Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5803/2019 10.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin MülkiKollegiyasının Q Ə RARİ 10 sentyabr 2019-cuil İŞ№2(102) 5803 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Xnın katibliyi, İddiaçı, iddiaçının vəkili X1 və cavabdehin vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh ”Cavabdeh” BOKT ASC-ə qarşı girov predmetinin satışının etibarsız hesab edilməsi, qaytarılması və ya girovun əsl dəyəri qədər vurulmuş zərərin əvəzinin girovla təmin edilmiş öhdəlik üzrə borcun ödənilməsinə aid edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 may 2019-cu il tarixli qətnaməsindən cavabdeh ”Cavabdeh” BOKT ASC tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 22 dekabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva) İddiaçı cavabdeh ”Cavabdeh” BOKT ASC-ə qarşı girov predmetinin satışının etibarsız hesab edilməsi, qaytarılması və ya girovun əsl dəyəri qədər vurulmuş zərərin əvəzinin girovla təmin edilmiş öhdəlik üzrə borcun ödənilməsinə aid edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 05 iyun 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən V.Həsənov, hakimlər V.Baxışova və N.Cəfərov) Nəsimi rayon Məhkəməsinin 22 dekabr 2017-ci il tarixli qətnaməsi lə ğv edilmiş, 23.02.2015-ci il tarixli PB/013/15/082741 saylı kredit müqaviləsi və 18.03.2015-ci il tarixli PB/01315/079342 saylı kredit müqaviləsi üzrə girov qoyulan qızıl-zinət əşyaların Cavabdeh tərəfindən satılmasına dair 15 may 2017-ci il tarixli əqdlər etibarsız hesab edilməsi və girov müqaviləsi ilə müəyyən edilmiş saxlancın yerinə qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Ali Məhkəmənin MK-nın 25 oktyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən T.Qoldman, hakimlər Ə.Mirzəliyev və G.Quliyev) Bakı Apellyasiya Məhkəməsinin MK-nın 05 iyun 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, mülki iş yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 may 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən X.Sarıyev, hakiml ər E.Şamayev və Ş.Məhərrəmova) Nəsimi rayon Məhkəməsinin 22 dekabr 2017-ci il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmiş, 23.02.2015-ci il tarixli PB/013/15/082741 saylı kredit müqaviləsi və 18.03.2015-ci il tarixli PB/01315/079342 saylı kredit müqaviləsi üzrə girov qoyulan qızıl-zinət əşyaların Cavabdeh tərəfindən satılmasına dair 15 may 2017-ci il tarixli əqdlər etibarsız hesab edilmiş, girov müqaviləsi ilə müəyyən edilmiş saxlanc yerinə qaytarılması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh ”Cavabdeh” BOKT ASC kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzr ə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 may 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh-yə qarşı “girov predmetinin satışının etibarsız hesab edilməsi, qaytarılması və ya girovun əsl dəyəri qədər vurulmuş zərərin əvəzinin girovla təmin edilmiş öhdəlik üzrə borcun ödənilməsinə aid edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, 23.02.2015-ci il tarixli kredit müqaviləsi və 18.03.2015-ci il tarixli kredit müqaviləsi üzrə girov qoyulan əşyaların Cavabdeh tərəfindən satılması üzrə əqdin bağlandığı andan etibarsız hesab edilməsi, girov müqaviləsi ilə müəyyən edilmiş saxlanc yerinə qaytarılması, qaytarılması mümkün olmadıqda isə qızıl-zinət əşyalarının əsl dəyəri qədər ona vurulmuş zərərin əvəzinin cavabdeh qarşısında girovla təmin edilmiş kredit borcunun ödənilməsi aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, “Cavabdehbank” ASC ilə İddiaçı arasında bağlanmış, 23.02.2015-ci il tarixli kred it (borc) və girov müqaviləsinə əsasən bank tərəfindən borcalana 36 ay müddətinə illik faiz dərəcəsi 45 faiz olmaqla 4390 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq 23.02.2015-ci il tarixli zərgər aktı ilə təsdiq edilmiş 3845 AZN qiymətləndirilmiş İddiaçı məxsus qiymətli metallar girov ilə yüklü edilmişdir. “Cavabdehbank” ASC ilə İddiaçı arasında bağlanmış, 18.03.2015-ci il tarixli kredit (borc) və girov müqaviləsinə əsasən bank tərəfindən borcalana 36 ay müddətinə illik faiz dərəcəsi 36 faiz olmaqla 6550 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq 18.03.2015-ci il tarixli zərgər aktı ilə təsdiq edilmiş 4284 AZN qiymətləndirilmiş İddiaçı məxsus qiymətli metallar girov ilə yüklü edilmişdir. 15.05.2017-ci il tarixdə girov predmeti olan qiymətl i metal və qiymətli daşlar yenidən qiymətləndirilərək bank tərəfindən satılmış, satışdan əldə olunan vəsait müvafiq olaraq hər kredit müqaviləsi üzrə kredit borcunun ödənilməsinə yönəldilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. İş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı arasında girov predmetinin məhkəməyə müraciət edilmədən girov qoyulmuş əşya hesabına ödənilməsinə dair notariat qaydasında təsdiqlənmiş müqavilə olmamış, girov saxlayan Cavabdeh isə məhkəməyə müraciət etmədən qızıl-zinət əşyalarını sataraq tələbi girov qoyulmuş əşyanın dəyərindən ödəmişdir. Əşyalar satılarkən iddiaçının iştirakı təmin olunmamış və onun razılığı alınmamışdır. İş materiallarında Cavabdeh tərəfindən İddiaçı müxtəlif vaxtlarda “borc tələbi haqqında” bildiriş və “son xəbərdarlıq” məktubları göndərilməsinə dair sənədlər olsa da, həmin məktubların İddiaçı göndərilməsini və ya onun tərəfindən alınmasını təsdiq edən hər hansı sənəd yoxdur. Həmçinin, iş materiallarında kredit borcunun qeyd olunan qızıl-zinət əşyalarının satılması hesabına ödənilməsinə dair girov qoyana, yəni iddiaçıya hər hansı məlumat veril məsini təsdiq edən sənəd iş materiallarında mövcud deyil. “Poçt haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.10-cu maddəsinə görə sifarisli poçt göndərisi- göndərilmək üçün qəbul olunduguna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərisindən ibarətdir. Bundan başqa, yuxarıda göstərildiyi kimi 15.05.2017-ci il tarixdə İddiaçı mülkiyyətindəki qiymətli metal və qiymətli daşlar yenidən qiymətləndirilərək satılmış, satışdan əldə olunan vəsait müvafiq olaraq hər kredit müqaviləsi üzrə kredit borcunun ödənilməsinə yönəldilmişdir. İş materiallarında olan Cavabdeh-nin Gəncə filialına girov qoyulmuş qiymətlilərin və dəyərlilərin yenidən qiymətləndirilərək satılması haqqında 15 may 2017-ci il tarixli aktdan görünür ki, qızıl-z inət əşyalarının cəmi məbləği 10126,6 manat (5956,7 USD) məbləğində müəyyən edilərək həmin qiymətə satın alınmışdır. Əmlak Ekspert Mərkəzinin 05 iyun 2018-ci il tarixli, ƏEM/Q 01-112/18 saylı “əmlakın qiymətləndirilməsi”nə dair rəyinə əsasən boyunbağı (08 ədəd)-əyar 583, 92,8 qram olmaqla qiyməti 5100 manat, qolbaq (04 ədəd)-əyar 583, çəki 66,2 qram olmaqla qiyməti 3640 manat, komplekt (05 ədəd)-əyar 585, çəki 63,4 qram olmaqla qiyməti 3800 manat, komplekt (01 ədəd)-əyar 750, çəki 19 qram olmaqla qiyməti 1350 manat, üzük (02 ədəd)əyar 583, çəki 5,8 qram olmaqla qiyməti 260 manat, sırğa (02 ədəd)-əyar 583, çəki 9,4 qram olmaqla qiyməti 470 manat, klon (06 ədəd)-əyar 583, çəki 17,8 qram olmaqla qiyməti 890 manat, qızıl saat-əyar 583 olmaqla qiyməti 1100 manat, üzük (03 ədəd)-əyar 583, çəki 1 7,7 qram olmaqla qiyməti 880 manat, qolbaq (01 ədəd)-əyar 585, 19,2 qram olmaqla qiyməti 1050 manat, sırğa (02 ədəd)-əyar 585, çəki 10,1 qram olmaqla qiyməti 550 manat, komplekt (02 ədəd)-əyar 583, çəki 29,2 qram olmaqla qiyməti 1300 manat, sep (05 ədəd)əyar 585, çəki 132,7 qram olmaqla qiyməti 6600 manat, qolbaq (01 ədəd)-əyar 582, çəki 11,5 qram olmaqla qiyməti 520 manat, qızıl 10-luq sikkə qiyməti 650 manat olmaqla, cəmi 28,160 manat müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsində iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 04.03.2019-cu il tarixli, 4134 saylı rəyindən görünür ki, iş materiallarında olan, 15.05.2017-ci il tarixli aktda (cild i.v 33) göstərilən qızıl-zinət əşyalarının orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada, 2017-ci ilin may ayına təxminən-14100,00 manat, hazırki tarixə-16844,00 manat, 15.05.2017-ci il tarixli aktda (cild i.v 38) göstərilən qızıl-zinət əşyaları 2017-ci ilin may ayına təxminən-12035,00 manat, hazırki tarixə14318,00 manat müəyyən edilir. Göründüyü kimi, Cavabdeh kredit borcunun ödənilməsinin təminatı qismində girov kimi qoyulmuş qızıl-zinət əşyalarını qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini pozmaqla, eyni zamanda həmin əşyaların həqiqi dəyərindən xeyli miqdarda aşağı satmaqla, yəni 15.05.2017-ci il tarixə olan 26135 manat dəyərində əmlakı 10126,6 manata satmaqla, girov qoyanın hüquqlarını əhəmiyyətli dərəcədə pozmuşdur. MM-nin 337-ci maddəsinin tələbinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh ”Cavabdeh” BOKT ASC-in kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 ma y 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5803/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5803/2019
10.09.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver