Məhkəmə qərarları › İş №2(103)-4760/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4760/2022

13.07.2022 · Sair mülki iş - Digər - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil münasibətləri üzrə sair mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4760/2022 13.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil1 və üçüncü şəxslər "xxxx" MMC-nin nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-nə (üçüncü şəxslər "xxxx" MMC, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, X7 və X15 cəlb edilməklə) qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi, mənzillərə sahiblik hüququnun tanınması və mənzillərin təhvil verilməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-317/2022 saylı işi üzrə 13 aprel 2022-ci il tarixli qətnaməsindən üçüncü şəxs "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "AQP İnşaat” X2 ünvan 1 ünvanında inşa etdiyi 7 mərtəbəli 9 girişli binasının 2-ci blok, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 106,7 kv.metrdən ibarət olan 3-otaqlı 16 saylı və 106,39 kv.metrdən ibarət olan 3-otaqlı 18 saylı mənzillərə dair cavabdeh tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməsi, həmin mənzillərə sahiblik hüququnun tanınması və mənzillərin ona təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki; Cavabdeh MMC (direktoru X9) ilə alıcı İddiaçı arasında bağlanmış 16 saylı xx.xx.2015-ci il tarixli müqavilə ilə, ünvan 1 ünvanında inşa etdiyi 7 mərtəbəli 9 girişli binada yerləşən ərazi GH- 001, GH-007, GH-008 saylı binanın 2-ci blokun 2-ci mərtəbəsində yerləşən 16 saylı 3 otaqdan ibarət mənzilin Cavabdeh MMC tərəfindən İddiaçı təhvil verilməsi öhdəliyi götürülmüşdür. Qeyd edilən müqavilənin 3.1-ci maddəsinə əsasən, göstərilən mənzilin ümumi dəyəri 75000 manat tam ödənilmişdir; - Cavabdeh MMC-nin xx.xx.2015-ci il tarixli maliyyə arayışı və Cavabdeh MMC-nin xx.xx.2015-ci il tarixli A-3822 saylı mədaxil orderi ilə, Xəqani Rüstəmov küçəsi 8 ünvanındakı 7 mərtəbəli 9 girişli yaşayış binasının 2-ci girişində, 2-ci mərtəbəsindəki, 16 nömrəli, sahəsi 106.7 kv.metr, 3 otaqlı mənzilin sahibi İddiaçıdur, pay haqqı tam ödənilmişdir; AQP İnşaat” MMC (direktoru X9) ilə "xxxx" MMCnin direktoru X14 arasında bağlanmış xx.xx.2015-ci il tarixli ilkin müqaviləyə əsasən, X14 54381 manatın 48942,90 manatını, gələcəkdə Bakı şəhəri İH başçısının xx.xx.2012-ci il tarixli 285 nömrəli sərəncamına əsasən “Ağ Şəhər” kompleks tikinti layihəsi çərçivəsində Cavabdeh MMC-nin inşa etdiyi yaşayış binasında sahəsi 241,69 kv.metr olan qeyri yaşayış sahəsinin X9 tərəfindən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış aldıqdan sonra, yəni xx.xx.2018-ci ilədək "xxxx" MMC-nin mülkiyyətinə verilməsi barədə müqavilə imzalamağı öz öhdəsinə götürməsi müqabilində Cavabdeh MMC-nin direktoru X6 notariusun bankda olan depozit hesabı vasitəsi ilə ödəyir, qalan 5438,10 manatı isə "xxxx" MMC-nin mülkiyyətinə verilməsi barədə əsas müqavilə imzalandığı vaxt ödəməyi öhdəsinə götürmüşdür; - Cavabdeh MMC (direktoru X9) ilə alıcı X7 arasında bağlanmış 152 saylı xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən, ünvan 1 ünvanında inşa etdiyi 7 mərtəbəli binada yerləşən ərazi GH-001, GH-007, GH- 008 saylı binanın 7-ci blokun 2-ci mərtəbəsində yerləşən 100 saylı 3 otaqdan ibarət mənzilin Cavabdeh MMC tərəfindən X5 təhvil verilməsi öhdəliyi götürülmüşdür. Qeyd edilən müqavilənin 3.1-ci maddəsinə əsasən, göstərilən mənzilin ümumi dəyəri 90418 manat müəyyən edilmişdir; - Cavabdeh MMC (direktoru X9) ilə alıcı X16 arasında bağlanmış 153 saylı xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən, ünvan 1 ünvanında inşa etdiyi 7 mərtəbəli binada yerləşən ərazi GH-001, GH-007, GH-008 saylı binanın 7-ci blokun 2-ci mərtəbəsində yerləşən 101 saylı 3 otaqdan ibarət mənzilin Cavabdeh MMC tərəfindən X10 təhvil verilməsi öhdəliyi götürülmüşdür. Qeyd edilən müqavilənin 3.1-ci maddəsinə əsasən, göstərilən mənzilin ümumi dəyəri 90695 manat müəyyən edilmişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2022-ci il tarixli 5/174 saylı rəyinə əsasən, Cavabdeh MMC-nin direktoru X9 ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 16,18 nömrəli müqavilələrin, maliyyə arayışlarının və mədaxil orderlərinin qəbzlərinin üzərlərində olan möhür əksləri relyef klişedən sənədlərin üzərlərinə birbaşa vurulmuşdur. Eyni müqavilələrdə, maliyyə arayışlarında və mədaxil orderlərinin qəbzlərində "Şirkət” "Direktor” və "Rəhbər” qrafalarında olan imzalar faksimilə klişe vasitəsilə əks olunmuşdur (iş.səh.8, 11, 17, 57, 91,135, 132 ). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-317/2022 saylı işi üzrə 13 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia təmn edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.3, 385.1, 402,752.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4, 218.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçı ilə cavabdeh "AQP İnşaat” MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilələrə əsasən, dəyəri ödənildikdən sonra ünvan 1 ünvanında MMC-nin inşa etdiyi 7 mərtəbəli 9 girişli binanın 2-ci blok, 2-ci mərtəbəsində yerləşən 16 və 18 saylı mənzillər MMC tərəfindən İddiaçı təhvil verilməli idi. Həmçinin, eyni tarixli mədaxil orderi qəbzlərində və maliyyə arayışlarında qeyd edilmişdir ki, mənzillərin ayrı-ayrılıqda hər birinin dəyəri olan 75000 manat İddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. Mənzillər sonradan iddiaçıya təhvil verilmədiyindən, iddiaçı hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət etməli olmuşdur.Tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 16 və 18 saylı müqavilələr üzrə öhdəlik İddiaçı tərəfindən tam şəkildə yerinə yetirilsə də, cavabdeh "AQP İnşaat” MMC tərəfindən müqavilə üzrə götürülmüş öhdəlik yerinə yetirilməmiş və mənzillər iddiaçıya təhvil verilməmişdir."Ağ şəhər” kompleks tikinti layihəsi çərçivəsində inşa edildiyi yaşayış binasında sahəsi 241,69 kv.metr olan qeyri-yaşayış sahəsinə dair "AQP İnşaat” MMC ilə "ADEC” MMC arasında xx.xx.2015-ci il tarixdə ilkin müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən "AQP İnşaat” MMC ilə "ADEC” MMC arasında gələcəkdə əsas müqavilənin bağlanması nəzərdə tutulsa da, lakin belə müqavilə bağlanmamışdır. Məhkəmə ilk növbədə iş üzrə iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 16 və 18 saylı müqavilələrə hüquqi qiymət verərək hesab edir ki, həmin müqavilələr məzmunca podrat müqavilələridir, qanunvericiliyin tələbləri pozulmadan bağlanmışdır və müqavilələrin faksimile vasitəsilə təsdiqlənməsi qanunvericiliyin tələblərinə zidd olmamışdır "AQP İnşaat” MMC ilə "ADEC” MMC arasında xx.xx.2015-ci il tarixdə bağlanmış ilkin müqaviləyə hüquqi qiymət verərək, hesab edir ki, qeyri-yaşayış sahəsinə dair sonradan ilkin müqavilənin tərəfləri arasında əsas müqavilə bağlanmadığından, ilkin müqavilə üzrə götürülmüş öhdəliklərə xitam verilmişdir. Həmin müqavilənin predmeti olan daşınmaz əmlak, yəni 241,69 kv.metr qeyri-yaşayış sahəsinin məhz İddiaçılə bağlanmış müqavilənin predmeti olan daşınmaz əmlakla, yəni 16 və 18 saylı mənzillərlə eyni olubolmaması halı iddiaçı və üçüncü şəxs tərəfindən məhkəmədə mübahisələndirilmədiyindən, ilkin müqavilə üzrə götürülmüş öhdəliklərə xitam verildiyindən, bu məsələnin araşdırılmasına zərurət yoxdur. İddiaçı cavabdeh "AQP İnşaat” MMC ilə aralarında bağlanmış müqavilə üzrə müəyyən edilmiş məbləği tam şəkildə ödəməklə mübahisəli mənzillərə sahiblik hüququ əldə etmişdir. Odur ki, cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixli 16 və 18 saylı müqavilələr üzrə yerinə yetirilməmiş öhdəliklər yerinə yetirilərək, mübahisəli mənzillər iddiaçıya təhvil verilməli və iddiaçının mənzillərə dair sahiblik hüququ tanınmalıdır. Üçüncü şəxs "xxxx" MMC apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyətinirünvan 1 ünvanında inşa etdiyi 7 mərtəbəli 9 girişli binasının 2-ci blok, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 106,7 kv.metrdən ibarət olan 3-otaqlı 16 saylı və 106,39 kv.metrdən ibarət olan 3-otaqlı 18 saylı mənzillərə dair cavabdeh tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməsi, həmin mənzillərə sahiblik hüququnun tanınması və mənzillərin ona təhvil verilməsi barədə iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətə Mülki Məcəllənin 337.1, 337.3, 752.1, 752.2; Mülki Prosessual Məcəllənin 14.2, 88, 217.1, 385.1.1, 385.1.2, 385.1.3, 385.1.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 16 və 18 saylı müqavilələr üzrə öhdəlik İddiaçı tərəfindən tam şəkildə yerinə yetirilsə də, Cavabdeh MMC tərəfindən müqavilə üzrə götürülmüş öhdəlik yerinə yetirilməmiş və mənzillər iddiaçıya təhvil verilməmişdir. Həmçinin, məhkəmə araşdırılması zamanı mübahisəsiz qaydada müəyyən edilmişdir ki, “Ağ şəhər” kompleks tikinti layihəsi çərçivəsində inşa edildiyi yaşayış binasında sahəsi 241,69 kv.metr olan qeyri- yaşayış sahəsinə dair Cavabdeh MMC ilə “ADEC MMC arasında xx.xx.2015-ci il tarixdə ilkin müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən Cavabdeh MMC ilə "xxxx" MMC arasında gələcəkdə əsas müqavilənin bağlanması nəzərdə tutulsa da, lakin belə müqavilə bağlanmamışdır. Məhkəmənin gəldiyi nəticə ilə razılaşmayaraq bildirmək istəyirik ki, məhz İddiaçı tərəfindən iddia ərizəsinə əlavə etdiyi xx.xx.2015-ci il tarixdə 2 sylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontoru tərəfindən təsdiq edilmiş iş üzrə üçüncü çəxs qismində cəlb edilmiş X7 tərəfindən Cavabdeh MMC-yə ünvanladığı ərizədən görünür ki, “Bildirirəm ki, Cavabdeh MMC tərəfindən xx.xx.2013-cü il tarixli, 18 saylı müqaviləyə əsasən payıma münasib verilmiş ünvan 2 ünvanında inşa edilmiş 7 mərtəbəli yaşayış kompleksində 2-ci blok, 2-ci mərtəbə, ümumi sahəsi 106,39 kv.m olan 18 saylı mənzildən və həmin cəmiyyətdə olan payımdan istənilən şəxsin xeyrinə imtina edirəm, əvəzinə paya münasib istənilən şəxslə müqavilə bağlanmasına, ona tam ödəniş barədə maliyyə arayışı verilməsinə və gələcəkdə göstərilən mənzilin həmin şəxs tərəfindən özəlləşdirilərək satılmasına etiraz etmirəm. Həmin əmlakla bağlı heç bir məhkəmə mübahisəsi yoxdur. Gələcəkdə bununla bağlı məhkəmə və diğər orqanlarda iddia qaldırmayacağam. Yuxarıda göstərilənləri nəzərə alaraq, həmin mənzilə dair bağlanmış müqavilənin ləğv edilməsinə dair saziş bağlamağınızı xahiş edirəm”’. Bu ərizədən açıq aydın görünür ki, X7 onunla xx.xx.2013-cü il tarixdə bağlanmış, 18 saylı müqavilənin icrasından imtina etmiş və qeyd olunan müqavilə xx.xx.2015-ci il tarixdək qüvvədə olmuşdur. Həmçinin məhkəmə iclasında dindirilmiş X7 göstərmişdir ki, dostu X15 ilə birlikdə Cavabdeh MMC tərəfindən Xəqani Rüstəmov küçəsi 21 ünvanında inşa edilən yaşayış kompleksindən 16 və 18 saylı mənzilləri almışlar. Sənədləşmə işlərini özü, Elçinin adından isə etibarnamə əsasında aparırdı. 2015-ci ilin mart ayının əvvəlləri bayram vaxtı yəni 8-9 ərafələrində mərhum Cavabdeh MMC-nin direktoru İlqar Nəcəfovla görüşmüş və sonuncu ona bildirmişdir ki, 18 və 16 saylı mənzillərin əvəzində ona başqa mənzil vermək şərti ilə qeyd olunan mənzillərdən imtina edilməsini xahiş etmişdir. Səbəb isə həmin mənzillərin Ağ şəhərə verilməsi ilə əlaqədar olmuşdur. Qeyd olunan mənzillərin əvəzində isə onlara xx.xx.2015-ci il tarixdə 100 və 101-ci mənzillərə dair müqavilələr bağlanmışdır. Sonradan Cavabdeh MMC-də mübahisələrin çox olması ilə əlaqədar yenidən verilən mənzilləri də satmışdır. Həmçinin bildirmişdir ki, İddiaçı tanımır və onun barəsində birinci dəfə eşidir. Bundan əlavə iddia ərizəsindən də (iddia ərizəsinin 2-ci səhifəsi 5-ci abzas) görünür ki, “Cavabdeh MMCnin direktoru mərhum İlqar Nəcəfov xx.xx.2015-ci il tarixindən bir müddət sonra notarial qaydada təsdiq olunmuş ərizənin surətini təqdim etmiş və bildirmişdir ki, xx.xx.2015-ci il tarixli devalivasiyadan sonra maliyyə problemləri yaranmışdır, bu səbəbdən bəzi mənzillərin problemlərini həll etmiş, mənzillərinin əvvəlki sahiblərinə daha böyük sahəli mənzil verdiyi üçün ona görə onlardan mənzillərindən imtina ərizəsi də almışdır ki, narahat olmayın mənzillərin tam hüquqlu sahibiyəm.” Bu hal bir daha onu təsdiq edir ki, İddiaçılə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2015-ci il tarixli müqavilələr qanunvericiliyin tələblərini pozmaqla bağlanmışdır. Bu baxımdan podratçı kimi “AQP İnşaat ’MMC tərəfindən bağlanmış, xx.xx.2015-ci il tarixdə qüvvədə olmuş X7 ilə imzalanmış xx.xx.2013-cü il tarixli və X15 ilə ilə imzalanmış xx.xx.2012-ci il tarixli müqavilələr ola-ola, eyni mənzillərə dair İddiaçı ilə xx.xx.2015-ci il tarixdə Cavabdeh MMC-nin müqavilələr imzalamağa hüququ olmamışdır. Bu hal onu sübut edir ki, İddiaçı ilə xx.xx.2015-ci il tarixdə imzalanması göstərilən müqavilələr həmin tarixdə imzalanmamış, həmin müqavilələr sonradan saxtalaşdırılaraq imzalanmış və müqavilələrin tarixi xx.xx.2015-ci il göstərilmişdir. Bundan əlavə qeyd etmək lazımdır ki, İddiaçı ilə xx.xx.2015-ci il tarixdə imzalanmış müqavilələrdə “ünvan 3 ünvanlarınX7 tərəfindən verilmiş imtina ərizəsində “Xəqani Rüstəmov küçəsi 21 ünvanında” göstərilən ünvanın fərqli göstərilməsi onu dəlalət edir ki, İddiaçı ilə imzalanmış müqavilələr məhz xx.xx.2015-ci il tarixdə yox, məhz Cavabdeh MMC-nin direktorunun vəfatından sonra imzalanmışdır. Belə ki, həmin müqavilələrdə direktorun imzası laksimillə icra edilmişdir.Əfsuslar olsun ki, yuxanda qeyd edilən hallar və ərizə məhkəmə iclasında müzakirə edilsədə, yaranmış mübahisə üzrə nəticə üçün mühüm əhəmiyyəti olan hallara hakim tərəfindən məhkəmə qətnaməsində ümumiyyətlə hüquqi qiymət verilməmişdir. Eyni zamanda X4 ifadəsi qətnamədə öz əksini tapmamış, xx.xx.2015-ci il tarixli ərizəsi isə ümumiyyətlə sübut kimi qiymətləndirilməmişdir.Bundan əlavə qeyd etmək lazımdır ki, Cavabdeh MMC (direktoru X9) ilə "xxxx" MMC-mdirektoru X14 arasında bağlanmış xx.xx.2015-ci iltarixli ilkin müqaviləyə əsasən, X14 54381 manatın 48942,90 manatını, gələcəkdə Bakı şəhəri İH başçısının xx.xx.2012-ci iltarixli 285 nömrəli sərəncamına əsasən “Ağ Şəhər” kompleks tikinti layihəsi çərçivəsində Cavabdeh MMC-nin inşa etdiyi yaşayış binasında sahəsi 241,69 kv.metr olan qeyri yaşayış sahəsinin X9 tərəlindən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış aldıqdan sonra, yəni xx.xx.2018-ci ilədək "xxxx" MMC-nin mülkiyyətinə verilməsi barədə müqavilə imzalamağı öz öhdəsinə götürməsi müqabilində Cavabdeh MMC-nin direktoru X6 notariusun bankda olan depozit hesabı vasitəsi ilə ödəmiş, qalan 5438,10 manatı isə "xxxx" MMC-nin mülkiyyətinə verilməsi barədə əsas müqavilə imzalandığı vaxt ödəməyi öhdəsinə götürmüşdür. X1 2017-ci ildə vəfat etdiyindən, həmçinin həmin tarixədək 241,69 kv.metr olan qeyri yaşayış sahəsinə X9 tərəfindən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışalınmadığından, eləcədə bu günə kimi Cavabdeh MMC-nin direktoru təyin olunmadığından ilkin müqavilədə göstərilən əsas alqı-satqı müqaviləsi bağlanmamışdır. Həmçinin qeyd etmək lazımdır ki, məhkəmə iclasında hakimə təqdim edilmiş Bakı Ağ Şəhərdə daşınmaz əmlakın monitorinqinin aparılması qaydalarına əsasən xx.xx.2014-cü il tarixdə qeyd olunan qaydalarla tanış olmuş və tələblərini qəbul etmiş Cavabdeh MMC-nin direktoru X9 tərəfindən Cavabdeh MMC tərəfindən bağlanan müqavilələrə ad məlumat və sənədlər 5 (beş) iş günü müddətində Bakı Ağ Şəhər-in DaşınmazƏmlakın Monitorinq Xidmətinə təqdim edilməli və bu barədə monitorinq xidmətinin qeydiyyat kitabında qeyd aparılmalı idi. Lakin monitorinq xidmətinin qeydiyyat kitabında 16 və 18 saylı mənzillərə bağlı İddiaçı dair məlumatlar aşkar edilməmişdir. Qeyd olunan sənədlər məhkəməyə təqdim edilmiş olsada bununla hakim tərəfindən heç bir hüquqi qiymət verilməmişdir.Qeyd olunan hallar bir daha onu sübut edir ki, İddiaçı ilə imzalanmış müqavilələr bilə- bilə saxtalaşdırılmışdır.Göründüyü kimi, işə baxan birinci instansiya məhkəməsi işin faktiki halları ilə biri biri ilə ziddiyyət təşkil edən hallara qiymət vermiş, buda qanunvericiliyin tələblərinə əsasən yol verilməzdir. İş materiallarından açıq- aşkar müəyyən etmək olar ki, İddiaçı ilə imzalanmış müqavilələr Cavabdeh MMC- nin direktorunun vəfatından sonra bağlanmışdır. Belə ki, İddiaçı ilə Cavabdeh MMC arasında 16 və 18 saylı mənzillərə dair bağlanmış xx.xx.2015- c i il tarixli müqavilələr Mülki Məcəllənin müəyyənləşdirdiyi şərtləri pozmaqla bağlandığından etibarsızdır. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.Əgər podratda hər hansı bir məmulatın hazırlanması nəzərdə tutulursa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayırsa, hazırlanmış məlumata mülkiyyəti sifarişçiyə verir.Maddənin mənasından da göründüyü kimi “hazırlanmış məlumata mülkiyyəti sifarişçiyə verir” ifadəsi, yəni hazırlanmış məlumata mülkiyyəti sifarişçiyə verilməsi məhz podratçının vəzifəsi kimi müəyyən edilib. Bu baxımdan podratçı kimi Cavabdeh MMC tərəfindənbağlanmış, xx.xx.2015-ci il tarixdə qüvvədə olmuş X7 ilə imzalanmış xx.xx.2013-cü il tarixli və X15 ilə ilə imzalanmış xx.xx.2012-ci il tarixli müqavilələr ola-ola, eyni mənzillərə dair İddiaçı ilə xx.xx.2015-ci il tarixdə Cavabdeh MMCnirmüqavilələr imzalamağa hüququ olmamışdır. Bu hal onu sübut edir ki, İddiaçı ilə xx.xx.2015-ci il tarixdə imzalanması göstərilən müqavilələr həmin tarixdə imzalanmamış, həmin müqavilələr sonradan saxtalaşdırılaraq imzalanmış və müqavilələrin tarixi xx.xx.2015-ci il göstərilmişdir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə tərəfindən təqdim edilmiş sübutlar tam araşdırılmamışdır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün müəyyən edilən əsaslardandır:Göründüyü kimi məhkəmə qeyd olunan prossesual hüquq normalarını kobud sürətdə pozmaqla və düzgün tədbiq etməməklə iddianın təmin edilməsi barədə qətnamə çıxarmışdırBirinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün müəyyən edilən əsaslardandır:Göründüyü kimi, işə baxan birinci instansiya məhkəməsi işin faktiki halları ilə biri biri ilə ziddiyyət təşkil edən hallara qiymət vermiş, buda qanunvericiliyin tələblərinə əsasən yol verilməzdir. İş materiallarından açıq-aşkar müəyyən etmək olar ki, İddiaçı ilə imzalanmış müqavilələr Cavabdeh MMC-nin direktorunun vəfatından sonra bağlanmışdır. Bakı Apelyasiya Məhkəməsinin diqqətinə aşağıda qeyd olunan balanda çatdırmaq istəyirik ki, birinci instansiya məhkəməsi tərəfindən aşağıda qeyd olunan ballann heç birinə münasibət bildirilməmişdir: Belə ki, məhz İddiaçı tərəfindən iddia ərizəsinə əlavə etdiyi xx.xx.2015-ci il tarixdə 2 sylı Bakı “ASAN xidmət” mərkəzində notariatkontoru tərəfindən təsdiq edilmiş iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X7 tərəfindən təqdim edilmiş ərizədən açıq aydın gprünür ki, onunla xx.xx.2013-cü il tarixdə bağlanmış, 18 saylı mənzilə dair müqavilənin icrasından imtina etmiş və qeyd olunan müqavilə xx.xx.2015-ci il tarixdək qüvvədə olmuşdur.Bundan əlavə iddia ərizəsindən də (iddia ərizəsinin 2-ci səhifəsi 5-ci abzas) göründüyü kimi İddiaçılə Cavabdeh MMC arasında imzalanmış0L03.2015-ci il tarixli müqavilələr qanunvericiliyin tələblərini pozmaqla bağlanmışdır.Görünür ki, məhkəmə tərəfindən yuxarıda qeyd olunan hallara düzgün hüquqi qiymət verilməmiş və iddia ərizəsi məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv araşdırılmadan təmin edilmişdir. Halbuki bu hal qanunvericiliyin tələblərinə əsasən yolverilməzdir.undan əlavə qeyd etmək lazımdır ki, İddiaçı ilə xx.xx.2015-ci il tarixdə imzalanmış müqavilələrdə “ünvan 4 ünvanların X7 tərəfindən verilmiş imtina ərizəsində “Xəqani Rüstəmov küçəsi 21 ünvanında” göstərilən ünvanın fərqli göstərilməsi onu dəlalət edir ki, İddiaçı ilə imzalanmış müqavilələr məhz xx.xx.2015-ci il tarixdə yox, məhz Cavabdeh MMC-nin direktorunun vəfatından sonra imzalanmışdır. Belə ki, həmin müqavilələrdə direktorun imzası faksimillə icra edilmişdir. İddiaçı nümayəndəsi Vəkil1 etiraz ərizəsini təqdim edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-317/2022 saylı xx.xx.2022- cı il tarixli qətnaməsindən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətini təmin edilməməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(01 1 )-317/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin qüvvədə saxlanılmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş və bildirmişdir ki, ünvan 1 ünvanında olan 7 mərtəbəli 9 girişli binanın 2-ci blok 2-ci mərtəbəsində yerləşən 16 və 18 saylı mənzillərə dair ümumiyyətlə "xxxx" MMC ilə Cavabdeh MMC arasında hər hansı bir alqı-satqı müqaviləsi olmamışdır. Belə bir müqavilə varidisə birinci instansiya məhkəməsinə təqdim olunardı. "xxxx" MMC ilə Cavabdeh MMC arasında 18 mart 2015-ci il tarixində sahəsi 241.69 kv.metr olan qeyri-yaşayış sahəsinin alınması üçün ilkin müqavilə bağlanmışdır.Həmin müqaviləyə əsasən müqavilə şərtləri xx.xx.2028-ci il tarixinədək yekunlaşmalı idi. Lakin birinci instansiya məhkəməsində sübuta yetdi ki, alınmalı olan 241.69 kv.metr qeyri-yaşayış sahəsi üçün "xxxx" MMC tərəfindən son yeddi il ərzində heç bir addım atılmamış, müqavilə şərtlərinə görə alacaqları qeyriyaşayış sahəsi üçün xx.xx.2018-ci il tarixinə kimi nə əlavə ödəniş edilmiş nə də bir təşəbbüs göstərilmişdir, heç olmasa bir rəsmi müraciət belə olunmamışdır. Bu səbəbdən MM-nin 402.5.-ci maddəsinə əsasən "xxxx"MMC ilə "AQP İNŞAAT”MMC arasında xx.xx.2018-ci il tarixində bağlanmış ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilmişdir. "xxxx"MMC sahəsi 241.69 kv. metr olan qeyri yaşayış sahəsini Cavabdeh-dan almaq niyyətində olmuşdur, həmin qeyri-yaşayış sahəsinin İddiaçı məxsus mənzillərə nə aidiyyəti var? Eyni zamanda birinci instansiya məhkəməsində üçüncü şəxs qismində işə cəlb olunmuş X7 bildirmişdir ki, əvvəllər ona və qaynı X11 məxsus olmuş 16 və 18 saylı mənzillərdən imtina edərək əvəzinə sahəsi daha böyük olan 100 və 101 saylı mənzilləri götürmüşlər, Cavabdeh-də bu kimi mənzil alıcıları ilə problemlərin çox olmasından bezərək 2020-ci ildə hər iki 100 və 101 saylı mənzilləri sataraq Cavabdeh-dan uzaqlaşmışlar. Onların Cavabdeh MMC-yə və X12 qarşı heç bir iddiaları və tələbləri yoxdur.Məsələ ondadır ki, "xxxx" MMC apellyasiya şikayətində ona aid olmayan mənzillərə dair məsələni qabardır və bu qabarmada marağı belə olmayan şəxlərin adlarını hallandır lakin ortalığa mötəbər bir sübut qoya bilmir ki bu sözügedən 16 və 18 saylı mənzillərin "xxxx" MMC-yə aidiyyəti nədən ibarətdir. Müqavilələrdəki imza və möhür ekspertizadan keçirilmiş və orijinal, yəni əsil olunmasına dair rəy verilmişdir. Bunu görən "xxxx" MMC nin nümayəndəsi bu sələr imza və möhürün vurulma tarixini şübhə altına almış lakin yenə də ortalığa sözdən başqa mötəbər bir sübut qoya bilməmişdir. Halbuki “AQP İNŞAAT" MMCilə bağlanan alqı-satqı müqavilələri və maliyyə arayışlarının tam yarısı faksimil imza ilə icra olunması digər mülki işdə ki müqavilələrdə və maliyyə arayışlarında öz əksini tapmışdır. "xxxx" MMC- də yaradılan monitorinq mərkəzinə gəldikdə, İddiaçı heç kim deməyib ki mənzil alandan sonra alqı-satqı müqavilələrini monitorinq mərkəzinə təqdim etməsə həmin müqavilələrin hüquqi qüvvəsi yoxdur. Azərbaycan Respublikası qanunvericiliyində əmlakalqı-satqısı zamanı müqavilələrin hu kimi monitorinqlərdən keçirilməsi nəzərdə tutulmayıb.Azərbaycan Respublikası MM-nin 452.1.-ci maddəsinə əsasən fərdi- müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçünücü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Məhkəmə kollegiyasının iclasında iştiark edən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək,birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmadığını, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2015ci tarixli müqavilələrə əsasən mənzillərin iddiaçıya təhvil verilməli olduğunu,digər üçüncü şəsin razılıq ərizəsinin olmadığını, xx.xx.2015-ci il tarixdə bağlanılmış müqavilə ilə mənzilin özgəninkiləşdirilməsinə razılıq verdiyini, xx.xx.2015-ci il tarixli müqavilədən sonra bağlanılmış xx.xx.2015-ci il tarixli müqavilənin özlüyündə etibarsız olduğunu, xx.xx.2015-ci il tarixli 16 və 18 saylı müqavilələrin məzmunca podrat müqavilələri olduğunu, Cavabdeh MMC ilə “ADEC MMC arasında xx.xx.2015-ci il tarixdə qeyri-yaşayış sahələrinin alınması ilə bağlı ilkin müqavilə bağlanıldığını, həmin qeyri-yaşayış sahələrinin hal-hazırda Cavabdeh MMC-nin istifadəsində olduğunu, həmin sahədən ofis kimi istifadə etdiyini, İddiaçı ilə Cavabdeh MMC araında müqavilə bağlanan zaman Cavabdeh MMC-nin səlahiyyətinin olmadığını, Cavabdeh MMC-nin müqavilə öhdəliklərini həyata keçirmədiyini, X4 birinci instansiya məhkəməsində verdiyi izahatında , Cavabdeh MMC-nin sədrinin onunla görüşərək, mənzillərin“ADEC MMC verilməsi ilə əlaqədar olaraq ona başqa mənzillərin veriləcəyini bildirdiyini, bununla bağlı X4 razılıq ərizəsi verdiyini, “ADEC MMCdə ağ şəhər lahiyəsində tikilən binaların 2014-cü ildən monitoring kitabının mövcud olduğunu, hər bir alınan mənzilin monitorinqdən keçərək həmin kitaba qeyd olunduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştiark edən İddiaçı nümayəndəsi Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək, xx.xx.2015-ci ildə devalivasiya zamanı Cavabdeh MMC-nin sədrinin alqı-satğı müqaviləsi bağladığını, xx.xx.2015-ci il tarixində X7 və X8 mənzillərdən imtina etdiklərini, bu şəxslərin 2020-ci ildə 100 və 101 saylı mənzillərin konkret şəxs adları göstərilməklə satılmasına etiraz etmədiklərini bildirdiklərini, 16 və 18 saylı mənzillərin əvəzi olaraq X7 və X11 100 və 101 saylı mənzilləri verdiyini, birinci instansiya məhkəməsinin qərarının tam qanuni və əsaslı olduğunu bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh MMC, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, X7 və X8 iştiraklar olmadan işə baxılması mümkün hesab edilmişdir. Hazırki münasibətlərdə, cavabdehin müqavilə bağlaması biləvasitə səlahiyyətlərə malik olan başqasına mənsub üçüncü şəxs tərəfindən bəyənilməmiş və əmlakın təhvil verilməsi öhdəliyi yerinə yetirilməmişdir. Bundan əlavə qeyd edilməlidir ki, cavabdeh müqavilə üzrə öhdəlikləri yerinə yetirməkdən yayınsada özünə münasibətdə əqdin etibarsızlığına dəlalət edən dəlillər irəli sürməmişdir. Üçünçü şəxs öz apellyasiya şikayətində qeyd etmişdir ki, “Ağ şəhər” kompleks tikinti layihəsi çərçivəsində inşa edildiyi yaşayış binasında sahəsi 241,69 kv.metr olan qeyri- yaşayış sahəsinə dair Cavabdeh MMC ilə “ADEC MMC arasında xx.xx.2015-ci il tarixdə ilkin müqavilə bağlanmış, müqavilə şərtlərinə əsasən Cavabdeh MMC ilə "xxxx" MMC arasında gələcəkdə əsas müqavilənin bağlanması nəzərdə tutulsa da, lakin belə müqavilə bağlanmamışdır. Deməli nəinki iddiaçı ilə, hətta cavabdehlə üçüncü şəxsin müqavilə və ya digər öhdəliklərinin mövcudluğu müəyyən edilmir. Digər üçüncü şəxslərlə iddiaçı və cavabdehin münasibətləri məhz onlara mənsub hüquqlarla bağlı olduğundan, və şikayət verənin hüquq və vəzifələrinə aidiyyəti müəyyən edilmədiyindən apellyasiya şikayətinin təmin edilməsinə hər hansı əsaslar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Konstitusiyası 13, 29; Mülki Məcəllənin 139-158, 178, 324, 337-360, 385-388, 560; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 217.4, 371-372, 385, 386, 388 və 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəyə münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən dəlil əks edilməmişdir. Apellyasiya şikayəti əsassız olduğundan və təmin edilməsi üçün əsaslar olmadığından onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) onu ödəyən şəxsə aid edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 2, 8-14, 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, kollegiya q ə t e t d i: Üçüncü şəxs "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-317/2022 saylı işi üzrə 13 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar