Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-58/2022 11.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-58/22 (Açar sözlər: maddi zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı nümayəndəsi X3, Cavabdeh: Cavabdeh vəkili X2, Üçüncü şəxs: "xxxx" MMC-nin vəkili Vəkil və nümayəndəsi X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 iyun 2021-ci il tarixli, 2(103)576/2021 saylı qətnaməsindən Cavabdeh və üçüncü şəxs "xxxx" MMC ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri üzrə işə 11 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, sonuncudan müalicə xərcinə görə 12.000 manat və nəqliyyat vasitəsinə dəymiş maddi zərərə görə 6.834,51 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Eyni zamanda, "xxxx" MMC məhkəmədə X4 qarşı iddia qaldıraraq, sonuncudan 3.571,49 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli qətnamə si ilə (sədrlik edən, hakim T.N.Məmmədov) İddiaçı iddiası qismən, "xxxx" MMC-nin iddiası tam təmin edilərək, Cavabdeh nəqliyyat vasitəsinə dəymiş zərərə görə 6.834,51 manat pulun tutulub İddiaçı verilməsi, 3.571,49 manat pulun tutulub "xxxx" MMC ödənilməsi və qalan hissədə İddiaçı iddiasının rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, Cavabdeh idarə etdiyi “Hyundai H-100” markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi törədib və nəticədə İddiaçı sağlamlığına az ağır xəsarət yetirməklə, onun idarə etdiyi "xxxx" MMC mülkiyyətində olan “Saipa Pikap” markalı, 10-PL- 829 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər vurub. Qanuni qüvvəyə minmiş Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 20 noya br 2018-ci il tarixli hökümü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.1 -ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar olaraq "xxxx" Sığorta Şirkəti tərəfindən "xxxx" MMC 1.786 manat sığorta ödənişi verilib. Eyni zamanda, sözügedən hökmlə müəyyən edilib ki, "xxxx" MMC mülkiyyətində olan “Saipa Pikap” markalı, 10-PL829 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yararsız vəziyyətə düşüb və həmin nəqliyyat vasitəsinə görə Cəmiyyətə 10.406 manat maddi zərər dəyib. Hazırda lizinq predmeti olan sözügedən nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 10.406 manat q iymətləndirilir və həmin məbləğində 3.571,49 manat hissəsini "xxxx" MMC, 6.834,51 manat hissəsini isə İddiaçı yol-nəqliyyat hadisəsini törətmiş Cavabdeh tələb edir. Belə ki, İddiaçı tələb etdiyi məbləğdə sözügedən nəqliyyat vasitəsinə görə ödəniş edib, nəqliyyat vasitəsi isə tam məhv olduğundan ona həmin məbləğdə maddi zərər dəyib. Eyni zamanda, İddiaçı sağlamlığına 12.000 manat zərər dəydiyini iddia etsə də, işdə bu barədə heç bir sübut olmadığından iddia bu hissədə rədd edilməlidir. Əksinə, işdən görünür ki, Cavabdeh İddiaçı sağlamlığına dəymiş zərərə görə 2.400 manat pul ödəyib. "xxxx" MMC isə iddia edir ki, yol-nəqliyyat hadisəsi baş verən vaxt İddiaçı iddia edilən məbləğdə ödənilməmiş lizinq ödənişi olub. Ona görə də, İddiaçı iddiası qismən, "xxxx" MMC iddiası isə tam təmin edilməlidi r. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 1096.1, 1097.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Ş.Talışinski sədrlik edən, məruzəçi, R.Ə.Eyvazov və Ş.A.Məmmədova) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli qətnaməsinə dəyişiklik edilib, Cavabdeh nəqliyyat vasitəsinə dəymiş maddi zərərə görə 5.608 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat o lmaqla, cəm 5.638 manat pulun tutulub İddiaçı ödənilməsi, habelə 2.398,22 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 2.428,22 manat pulun tutulub "xxxx" MMC ödənilməsi qət edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, Cavabdeh idarə etdiyi “Hyundai H-100” markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi törədib və nəticədə İddiaçı sağlamlığına az ağır xəsarət yetirməklə, onun idarə etdiyi "xxxx" MMC mülkiyyətində olan “Saipa Pikap” markalı, 10-PL- 829 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər vurub. Qanuni qüvvəyə minmiş Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 20 noyabr 2018-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.1 -ci maddəsində nəzərdə tutulan cinayə t əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar olaraq "xxxx" Sığorta Şirkəti tərəfindən "xxxx" MMC 1.786 manat sığorta ödənişi verilib. Birinci instansiya məhkəməsi, mübahisəni mahiyyəti üzrə düzgün həll etsə də, Cavabdeh təqsiri üzündən İddiaçı və "xxxx" MMC dəymiş maddi zərərin məbləğini düzgün müəyyən etməyib. Belə ki, sözügedən nəqliyyat vasitəsi lizinq müqaviləsinə əsasən İddiaçı lizinqə verilərkən həmin nəqliyyat vasitəsinin dəyəri illik 17 faiz olmaqla 8.006,22 manat məbləğində qiymətləndirilib. Belə olan halda lizinq müqaviləsi üzrə İddiaçı "xxxx" MMC olan borcu ümumilikdə 4.184,22 manat müəy yən edilir və 1.786 manat sığorta ödənişi çıxıldıqda qalan məbləğ 2.398,22 manat, habelə İddiaçı dəymiş maddi zərər isə 5.608 manat müəyyən edilir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinə İddiaçı və "xxxx" MMC dəymiş maddi zərərin məbləğinə aid hissədə dəyişiklik edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 1096.1, 1097.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, İddiaçı iddiasının rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Üçüncü şəxs "xxxx" MMC isə kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Hər iki kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh vəkili Ziyamin Güləhmədov öz kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Üçüncü şəxs "xxxx" MMC-nin vəkili Vəkil və nümayə ndəsi Ələkbər Bayramov öz kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı nümayəndəsi Mehman Balayev məhkəmə iclasında iştirak etsə də vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. İddiaçı, Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələ b etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqa və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını po zan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq q iymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki ha llarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdeh kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində, üçüncü şəxs "xxxx" MMC kassasiya şikayətində isə iddiasının təmin olunmayan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətlərinin dəlilləri hüdudlarında yalnı z mübahisələndirilən hissədə yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və kassasiya şikayətlərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh idarə etdiyi “Hyundai H-100” markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi t örədib və nəticədə İddiaçı sağlamlığına az ağır xəsarət yetirməklə, onun idarə etdiyi "xxxx" MMC mülkiyyətində olan “Saipa Pikap” markalı, 10-PL- 829 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər vurub. Qanuni qüvvəyə minmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.1 -ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar olaraq "xxxx" Sığorta Şirkəti tərəfindən "xxxx" MMC 1.786 manat sığorta ödənişi verilib. Eyni zamanda, sözügedən hökmlə müəyyən edilib ki, "xxxx" MMC mülkiyyətind ə olan “Saipa Pikap” markalı, 10-PL- 829 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yararsız vəziyyətə düşüb və həmin nəqliyyat vasitəsinə görə Cəmiyyətə 10.406 manat maddi zərər dəyib. Hazırda, lizinq predmeti olan sözügedən nəqliyyat vasitəsinə dəymiş maddi zərərin məbləği 10.406 manat qiymətləndirilir və həmin məbləğin 3.571,49 manat hissəsini "xxxx" MMC, 6.834,51 manat hissəsini isə İddiaçı yol-nəqliyyat hadisəsini törətmiş Cavabdeh tələb edir. Belə ki, İddiaçı iddia edir ki, sözügedən nəqliyyat vasitəsinə görə 6.834,51 manat ödəniş edib və nəqliyyat vasitəsi tam məhv olduğu üçün ona həmin məbləğdə maddi zərər dəyib. "xxxx" MMC isə iddia edir ki, yol-nəqliyyat hadisəsi baş verən vaxt İddiaçı ödənilməmiş 3.571,49 manat lizinq ödənişi qalıb. İşə əlavə edilmiş Məhkəmə-Ekspertiza Mərkəzin in 07 yanvar 2021-ci il, 16 aprel 2021-ci il, və 29 aprel 2021-ci il tarixli ekspert rəyləri ilə müəyyən olunur ki, "xxxx" MMC mülkiyyətində yararsız vəziyyətdə olan 2014-cü il buraxılışlı “Saipa” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yol-nəqliyyat hadisəsi baş verən tarixə normal vəziyyətdə orta bazar qiyməti təxminən 7.000 manat, əzik vəziyyətdə isə təxminən 1.400 (7.000-80 faiz) manat olub. Eyni zamanda, 28 noyabr 2017-ci il tarixli liziq müqaviləsi üzrə İddiaçı 28 noyabr 2019-cu il tarixə "xxxx" MMC olan borcu 4.184,22 manat müəyyən edilir. O, cümlədən 28 noyabr 2019-cu il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borcu 3.475,09 manat, (6.750 manat-3.274,91 manat), lizinq şirkətinin gəliri üzrə (faiz) borcu709,13 manat, (1.256,22 manat- 547,09 manat ) müəyyən edilir. Əvvəla, Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinin mənasına görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Apellyasiya instansiyası məhkəməsi, Cavabdeh kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq haqlı olaraq qeyd etmişdir ki, mülki hüquq pozuntusu (delikt) hüquqa və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşı yır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1097.1-ci maddələri). Həmin Məcəllənin 1108.1-ci maddəsində göstərilir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisin dən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları, o cümlədən ekspert rəylərini işə əlavə edilmiş digər sübutlarla müqayisəli şəkildə təhlil edib müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi, mübahisəni mahiyyəti üzrə düzgün həll etsə də, Cavabdeh təqsiri üzündən İddiaçı və "xxxx" MMC dəymiş maddi zərərin məbləğini düzgün müəyyən etməyib. Belə ki, sözügedən nəqliyyat vasitəsi lizinq müqaviləsinə əsasən İddiaçı lizinqə verilərkən həmin nəqliyyat vasitəsinin dəyəri illik 17 faiz olmaqla 8.006,22 manat məbləğində qiymətləndirilib. Belə olan halda lizinq müqaviləsi üzrə İddiaçı "xxxx" MMC olan borcu ümumilikdə 4.184,22 manat müəyyən edilir və 1.786 manat sığorta ödənişi çıxıldıqda qalan məbləğ 2.398,22 manat, habelə İddiaçı dəymiş maddi zərər isə 5.608 manat müəyyən edilir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinə İddiaçı və "xxxx" MMC dəymiş maddi zərərin məbləğinə aid hissədə dəyişiklik edilməlidir. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, Cavabde h yol-nəqliyyat hadisəsi törətməsi və nəticədə onun qanunla müdafiə edilən İddiaçı və "xxxx" MMC qarşı birbaşa ziyan vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl törətməsi və nəticədə İddiaçı 5.608 manat, sığorta ödənişi çıxıldıqdan sonra "xxxx" MMC 2.398,22 manat məbləğində maddi zərərin dəyməsi mülki iş materialları, o cümlədən qanuni qüvvəyə minmiş məhkəmənin hökmü və işə əlavə edilmiş çoxsaylı ekspert rəyləri istisna edilmədiyindən, birinci instansiya məhkəməsinin qətnaməsinə dəymiş zərərin məbləğinə aid hissədə dəyişiklik etməklə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib və yuxarıda sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Digər tərəfdən, Cavabdeh və "xxxx" MMC ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərində işin halları nın sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etmişdirlər ki, bu da Mülki Prosessual Məcəllənin 407.2-ci maddəsinin tələblərinə görə yolverilməzdir. Belə ki, həmin maddənin mənasına görə, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Ona görə də kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, kassasiya şikayətlərinin əsassız olduğundan, iş üzrə apellyasiya instansiyası mə hkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayətləri təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh və üçüncü şəxs "xxxx" MMC-nin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 iyun 2021-ci il tarixli, 2(103)-576/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-58/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-58/2022
11.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver