Məhkəmə qərarları › İş №2(102)-5795/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5795/2019

22.08.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5795/2019 22.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), X1 və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.04.2019-cu il tarixli, 2(103)-3996/2019 nömrəli qətnaməsindən İddiaçı və vəkili X2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim K.F.Əmirxanova) 16.11.2018-ci il tarixli, 2(005)-4876/18 saylı qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh1 MMC-nin Hərracın yekunları barədə 11.07.2018-ci il tarixli, 83/3 saylı protokolu etibarsız hesab edilməklə ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Şirinov, T.Səmədov, E.Kazımov) 03.04.2019-cu il tarixli, 2(103)-3996/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin olunması, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (005)-4876/18 saylı, 16 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 QSC və Şamaxı rayon İcra Şöbəsinə qarşı “hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilərək ləğv edilməsi və əmlakların yenidən qiymətləndirilməsi” tələbinə dair iddia t ələbinin qismən təmin edilməsi, Cavabdeh1 MMC-nin hərracın yekunları barədə 11 iyul 2018-ci il tarixli, 83/3 saylı protokolun etibarsız hesab edilməklə ləğv edilməsi və iddiaçının əmlakların yenidən qiymətləndirilməsi barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir. İddiaçı və vəkili X2 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.04.2019cu il tarixli, 2(103)-3996/2019 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 QSC və Şamaxı rayon İcra Şöbəsinə qarşı “hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilərək ləğv edilməsi və əmlakların yenidən qiymətləndirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şika yətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili X2 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman işin hallarına düzgün hüquqi qiymət verilməmiş, bununla da maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.04.2019-cu il tarixli, 2(103)-3996/2019 nömrəli qətnaməsinin əmlaklarının yenidən qiymətləndirilməsinə dair iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilərək həmin hissədə yenidən mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izah atı dinlənilməmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, cavabdehlər Cavabdeh1 MMC-nin, Cavabdeh2 QSC –nin və Şamaxı rayon İcra Şöbəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının iddiası iki tələbdən ibarətdir. 1) Hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilərək ləğv edilməsi; 2)Əmlakın yenidən qiymətləndirilməsi; Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilərək ləğv edilməsi barədə iddia tələbi üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, Suraxanı Rayon Məhkəməsinin 23.11.2017-ci il tarixli icra vərəqəsində əmlakın ilkin satış qiyməti 17500 ABŞ dolları olaraq müəyyən edilsə də, Cavabdeh3 tərəfindən Cavabdeh1 MMC-yə ünvanlanmış 12 mart 2018-ci il tarixli sifariş məktubunda girov əmlakın satış qiyməti 17500 ABŞ dolları əvəzinə 17500 manat göstərilmiş, həmin əmlak 17500 manat ilkin satışqiyməti ilə hərraca çıxarılmış, bununla da hərrac keçirilərkən hərracın keçirilməsi qaydadlarını özündə əks etdirən məcburi göstərişlərin, normativ hüquqi aktların, ümumiyyətlə qanunvericiliyin tələbləri pozumuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci ma ddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir Həmin Qanunun 4 3.1-ci və 43.1.1-ci maddələrinə əsasən hərraca iki nəfərdən az alıcı gəldikdə hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilərək ləğv edilməsi barədə iddia tələbi üzrə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, əmlakın ilkin satış qiyməti 17500 ABŞ dolları əvəzinə 17500 manat qeyd edilərək hərraca çıxarıldığı üçün həmin əmlakın satışı ilə bağlı protokolu etibarsız hesab etməklə ləğv etmişdir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq ic ra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, hazırkı halda əmlakın ilkin satış qiyməti Suraxanı Rayon Məhkəməsinin 21 fevral 2017-ci il tarixli, 2(010)-67/2017 saylı qətnaməsi ilə müəyyənləşdirildəyindən, həmin qətnamə də qanuni qüvvəyə minərək icraya yönəldiyindən əmlakın yenidən qiymətləndirilməsi barədə iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində qeyd edilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, hazırkı iddia tələbi iki hissədən ibarətdir, birinci instansiya məhkəməsinin qətnaməsinin mahiyyətindən məlum olur ki, əmlakın yenidən qiymətləndirilməsi barədə iddia tələbinin əsassız olması qənaətinə gəlinmiş, lakin nəticə hissəsində həmin iddia tələbinə qiymət verilməmişdir. Kassasiya kollegiysı qeyd edir ki, kassator kassasiya şikayətində işin hallarına düzgün hüquqi qiymət verilmədiyini bildirsə də, iş materialları ilə bu hal təsdiq olunmur. Beləliklə, kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını t am, hərtərəfli və obyektiv araşdırmış, sübutlara düzgün hüquqi qiymət vermiş, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Nəticə olaraq kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilə nlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.04.2019-cu il tarixli, 2(103)3996/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar