Məhkəmə qərarları › İş №2(102)-5792/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5792/2022

06.12.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5792/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı və Cavabdeh ilkin və qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi) 06.12.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “sazişin və onun nəticələrinin etibarsız hesab olunması” barədə tələbinə dair ilkin iddiası, Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2138/2022 nömrəli iş üzrə 04 iyul 2022- ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 06 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsi, dalan 5,-də yerləşən 7 saylı ev paylı mülkiyyət hüququ əsasında İddiaçı - 1/3 hissə, X1 - 1/3 hissə, X3 - 1/6 hissə, X2 1/6 hissədə məxsusdur.

2. Bakı şəhərinin Baş Planına uyğun olaraq, Dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədilə Yasamal rayonunun keçmiş “Sovetski” adlanan ərazisində yaşayış və qeyri-yaşayış obyektlərinin satın alınması Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafıq qərarları əsasında alan orqan kimi müəyyən edilmiş Yasamal rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilmişdir.

3. İddi açı 53 saylı notariat ofısində xx.xx.2019-cu il tarixdə AN-İ ******* nömrəli müqavilə əsasında əmlakın alğı-satqısını həyata keçirərək 86817 manat almışdır.

4. Bakı şəhəri Yasamal rayonu M.Sübhi küçəsi dalan 5 ev 7-in sökülməsi ilə əlaqədar İddiaçı kompensasiya məbləğindən əlavə 16646 manat məbləğində maddi yardım ödənilmişdir.

5. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)942/21 saylı qərarından görünür ki, 2019-cu ilin fevral ayında İddiaçı xalası qızı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sökülmüş yaşayış sahəsində 60 ildən artıq bir müddət ərzində yaşamasını, İddiaçı isə heç vaxt həmin evdə yaşamamasını, həmin sahə faktiki mülkiyyəti kimi ona məxsus olduğundan onunla İddiaçı arasında 08 may 2008-ci il tarixdə evin sökülməsi ilə əlaqədar öd əniləcək kompensasiyanın məbləğinin bərabər hissələrdə onların arasında bölünməsi barədə Saziş imzalanmasını, lakin İddiaçı aldığı kompensasiyanı Sazişə uyğun olaraq onunla bölüşdürməkdən boyun qaçırmaqla üzərinə götürdüyü öhdəliyə əməl etməməsini əsas göstərməklə cavabdehlər İddiaçı və 19 saylı Notariat Ofisindən kompensasiyanın məbləğinin yarısını təşkil edən 43.408,5 manatın illik bank uçot dərəcəsi əsas götürülməklə ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Cavabdeh iddiası Bakı Apelyasiya Məhkəməsinin 30 iyul 2020-ci il tarixli 2(103)5059/2020 saylı qətnaməsi ilə qismən kompensasiyanın yarısı hissəsində təmin edilmiş, bank uçot dərəcəsi ilə faiz tələbi hissəsində təmin edilməmişdir.

7. İddiaçı tərəfindən həmin qətnamədən kassasiya şikayəti verilmiş və şikayət onun la əsaslandırılmışdır ki, Cavabdeh iddiasının əsasını təşkil edən 08 may 2008-ci il tarix sazişdən xəbəri olmamış, sazişdə qeyd olunan imza ona məxsus deyil.

8. Ali Məhkəmənin yuxarıda istinad edilən qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə Bakı şəhəri Yasamal rayonu M.Sübhi küçəsi dalan 5 ev 7-ə dair bağlanmış xx.xx.2008-ci il tarixli sazişin və onun nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tər əflər arasında əvvəllər baş verən məhkəmə mübahisələri zamanı aralarında mənzilə dair saziş imzaladıqlarını bildirmişdir. Saziş qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, saziş İddiaçı tərəfindən imzalanmamışdır. Yəni sazişdə çəkilən imza ona məxsus deyil. Saziş notarial qaydada təsdiqlənməmişdir. Fiziki şəxslər arasında bağlanmış daşınmaz əmlaka hüquq müəyyənedici hər hansı saziş, müqavilə, akt və ya digər sənəd mülki qanunvericiliyin tələbinə əsasən notarial qaydada təsdiqlənməlidir. Saziş sonradan, yəni xx.xx.2008-ci il tarixində deyil, 1-2 il əvvəl tərtib olunmuşdur. Çünki tərəflər arasında məhkəmə mübahisələri zamanı Cavabdeh saziş məsələsini hallandırmamışdır.

11. Cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıdan 43408,5 manat pulun gecikdirilməsinə görə, illik beş faiz olmaqla hesablanmış 5607,9 manat pulun və mübahisəli ev söküldükdən sonra cavabdehə əlavə olaraq ödənilmiş 16 000 manat kompensasiya məbləğinin yarısı olan – 8000 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2008-ci il tarixli sazişə əsasən “tərəflər mübahisəsiz qaydada qəbul edir və öhdəlik götürürlər ki, sözügedən ev söküldükdən sonra verilməsi nəzərdə tutulan kompensasiya məbləği tərəflər arasında könüllü olaraq bərabər şəkildə bölünəcəkdir. İddiaçı evin sökülməsinə görə xx.xx.2019-cu il tarixdə 86817 manat kompensasiya məbləği aldıqdan sonra, ona əlavə olaraq 16000 manat pul ödənilmişdir. İddiaçı cav abdehə payını ödəmədiyindən cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı pulu ödəmədiyindən cavabdeh ziyana düşmüşdür. İddiaçı ödənişi 940 gündür ki, gecikdirir. Gecikdirilən məbləğin 5 faizi – 5607,9 manat təşkil edir. Sazişin şərtlərinə əsasən iddiaçı kompensasiyanın əlli faizini vaxtında ödəmədiyinə görə kompensasiyanı aldığı gündən, yəni 02 fevral 2019-cu il tarixdən qarşılıqlı iddianın verildiyi tarixdək – 2 il 7 ay üçün Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 % olmaqla, cəmi 5607,9 manat ödəməlidir.

13. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-5129/2021 saylı, 30 noyabr 2021-ci il tarixli qətnaməsi (hakim: Təhminə Xəlilova) ilə ilk iddia rədd edilmiş, ilk iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsi, dalan 5-də yerləşən 7 saylı evin söküldükdən sonra həmin evdə ona məxsus 1/3 paya görə əlavə olaraq ödənilmiş 16 000 manat maddi yardım məbləğinin yarısı – 8000 (səkkiz min) manat pul və 17,60 (on yeddi manat altmış qəpik) manat dövlət rüsumunun tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi ilkin iddia tələbi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hətta sazişin etibarsızlığı halları mövcud olmuş olsa idi belə iddiaçı sazişi mübahisələndirmək üçün Mülki Məcəllənin 354.2-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddəti ötürdüyündən sazişi mübahisələndirmək hüququnu itirmişdir. Belə ki, iddiaçı ən azı 2019-cü ilin fevral ayında cavabdehin ona qa rşı mübahisəli sazişə əsaslanaraq iddia qaldırdığı gündən həmin sazişdən məlumatı olmuş, həmin tarixdən bir il müddətində, yəni 2020-ci ilin fevral ayınadək həmin sazişi mübahisələndirmək hüququ olmuş, lakin hazırki iddia ilə məhkəməyə 28 iyul 2021-ci il tarixdə müraciət etmişdir.

15. Beləliklə, birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ilk iddia əsassızdır və rədd edilməlidir.

16. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia ilə bağlı həmçinin hesab etmişdir ki, eyni əsasla, yəni qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə sazişin etibarlı olması müəyyən edildiyindən, həmin sazişin şərtlərinə əsasən iddiaçıya ona məxsus mənzilə görə əlavə yardım olaraq ödənilmiş 16 000 manat maddi yardım məbləğinin 50 faizi tələbinə dair qarşılıqlı iddia əsaslıdır və təmin edilməlidir.

17. Digər tərəfdən, birinci instansiya məhkəməsi bildirmişdir ki, cavabdeh iddiaçı tərəfindən saziş üzrə öhdəliyinin yerinə yetirilməməsi nəticəsində ona zərərin dəyməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən, qarşılıqlı iddia kompensasiyanın yarısının ödənilməsi öhdəliyinin icrasını gecikdirilməsinə görə gecikdirilmiş vaxt üçün illik beş faiz tələbi hissəsində əsassızdır və rədd edilməlidir.

18. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 337.1, 354.2, 442, 443.1, 443.2, 445.7-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

19. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhk əməsinin qətnaməsinin ləğv edilərək, ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti ilkin iddia tələbinin dəlilləri ilə yanaşı onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə Cavabdeh qarşılıqlı iddia tələbində göstərdiyi 16000 manat pul məbləğinin həqiqətən Bakı şəhəri Yasamal rayonu, M.Subhi küçəsi, dalan 5-də yerləşən 7 saylı evin sökülməsi səbəbi ilə bağlı olaraq ödənilməsini sübut edə bilməmişdir. Digər tərəfdən Yasamal rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, adı çəkilən saziş barədə Cavabdeh tərəfindən məhkəmə prosesi zamanı hər hansı məlumat verilməmişdir və məhkəmə bu hissədə sübutları qiymətləndirməmişdir. Bundan başqa məhkəməyə əlavə maddi yardı mın təyinatının nədən ibarət olmasının dəqiqləşdirilməsi üçün vaxt istənilsə də, məhkəmə tərəfindən bunun üçün hər hansı şərait yaradılmamışdır.

21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2138/2022 nömrəli iş üzrə 04 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər –Şeyda Məhərrəmova (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Rəşad Həsənov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti hissəsində, yəni qarşılıqlı iddianın təmin edilən - İddiaçı Bakı şəhəri Yasamal rayonu M.Sübhi küçəsi dalan 5-də yerləşən 7 saylı ev söküldükdən sonra həmin evdə ona məxsus 1/3 paya görə əlavə olaraq ödənilmiş 16 000 manat maddi yardım məbləğ inin yarısı – 8000 (səkkiz min) manat pulun tutularaq Cavabdeh ödənilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin 04 iyul 2022-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddia tələbinə münasibətdə ləğv edilmiş, iddiaçının cavabdehə qarşı “sazişin və onun nəticələrinin etibarsız hesab olunması” tələbinə dair iş üzrə icraata xitam verilmişdir.

23. Bununla bağlı məhkəmə kollegiyası bildirmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olduğu halda birinci instansiya məhkəməsi iddia tələbinə mahiyyəti üzrə baxdığı üçün qətnamə ilk iddia tələbinə münasibə tdə ləğv edilməlidir.

24. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin qeyd olunan halları ilə iddiaçıya ödənilmiş 16646 manat maddi yardımın kompensasiya ödənilməsi barədə olmamış, iddiaçıya yeni yaşayış sahəsinin alınmasında yaranmış problemlərin aradan qaldırılması məqsədi ilə maddi yardım olmuş və bu fərdi xarakter daşımışdır.

25. Məhkəmə kollegiyası qarşılıqlı iddia ilə bağlı qeyd etmişdir ki, qarşılıqlı iddianın iddiaçıdan Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsi, dalan 5-də yerləşən 7 saylı ev söküldükdən sonra həmin evdə ona məxsus 1/3 paya görə əlavə olaraq ödənilmiş 16 000 manat maddi yardım məbləğinin yarısı – 8000 (səkkiz min) manat pulun tutularaq cavabdehə ödənilməsi hissəsində təmin edilməsi üçün qarşılıql ı iddiaçı tərəfindən mötəbər sübutlar təqdim edilməmişdir, həmçinin qarşılıqlı iddia tələbinin göstərilən hissədə əsasları iş materialları ilə öz təsdiqini tapmamışdır.

26. Beləliklə, apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, iddiaçının cavabdehin qarşısında 16000 manat məbləğində ödənilmiş maddi yardımın bölünməsinə dair hər hansı bir öhdəliyi olmamış, eləcə də iddiaçı tərəfindən qarşılıqlı iddia üzrə iddiaçıya qeyd olunan məbləğdə zərər vurması həmçinin qarşılıqlı iddia üzrə iddiaçıya münasibətdə əsassız varlanması öz təsdiqini tapmamışdır.

27. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi və Mülki Prosessual Məcəlləsinin 372.6, 372.7, 384.0.2, 385.1.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, yəni 8.000 manat pulun tutulması tələbinə dair qarşılıqlı iddianın rədd olunması hissəsində ləğv edilməsini və qarşılıqlı iddianın həmin hissədə təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

29. Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 386.1-ci maddəsini mübahisəyə tətbiq etsə də, iddianı təmin etmək əvəzinə, rədd etmişdir, yəni maddi hüquq pozuntusuna yol vermişdir.

30. Kassator həmçinin bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsinə görə, “kompensasiya” və “maddi yardım” fərqli anlayışlardır. Halbuki məhkəmə tərəflər arasındakı Sazişin şərtlərini düzgün təfsiretməli idi. Sazişin mətnindəki “kompensasiya” sözünü tərəflərin həqiqi iradəsinə uyğun olaraq təfsir etmək lazımdır. Çünki, tərəflərin həqiqi niyyəti sökülən evə görə Yasamal RİH tərəfindən ödəniləcək bütün pul vəsaitini (kompensasiya, maddi yardım və s. adlandırılmasından asılı olmayaraq) bərabər bölüşdürməkdən ibarət olmuşdur. Məhkəmə isə, Mülki Məcəllənin 404.1-ci maddəsini tətbiq etməməklə növbəti dəfə maddi hüquq pozuntusuna yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı İddiaçı tərəfindən yazılı etiraz daxil olmuşdur.

32. Kassator cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. T ətbiq edilən hüquq Mülki Məcəllə

33. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Prosessual Məcəllə

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir

35. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətna mə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya baxışının hədləri

38. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən qismən, yə ni 8.000 manat pulun tutulması tələbinə dair qarşılıqlı iddianın rədd olunması hissəsində ləğv edilməsini mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı mübahisələndirilən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Kassasiya şikayətinin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütü n faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

42. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2138/2022 nömrəli iş üzrə 04 iyul 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən s

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar