Məhkəmə qərarları › İş №2(102)-5791/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5791/2019

25.09.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5791/2019 25.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı ***nun və onun vəkili***, cavabdeh “X10 Limited” MMC-nin vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.04.2019-cu il tarixli, 2(103)3630/2019 nömrəli qətnaməsindən İddiaçı ***nun kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1774/2018 saylı 14 may 2018-ci il t arixli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə cavabdeh «X12 Limited» MMC üzrə verilmiş 712 saylı 20 dekabr 2017-ci il tarixli əmrin ləğv edilməsi, İddiaçı əvvəlki vəzifəsinə bərpa olunması və işə bərpa edildiyi tarixədək məcburi iş buraxmaya görə ona əmək haqqının ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8066/2018 saylı 18 iyul 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1774/2018 saylı 14 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-120/19 saylı 08 yanvar 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103) -8066/2018 saylı 18 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3630/2019 saylı mülki iş üzrə 24 aprel 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv, iddia rədd edilmişdir. İddiaçı *** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.04.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdeh «X12 Limited» MMC-yə qarşı «işə bərpa və əmək haqqı tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «X12 Limited» MMC-nin onun işdən azad olunması haqqında 712 saylı əmrinin ləğv edilməsi və məcburi işburaxmaya görə onun işə bərpa olunması barədə əmrin verildiyi tari xədək əmək haqqının hesablanıb ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 08 avqust 2005-ci il tarixdən «X12 Limited» MMC-də takelajçı vəzifəsində işləmişdir. Hər ayın 14 günü dənizdə İstiqlal qurğusunda işdə olmuş, 14-cü günü istirahətə buraxılmışdır. İşlədiyi müddət ərzində heç bir töhmət, xəbərdarlıq və digər tənbehlər almamışdır. 14 oktyabr 2017-ci il tarixdə saat 14.30 radələrində iş növbəsində olarkən iş yoldaşı takelajçı X3 ona qarşı cinayət törədərək kəsici alətlə sağlamlığına zərər vurmuşdur. O, həmin günü X5 cərrahiyə şöbəsində cərrahi əməliyyat keçirmiş və 10 gün xəstəxanada yatandan sonra yaşadığı yer üzrə ambulator müalicəyə göndərilmişdir. Tam sağalmadığına görə o, ambulator müalicəsini davam etdirmək məcburiyyət ində qalmış və 19 dekabr 2017-ci il tarixdə ona əmək qabiliyyətinin müvəqqəti olmaması barədə vəsiqə açılmışdır. Buna baxmayaraq 20 dekabr 2017-ci il tarixdə «X12 Limited» MMC üzrə verilmiş 712 saylı əmrlə onunla bağlanmış əmək müqaviləsinə həmin müqavilənin 16-cı maddəsinin «i» bəndi rəhbər tutularaq (işçinin işçi heyətə və ya şirkətin avadanlığına qarşı hər hansı zorakılıqda iştirak etdikdə) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin «d» bəndinə əsasən 21 dekabr 2017-ci il tarixdən xitam verilmişdir. Zorakılıq onun həmkarı Ağamalı Mürsəliyev tərəfindən ona qarşı törədildiyi, sağlamlığına xəsarət yetirildiyi və ambulator müalicədə olmaqla əmək qabiliyyətini müvəqqəti itirdiyi halda o, işdən qanunsuz olaraq azad edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəm ə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı *** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.04.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş, işin hallarını tam və hərtərəfli araşdırmamış, əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, təqsirli hərəkətləri nəticəsində iş yoldaşının səhhətinə xəsarət yetirilməsi və buna görə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsasları Əmək Məcəlləsinin 75-ci maddəsi ilə deyil, həmin Məcəllənin 70 və 72-ci maddələri ilə tənzimlənir. İşəgötürən 14 oktyabr 2017ci il tarixdə baş vermiş hadisə ilə əlaqədar iddiaçı Z.Z.Baxşiyevin hərəkətlərini zorakılıq kimi qiymətləndirmiş, əməlin cinayət xarakterli olmasına dair ittiham irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi isə şikayəti təmin edərkən cavabdehin formal mülahizələri ilə razılaşmışdır. Halbuki, Xəzər Rayon Məhkəməsinin 22 fevral 2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, zor tətbiqi X3 tərəfindən həyata keçirilmiş, hadisə A.Mursəliyevin qanunsuz hərəkətləri ilə başlanmışdır. İddiaçı həmin iş üzrə zərərçəkmiş olmuşdur. Apellyasiya instansiyası məhkəməsi isə buna baxmayaraq, maddi hüquq normasının tələbini pozaraq, iddiaçını zor tətbiq edən şəxs kimi qiymətləndirərək, onunla bağlanmış əmək müqaviləsin xitam vermişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən iddiaç ının vəkili Azadov Aqil Fikrət oğlu kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı *** vəkilinin dediklərinə uyğun izahat verdi. Məhkəmə iclasında iştirak edən cavabdeh “X10 Limited” MMC-nin vəkili Məhərrəmova Aysel kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin M ülki Kollegiyası qəbul etdiyi 24.04.2019-cu il tarixli qətnaməsi ilə iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 may 2018-ci il tarixli qətnaməsini ləğv edib, iddianı rədd edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, İddiaçı 08.07.2005-ci il tarixdə «X12 Limited» MMC-də İstiqlal Qurğusunda rəngsaz vəzifəsinə işə qəbul edilmiş, 01.04.2006-cı il tarixdə takelajçı vəzifəsinə keçirilmiş, 20.12.2017-ci il tarixli 712 saylı əmrə əsasən Əmək Məcəlləsinin 75ci maddəsinin 2-ci hissəsinin «d» bəndinə əsasən tutduğu vəzifəsindən azad edilmişdir. İddiaçı ilə cavabdeh «X12 Limited» MMC arasında bağlanmış 0422/2 s aylı əmək müqaviləsində nəzərdə tutulmuşdur ki, həmin müqavilənin 16-cı maddəsinin «i» bəndinə əsasən işçi işçi heyətə və ya şirkətin avadanlığına qarşı hər hansı zorakılıqda iştirak etdikdə onunla əmək münasibətləri pozula bilər. «X12 Limited» MMC tərəfindən verilmiş 20 dekabr 2017-ci il tarixli 712 saylı əmrlə İddiaçı ilə «X12 Limited» MMC arasında bağlanmış 25 aprel 2016-cı il tarixli əmək müqaviləsinin 16-cı maddəsinin «i» bəndi rəhbər tutularaq (işçinin işçi heyətə və ya şirkətin avadanlığına qarşı hər hansı zorakılıqda iştirak etdikdə) onunla şirkət arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin «d» bəndinə əsasən 21 dekabr 2017ci il tarixdən xitam verilmişdir. Şabran Mərkəzi Rayon Xəstəxanası tərəfindən verilmiş İddiaç ı əmək qabiliyyətinin olmaması barədə vərəqədə İddiaçı 19.12.2017-ci il tarixdən 13 yanvar 2018-ci il tarixədək əmək qabiliyyətinin müvəqqəti olmaması əsası ilə işdən azad edilməsi tövsiyyə olunmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin cinayət təqibinə xitam vermə və cinayət məsuliyyətindən azad etmə barədə 22 fevral 2018-ci il tarixli 1(003)-22/2018 saylı qərarında göstərilmişdir ki, X4 14 oktyabr 2017-ci il tarixdə saat 14.30 radələrində «X12 Limited» MMC-nin Xəzər dənizində yerləşən «İstiqlal» X13 göyərtəsində işdə olarkən həmin qurğuda rosbaut (göyərtə heyət üzvü) vəzifəsində işləyən X6 vuraraq onun sağlamlığına yüngül zərər vurduğuna görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, X9 isə iş üzrə zərərçəkmiş şəxs qism ində tanınmışdır. X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə zərərçəkmiş şəxs X9 ilə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin «d» bəndinə görə əmək müqaviləsində ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə əlavə (digər) hallar nəzərdə tutula bilər. Hazırki işin mübahisəsiz halıdır ki, tərəflər arasında əmək müqaviləsi bağlanarkən onların qarşılıqlı razılığı əsasında müqavilədə digər hal nəzərdə tut ulmuşdur. Belə ki, əmək müqaviləsinin 16-cı maddisinin «i» bəndində qeyd olunmuşdur ki, işçi, işçi heyətə qarşı hər hansı zorakılıqda iştirak etdikdə işəgötürən əmək müqaviləsini ləğv edə bilər. Məhkəmə araşdırmaları zamanı apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı iş vaxtı iş yerində iş yoldaşına qarşı zorakılıq etmişdir. Belə ki, 14.10.2017-ci il tarixində iş yerində iddiaçı ilə iş yoldaşı Ağamalı Mürsəliyevin arasında münaqişə olmuş, onlar qarşılıqlı olaraq dalaşmışlar, Ağamalı Mürsəliyev metal alətlə iddiaçının qarın nahiyəsindən vuraraq ona yüngül bədən xəsarəti yetirmişdir. Buna görə Ağamalı Mürsəliyevin barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanmış, sonradan barışıq olduğuna görə cinayət təqibinə xitam verilmişdir. İddiaçı həmin cinayə t işi üzrə zərərçəkmiş şəxs olsa da, o da iş yoldaşına qarşı zorakılıqda iştirak etmişdir. Belə ki, cinayət işi üzrə tərtib olunmuş ittiham aktında (iş v. 25) əks olunmuş ifadələrdən görünür ki, iddiaçı bildirmişdir: “Biz bir neçə dəqiqə bir birimizlə mübahisə etdik və mübahisəmiz davaya çevrildi. Həmin vaxt ərazidə olan Orxan adlı şəxs bizə yaxınlaşaraq bizi sakitləşdirməyə çalışırdı. Buna baxmayaraq biz bir-birimizin üstünə hücum çəkərək bir-birimizi vurmaq istəyirdik”. Eyni məzmunlu ifadə cinayət təqibi üzrə icraata xitam verilməsi barədə məhkəmə qərarında (iş v. 31) da əks olunub. Göründüyü kimi, iddiaçı özü etiraf edib ki, qarşı tərəfin üstünə hücum çəkib və onu vurmaq istəyib. İddiaçının bu hərəkəti zorakılıqda iştirak sayılır. Bundan başqa, münaqişənin araşdırılması məqsədilə işəg ötürən tərəfindən yaradılmış komissiyanın qərarında (iş v. 75) da qeyd olunub ki, hər iki tərəf bir-birinə zorakılıq tətbiq edib. Qeyd olunmalıdır ki, cinayət işi ona görə əks tərəfin - Ağamalı Mürsəliyevin barəsində başlanmışdır ki, hər iki tərəf bir-birinə zorakılıq tətbiq edərkən Ağamalı Mürsəliyev metal alətlə iddiaçının qarın nahiyəsindən vuraraq ona yüngül bədən xəsarəti yetirmiş, onun bu hərəkətinə görə qanunda cinayət məsuliyyəti müəyyən edilmişdir. İddiaçının yol verdiyi zorakılıq cinayət məsuliyyəti yaratmasa da, əmək münasibətlərində hüquqi nəticə doğura bilir: əmək müqaviləsinin ləğv edilməsi üçün əsasdır. Bu əsasla əmək müqaviləsinin ləğv edilməsi iddiaçının təsirsizlik prezumpsiyası hüququnun pozulması kimi qiymətləndirilə bilməz, çünki iddiaçı hər hansı cinayəti törətməkdə t əqsirləndirilmir. Əmək müqaviləsinin 16-cı maddəsinin “i” bəndində əmək müqaviləsinin ləğv edilməsinin əsası müəyyən edilərkən “hər hansı zorakılıq”ifadəsi də öz əksini tapmışdır. Nəzərə alınmalıdır ki, hazırki işdə tərəflərin qarşılıqlı razılığı əsasında «zorakılıqda iştirak etmə» əmək müqaviləsinin ləğvi əsaslarından biri kimi nəzərdə tutulmuşdur. Beləliklə, iddiaçının yuxarıda göstərilən zorakılıqda iştirak etməsi faktı işəgötürənlə onun arasında bağlanmış əmək müqaviləsinin ləğvi üçün əsas yaradır. O ki qaldı işəgötürənin mübahisələndirilən 20.12.2017-ci il tarixli 712 saylı əmri qəbul edilərkən iddiaçının əmək qabiliyyətinin olmaması barədə dəlilinə, bu barədə apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsində əmək müq aviləsinin ləğv edilməsi qadağan edilmiş işçilər sırasında «əmək qabiliyyətini müvəqqəti itirən işçilər»in də göstərilməsinə baxmayaraq, əmək qanunvericiliyi həmin qadağanı maddənin məzmunundan da göründüyü kimi, Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla şərtləndirir. Yəni, xüsusi kateqoriyalı şəxslərlə bağlanmış əmək müqaviləsinin məhz həmin Məcəllənin 70-ci maddəsində göstərilən əsaslarla ləğv edilməsi qadağan edilmişdir. Hazırki işdə isə yuxarıda da qeyd olunduğu kimi, iddiaçının işdən çıxarılması üçün əsas Əmək Məcəlləsinin 70-ci maddəsində sadalanan əsaslardan hər hansı biri deyil, həmin Məcəllənin 75-ci maddəsinin 2-ci hissəsinin «d» bəndində göstərilən əsas- əmək müqaviləsinin xitam verilməsi ilə bağl tərəflərin qarşılıqlı razılığı əsasında müəyyən etdiyi digər hal olmu şdur. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, hazırki işdə işəgötürən tərəfindən əmək müqaviləsində göstərilən əsasa (müqavilənin 16cı maddəsinin «i» bəndinə) və Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin «d» bəndinə istinad edilməklə işçinin (iddiaçının) əmək müqaviləsinə xitam verilməsi zamanı əmək qanunvericiliyinin pozulması hallarına yol verilməmişdir. İddiaçı isə onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin hər hansı müddəasının pozulması ilə bağlı mötəbər dəlillər irəli sürə bilməmiş, bu barədə hər hansı sübutu nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən məhkəmə yalnız tərəflə rin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır (maddə 14.2, 217.4 və 218.3). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiya sı məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Kassasiya kollegiyası yuxarıda qeyd edilənlərə əlavə olaraq qeyd edir ki, iddiaçının cinayət işi üzrə zərərçəkmiş şəxs qismində cəlb edilməsi onun zorakılıqda iştirak faktını istisna edən hal hesab edilə bilməz. Zorakılıqda iştirak isə onunla bağlanmış əmək müqaviləsi üzrə xitamın verilməsinə əsas olan ayrıca əsas kimi nəzərdə tutulduğundan iddia düzgün olaraq əsassız hesab edilməklə rədd edilmişdir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kolle giyası QƏRARA ALDİ: İddiaçı ***nun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.04.2019-cu il tarixli, 2(103)-3630/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar