəsi olan tikilinin inşa olunması üçün görülməli olan işlərin dəyəri mövcud orta bazar qiymətinə uyğun olaraq təqribən 10009 manat, 120 kv metr sahəsi olan tikilinin inşa olunması üçün isə görülməli olan işlərin dəyəri mövcud orta bazar qiymətinə uyğun olaraq təqribən 17623 manat məbləğində müəyyən olunur. Göründüyü kimi məhkəmə qərardadında hər birinin ölçüsü 55 kv metr olan, iki otaqlı, birmərtəbəli 13-14 daş hündürlüyündə olan tikilinin (guya cava bdeh tərəfindən) sökülməsi nəticəsində dəymiş ziyanın müəyyən olunması tapşırılsa da, tətqiqat aparmış ekspert iddiaçılar tərəfindən verilmiş yalan məlumat əsasında mövcud olmuş tikilinin sahəsinin ümumilikdə 176 kv metr olmasını qeyd etmişdir. Birinci instansiya məhkəməsində işə baxılan zaman məhkəmə iclasında iştirak edən iddiaçılar hər biri 55 kv metr olan iki ədəd yaşayış evləri tikdiklərini və həmin evlərin cavabdeh tərəfindən söküldüyünü bildirsələr də, ekspertiza keçirilən zaman necə olmuşsa sökülmüş evlərin sahəsi artaraq sahəsi 56 kv metr və sahəsi 120 kv metr olan 2 tikililərdən ibarət fərdi yaşayış evinə çevrilmişdir. Ekspertizanın rəyində göstərilən mövcud olmayan tikililərin sahəsinin 56 kv metr və 120 kv metr olması, həmin tikililərin inşa olunan zaman istifadə olunmuş mal-ma terialların tərkibi, dəyəri (qiyməti) ekspert tərəfindən tərtib olunmuş smetada əks olunmuş məlumatların ekspert tərəfindən hansı qaydalara əsasən və necə müəyyən olunması məlum deyildir. Aparılmış ekspertizanın nəticəsi ilə razılaşmadığından cavabdeh yenidən ekspertizanın keçirilməsini məhkəmədən xahiş etsə də, nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiya məhkəməsində bu vəsatətlər təmin olunmamışdır. İşə apellyasiya qaydasında baxılan zaman tərəflər arasında mövcud olmuş başqa bir mübahisəyə (qanunsuz tikilinin sökülməsi tələbi) dair mülki iş keçirilmiş ekspertizanın rəyi məhkəməyə təqdim olunaraq (hər iki ekspertiza eyni ekspert tərəfindən aparılmışdır) hər iki ekspertiza rəyi arasında uyğunsuzluq olduğu, bu səbəbdən də ekspertizanın təkrar keçirilməsi xahiş olunsa d a, cavabdehin vəsatəti təmin olunmamışdır. Belə ki, iddiaçı Heydər Əliyev adına X25 cavabdeh İddiaçı1 qarşı özbaşına tikilinin sökülməsi tələbinə dair iş üzrə keçirilmiş ekspertizanın xx.xx.2023-cü il tarixli, 10/3729 nömrəli rəyində göstərilmişdir ki, cavabdeh tərəfindən inşa olunmuş 2 ədəd fərdi yaşayış evinin X30 məxsus Dş-250 mm-lik neft boru kəmərindən 23 və 32 metr məsafələrdə yerləşdiyini nəzərə alaraq, həmin fərdi yaşayış evlərinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydalarının 4-cü bəndi ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən olundu. Bu rəy apellyasiya instansiya məhkəməsinə təqdim o lunsa da, qətnamədə rəyə istinad olunmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. İddiaçılar İddiaçı1 və İddiaçı2 Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1414/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə etiraz edərək kassasiya şikayətinin əsassız olduğundan təmin edilməməsi və qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

34. Maddə

21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

35. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

36. Madddə 158.1. Mmülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ, servitutlar da əmlak hüquqları sayılır.

37. Madddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

38. Madddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

39. Mad də 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

40. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

41. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

45. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

48. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

49. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilm əsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Hazırkı kassasiya şikayətində cavabdeh qətnaməni qismən, iddianın təmin olunması hissədə mübahisələndirdiyində n apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

53. Cavabdehin kassasiya şikayətinin dəlilləri işə aşağı instansiya məhkəmələri tərəfindən işə baxılan zaman, həm də apellyasiya şikayətində irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçı Tərlan Məmmədovun mülkiyyətində olan 18,6 kv metr yaşayış evinin və həmin sahədə iddiaçılar tərəfindən inşa edilməklə onların faktiki sahibliyəndə olan ümumilikdə 156 kv metr sahəsi olan digər tikililərin cavabdeh müəssisəinin əməkdaşları tərəfindən 2020-ci ilin noyabr ayının 25-26-sı tarixlərdə özbaşına olaraq sökülməsi, nəticədə iddiaçılara maddi zərər dəyməsi iddiaçıların izahatları ilə yanaşı, cavabdehin xx.xx.2020-ci il tarixli məkt ubla Abşeron RPİ-nin rəisinə müraciət etməsi və işin digər materialları ilə tam təsdiqini tapmış, vurulmuş maddi ziyanın məbləği də məhkəmə ekspertizasının rəyi ilə müəyyən edilmişdir. Həmin rəyin mötəbərliliyinin şübhə altına alınması üçün hər hansı bir hal aşkar edilməmişdir. Sökülmüş tikililərin iddiaçıların faktiki sahibliyində olması, 18,6 kv metr yaşayış sahəsinin mülkiyyətçi tərəfindən iddiaçı Tərlan Məmmədovun qanuni sahibliyinə və istifadəsinə verilməsi nəzərə alınmaqla onlar hazırkı iddia tələbini irləi sürməkdə və vurulmuşq maddi ziyanı tələb etməkdə subyektiv hüquqa malikdirlər.

54. Cavabdeh X25 iddiaya cavab verməli şəxs olmaması barədə kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, bu dəlil nə iddiaya ərizəsinə, nə də apellyasiya şika yətinə etirazlarda irəli sürülməmiş, apellyasiya baxışının predmeti olmamışdır. Yuxarıda qeyd olunduğu kimi iddiaçılara məxsus tikililərin məhz cavabdeh zavod rəhbərliyinin təşkilatçılığlı ilə zavodun Mühafizə xidməti əməkdaşları tərəfindən sökülməsi kifayət qədər mötəbər sübutlarla öz təsdiqini tapmışdır.

55. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan i barət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

56. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənlə şdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Azərbaycan Respublikası X33 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1414/2023 nömrəli iş üzrə 14 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar