Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5807/2022 05.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə (üçüncü şəxslər "xxxx" MMC, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, X5 və X9 cəlb edilməklə) qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: müqavilə öhdəliklərinin yerinə yetirilməsi, mənzillərin təhvil verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-nə (üçüncü şəxslər "xxxx" MMC, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Ko mitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, X5 və X9 cəlb edilməklə) qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi, mənzillərə sahiblik hüququnun tanınması və mənzillərin təhvil verilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4760/2022 nömrəli mülki iş üzrə 13 iyul 2022-ci il tarixli qətnaməsindən üçüncü şəxs "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayətinə 5 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Cavabdeh MMC (direktoru X6) ilə alıcı İddiaçı arasında bağlanmış 16 saylı xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında inşa edilmiş 7 mərtəbəli 9 girişli binada yerləşən ərazi GH001, GH-007, GH-008 saylı binanın 2-ci blokun 2-ci mərtəbə sində yerləşən 16 saylı 3 otaqdan ibarət mənzilin Cavabdeh MMC tərəfindən İddiaçı təhvil verilməsi öhdəliyi götürülmüşdür. Qeyd edilən müqavilənin 3.1-ci maddəsinə əsasən, göstərilən mənzilin ümumi dəyəri 75000 manat tam ödənilmişdir.
2. Cavabdeh MMC-nin xx.xx.2015-ci il tarixli maliyyə arayışına əsasən Xəqani Rüstəmov küçəsi 8 ünvanındakı 7 mərtəbəli 9 girişli yaşayış binasının 2-ci girişində, 2-ci mərtəbəsindəki, 16 nömrəli, sahəsi 106,7 kv metr, 3 otaqlı mənzilin sahibi İddiaçıdur, pay haqqı tam ödənilmişdir.
3. Cavabdeh MMC-nin xx.xx.2015-ci il tarixli A-3822 saylı mədaxil orderinin qəbzinə əsasən İddiaçı 16 nömrəli mənzil üçün 75000 manat tam ödəniş etmişdir.
4. Cavabdeh MMC (direktoru X6) ilə alıcı İddiaçı arasında bağlanmış 18 saylı xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında inşa etdiyi 7 mərtəbəli 9 girişli binada yerləşən ərazi GH-001, GH-007, GH008 saylı binanın 2-ci blokun 2-ci mərtəbəsində yerləşən 18 saylı 3 otaqdan ibarət mənzilin Cavabdeh MMC tərəfindən İddiaçı təhvil verilməsi öhdəliyi götürülmüşdür. Qeyd edilən müqavilənin 3.1-ci maddəsinə əsasən, göstərilən mənzilin ümumi dəyəri 75000 manat tam ödənilmişdir.
5. Cavabdeh MMC-nin xx.xx.2015-ci il tarixli maliyyə arayışına əsasən Xəqani Rüstəmov küçəsi 8 ünvanındakı 7 mərtəbəli 9 girişli yaşayış binasının 2-ci girişində, 2-ci mərtəbəsindəki, 18 nömrəli, sahəsi 106,39 kv metr, 3 otaqlı mənzilin sahibi İddiaçıdur.
6. Cavabdeh MMC-nin xx.xx.2015-ci il tarixli A-3821 saylı mədaxil orderinin qəbzinə əsasən İddiaçı 18 nömrəli mənzil üçün 75000 manat tam ödəniş etmişdir. İş üzrə qəbul edilmiş məhkə mə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında inşa edilmiş 7 mərtəbəli 9 girişli binasının 2-ci blok, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 106,7 kv metrdən ibarət olan 3 otaqlı 16 saylı və 106,39 kv metrdən ibarət olan 3-otaqlı 18 saylı mənzillərə dair cavabdeh tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməsi, həmin mənzillərə sahiblik hüququnun tanınması və mənzillərin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, ‘‘AQP İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə ünvan 1 ünvanında inşa etdiyi 7 mərtəbəli 9 girişli binada yerləşən 2-ci blok, 2-ci mərtəbə, ümumi sahəsi 106,7 kv metrdən ibarət olan 16 saylı 3-otaqlı mənzilə və ünvan 1 ünvanında inşa etdiyi 7 mərtəbəli 9 girişli binada yerləşən 2-ci blok, 2-ci mərtəbə, ümumi sahəsi 106,39 kv metrdən ibarət olan 18 saylı 3-otaqlı mənzilə dair xx.xx.2015-ci il tarixində 16 və 18 saylı mənzillərin alğı-satqısı müqavilələri iddiaçı tərəfindən bağlanmışdır. Müqavilələrə əsasən hər bir mənzilin ümumi dəyəri 75000 manat məbləğində müəyyən edilmişdir. Hər bir mənzil üçün 75000 manat olmaqla iddiaçı tərəfindən xx.xx.2015-ci il tarixində 150000 manat məbləğ cavabdehə ödənilmiş və bu barədə mənzillərin dəyərinin tam ödənilməsinə dair maliyyə arayışı təqdim edilmişdir. Bu mənzillərin alınması ilə yanaşı iddiaçı eyni vaxtda Zabrat qəsəbəsində şəxsi villa tikdirdiyinə görə və həmin ilin payızında ikinci devalvasiya ilə əlaqədar müəyyən maliyyə çətinliyi yarandığında n bu iki mənzildə təmir işlərinin aparılması və ya bura hansısa sərmayə qoymaq fikrində deyildi, digər tərəfdən də pandemiya hamı kimi iddiaçının da biznesinə təsirsiz ötüşməmişdir. İddiaçının mənzillərində məşğul olmaq fikrinə düşəndə bəlli olmuşdur ki, mənzilindən cavabdehin əməkdaşları ofis kimi istifadə edir, bu azmış kimi mənzillərinin başqasına satılmasını da bildirmişlər.
9. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddianın təmin etmə tədbiri barədə iddiaçının ərizəsi təmin edilərək ünvan 1 ünvanında inşa edilmiş 7 mərtəbəli 9 girişli binanın 2-ci blok 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 106,7 kv metrdən ibarət olan 3 otaqlı 16 saylı və 106,39 kv metr ibarət olan 3 otaqlı 18 saylı mənzillərə dair üçüncü şəxslərin mülkiyyət hüquqlarının qeydi yyata alınması Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, həmin mənzillərin özgəninkiləşdirilməsi, üçüncü şəxslərin köçürülməsi və yerləşdirilməsi Cavabdeh MMC-nə qadağan edilmişdir. 10. "xxxx" MMC, X5 və X9 iş üzrə üçüncü şəxslər qismində işə cəlb edilmişdir.
11. Cavabdeh MMC (direktoru X6) ilə "xxxx" MMC-nin direktoru X8 arasında bağlanmış xx.xx.2015-ci il tarixli ilkin müqavilənin surətindən görünür ki, X8 54381 manatın 48942,90 manatını, gələcəkdə Bakı şəhəri İH başçısının xx.xx.2012-ci il tarixli 285 nömrəli sərəncamına əsasən “Ağ Şəhər” kompleks tikinti layihəsi çərçivəsində Cavabdeh MMC-nin inşa etdiyi yaşayış binasında sahəsi 241,69 kv metr olan qeyri yaşayış sahəsinin X6 tərəfindən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüqu qların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış aldıqdan sonra, yəni xx.xx.2018-ci ilədək "xxxx" MMC-nin mülkiyyətinə verilməsi barədə müqavilə imzalamağı öz öhdəsinə götürməsi müqabilində Cavabdeh MMC-nin direktoru X4 notariusun bankda olan depozit hesabı vasitəsi ilə ödəyir, qalan 5438,10 manatı isə "xxxx" MMC-nin mülkiyyətinə verilməsi barədə əsas müqavilə imzalandığı vaxt ödəməyi öhdəsinə götürmüşdür.
12. Cavabdeh MMC (direktoru X6) ilə alıcı X5 arasında bağlanmış 152 saylı xx.xx.2015ci il tarixli müqavilənin surətindən görünür ki, ünvan 1 ünvanında inşa etdiyi 7 mərtəbəli binada yerləşən ərazi GH-001, GH-007, GH-008 saylı binanın 7-ci blokun 2-ci mərtəbəsində yerləşən 100 saylı 3 otaqdan ibarət mənzilin Cavabdeh MMC tərəfindən X3 təhvil verilməsi öhdəliy i götürülmüşdür. Qeyd edilən müqavilənin 3.1-ci maddəsinə əsasən, göstərilən mənzilin ümumi dəyəri 90418 manat müəyyən edilmişdir.
13. Cavabdeh MMC (direktoru X6) ilə alıcı X10 arasında bağlanmış 153 saylı xx.xx.2015-ci il tarixli müqavilənin surətindən görünür ki, ünvan 1 ünvanında inşa etdiyi 7 mərtəbəli binada yerləşən ərazi GH-001, GH-007, GH008 saylı binanın 7-ci blokun 2-ci mərtəbəsində yerləşən 101 saylı 3 otaqdan ibarət mənzilin Cavabdeh MMC tərəfindən X7 təhvil verilməsi öhdəliyi götürülmüşdür. Qeyd edilən müqavilənin 3.1-ci maddəsinə əsasən, göstərilən mənzilin ümumi dəyəri 90695 manat müəyyən edilmişdir.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2022-ci il tarixli 5/174 saylı rəyindən görünür ki, Cavabdeh MMC-nin direktoru X6 ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 16,18 nömrəli müqavilələrin, maliyyə arayışlarının və mədaxil orderlərinin qəbzlərinin üzərlərində olan möhür əksləri relyef klişedən sənədlərin üzərlərinə bir başa vurulmuşdur. Eyni müqavilələrdə, maliyyə arayışlarında və mədaxil orderlərinin qəbzlərində “Şirkət” “Direktor” və “Rəhbər” qrafalarında olan imzalar faksimilə klişe vasitəsilə əks olunmuşdur.
15. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilələrə əsasən, dəyəri ödənildikdən sonra ünvan 1 ünvanında MMC-nin inşa etdiyi 7 mərtəbəli 9 girişli binanın 2-ci blok, 2-ci mərtəbəsində yerləşən 16 və 18 saylı mənzillər MMC tərəfindən İddiaçı təhvil verilməli idi. Həmçinin, eyni tarixli mədaxil orderi qəbzlərində və maliyyə arayışlarında qeyd edilmişdir ki, mənzillərin ayrı-ayrılıqda hər birinin dəyəri olan 75000 manat İddiaçı tərəfindən tam şəkildə ödənilmişdir.
16. Tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 16 və 18 saylı müqavilələr üzrə öhdəlik İddiaçı tərəfindən tam şəkildə yerinə yetirilsə də, Cavabdeh MMC tərəfindən müqavilə üzrə götürülmüş öhdəlik yerinə yetirilməmiş və mənzillər iddiaçıya təhvil verilməmişdir. 17. “Ağ şəhər” kompleks tikinti layihəsi çərçivəsində inşa edilmiş yaşayış binasında sahəsi 241,69 kv.metr olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh MMC ilə "xxxx" MMC arasında xx.xx.2015-ci il tarixdə ilkin müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən Cavabdeh MMC ilə "xxxx" MMC arasında gələcəkdə əsas müqavilənin bağlanması nəzərdə tutulsa da, lakin belə müq avilə bağlanmamışdır.
18. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim L.Rəhimli) 2(011)-317/2022 saylı, 13 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.
19. Məhkəmə hesab etmişdir ki, iş üzrə iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 16 və 18 saylı müqavilələr məzmunca podrat müqavilələridir, qanunvericiliyin tələbləri pozulmadan bağlanmışdır və müqavilələrin faksimile vasitəsilə təsdiqlənməsi qanunvericiliyin tələblərinə zidd olmamışdır.
20. Həmçinin Cavabdeh MMC ilə "xxxx" MMC arasında xx.xx.2015-ci il tarixdə qeyriyaşayış sahəsinə dair bağlanmış ilkin müqavilə üzrə tərəflər arasında əsas müqavilə bağlanmadığından, ilkin müqavilə üzrə götürülmüş öhdəliklərə xitam verilmişdir. Həmin müqavilənin predmeti olan daşınmaz əmlak, yəni 241,69 kv metr qeyri- yaşayış sahəsinin məhz İddiaçılə bağlanmış müqavilənin predmeti olan daşınmaz əmlakla, yəni 16 və 18 saylı mənzillərlə eyni olub-olmaması halı iddiaçı və üçüncü şəxs tərəfindən məhkəmədə mübahisələndirilmədiyindən və ilkin müqavilə üzrə götürülmüş öhdəliklərə xitam verildiyindən bu məsələnin araşdırılmasına zərurət yoxdur.
21. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 752.1, 331.3, 402 və 385.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. Üçüncü şəxs "xxxx" MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, İddiaçı iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
23. Apellyasiya şikayətinin əsaslandırılması kimi qeyd olunmuşdur ki, İddiaçı tərəfindən i ddia ərizəsinə əlavə edilmiş xx.xx.2015-ci il tarixdə 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontoru tərəfindən təsdiqlənmiş iş üzrə üçüncü şəxs X5 Cavabdeh MMC-yə ünvanladığı ərizə ilə göstərmişdir ki, Cavabdeh MMC tərəfindən xx.xx.2013cü il tarixli, 18 saylı müqaviləyə əsasən payına münasib verilmiş ünvan 2 ünvanında inşa edilmiş 7 mərtəbəli yaşayış kompleksində 2-ci blok, 2-ci mərtəbə, ümumi sahəsi 106,39 kv metr olan 18 saylı mənzildən və həmin cəmiyyətdə olan payından istənilən şəxsin xeyrinə imtina edir, əvəzinə paya münasib istənilən şəxslə müqavilə bağlanmasına, ona tam ödəniş barədə maliyyə arayışı verilməsinə və gələcəkdə göstərilən mənzilin həmin şəxs tərəfindən özəlləşdirilərək satılmasına etiraz etmir. Həmin əmlakla əlaqədar heç bir məhkəmə mübahisəsi yoxdur. Gələcəkdə bununla bağlı məhkəmə və digər orqanlarda iddia qaldırmayacaqdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, həmin mənzilə dair bağlanmış müqavilənin ləğv edilməsinə dair saziş bağlanmasını xahiş edir”’. Bu ərizədən aydın görünür ki, X5 onunla xx.xx.2013-cü il tarixdə bağlanmış, 18 saylı müqavilənin icrasından imtina etmiş və qeyd olunan müqavilə xx.xx.2015-ci il tarixədək qüvvədə olmuşdur. Həmçinin məhkəmə iclasında dindirilmiş X5 göstərmişdir ki, dostu X9 ilə birlikdə Cavabdeh MMC tərəfindən Xəqani Rüstəmov küçəsi 21 ünvanında inşa edilən yaşayış kompleksindən 16 və 18 saylı mənzilləri almışlar. Sənədləşmə işlərini öz adından və Elçin Həsənovun adından isə etibarnamə əsasında özü aparırdı. 2015-ci ilin mart ayının əvvəlləri, bayram vaxtı yəni 8-9 ərəfələrində mərhum Cavabdeh MMC-nin direkto ru İlqar Nəcəfovla görüşmüş və sonuncu ona bildirmişdir ki, 18 və 16 saylı mənzillərin əvəzində ona başqa mənzil vermək şərti ilə qeyd olunan mənzillərdən imtina edilməsini xahiş etmişdir. Səbəb isə həmin mənzillərin Ağ şəhərə verilməsi ilə əlaqədar olmuşdur. Qeyd olunan mənzillərin əvəzində isə onlara xx.xx.2015-ci il tarixdə 100 və 101-ci mənzillərə dair müqavilələr bağlanmışdır. Sonradan Cavabdeh MMC-də mübahisələrin çox olması ilə əlaqədar yenidən verilən mənzilləri də satmışdır. İddiaçı tanımır və onun barəsində birinci dəfə eşidir. Bundan əlavə iddia ərizəsindən də (iddia ərizəsinin 2-ci səhifəsi 5-ci abzas) görünür ki, “Cavabdeh MMC-nin direktoru mərhum İlqar Nəcəfov xx.xx.2015-ci il tarixindən bir müddət sonra notarial qaydada təsdiq olunmuş ərizənin surətini təqdim etmiş və bild irmişdir ki, xx.xx.2015-ci il tarixli devalvasiyadan sonra maliyyə problemləri yaranmışdır, bu səbəbdən bəzi mənzillərin problemlərini həll etmiş, mənzillərinin əvvəlki sahiblərinə daha böyük sahəli mənzil verdiyi üçün ona görə onlardan mənzillərindən imtina ərizəsi də almışdır ki, narahat olmayın mənzillərin tam hüquqlu sahibiyəm.” Bu hal bir daha onu təsdiq edir ki, İddiaçılə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2015-ci il tarixli müqavilələr qanunvericiliyin tələblərini pozmaqla bağlanmışdır. Bu baxımdan podratçı kimi “AQP İnşaat ’MMC tərəfindən bağlanmış, xx.xx.2015-ci il tarixdə qüvvədə olmuş X5 ilə imzalanmış xx.xx.2013-cü il tarixli və X9 ilə imzalanmış xx.xx.2012-ci il tarixli müqavilələr ola-ola, eyni mənzillərə dair İddiaçı ilə xx.xx.2015ci il tarixdə Cavabdeh MMCnin müqavilələ r imzalamağa hüququ olmamışdır. Bu hal onu sübut edir ki, İddiaçı ilə xx.xx.2015-ci il tarixdə imzalanması göstərilən müqavilələr həmin tarixdə imzalanmamış, həmin müqavilələr sonradan saxtalaşdırılaraq imzalanmış və müqavilələrin tarixi xx.xx.2015-ci il göstərilmişdir. İddiaçı ilə xx.xx.2015-ci il tarixdə imzalanmış müqavilələrdə “ünvan 3 ünvanların X5 tərəfindən verilmiş imtina ərizəsində “Xəqani Rüstəmov küçəsi 21 ünvanında” göstərilən ünvanın fərqli göstərilməsi onu dəlalət edir ki, İddiaçı ilə imzalanmış müqavilələr məhz xx.xx.2015-ci il tarixdə yox, məhz Cavabdeh MMC-nin direktorunun vəfatından sonra imzalanmışdır. Belə ki, həmin müqavilələrdə direktorun imzası faksimillə icra edilmişdir. Yuxarıda qeyd edilən hallar və ərizə məhkəmə iclasında müzakirə edilsə də, yaranmış mübahisə üzr ə nəticə üçün mühüm əhəmiyyəti olan hallara hakim tərəfindən məhkəmə qətnaməsində ümumiyyətlə hüquqi qiymət verilməmişdir. Eyni zamanda X2 ifadəsi qətnamədə öz əksini tapmamış, xx.xx.2015-ci il tarixli ərizəsi isə ümumiyyətlə sübut kimi qiymətləndirilməmişdir. Cavabdeh MMC (direktoru X6) ilə "xxxx" MMC-in direktoru X8 arasında bağlanmış xx.xx.2015-ci il tarixli ilkin müqaviləyə əsasən, X8 54381 manatın 48942,90 manatını, gələcəkdə Bakı şəhəri İH başçısının xx.xx.2012-ci il tarixli 285 nömrəli sərəncamına əsasən “Ağ Şəhər” kompleks tikinti layihəsi çərçivəsində Cavabdeh MMC-nin inşa etdiyi yaşayış binasında sahəsi 241,69 kv metr olan qeyri yaşayış sahəsinin X6 tərəlindən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın D övlət Reyestrindən Çıxarış aldıqdan sonra, yəni xx.xx.2018-ci ilədək "xxxx" MMC-nin mülkiyyətinə verilməsi barədə müqavilə imzalamağı öz öhdəsinə götürməsi müqabilində Cavabdeh MMC-nin direktoru X4 notariusun bankda olan depozit hesabı vasitəsi ilə ödəmiş, qalan 5438,10 manatı isə "xxxx" MMC-nin mülkiyyətinə verilməsi barədə əsas müqavilə imzalandığı vaxt ödəməyi öhdəsinə götürmüşdür. X1 2017-ci ildə vəfat etdiyindən, həmçinin həmin tarixədək 241,69 kv metr olan qeyri yaşayış sahəsinə X6 tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış alınmadığından, eləcədə bu günə kimi Cavabdeh MMC-nin direktoru təyin olunmadığından ilkin müqavilədə göstərilən əsas alğı-satqı müqaviləsi bağlanmamışdır. Məhkəmə iclasınd a hakimə təqdim edilmiş Bakı Ağ Şəhərdə daşınmaz əmlakın monitorinqinin aparılması qaydalarına əsasən xx.xx.2014-cü il tarixdə qeyd olunan qaydalarla tanış olmuş və tələblərini qəbul etmiş Cavabdeh MMC-nin direktoru X6 tərəfindən Cavabdeh MMC tərəfindən bağlanan müqavilələrə ad məlumat və sənədlər 5 (beş) iş günü müddətində Bakı Ağ Şəhərin Daşınmaz Əmlakın Monitorinq Xidmətinə təqdim edilməli və bu barədə monitorinq xidmətinin qeydiyyat kitabında qeyd aparılmalı idi. Lakin monitorinq xidmətinin qeydiyyat kitabında 16 və 18 saylı mənzillərə bağlı İddiaçı dair məlumatlar aşkar edilməmişdir. Qeyd olunan sənədlər məhkəməyə təqdim edilmiş olsa da bunlara hakim tərəfindən heç bir hüquqi qiymət verilməmişdir. Qeyd olunan hallar bir daha onu sübut edir ki, İddiaçı ilə imzalanmış müqavilələr bilə-b ilə saxtalaşdırılmışdır. Göründüyü kimi, işə baxan birinci instansiya məhkəməsi işin faktiki halları ilə biri-biri ilə ziddiyyət təşkil edən hallara qiymət vermiş, bu da qanunvericiliyin tələblərinə əsasən yol verilməzdir. İş materiallarından açıq-aşkar müəyyən etmək olar ki, İddiaçı ilə imzalanmış müqavilələr Cavabdeh MMC-nin direktorunun vəfatından sonra bağlanmışdır. Belə ki, İddiaçı ilə Cavabdeh MMC arasında 16 və 18 saylı mənzillərə dair bağlanmış xx.xx.2015ci il tarixli müqavilələr Mülki Məcəllənin müəyyənləşdirdiyi şərtləri pozmaqla bağlandığından etibarsızdır. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı bir məmulatın hazırlanması nəzərdə tutulursa və p odratçı onu özünün əldə etdiyi materiallardan hazırlayırsa, hazırlanmış məmulatın mülkiyyəti sifarişçiyə verir. Maddənin mənasından da göründüyü kimi “hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir” ifadəsi, yəni hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verilməsi məhz podratçının vəzifəsi kimi müəyyən edilib. Bu baxımdan podratçı kimi Cavabdeh MMC tərəfindən bağlanmış, xx.xx.2015-ci il tarixdə qüvvədə olmuş X5 ilə imzalanmış xx.xx.2013-cü il tarixli və X9 ilə imzalanmış xx.xx.2012-ci il tarixli müqavilələr ola-ola, eyni mənzillərə dair İddiaçı ilə xx.xx.2015-ci il tarixdə Cavabdeh MMC-nin müqavilələr imzalamağa hüququ olmamışdır. Bu hal onu sübut edir ki, İddiaçı ilə xx.xx.2015-ci il tarixdə imzalanması göstərilən müqavilələr həmin tarixdə imzalanmamış, həmin müqavilələr sonradan sax talaşdırılaraq imzalanmış və müqavilələrin tarixi xx.xx.2015-ci il göstərilmişdir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə tərəfindən təqdim edilmiş sübutlar tam araşdırılmamışdır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün müəyyən edilən əsaslardandır. Göründüyü kimi məhkəmə qeyd olunan prosessual hüquq normalarını kobud sürətdə pozmaqla və düzgün tətbiq etməməklə iddianın təmin edilməsi barədə qətnamə çıxarmışdır. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün müəyyən edilən əsaslardandır. Göründüyü kimi, işə baxan birinci instansiya məhkəməsi işin faktiki halları ilə biri-biri ilə ziddiyyət təşkil edən hallara qiymət vermiş, buda qanunvericiliyin tələblərinə əsasən yolverilməzdir. İş materiallarından açıq-aşkar müəyyən etmək olar ki, İddiaçı ilə imzalanmış müqavilələr Cavabdeh MMC-nin direktorunun vəfatından sonra bağlanmışdır. Birinci instansiya məhkəməsi tərəfindən aşağıda qeyd olunan halların heç birinə münasibət bildirilməmişdir. Belə ki, məhz İddiaçı tərəfindən iddia ərizəsinə əlavə etdiyi xx.xx.2015-ci il tarixdə 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontoru tərəfindən təsdiq edilmiş iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X5 tərəfindən təqdim edilmiş ərizədən açıq aydın görünür ki, onunla xx.xx.2013-cü il tarixdə bağlanmış, 18 saylı mənzilə dair müqavilənin icrasın dan imtina etmiş və qeyd olunan müqavilə xx.xx.2015-ci il tarixədək qüvvədə olmuşdur. Bundan əlavə iddia ərizəsindən də (iddia ərizəsinin 2-ci səhifəsi 5-ci abzas) göründüyü kimi İddiaçılə Cavabdeh MMC arasında imzalanmış müqavilələr qanunvericiliyin tələblərini pozmaqla bağlanmışdır. Görünür ki, məhkəmə tərəfindən yuxarıda qeyd olunan hallara düzgün hüquqi qiymət verilməmiş və iddia ərizəsi məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv araşdırılmadan təmin edilmişdir. Halbu ki bu hal qanunvericiliyin tələblərinə əsasən yolverilməzdir. İddiaçı ilə xx.xx.2015-ci il tarixdə imzalanmış müqavilələrdə “ünvan 3 ünvanların X5 tərəfindən verilmiş imtina ərizəsində “Xəqani Rüstəmov küçəsi 21 ünvanında” göstərilən ünvanın fərqli göstərilməsi onu dəlalət edir ki, İddiaçı ilə imzalanmış müqavilələr m əhz xx.xx.2015-ci il tarixdə yox, məhz Cavabdeh MMC-nin direktorunun vəfatından sonra imzalanmışdır. Belə ki, həmin müqavilələrdə direktorun imzası faksimillə icra edilmişdir.
24. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər F.Ş.Talışinski - sədrlik edən və məruzəçi, A.N.İmanov və Q.A.Əsgərov) 2(103)-4760/2022 nömrəli, 13 iyul 2022ci il tarixli qətnaməsi ilə üçüncü şəxs "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməмиш, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-317/2022 saylı, 13 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
25. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq göstərmişdir ki, “Ağ şəhər” kompleks tikinti layihəsi çərçivəsində inşa edildiyi yaşayış binasında sahəsi 241,69 kv metr olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh MMC ilə üçüncü şəxs “ADEC MMC arasında xx.xx.2015-ci il tarixdə ilkin müqavilə bağlanmış, müqavilə şərtlərinə əsasən Cavabdeh MMC ilə "xxxx" MMC arasında gələcəkdə əsas müqavilənin bağlanması nəzərdə tutulsa da, belə müqavilə bağlanmamışdır. Belə olan halda nəinki iddiaçı ilə, hətta cavabdehlə üçüncü şəxsin müqavilə və ya digər öhdəliklərinin mövcudluğu müəyyən edilmir. Digər üçüncü şəxslər Rafiq Məmmədov və Elçin Həsənov ilə iddiaçı və cavabdehin münasibətləri məhz onlara mənsub hüquqlarla bağlı olduğundan və şikayət verənin hüquq və vəzifələrinə aidiyyatı müəyyən edilmədiyindən apellyasiya şikayətinin təmin edilməsinə hər hansı əsaslar müəyyən olunmamışdır. Üçüncü şəxs "xxxx" MMC-nin mübahisələndirilən əmlaka hər hansı hüq unun olması müəyyən edilmir, Cavabdeh MMC isə birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmiş, iddiaçı ilə olan müqavilələri mübahisələndirməmişdir.
26. Apellyasiya məhkəməsinin qənaətinə görə qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən dəlillər əks etdirilməmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. Üçüncü şəxs "xxxx" MMC (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılması xahiş edilmişdir.
28. Kassasiya şikay əti onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında 16 və 18 saylı mənzillərə dair bağlanmış xx.xx.2015-ci il tarixli müqavilələr Mülki Məcəllənin müəyyənləşdirdiyi şərtləri pozmaqla bağlandığından etibarsızdır.
29. Belə ki, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
30. Əgər podratda hər hansı bir məmulatın hazırlanması nəzərdə tutulursa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayırsa, hazırlanmış məlumata mülkiyyəti sifarişçiyə verir.
31. Maddənin mənasından da göründüyü kimi “hazırlanmış məlumata mülkiyyəti sifarişçiyə verir” ifadəsi, yəni hazırlanmış məlumata mülkiyyəti sifarişçiyə verilməsi məhz podratçının vəzifəsi kimi müəyyən edilib. Bu baxımdan podratçı kimi Cavabdeh MMC tərəfindən bağlanmış, xx.xx.2015-ci il tarixdə qüvvədə olmuş X5 ilə imzalanmış xx.xx.2013-cü il tarixli və X9 ilə imzalanmış xx.xx.2012-ci il tarixli müqavilələr ola-ola, eyni mənzillərə dair İddiaçı ilə xx.xx.2015-ci il tarixdə Cavabdeh MMC-nin müqavilələr imzalamağa hüququ və səlahiyyəti olmadığı halda, mübahisəsi gedən yaşayış sahələr üzərində sərəncam verib. Bu hal onu sübut edir ki, İddiaçı ilə xx.xx.2015-ci il tarixdə imzalanması göstərilən müqavilələr həmin tarixdə imzalanmamış, həmin müqavilələr sonradan saxtalaşdırılaraq imzalanmış və müqavilələrin tarixi xx.xx.2015-ci il göstərilmişdir.
32. Apellyasiya Məhkəməsi tərəfindən ümumiyyətlə apellyasiya şikayətində qeyd olunan xüsusatlara qiymət verilməmiş, bununla bağlı məhkəmə qətnaməsində hər hansı bir madd i-hüquq normasına istinad edilməmişdir. Eyni zamanda apellyasiya şikayəti ümumiyyətlə araşdırılmamışdır.
33. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hüququn tətbiq edilməsində səhv buraxmasına göz yumaraq apellyasiya şikayəti verənin hüquq və vəzifələrinə aidiyyətin müəyyən edilməməsi səbəbi ilə əsassız olaraq apellyasiya şikayətini təmin etməmişdir.
34. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş xx.xx.2015-ci il tarixdə 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontoru tərəfindən təsdiq edilmiş iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X5 tərəfindən Cavabdeh MMC-yə ünvanladığı ərizədən aydın görünür ki, X5 onunla xx.xx.2013-cü il tarixdə bağlanmış, 18 saylı müqavilənin icrasından imtina etmiş və qeyd olunan müqavilə xx.xx.2015-ci il tarixədək qüvvədə olmuşdur. Lak in İddiaçılə Cavabdeh MMC arasında Xəqani Rüstəmov küçəsi 21 ünvanında inşa edilən yaşayış kompleksindən 16 və 18 saylı mənzillərin alğı-satqı müqavilələri xx.xx.2015-ci il tarixdə bağlanmışdır.
35. Birinci instansiya məhkəmə iclasında dindirilmiş X5 göstərmişdir ki, dostu X9 ilə birlikdə Cavabdeh MMC tərəfindən Xəqani Rüstəmov küçəsi 21 ünvanında inşa edilən yaşayış kompleksindən 16 və 18 saylı mənzilləri almışlar.
36. Sənədləşmə işlərini özü, Elçinin adından isə etibarnamə əsasında aparırdı. 2015-ci ilin mart ayının əvvəlləri bayram vaxtı yəni 8-9 ərəfələrində mərhum Cavabdeh MMC-nin direktoru İlqar Nəcəfovla görüşmüş və sonuncu ona bildirmişdir ki, 18 və 16 saylı mənzillərin əvəzində ona başqa mənzil vermək şərti ilə qeyd olunan mənzillərdən imtina edilməsini xahiş etmişdir. Səbəb isə həmin mənzillərin Ağ şəhərə verilməsi ilə əlaqədar olmuşdur. Qeyd olunan mənzillərin əvəzində isə onlara xx.xx.2015-ci il tarixdə 100 və 101ci mənzillərə dair müqavilələr bağlanmışdır. Sonradan Cavabdeh MMC-də mübahisələrin çox olması ilə əlaqədar yenidən verilən mənzilləri də satmışdır. Həmçinin bildirmişdir ki, İddiaçı tanımır və onun barəsində birinci dəfə eşidir.
37. Bundan əlavə iddia ərizəsindən də (iddia ərizəsinin 2-ci səhifəsi 5-ci abzas) görünür ki, “Cavabdeh MMC-nin direktoru mərhum İlqar Nəcəfov xx.xx.2015-ci il tarixindən bir müddət sonra notarial qaydada təsdiq olunmuş ərizənin surətini təqdim etmiş və bildirmişdir ki, xx.xx.2015-ci il tarixli devalvasiyadan sonra maliyyə problemləri yaranmışdır, bu səbəbdən bəzi mənzillərin problemlərini həll etmiş, mənzillərin əvvəlki sahi blərinə daha böyük sahəli mənzil verdiyi üçün mənə görə onlardan mənzillərindən imtina ərizəsi də almışdır ki, narahat olmayım mənzillərin tam hüquqlu sahibiyəm.” Bu hal bir daha onu təsdiq edir ki, İddiaçılə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2015-ci il tarixli müqavilələr qanunvericiliyin tələbləri pozulmaqla bağlanmışdır.
38. Bundan əlavə qeyd etmək lazımdır ki, İddiaçı ilə xx.xx.2015-ci il tarixdə imzalanmış müqavilələrdə “ünvan 3 ünvanların X5 tərəfindən verilmiş imtina ərizəsində “Xəqani Rüstəmov küçəsi 21 ünvanında” göstərilən ünvanın fərqli göstərilməsi onu dəlalət edir ki, İddiaçı ilə imzalanmış müqavilələr məhz xx.xx.2015-ci il tarixdə yox, məhz Cavabdeh MMC-nin direktorunun vəfatından sonra imzalanmışdır. Belə ki, həmin müqavilələrdə direktorun imzası faksimillə icra edilmiş dir.
39. Qeyd edilən hallar və ərizə məhkəmə iclasında müzakirə edilsədə, yaranmış mübahisə üzrə nəticə üçün mühüm əhəmiyyəti olan hallara hakim tərəfindən məhkəmə qətnaməsində ümumiyyətlə hüquqi qiymət verilməmişdir. Eyni zamanda X2 xx.xx.2015-ci il tarixli ərizəsi isə ümumiyyətlə sübut kimi qiymətləndirilməmişdir.
40. Məhkəmə iclasında hakimə təqdim edilmiş Bakı Ağ Şəhərdə daşınmaz əmlakın monitorinqinin aparılması qaydalarına əsasən xx.xx.2014-cü il tarixdə qeyd olunan qaydalarla tanış olmuş və tələblərini qəbul etmiş Cavabdeh MMC-nin direktoru X6 tərəfindən Cavabdeh MMC tərəfindən bağlanan müqavilələrə aid məlumat və sənədlər 5 (beş) iş günü müddətində Bakı Ağ Şəhərin Daşınma Əmlakın Monitorinq Xidmətinə təqdim edilməli və bu barədə monitorinq xidmətinin qeydiyyat kitabında qeyd aparıl malı idi. Lakin monitorinq xidmətinin qeydiyyat kitabında 16 və 18 saylı mənzillərə bağlı İddiaçı dair məlumatlar aşkar edilməmişdir. Qeyd olunan sənədlər məhkəməyə təqdim edilmiş olsa da bununla hakim tərəfindən heç bir hüquqi qiymət verilməmişdir.
41. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan hallara düzgün hüquqi qiymət verilməmiş və apellyasiya şikayəti məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv araşdırılmadan təmin edilməmişdir. Halbuki bu hal qanunvericiliyin tələblərinə əsasən yolverilməzdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
42. İddiaçı kassasiya şikayətinə qarşı etirazla məhkəməyə müraciət edərək üçüncü şəxs "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 iyul 2022-ci il tarixli, 2( 103)-4760/2022 nömrəli qətnaməsinin qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
43. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür;
44. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
45. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardı r;
46. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir;
47. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ g əlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə ap ellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
52. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
54. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
56. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunl udur, həmin dəlillər apellyasiya məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir, məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır, təkrar əsaslandırma və qiymətlədirməyə zərurət görmür.
57. Apellyasiya instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Cavabdeh MMC ilə üçüncü şəxs “ADEC MMC arasında xx.xx.2015-ci il tarixdə ilkin müqavilə bağlanmış, müqavilə şərtlərinə əsasən Cavabdeh MMC ilə "xxxx" MMC arasında gələcəkdə əsas müqavilənin bağlanması nəzərdə tutulsa da, belə müqavilə bağlanmamışdır. Belə olan halda nəinki iddiaçı ilə, hətta cavabdehlə üçüncü şəxsin müqavilə və ya digər öhdəliklərinin mövcudluğu müəyyən edilmir, yəni üçüncü şəxs “ADEC MMC-nin iddiaçı ilə cava bdeh arasında bağlanmış müqavilələrə hər hansı aidiyyatı yoxdur, mübahisələndirilən əmlaka hər hansı hüqununun olması müəyyən edilmir. Belə bir hüquqa cavabdehlə əsas müqavilə bağlandığı təqdirdə malik ola bilərdi. Cavabdeh MMC isə iddiaçı ilə olan müqavilələri mübahisələndirmir.
58. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaq la, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
59. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
60. Odur MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs "xxxx" məhdud məsuliyyətli cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4760/2022 nömrəli mülki iş üzrə 13 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.