Məhkəmə qərarları › İş №2(102)-5797/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5797/2019

27.09.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5797/2019 27.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyeva Fidan Namiq qızının katibliyi, İddiaçı və vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2018-ciil tarixli qətnaməsi ilə (hakim F.Qasımov, iş № 2(001)-xx/18) İddiaçı Cavabdeh qarşı “pul” tələbin ə dair iddiası qismən təmin edilərək, cavabdehdən 8500 manat məbləğində pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər İ.Şirinov-sədrlik edən və məruzəçi, T.Səməsov və E.Kazımov, iş № 2(103)xx/19) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Binəqədi Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi cavabdehdən borcun tutulması hissəsində dəyişdirilmiş, cavabdehdən 8000 (səkkiz min) min manat alınaraq iddiaçıya ödənilməsi qət edilmiş, qətnamə cavabdehin apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə Cavabdeh kassa siya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 8500 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Cavabdeh Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinin tələbinə zidd olaraq məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyində n onun izahatı dinlənilmədi. İddiaçı və vəkili S.Səlimova məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, İddiaçı və vəkili S.Səlimovanın izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin ol unması barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirərkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı özizahatındanbaşqaməhkəməyəsübutkimibiryazılısənəddə təqdimetmişdir.Məhkəməyə təqdim olunmuş sadə yazılı formada imzalanmış həmin sənəddən görünür ki, Cavabdeh İddiaçı 8500 manat məbləğində pul almış və həmin məbləği 16.03.2017-ci il tarixə qaytaracağını qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsi bu sənədi tədqiq edərkən müəyyən etmişdir ki, orada sonradan düzəliş edilərək, “0” rəqəmi “5” rəqəmi şəklində dəyişdirilmişdir. Apellyasiya instansiyası məhkəməsi İddiaçı sübut kimi istinad etdiyi həmin qəbz ilə bağlı aşağıdakıları qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə görə yazı lı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Hər hansı sənədin (kağızın) yazılı sübut kimi qəbul edilməsi üçün həmin sənəddə aşağıdakı rekvizitlərin (tələb olunan əlamətlər) olması tələb olunur. -sənəddə tarix olmalı; -sənədin əsli olmalı; -sənəd onu tərtib edən və ya müvafiq şəxs tərəfindən imzalanmalı; -sənədə düzəliş edilməməli-qaralanmamalıdır. Hazırkı halda iddiaçının sübut kimi məhkəməyə təqdim etdiyi sözügedən qəbzdə düzəliş edilmiş və qaralanmışdır. Apellyasiya baxışı zamanı cavabdeh iddiaçıdan müxtəlif vaxtlarda 2000, 3000, 1000, 2000 manat məbləğində sələmə pul aldığını, həmçinin qəbzə imza ediyini, lakin qəbzdə 8000 manat göstərildiyi ni, sonradan ona düzəliş edilərək 8500 manat şəklində dəyişdirildiyini qeyd etmiş, ümumilikdə iddiaçıya 9350 manat pul ödədiyini bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının idda tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi (borc müqaviləsi) təşkil edir. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). İddiaçı tərəfindən təqdim olunmuş qəbzdən aşkar şəkildə görünür ki, orada düzəliş edilmiş, “8500” qeydində ikinci “0” rəqəmi “5” rəqəmi şə klində dəyişdirilmişdir. Eyni zamanda, cavabdeh izahatında 8000 manat pul götürdüyünü təsdiq etmişdir. Cavabdeh həmin borc məbləğini faizi ilə birlikdə 9350 manat olmaqla qaytardığını, iddiaçıya heç bir borcu olmadığını, həmin qəbzi hədə-qorxu altında imzaladığını qeyd etsə də, bu barədə mötəbər və hər hansı şübhədən kənar sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə tərəflər arasında borc münasibətləri olmuş, cavabdeh iddi açıdan müxtəlif vaxtlarda olmaqla, ümumilikdə 8000 manat borc aldığını təsdiq etmiş, eyni zamanda tərtib edilmiş yazılı qəbzdə də düzəliş aparıldığı müəyyən edildiyindən cavabdehdən iddiaçının xeyrinə yalnız 8000 manat məbləğində pulun tutulması əsaslıdır. Ona görə də cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə cavabdehdən borcun tutulması hissəsində qismən dəyişdirilməli və cavabdehdən 8000 manat borc iddiaçının xeyrinə tutulmalı, qətnamə cavabdehin apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarıldığından ləğv edilməli olması göstərilsə də, konkret olaraq hansı maddi hüquq normasının pozulması, yaxyd düzgün tətbiq olunmaması qeyd edilməmişdir. Kassasiya şikayətinin digər dəlilləri isə MPM-nin 9.1, 14, 77.1, 88-ci maddələrinin pozulması barədədir. Məhkəmə kollegiyası həmin dəlilləri əsassız sayır və qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmi n hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunan hissədə sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları göstərilən hissədə sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin təl əbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq olun a bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sü butları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin Vİİ hissəsinə görə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır və bu qaydaya görə işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edir. İşə hərtərəfli baxılması məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması, tərəflərin prosesdə fəallığı, öz mövqeyini müdafiə etmək üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini rədd etməsi üçün geniş imkanlara malik olması ilə təmin olunur. Çəkişmə prinsipi tərəflərin prosessual hüquq bərabərliyi prinsipindən ayrılmazdır. Belə ki, məhz bərabər hüquq və vəzifələr onlara məhkəmə qarşısında çəkişmək imkanı verir. Tərəflərin prosessual hüquq bərabərliyi o deməkdir ki, onlar öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malik olurlar və bərabər səviyyədə konkret prosessual hüquqlarla təmin edilirlər. Tərəflərin prosessual hüquq bərabərliyi prinsipi prosesin bütün mərhələlərində mühüm əhəmiyyət daşımaqla prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır. Bu prinsipin mahiyyəti əslində ondan ibarətdir ki, prosesin istənilən mərhələsində hər bir tərəfə bərabər prosessual imkanlar yaradılmalı, tərəflər prosesdə t am bərabər olmalı, onların hüquqları bir-birinə uyğun olmalı və uzlaşmalıdır. Məhkəmə cavabdehin izahatını dinləmədən, yalnız iddiaçının izahatı əsasında qərar çıxara bilməz. O, cavabdehə məhkəmə iclaslarında iştirak etmək, izahat vermək üçün bütün imkanları yaratmalıdır. Ümumiyyətlə, məhkəmə öz qərarını tərəfləri qanunla müəyyən olunmuş qaydada dəvət etmədən, özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə yox, çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, tərəflərin verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır və bunun üçün işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləc ək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə kollegiyası hesab edir ki, işə apellyasiya qaydasında baxılarkən adı çəkilən prosessual normaların tələblərinə əməl olunmuş, işin tam, obyektiv və hərtərəfli tədqiqi, eləcə də işin həqiqi hallarının müəyyən edilməsi üçün qanunla nəzərdə tutulmuş bütün tədbirlər görülmüş, işin müəyyən edilən həqiqi hallarına uyğun gələn maddi hüquq normaları tətbiq olunmaqla mübahisəli hüquq münasibətinə qiymət verilmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayət inin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli, 2(103)-xx/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar