Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5790/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1, Cavabdeh2 və X3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi ziyan) Bakı şəhəri, xx xxxxxx 2020-ci il 23.11.2020 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X5 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı, Cavabdeh1 və onun vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2725/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Nizami rayon prokuroru, baş ədliyyə müşaviri Pərviz İbayevin qəbul etdiyi “Cinayət işinin icraatına xitam verilməsinə dair” xx xxxx 2018-ci il tarixli qərarın məzmunundan görünür ki, hazırkı mübahisə ilə əlaqədar Nizami Rayon Polis İdarəsində zərərçəkmiş şəxs İddiaçı ərizəsi əsasında ********** nömrəli cinayət işi aparılmış və Rauf Tanrıverdiyev, Cavabdeh2 və Tanrıverdi Həsənov təqsirləndirilən şəxs qismində cəlb olunaraq, Rauf Tanrıverdiyevə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci, Cavabdeh2 və Tanrıverdi Həsənova isə həmin Məcəllənin 178.2.1-ci maddələri ilə ittiham elan olunmuşdur. Aparılmış istintaq zamanı müəyyən olunmuşdur ki, X4 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə atası Cavabdeh2 və qonşusu Cavabdeh1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Cavabdeh1 qaynı İddiaçı fərdi ev tikdirmək məqsədilə torpaq sahəsi almaq niyyətində olduğunu bilib, aralarında olan cinayətkar razılığa görə Cavabdeh2 yaşadığı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, P.Fərzəliyev küçəsi 15 B saylı fərdi yaşayış evinin qarşısında yerləşən 04 sot torpaq sahəsinin yerli özünü idarəetmə orqanının sərəncamı əsasında atasına məxsus olması barədə ona yalan məlumat verərək, «Kamaz» markalı avtomaşın almaq arzusunda olduğu üçün həmin torpaq sahəsini ucuz qiymətə satdıqlarını və satdıqları torpaq sahəsinin dəyərinin gələcəkdə 40000 ABŞ dollarına qədər qalxacağını bildirməklə onu həmin torpaq sahəsini almağa sövq edib, torpaq sahəsinin alı nmasının onun üçün sərfəli olduğuna inandırıb, aldadaraq atası Cavabdeh2 mülkiyyətində olmayan, Nizami rayonu, Keşlə qəsəbəsi, P.Fərzəliyev küçəsi 15 B saylı fərdi yaşayış evinin qarşısında yerləşən 04 sot torpaq sahəsinin alqısatqısına dair aralarında xx.xx.2007-ci il tarixdə «Alqı-satqı» müqaviləsi bağlamaqla ondan həmin tarixdə atasının yaşadığı qeyd olunan ünvanda həmin dövrdə manatın dollara olan məzənnəsinə görə 9400 manat 92 qəpik təşkil 11000 (on bir min) ABŞ dolları məbləğində, Cavabdeh1 2011-ci ilin oktyabr ayının ortalarında İddiaçıla görüşərkən ona Keşlə qəsəbəsində yerləşən dəmiryolu ətrafı evlərin söküləcəyi barədə məlumatlandırıb almış olduğu torpaq sahəsində tikinti işlərinin aparılmasından ötrü icazənin Cavabdeh2 deyil, onun adına alınması üçün həmin torpaq sahəsinin adına rəsmiləşdirilməsinin vaxtının çatdığını yalandan bildirib, aldadaraq bunun müqabilində İddiaçı xx.xx.2011-ci il tarixində saat 15.00 radələrində Nizami rayonu, ünvan ünvanda yerləşən kafedə 1500 (min beş yüz) manat və 2014-cü il noyabr ayının ortalarında növbəti dəfə İddiaçıla görüşəndə, aldığı 4 sot ölçüdə olan torpaq sahəsinə bitişik və təxminən 2 sot torpaq sahəsinin müştərək qaydada ona və qonşu Cavabdeh1 məxsus olduğunu bildirib, satacağını yalandan vəd edərək, aldatmış və bunun müqabilində 2014-cü ilin noyabr ayının ortalarında Nizami rayonu, Keşlə qəsəbəsi, P.Fərzəliyev küçəsi 15 B saylı fərdi yaşayış evinin qarşısında İddiaçı 3500 manat nağd pulu vahid niyyətlə ümumilikdə 14400 manat 92 qəpik alıb ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. İ ş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» barədə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehlərdən 11000 ABŞ dolları və 5000 manat maddi ziyanın, dəymiş zərərin əvəzi olaraq 6050 ABŞ dolları və 2750 manat pulun, mənəvi zərərə görə 50000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nizami RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi polis mayoru Mahir Quliyev tərəfindən X2, Cavabdeh2 və Cavabdeh1 barəsində Azərbaycan Respublikasının CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. Həmin cinayət işinin icraatına xx xxxx 2018-ci il tarixli qərarı ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən xitam verilmişdir. Lakin ona dəymiş maddi ziyan ödənilməmişdir. Cavabdehlərin bu hərəkətləri maddi ziyandan başqa, həm də ona mənəvi ziyanın dəyməsinə səbəb olmuş, bütün bu hadisələrə görə sarsıntı və iztirab çəkmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxx 2018-ci il tarixli, 2(007)-4647/2018 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehlər X1, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 11000 ABŞ dolları (ödəniş günü dolların manata olan məzənnəsi ilə manatla), 5000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən – işin müəyyən olunmuş həqiqi hallarına, toplanmış sübutlara, eləcə də cavabdehlər barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə istintaqı aparılan cinayət işi üzrə icraata cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə görə xitam verilməsinə dair xx xxxx 2018-ci il tarixli qərara əsaslanmışdır. Cavabdehlər qeyd edilən qətnamədən birgə apellyasiya şikayəti vermişlər. b) Apelyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)6768/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, qətnamə iddianın təmin olunmuş hissəsində ləğv olunmuş, iddia həmin hissədə rədd edilmişdir. Apelyasiya instansiyası məhkəməsi apelyasiy a şikayətini təmin edərək iddia tələbini təmin olunmuş hissədə ləğv edib, həmin hissədə iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxararkən aşağıdakılara istinad etmişdir: “MPM-in 82.4-cü maddəsi: 1) məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün; 2) məhkəmənin cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarının mülki işə baxılarkən hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində preyudisial qüvvəsini müəyyən edir. Mülki prosessual qanunvericilik istintaq orqanının hər hansı qərarının mülki işə baxan məhkəmə üçün preyudisial əhəmiyyətini müəyyən, etmir. Mülki Məcəlləyə müvafiq olaraq əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (1091.2). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (1092.1). İddiaçının bildirdiyinə görə cavabdehlər heç bir qanuni əsas olmadan onun əmlakı hesabına əsassız varlanmışlar və hal-hazırda əldə etdiklərini ona qaytarmaqdan imtina edirlər. Lakin nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1095-ci maddəsinə müvafiq olaraq əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləş dirilir (maddə 1095). İddiaçı özü məhkəmə iclasında verdiyi izahatında və yazılı ərizəsində ən geci 2015-ci ilin sonlarında və ya 2016-cı ilin əvvəllərində cavabdehlərin onun əmlakı hesabına əsassız varlandıqlarının (hüququnu pozduqlarını) ona məlum olduğunu və bununla bağlı müxtəlif orqanlara şikayətlər verdiyini etiraf etmişdir. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2018-ci il tarixdə, yəni əsassız varlanma obyektinin qaytarılması tələblərini tənzimləyən 2 illik kəsici müddəti ötürməklə müraciət etmişdir. Bu isə o deməkdir ki, iddiaçı məhkəməyə tələb etdiyi pulu qaytarmaq hüququ müddətin keçməsinə görə qüvvədən düşdükdən sonra müraciət etmişdir.” c) Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Vəf addin İbayev - sədrlik edən və məruzəçi, Aslan Kalbalıyev, Ələsgər Əliyev) xx xxxxxx 2019-cu il tarixli, 2(102)7543/2019 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin olunmuş, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş yenidən baxılması üçün göndərilmişdir. Mülki prosessual qanunvericiliyin istintaq orqanının qərarının mülki işə baxan məhkəmə üçün preyudisial əhəmiyyətini müəyyən etməməsi ilə bağlı apelyasiya instansiyası məhkəməsinin əsaslandırmasına münasibətdə kassasiya məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxx 2015-ci il tarixli “M.Həsənovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Yeni açılmış hallar üzrə məhkəmə tərkibinin xx xxxxx 2014-cü il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” qərarında hüquqi müəyyənlik prinsipini əsas götürərək aşağıdakıları qeyd etmişdir: “M.Həsənovanın konstitusiya şikayətindən və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, hazırkı mülki iş üzrə qətnamənin çıxarılmasına səbəb olmuş sənədin saxtalaşdırılmasına görə iş üzrə tərəf olmuş G.Həsənovanın cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı icraat başlanılmış və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən icraata xitam verilmişdir. Belə ki, şikayətçi tərəfindən yeni açılmış hal kimi qeyd olunan G.Həsənovanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 320.1 və 320.2-ci maddələri ilə barəsində başlanılan cinayət işinin icraatına xitam verilməsinin əsası kimi CM-in 15.2, 75.1.1-ci və Azərbay can Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 41, 280 və 281-ci maddələrinin tələbləri nəzərə alınaraq cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçdiyi göstərilmişdir. MPM-in 432.2.2-ci maddəsinin tələblərinə görə, həmin maddədə nəzərdə tutulan hallar yalnız məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edildiyi təqdirdə müvafiq mülki iş üzrə yeni açılmış hallar üzrə yenidən baxılmasına səbəb ola bilər. Beləliklə, qanunvericinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması məsələsinə xüsusi ehtiyatla yanaşmasının səbəbi, artıq qanuni qüvvəyə minmiş məhkəmə aktlarının əsassız ləğvinin qarşısını almaqdan ibarətdir. Bununla yanaşı qeyd edilməlidir ki, müəyyən obyektiv səbəblərdən, məsələn, təqsirləndirilən şəxsin ölməsi, amnistiya və ya cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçdiyi hallarda cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi mümkün olmur. Lakin şahidin bilə-bilə yalan ifadələr verməsi, sənədlərin və ya maddi sübutların saxtalaşdırılması və ya MPM-in 432.2.2-ci maddəsində nəzərdə tutulan digər hallarda cinayəti törətmiş şəxsin müəyyən obyektiv səbəblərdən cinayət məsuliyyətinə cəlb edilə bilməməsi qanunsuz, yaxud əsassız qətnamənin çıxarılmasına səbəb olmuş halların sonradan məhkəmə qaydasında yeni açılmış hal kimi müzakirə olunmasını istisna etməməlidir. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, təqsirləndirilən şəxsin ölməsi, amnistiya və ya cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçdiyi hallarda cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin mümkün olmaması səbəbindən qanunsuz, yaxud əsassız qətnamənin çıxarılmasına səbəb olmuş şahidin bilə-bilə yalan ifadələr verməsi, ekspertin bilə-bilə yalan rəy verməsi, tərcüməçinin bilə-bilə düzgün tərcümə etməməsi, sənədlərin və ya maddi sübutların saxtalaşdırılması yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxılmasına əsas ola bilər”. Əsassız varlanma obyektinin qaytarılması tələbini tənzimləyən 2 illik kəsici müddətin ötürülməsi ilə bağlı kassasiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı xx.xx.2017-ci il tarixdə cavabdehlərin onun aldatması ilə əlaqədar Bakı şəhəri Nizami RPİ-yə müraciət etmişdir. Belə olan halda onun hüququnun pozulmasının bildiyi tarix kimi həmin, yəni xx.xx.2017-ci il qəbul edilməlidir. O həmin xüsusatla əlaqədar istintaq edilən cinayət işinin gedişində xx xxxxxx 201 8-ci il tarixdə mülki iddiaçı kimi tanınmışdır. Apelyasiya instansiyası məhkəməsi iddiaçının qeyd olunan xüsusatla digər hər hansı orqana xx.xx.2017-ci il tarixdən daha əvvəl müraciət etməsi ilə bağlı hər hansı tarix müəyyən etməmişdir. Ona görə də kəsici müddətin ötürülməsi barədə nəticəyə gəlmək üçün daha ətraflı araşdırma aparılması məqsədəmüvafiqdir. d) Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Rafael Eyvazov - sədrlik edən və məruzəçi, Ziya Şirinov, Fuad Talışinski) xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin faktiki halları ilə cavabdehlərin iddiaçıdan vahid niyyətlə 11000 ABŞ dolları və 5000 manat pul almaları istintaq tərəfindən tam sübuta yetirilmişdir. ********** nömrəli cinayət işi cinayət işinin icraatına cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən xitam verilmiş, Cavabdeh1, Cavabdeh2 və X2 barəsində seçilmiş qətimkan tədbirləri ləğv olunmuşdur. MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Nizami rayon prokurorunun qəbul etdiyi cinayət işinin icraatına xitam verilməsinə dair xx xxxx 2018-i il tarixli qərarla müəyyən olu nmuş hallar hadisənin olması, yəni cavabdehlərin iddiaçıdan 11000 ABŞ dolları və 5000 manat alması hissəsində öz təsdiqini tapdığından həmin cinayət işində müəyyən olunan hallar hazırkı iş üzrə iddianın 11000 ABŞ dolları və 5000 manat hissədə təmin olunması üçün əsasdır. Cavabdeh tərəf apellyasiya şikayətində barələrində olan cinayət işinin əsassız və qanunsuz olmasını göstərsə də, bununla bağlı məhkəməyə hər hansı sübut (qərarın yuxarı orqan və ya məhkəmə nəzarəti qaydasında ləğv olunması və s.) təqdim etməmişdir. Əksinə, apelyasiya instansiyası məhkəməsinin sorğusuna cavab olaraq Bakı şəhəri Nizami rayon Prokurorluğunun xx xxxx 2020-ci il tarixli məktubundan və ona əlavə olunmuş sənədlərdən müəyyən edilmişdir ki, Cavabdeh1, Cavabdeh2 və X2 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə başlanmış ********* nömrəli cinayət işi üzrə icraata xx xxxx 2018-ci il tarixdə bəraətverici əsaslar olmadan cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən xitam verilmişdir. Eyni zamanda, həmin qərar ləğv edilməmiş, öz qüvvəsində qalmışdır. Həmçinin, qeyd edilən məktuba əlavə edilmiş ərizələrin surətlərindən görünür ki, cavabdehlər barələrində olan cinayət işinin icraatına bəraətverici əsaslar olmadan müddətin keçməsinə görə xitam verilməsini xahiş etmişlər. Göründüyü kimi, cavabdeh tərəf etirazlarının əsası kimi istinad etdikləri halları əsaslandıra və sübut edə bilməmişlər. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh tərəf, həmçinin iddiaçı tərəfi ndən iddia müddətinin ötürülməsini, lakin birinci instansiya məhkəməsinin bu halı nəzərə almamasını da apellyasiya şikayətinin dəlili kimi göstərmişlər (birinci instansiya məhkəməsində icraat zamanı iddia müddətinin tətbiq olunması barədə ərizə verilmişdir). Apelyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin qeyd edilən dəlili ilə də razılaşmayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qətnamədə iddia müddəti ilə bağlı məsələyə münasibətini bildirmiş, haqlı olaraq iddia müddətinin keçməməsi nəticəsinə gəlmişdir. Məhkəmə qeyd etmişdir ki, iddia müddətinin tətbiqi zamanı müəyyən edilməli hallardan biri də müddətin axımının hansı gündən başlanılmalı olması ilə bağlıdır.Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 377.1-ci maddəsinə əsasən iddia müddət inin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanılır.İşdə olan sübutlardan, eləcə də kassasiya instansiyasının hüquqi mövqeyindən aydın olur ki, iddiaçı xx.xx.2017-ci il tarixdə cavabdehlərin onun aldatması ilə əlaqədar Bakı şəhəri Nizami RPİ-yə müraciət etmişdir ki, bu halda onun hüququnun pozulmasının bildiyi tarix kimi həmin gün qəbul edilməlidir.İşdən görünür ki, iddiaçı hazırki tələblə məhkəməyə xx xxxxxx 2018-ci il tarixdə müraciət etmiş, beləliklə iddia müddətini ötürməmişdir. Cavabdehlər isə müddətin əvvəlinin hadisə baş verdiyi gündən (2007-ci il) hesablamaqda haqlı olmamış, qanunvericiliyin qeyd edilən tələblərini nəzərə almamışlar. MM-nin 373-cü maddəsinə görə isə ümumi iddia müddəti on il təşkil edir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işin həqiqi hallarına əsasən cavabdehlər iddiaçıya qarşı mülki-hüquq pozuntusu (delitk) törətmiş, sonuncunun etibarından suiistifadə edərək, onu aldatmış və pulunu ələ keçirmiş (qeyd edildiyi kimi bu hal istintaq vaxtı da sübuta yetirilmişdir), beləliklə iddiaçıya ziyan vurmuşlar. Apelyasiya instansiyası məhkəməsi işin faktiki halların, işdə olan sübutları və kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı – cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 11000 ABŞ dolları (ödəniş günü dolların manata olan məzənnəsi ilə manatla) və 5000 manat tutulması hissəsində təmin etməklə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir.Bu səbəbdən də apellyasiya şi kayətinin dəlilləri əsassızdır, şikayətin dəlilləri qətnamənin ləğvinə və ya dəyişdirlməsinə əsas ola bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, MPM-nin 82.4-cü maddəsində göstərilmişdir: ”Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qanuni qüvvəyə minmiş digər qərarı, mülki işə və iqtisadi mübahisəyə baxılərkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyatı hissəsində məcburidir". Buradan görünür ki, söhbət başqa döv lət orqanlarının deyil, yalnız məhkəmənin hadisə ilə əlaqədar qəbul etdiyi digər qərarlardan gedir. Azərbaycan Respublikası MPM-nin elmi-praktik kommentariyasında 82.4-cü maddə üzrə aşağıdakı şərh verilmişdir: "cinayətlə vurulmuş maddi ziyanın ödənilməsi barədə işə baxan məhkəmə üçün cinayət işi üzrə hökm yalnız maddi ziyan vuran cinayat faktının olması və bu cinayətə görə məhkum olan şəxsin təqsirliliyi məsələsində məcburidir. Hökmdə bəlli ollmuş bütün başqa həllər (ziyanın məbləği və s.) mülki işin gedişində ümumıi əsaslarla sübut olunmalıdırlar. Həmçinin hər hansı dövlət orqanının aktlarında göstərilən faktlar preyudisial sayılmırlar və ümumi qaydada sübut olunmalıdırlar". Beləliklə verilmiş şərhdən də görünür ki, Nizami rayon prokurorunun qərarı dövlət orqanının aktı olduğu üçün prey udusial sayllmır və ona görə də iddiaçının təİəbi üzrə bütün hallar sübut olunmalıdır. İddiaçı isə göstərdiyi halların sübutu üçün məhkəməyə heç bir dəlil təqdim etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh1 və onun vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. İddiaçı məhkəmə kollegiyasının iclasına vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehlər gəlmədikləri üçün və gəlməmə lərinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər cavabdehərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmadır. Maddə 1096.2. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, ha belə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə
21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.Zərər dedikdə,hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər),habelə hüququ pozulmasaydı,həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda)başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gə ldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş mater iallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı tələbi rədd olunan hissəsində qətnaməni mübahisələndirməmişdir. Qətnamə cavabdehlərin birgə apelyasiya şikayətinə əsasən iddia tələbinin təmin edilən hissəsində mübahisələndirmişdir. İddia tələbinin rədd edilən hissələri apelyasiya baxışının həddlərini təşkil etməmişdir. Bundan sonra apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətini təmin etmiş və qətnamə ləğv olunaraq iddia tələbi rədd edilmişdir. İddiaçının kassasiya şikayətinə əsasə n iş yeni apelyasiya baxışına qaytarılmış, ikinci apelyasiya baxışı zamanı apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırkı kassasiya şikayətində qətnamə yalnız iş üzrə Cavabdeh1 tərəfindən tam mübahisələndirildiyindən, qətnamə yalnız Cavabdeh1 11000 ABŞ dolları pulun və 5000 manat pulun tutulması hissədə kassasiya qaydasında yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya i nstansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdeh kassasiya şikayətində MPM-nin 82.4-cü maddəsində məhkəmə hökmünün mülki işə bacan məhkəmə üçün preyudisial xarakter daşıdığını qeyd etmişdir. Bu halla bağlı işə əvvəllər baxmış kassasiya məhkəməsi öz qərarnda hüquqi qiymət vermiş, apelyasiya instansiyası məhkəməsi də buna uyğun olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxx 2015-ci il tarixli “M.Həsənovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Yeni açılmış hallar üzrə məhkəmə tərkibinin xx xxxxx 2014-cü il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” qərarı istinad etmişdir. Cavabdeh kassasiya şikayətində həmin normanın şərh edil məsi ilə bağlı elmi praktik şərhə istinad etmişdir ki, bu mənbə məhkəmə üçün məcburi xarakter daşımır. Kassasiya şikayəti vermiş Cavabdeh1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri üzrə cinayət təqibinə hər üç epizod üzrə ibtidai istintaq orqanının xx xxxx 2018-ci il tarixli qərarı ilə bəraətverici əsaslar olmadan, yəni cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə xitam verilmişdir. MPM-nin 13.7-ci maddəsinə görə, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə i fadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2725/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh1 11000 ABŞ dolları və 5000 manat pulun tutulması hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qü