Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5817/2021 24.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənəvi ziyanın ödənilməsi, törədilmiş mülki hüquq pozuntusu üçün birlikdə məsuliyyət) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X3 və vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 24 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasın da baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 2012-ci il avqust ayının 31-də "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Qaradağ rayonu ərazisində Heybət-Puta mənzilinin 513-cü km.-nin piket 3-də yerləşən qorunan keçiddə keçid növbətçisi vəzifəsində növbədə olarkən Məhəmmədəli oğlu dəmir yolu nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını təmin etmək üçün keçiddə Ağstafa-Bakı sərnişin qatarının yaxınlaşması barədə səs və rabitə siqnalının verildiyinə baxmayaraq “Dəmir yolu keçidlərinin istismarına dair təlimatın 4.5, 4.6 və 4.7-ci bəndlərinin tələblərini pozub, hadisənin qarşısını almağa texniki imkanı olduğu təqdirdə, şlaqbaumları vaxtında bağlamamış və avtomobil yolu ilə nəqliyyat vasitələrinin keçiddən keçməsinə qadağa qoymamış, nəticədə saat 07:28 dəqiqədə X5 idarə etd iyi «Daewoo» markalı, Az-**-TF-*** dövlət nömrə nişanlı, Lökbatan qəsəbəsindən Bakı şəhəri istiqamətində 124 saylı marşrutla hərəkət edən sərnişin avtobusu açıq şlaqbaumdan keçərək sərnişin qatarı ilə toqquşmuş, avtobusda olan sərnişinlərdən 26 nəfər az ağır, 5 nəfər ağır xəsarətlər almış, 6 nəfər, o cümlədən X6 həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq ölmüşdür.
2. Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 dekabr 2013-cü il tarixli x saylı hökmünə əsasən X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 262.3-cü maddəsi ilə təqsirli bilinib, 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.
3. Hadisədə vəfat etmiş Azər Əliyevin anası İddiaçı, övladının ölməsi ilə bağlı ona mənəvi ziyan dəydiyini və həmin ziyanın hadisəyə görə məhkum edilmiş Eyyub İsm ayılovun işlədiyi "xxxx" QSC-dən tutulması ilə bağlı aşağıdakı tələbi irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən ona dəymiş 3.000.000 manat mənəvi zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, çoxsaylı insanların müxtəlif xəsarətlər alması və ölməsinə səbəb olan qəza "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Qaradağ rayonu ərazisində Heybət-Puta mənzilinin 513-cü km-nin piket 3-də yerləşən qorunan keçiddə keçid növbətçisi vəzifəsində işləyən Eyyub İsmayılovun təqsiri ucbatından baş vermişdir. Cavabdeh orqanın bu cür məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona bir ana kimi mənəvi zərər dəymiş, 09.12.1980-ci ildə doğulmuş gənc oğlu həyatını itirmişdir. Bundan sonra onun həyat yoldaşının həm psixi durumu pisləşmiş, həm də kardioloji problemləri yaranmış və bu da yara və iztirabların hər gün təzələnməsinə səbəb olmuşdur. Qeyd edilənlərlə bağlı olaraq ona ümumilikdə 3.000.000 manat mənəvi ziyan dəymişdir.
6. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı mənəvi iztirab keçirdiyini sübut etməmişdir. Həmçinin, qeyd edilən hadisə 2012-ci ilə baş vermişdir, iddia tələbi isə 2019-cu ildə irəli sürülmüşdür. İddianın uzun müddət keçdikdən sonra irəli sürülməsi mənəvi iztirab keçirilmədiyinə dəlalət edir.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim S.Mustafayeva) 22 yanvar 2020-ci il tarixli, x nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, vurulmuş mənəvi zərərin əvəzi olaraq 20.000 (iyirmi min) manat məbləğində pulun cavabdeh "xxxx" QSC-dən alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.
8. Məhkəmə Mülki Məcəllənin 21, 1096.1, 1096.2, 1097.1, 1099.1, 1115-ci maddələrinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, "xxxx" QSC-nin əməkdaşı X1 tutduğu vəzifə ilə əlaqədar dəmir yolu nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarına riayət etməyə borclu olduğu halda həmin qaydaları pozması nəticəsində baş vermiş qəzada 26 nəfər az ağır, 5 nəfər ağır xəsarətlər almış, 6 nəfər, o cümlədən iddiaçın ın oğlu X6 həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq ölmüşlər. Baş vermiş cinayət hadisəsi nəticəsində oğlunun ölməsi ilə əlaqədar iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir. İddiaçı, baş vermiş hadisədən sonrakı proseslər zamanı keçirdiyi stres, əzab və əziyyətlərlə bağlı olaraq ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməyə haqlıdır. Məhkəmə mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq), habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, 20 000 manat məbləğində pul vəsaitinin vurulmuş mənəvi ziyanın əvəzi kimi cavabdeh "xxxx " QSC tərəfindən iddiaçı İddiaçı xeyrinə ödənilməsi ağlabatan hesab olunmalıdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-E.Kazımov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və İ.Kərimli) 21 sentyabr 2020-ci il tarixli, x nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli, x nömrəli qətnaməsi mənəvi zərərin məbləği hissəsində dəyişdirilmiş və cavabdeh "xxxx" QSC-dən tutulmalı olan mənəvi zərərin əvəzi 30.000 manat müəyyən edilmiş, qətnamə, İddiaçı apellyasiya şikayətinə münasibətdə, mübahisələndirdiyi qalan hissədə dəyişdirilmədən saxlanılmış, cavabdeh "xxxx" QSC-nin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə, "xxxx" QSC-nin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə qismən razılaşaraq qeyd etmişdir ki, mənəvi zərərin vurulması faktı təsdiq olunsa da, mənəvi zərərin əvəzi kimi qət olunan məbləğ həm işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun deyil, həm də eyni hadisə üzrə analoji işlərdə artıq fərqli məhkəmə aktları qəbul edilmiş və iddiaçının nümayəndəsi və vəkili tərəfindən də belə bir məhkəmə aktı apellyasiya instansiyası məhkəməsinə təqdim edilmişdir. Buna görə də, qeyd olunan hallar nəzərə alınmaqla mənəvi zərərin əvəzi kimi qət olunan məbləğin artırılması və 30.000 manat müəyyən edilməsini apellyasiya instansiyası məhkəməsi işin hall arına uyğun hesab edir. c) Kassasiya instansiyası məhkəməsindəki icraat
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər İ.Xəlilov (sədrlik edən və məruzəçi), Ə.Əliyev və M.Əhmədova) x nömrəli iş üzrə 09 mart 2021-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, cavabdeh "xxxx" QSC-nin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 21 sentyabr 2020-ci il tarixli qətnaməsi tutulan mənəvi ziyanın məbləği hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilmişdir.
12. Kassasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, analoji işlər üzrə zərərçəkənlərə 30.000 manat mənəvi ziyanın ödənilməsi təcrübəsinin formalaşdırılması ağla batan görünmür. Çünki belə nəticə mənəvi zərərin məbləğini şərtləndirən yuxarıda şərh edilən hallara, eyni zamanda ölkə üzrə ümumi statistik yaşam səviyəsinə uyğun gəlmir. Məhkəmələr yuxarıda sadalanan kriteriyaları nəzərə alaraq elə qərarlar qəbul etməlidirlər ki, gələcəkdə oxşar işlər üzrə tutulmalı olan mənəvi zərərin məbləği ilə bağlı məhkəmə təcrübəsi formalaşdırmaq mümkün olsun. Bundan başqa, işin məhkəmələr tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, zərərin baş verməsinə səbəb olan hadisə təkcə cavabdehin işçisi tərəfindən törədilməmişdir. Apellyasiya Məhkəməsinin istinad etdi hökmdən görünür ki, X7 31 avqust 2012-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində sürücü işləyib, Lökbatan qəsəbəsi-28 May küçəsi 124-cü marşrut xətti ilə hərəkət edən «DAEWOO» m arkalı «**-TF-***» dövlət nömrə nişanlı sərnişin avtobusunu idarə edib Bakı şəhəri istiqamətində gedərkən, Heybət-Puta mənzilinin 513-cü km-nin piket 3-də olan qorunan keçiddə "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunun 44-cü maddəsinin 3-cü hissəsinin 2-ci və 5-ci bəndlərinin tələblərini pozmuş şlaqbaumun vəziyyətindən və mövcudluğundan asılı olmadan keçidə qatar yaxınlaşmasına əmin olmadan keçməməli olduğu halda, qanunun bu tələblərini pozaraq sağ tərəfdən Bakı istiqamətində hərəkətdə olan qatarın yaxınlaşmasına, salondakı sərnişinlərin qatarın artıq çatmasını deyib qışqırmalarına, keçidin yaxınlığında olan şəxslərin təhlükə barədə qışqıraraq ona xəbər vermələrinə, habelə həyəcan siqnalına əhəmiyyət vermədən avtobusu dayandırmayaraq qatarın qarşısına sürmüş və saat 07:28-d ə 97 saylı Ağstafa - Bakı sərnişin qatarı ilə toqquşmuş, nəticədə yuxarıda qeyd edilən ağır nəticələr baş vermişdir. X7 eyni hökmlə səkkiz il müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmişdir. Göründüyü kimi iddiaçının oğlunun vəfat etməsinə təkcə iş üzrə cavabdehin işçisinin deyil, digər məhkum edilmiş şəxsin də təqsirkar hərəkətləri səbəb olmuşdur. Lakin işə baxan Apellyasiya Məhkəməsi bu halı nəzərə almamış, həmin faktın mövcudluğunu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.3. maddəsinin tələblərinə uyğun olaraq dəyərləndirməmiş, hadisə ilə bağlı təqsirli bilinmiş X5 zərərin yaranmasına və artmasına şərait yaratmasına qiymət verməmişdir. Həmin normanın tələbləri nəzərə alınmalıdır ona görə ki, hazırkı işdə məsuliyyətin bölünməsi prinsipi tətbiq olunmamışdır. İddiaçı had isə nəticəsində oğlunun ölümü ilə bağlı ona vurulmuş mənəvi zərəri tələb edir. Məhkəmələr mənəvi zərərin məbləği ilə bağlı hansısa yekun rəyə gəldiyi təqdirdə həmin hadisədə təqsirli olan digər şəxsin də hərəkətlərinə görə məsuliyyəti hazırkı iş üzrə cavabdehin üzərinə qoymaqda haqlı olmaz. Ona görə ki, hadisədə təqsirli bilinən şəxslərin vurmuş olduqları zərərə görə müştərək məsuliyyətin yaranmasını şərtləndirən əsaslar mövcud deyil. Hadisənin baş verməsində qeyd olunan halın mövcudluğu cavabdehin məsuliyyətini azaldan haldır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-V.Sadıqov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və A.İmanov) 24 may 2021-ci il tarixli, x nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin x saylı iş üzrə 22 yanvar 2020-ci il tarixli qətnaməsi mənəvi zərərin məbləği hissəsində dəyişdirilməklə, vurulmuş mənəvi zərərin əvəzi olaraq cavabdeh "xxxx" QSC-dən alınaraq İddiaçı ödənilməli olan pul məbləği 10.000 manat müəyyən edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə qismən razılaşaraq qeyd etmişdir ki, mənəvi ziyanın məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etdiyi mənəvi ziyanın məbləği də ağlabatan deyildir. Hadisənin baş verməsində və həmin hadisə nəticəsində zərərin yaranmasında və artmasında sürücü X5 da təqsiri olmuşdur və bu səbəbdən o da (işçisi olduğu təşkilat) zərər çəkənlər qarşısında maddi və mənəvi məsuliyyət daşıyır. Belə olan halda iddiaçının gələcəkdəX2 qarşı da eyni məzmunlu iddia qaldırması istisna olunmur. Hadisənin baş verməsində qeyd olunan halın mövcudluğu cavabdehin məsuliyyətini azaldan haldır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın tam təmin edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh qurumun əməkdaşının qeyri hüquqi hərəkəti nəticəsində İddiaçı fiziki-mənəvi əzab çəkməsi v ə iztirab çəkməsi şübhəsizdir və deməli, zərərçəkənin, yəni iddiaçının mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Məhkəmə haqlı olaraq iddiaçının oğlunun vaxtsız ölümü əlaqədar mənəvi əzab çəkməsi barədə dəlillərini inandırıcı qəbul etmişdir. Zərərçəkən bunu 3.000.000 manat dəyərində qiymətləndirmişdir. Sözügedən “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli, 7 nömrəli qərarına əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, zərərçəkənin mənəvi sarsıntılara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsi ndə baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini araşdırmağa borcludur. Plenum qərarının 10-cu bəndinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ya ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin diqqətəlayiq halları nəzərə alınmalıdır. Lakin işə baxan həm birinci instansiya, həm də apellyasiya instansiya məhkəmələri yuxarıda göstərilən halları nəzərə almadan, qanunsuz və əsassız olaraq mənəvi zərəri çox cüzi (birinci instansiya məhkəməsi 20.000 manat, apellyasiya instansiyası məhkəməsi isə 10.000 manat) qiymətləndirməklə biryönlü və ədalətsiz qətnamə qəbul etmişlər. Doğrudanmı bir insanın həyatı, xüsusilə də, bir ailənin məhv olması demokratik və hüquqi dövlət olan Azərbaycan Respublikasının bir qolu sayılan və ədalət mühakiməsini həyata keçirən məhkəmələr tərəfindən bu qədər “ucuz” dəyərləndirilir? İşə baxan məhkəmələrin gəldiyi nəticə bunu deməyə əsas verir. Düzdür, bir insanın həyatının əlindən alınmasının və bununla bağlı yaxınlarının keçirdiyi mənəvi iztirab və sarsınt ıların ağırlığını “maddiləşdirmək”, yəni, maddi formada dəyərini müəyyən etmək qeyri-mümkündür. Lakin vəziyyətdən asılı olaraq belə bir zərurət yarandıqda, sosial ədalətin öz əksini tapması və zərərçəkənin pozulmuş hüquqlarının bərpa edilməsi məqsədi ilə məhkəmələr tərəfindən iddia tam təmin edilməlidir. Habelə, Plenum qərarında da qeyd edildiyi kimi bu zaman zərərvuran şəxsin təqsiri və əmlak vəziyyəti habelə, işin diqqətəlayiq halları nəzərə alınmalıdır. Nəzərə alınsa ki, cavabdehin kifayət qədər nizamnamə kapitalı vardır, dəmiryolu vasitəsi ilə yükdaşımalarını həyata keçirir, onun illik gəlir dövriyyəsinin milyonlarla manat təşkil etdiyini ən sadə məntiqlə belə müəyyənləşdirmək mümkün olduğundan, iddiaçının irəli sürdüyü tələb, yəni 3.000 000 manat mənəvi zərər məbləği cavabdehin rahatl ıqla ödəyə biləcəyi məbləğdir. İddiaçı məhz bu kimi halları nəzərə alaraq bildirir ki, iddia tələbində qeyd edilən 3.000.000 manat mənəvi zərər məbləği olduqca ağlabatan və ədalətlidir. Buna görə də iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. İddiaçının oğlunun ölümü ilə nəticələnən bu cür bədbəxt hadisələrdən heç kim sığortalanmamışdır. Bu hal cavabdeh qurumun vətəndaşlara, ümumiliklə xidmət göstərdiyi insanlara qarşı öz işini vicdanlı və düzgün icra etməməsinin və eləcə də, müvafiq tədbirlər görülməyəcəyi təqdirdə gələcəkdə bu cür halların çoxalacağının birbaşa ifadəsidir. Məhkəmə çəkişməsinin əsas məqsədinin sosial ədalətin bərqərar olmasından ibarət olduğundan, iddianın tam təmin olunmasının ədalətli olacağına və gələcəkdə bu cür bədbəxt hadisələrin yaşanm aması üçün cavabdehin və onun əməkdaşlarının daha məsuliyyətli olmasına vadar edəcəkdir. İşə baxan Bakı Apellyasiya Məhkəməsi yuxarıda göstərilən və iş üçün əhəmiyyətli olan halların heç birinə düzgün qiymət verməmiş, nəticə də qeyri-obyektiv və ədalətsiz qətnamə qəbul etmişdir. Bu səbəbdən iddiaçı hesab edir ki, işə baxan Apellyasiya Məhkəməsinin 2(103)- 4134/2020 saylı, 21 sentyabr 2020-ci il tarixli qətnaməsi qanunsuz və əsassızdır. Bakı Apellyasiya Məhkəməsi 10.000 manat pulun vurulmuş mənəvi ziyanın əvəzi kimi iddiaçıya ödənilməsini ağlabatan hesab etsə də, bu məbləğ heç də ağlabatan deyildir. Qətnamədən görünür ki, məhkəmə birtərəfli hərəkət etməklə cavabdehə əməlli-başlı hüquqi xidmət göstərib. Çünki qarşı tərəf iddiaya etiraz kimi hər hansı bir sənəd sübut təqdim etmədiyi halda məh kəmə hansı qənaətə əsasən iddiadan 10.000 manat təmin edib. Məhkəmə qətnaməsində “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarına istinad etsə belə, yenə də əsas halları nəzərə almamışdır. Həmin hallar aşağıdakılardır: İddianın təmin olunan 10.000 manatı iddiaçının oğlunun ölməsinə görə keçirdiyi sarsıntı və iztirabının yüngülləşdirilməsinə səbəb olmuşdurmu? Təmin olunan 10.000 manat iddiaçının pozulan mənəvi tarazlığımın bərpa edilməsinə yönəldilmişdirmi? Təmin olunan 10.000 manat iddiaçıya sarsıntı və iztirabı unutdurmuşdurmu? İddiaçının mənəvi hüzursuzluğunu aradan qaldırmışdırmı? Məhkəmə təmin olunan 10.000 manatı təmin edərkən iddiaçının oğlu ilə olan şəfqət bağlılığını düzgün qiymətləndirmişdirmi? Məhkəmə 10.000 manatı təmin etməklə iddiaçının iztirabının və sarsıntının dərəcəsini necə müəyyən etmişdir? Məhkəmə qətnaməsində “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarında aşağıda göstərilənləri nəzərə almamışdır. Məhkəmə mənəvi zərərə görə manat təzminat müəyyən edərkən sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmamışdır. Məhkəmə 10.000 manatı təmin edərkən iddiaçı ilə həyat yoldaşının yenindən dünyaya uşaq gətirəcək yaşda olmaqlarını, iddiaçı ilə həyat yoldaşının ona möhtac yaşda olmalarını, iddiaçının oğlu ilə bir yerdə yaşamaqlarını mütəmadi olaraq sıx ün siyyətlərinin olub-olmaması kimi məqamları nəzərdə almamışdır. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmə cavabdehin maddi durumunu nəzərə almamışdır. Cavabdehin nizamnamə kapitalından maddi durumunun kifayət qədər yüksək olması açıq-aşkar görünür. Göründüyü kimi məhkəmə bu göstərilənləri nəzərə almamaqla sonda iddia, məbləği ilə düzgün olmayan nəticəyə gəlmişdir. Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010-cu il 18 mart tarixli Qərarında qeyd etmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. Avropa Məhkəməsinin bu mövqeyinə istinad edərək qeyd edilir ki, məhkəmə dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarında kifayət qədər əsaslandırmamışdır. Bu da məhkəmənin sonda iddia məbləğini qismən təmin etməklə səhv nəticəyə gəlməsinə səbəb olmuşdur. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarım qətnamədə göstərsə də, mənəvi ziyana görə məbləğin təmin edilməsində səhvə yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayət inə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə iclasında iştirak edən cavabdeh və vəkili kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdilər.
19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxs məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
20. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onl arın mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
21. Maddə 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır.
22. Maddə 500.2. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir.
23. Maddə
501. Kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır.
24. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
25. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
26. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.
27. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
28. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.
29. Maddə 1113.1. Birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar.
30. Maddə 1114.2. Birlikdə vurulmuş zərərin əvəzini ödəmiş zərərvuran digər zərərvuranların hər birindən zərərçəkənə ödədiyi əvəzin həmin zərərvuranın təqsirinin dərəcəsinə uyğun məbləğdə hissəsini tələb edə bilər. Təqsirin dərəcəsi ni müəyyənləşdirmək mümkün olmadıqda hissələr bərabər sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Kassasiya baxışının hədləri
34. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır və təmin olunur, əgər cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxırsa tələb rədd edilir.
37. Hazırda iddiaçı cavabdeh təşkilatın işçisinin əməli nəticəsində baş vermiş qəzada övladının ölümünə görə çəkdiyi mənəvi zərərin əvəzini "xxxx" QSC-dən tələb edir.
38. Bu baxımdan iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1096.1, 1097.1, 1099.1-ci maddələri nəzərdən keçirilə bilər (§ 24-25, 27-28).
39. Həmin normalara əsasən cavabdeh təşkilatın iddiaçı qarşısında məsuliyyət daşıması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hər əkət və ya hərəkətsizlik), həmin əməlin hüquqa zidd olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə, zərəri vuran şəxsin cavabdehin işçisi olması və zərərin əmək funksiyalarının icrası zamanı yetirilməsi. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir.
40. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, "xxxx" QSC-nin işçisi Eyyub İsmayılovun dəmir yolu nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarının təmin olunması üzrə yerinə yetirdiyi işlə əlaqədar müvafiq normativ qaydaları pozması nəticəsində Ağstafa-Bakı sərnişin qatarı ilə X5 idarə etdiyi «Daewoo» markalı, Az-**-TF-*** dövlət nömrə nişanlı sərnişin avtobusu toqquşmuş və nət icədə bir neçə şəxs, o cümlədən iddiaçının oğlu Azər Əliyev ölmüşdür. Eyyub İsmayılovun və Fərid Ağayevin hadisənin baş verməsində təqsirli bilinərək məhkəmənin hökmü ilə məhkum olunmaları da işin mübahisəsiz hallarıdır.
41. Göründüyü kimi, MM-in 1096.1-ci və 1099.1-ci maddələrinin dispozisiya şərtləri, yəni cavabdehin işçisinin təqsirli şəkildə törətdiyi qeyri-hüquqi əməl nəticəsində iddiaçının övladının ölməsi iş materialları ilə tam təsdiq olunur.
42. Kollegiya onu da nəzərə alır ki, oğlunun ölümü faktı iddiaçının mənəvi zərər çəkməsi nəticəsinə gəlmək üçün kifayətdir. Çünki, övladını gözlənilməz şəkildə itirən valideynin ciddi iztirab keçirməsi, bu sarsıntının mənfi psixi reaksiyaya səbəb olmaqla ona mənəvi əzab verməsi şübhəsizdir və belə halların başqa dəlillərlə sübuta ehtiyacı yo xdur.
43. Digər tərəfdən işçisinin səbəb olduğu zərərə görə cavabdeh təşkilat məsuliyyət daşıyır.
44. Kollegiya vurğulayır ki, işəgötürənin delikt normaları çərçivəsində yaranan məsuliyyəti təqsirsiz məsuliyyət halıdır. Belə ki, qanunla zərərvuranın təqsiri olmadıqda da zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər (§ 26). Bu halda işəgötürənin mülki-hüquqi məsuliyyətinin yaranması üçün təqsirlilik şərtinin mövcud olmasına (və ya araşdırılmasına) ehtiyac yoxdur. Çünki yuxarıda sadalanan şərtlər təsbit olunduğu halda, zərər yetirən işçini işlədən hüquqi və ya fiziki şəxsin üzərinə qoyulmuş lazımi diqqət göstərmə öhdəliyini yerinə yetirilmədiyi və zərərin bu səbəbdən meydana gəldiyi qanunda prezumpsiya olaraq qəbul edilmiş və işəgötürən bu zərərdən məsul tutulmuşdur. Göründüyü kimi işçi ç alışdıran şəxsin məsuliyyəti öz nəzarət (hakimiyyət) sahəsində baş verən hadisələrə görə cavabdehlik əsasına söykənir (§ 28). Yəni, hər kəs öz nəzarəti altında olan şəxslərdən istifadə edərkən lazımi diqqət və ehtiyyatlılığı göstərmə öhdəliyini daşıyır. Belə ki, işçisini seçərkən, ona işi ilə əlaqədar təlimat verərkən və onun işinə nəzarət edərək yoxlayarkən zərərin meydana gəlməsinin qarşısını almaq üçün lazımi diqqət yetirmədiyi, eləcə də əmək şəraiti zərərin yaranmasına əlverişli olduğu halda işəgötürənin məsuliyyəti qaçılmazdır.
45. Göstərilənləri nəzərə alaraq bu qənaətə gəlmək olur ki, iddiaçı, ona dəymiş mənəvi zərərin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır.
46. Apellyasiya instansiyası məhkəməsinin bu barədə gəldiyi nəticə doğru olsa da, mənəvi zərərin tamamının bu iş üzrə cavabdehdən tutulmalı olmaması və təzminatın məbləği barədə mövqeyi maddi hüquq normalarına uyğun deyil.
47. Apellyasiya kollegiyasının qənaətinə görə hadisənin baş verməsində və zərərin yaranmasında sürücü X5 da təqsiri olduğu üçün o da (işçisi olduğu təşkilat) zərər çəkənlər qarşısında maddi və mənəvi məsuliyyət daşıyır, bu halda iddiaçının gələcəkdəX2 qarşı da eyni məzmunlu iddia qaldırması istisna olunmur.
48. Kollegiya aşağıdakılara əsasən bu hüquqi mövqe ilə razılaşmır və hesab edir ki, iddiaçı düşdüyü zərərin əvəzinin tamamını cavabdeh "xxxx" QSC-dən tələb etməkdə haqlıdır.
49. Ona görə ki, cavabdeh QSC-nin işçisi x və avtobusun sürücüsü xqanunsuz əməlləri bir-birindən ayrı şəkildə törətsələr də, onların səbəb olduqları qəza və meydana gələn nəticə eynidir (x ölümü). Bu halda zərər vuranların müştərək məsuliyyətinə dair xüsusi norma olmadığı üçün birlikdə törədilmiş mülki hüquq pozuntusu üçün məsuliyyətə dair norma analogiya üzrə tətbiq edilməlidir (§ 20, 29). Mülki hüquq ədəbiyyatında da mövcud vəziyyətdə müştərək məsuliyyət qaydasının tətbiqi fikri hakimdir.
50. Məlum olduğu kimi, Mülki Məcəllənin 1113-cü maddəsinə görə, birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar.
51. Qeyd edilən norma analogiya qaydasında tətbiq edildikdə "xxxx" QSC vurulmuş zərərə görə iddiaçı qarşısında birgə borclulardan biri hesab olunur.
52. Birgə borclular o şəxslərdir ki, öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilir, kreditor da birdəfəl ik icranı tələb etmək hüququna malik olur. Yəni kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır (§ 21-23).
53. Belə olan halda, iddiaçının çəkdiyi mənəvi zərərin əvəzini tam olaraq birgə borclu "xxxx" QSCdən tələb etmək hüququ vardır.
54. Bu hal zərərin əvəzini ödəyəcək "xxxx" QSC-nin digər zərərvuranlardan təqsirin dərəcəsinə uyğun məbləğdəki hissəni reqres qaydada tələb etmək hüququnu aradan qaldırmır (§ 30).
55. Mənəvi zərərin əvəzinin hansı həcmdə tutulması ilə bağlı qeyd edilməlidir ki, Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 10-cu bəndinə görə, zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
56. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına görə, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.
57. Kollegiya təzminatın məbləğini müəyyən edərkən əvvəlcə onu nəzərə alır ki, iddianın 30.000 manatdan artıq (təmin olunmayan) hissəsindən iddiaçının verdiyi kassasiya şikayəti Ali Məhkəməsinin Mülki Kollegiyasının 09.03.2021-ci il tarixli qərarı ilə rədd edilmişdir və ikinci apellyasiya baxışı cavabdehin kassasiya şikayəti əsasında iddianın təmin olunmuş hissəsi üzrə aparılmışdır. Odur ki, mövcud vəziyyətdə mənəvi zərər tələbinin baxıla bilən hissəsinin maksimum həddi 30.000 manat təşkil edir.
58. Kollegiya, cavabde hin işçisinin törətdiyi mülki hüquq pozuntusunun insan ölümü kimi mühüm itgi ilə nəticələnməsini, x 32 yaşında həyatdan məhrum olmasını, bu cür gözlənilməz itginin onun valideynlərinə verdiyi sarsıntını və mənəvi əzabı, iddiaçının yaşını və maddi vəziyyətini, eləcə də zərərə görə məsul olan "xxxx" QSC-nin maliyyə imkanlarını nəzərə alaraq hesab edir ki, 10.000 manat təzminat ədalətli məbləğ hesab edilə bilməz. Bu cür ağır nəticəyə səbəb olan pozuntuya görə ödənilən təzminat mütənasib olmalı, iddiaçıya dəymiş mənəvi zərəri tam aradan qaldırmasa belə, onda və ailə üzvlərində müəyyən daxili sakitlik yaratmalıdır.
59. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, iddiaçı baş vermiş hadisədən keçən ağlabatan müddət ərzində deyil, yeddi il sonra mənəvi zərər tələbi ilə məhkəməyə müraciət etmişdir. Bu xüssuat da təzminatın həcminin azaldılmasına təsir edən amil kimi qiymətləndirlməlidir.
60. Beləliklə, Kollegiya yuxarıda qeyd olunanları birlikdə dəyərləndirərək bu qənaətə gəlir ki, mənəvi zərərə görə təzminatın 20.000 manat məbləğində müəyyən olunması ədalətlidir.
61. Beləliklə, Kollegiya bu nəticəyə gəlir ki, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmaqla iddia qismən təmin olunmalı və cavabdehdən mənəvi zərərin əvəzi kimi 20.000 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
62. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 24 may 2021-ci il tarixli qətnaməs i ləğv edilsin və iş üzrə yeni qərar qəbul olunsun. İddia qismən təmin edilsin. "xxxx" QSC-dən vurulmuş mənəvi zərərin əvəzi kimi 20.000 (iyirmi min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.