Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-582/2020 03.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 15 oktyabr 2019-cu il tarixli qərardadından İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdehnə qarşı cavabdehin üzərinə icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul etmək vəzifəsinin qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 oktyabr 2013-cü il tarixli 2(006)-3970/2013 saylı qətnaməsinə əsasən, X2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Biləsuvar” filialının baş kassiri vəzifəsinə bərpa edilməsi və ona 21 sentyabr 2012-ci il tarixdən etibarən vəzifəsinin icrasına başladığı günədək məcburi işburaxma günlərinə görə əmək haqqı hesablanaraq ödənilməsi qət edilmişdir. Həmin qətnamə apelyasiya instansiyası məhkəməsi tərəfindən, apelyasiya məhkəməsinin qətnaməsi isə Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən qüvvədə saxlanılmışdır. Qətnamə qüvvəyə mindikdən sonra icra sənədi icra olunması üçün Cavabdehnə göndərilmişdir. İcra sənədini n icrası ilə əlaqədar İddiaçı ASC-nin İdarə Heyətinin sədri tərəfindən X2 Bankın “Biləsuvar” filialının kassa bölməsində baş kassir vəzifəsinə bərpa edilməsi barədə 28 avqust 2014-cü il tarixli əmr imzalanmış və X 21 sentyabr 2012-ci il tarixdən etibarən vəzifəsinin icrasına başladığı günədək məcburi iş buraxma günlərinə görə 10824 manat əmək haqqı hesablanaraq ödənilmişdir. X3 28 avqust 2014-cü il tarixdən vəzifələrinin icrasına başlamış, işlədiyi müddətdə iki dəfə məzuniyyət hüququndan istifadə etmiş, İddiaçı ASC İdarə Heyəti sədrinin 21 yanvar 2015ci il tarixli əmri ilə ştatın ixtisarı ilə əlaqədar Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və ona orta aylıq əmək haqqı həcmində işdənçıxma müavinəti ödənilmişdir. 28 avqust 2014 -cü il tarixdən işdən azad olunan günədək X maaş və məzuniyyətə görə ödənişlər kimi 4081,24 manat pul ödənilmişdir. İcra sənədinin icra olunması ilə bağlı bütün sübutlar Cavabdehnə göndərilmiş və icraata xitam verilməsi xahiş olunmuşdur. Lakin Cavabdeh icraata xitam verməmiş, icra sənədinin tam icra olunmadığını bildirərək yenidən icra olunmasını tələb etmişdir. İcra sənədi tam icra olunmasına baxmayaraq, icra və probasiya şöbəsi icra sənədi üzrə icraata xitam verməkdən imtina etdiyinə görə İddiaçı ASC həmin icra və probasiya şöbəsinin üzərinə icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul etmək vəzifəsinin qoyulması barədə iddia tələbi ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, lakin icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalı olduğundan, iddia mümkün sayılmamışdır. Şirvan Apelyasiya Məhkəməsi isə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Buna görə də İddiaçı ASC eyni iddia tələbi ilə icra sənədini vermiş və icraya nəzarət edən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə baxışı zamanı icra sənədi icra olunması üçün Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinə göndərildiyindən, cavabdeh əsl cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsi ilə əvəz edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 yanvar 2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 08 may 2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 yanvar 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 avqust 2019-cu il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 08 may 2019cu il tarixli qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 oktyabr 2019-cu il tarixli 2(103)-12548/2019 saylı qərardadı ilə İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 yanvar 2019-cu il tarixli 2(006)665/2019 saylı qətnaməsinin ləğv edilərək mülki işin icraatına xitam verilməsi, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu iddiaçıya aid edilməsi qərara alınmışdır. KAS SASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı ASC-nin nümayəndəsi və vəkili Vəkil oğlu Bakı Apellyasiya Məhkəməsinin MK-nın 15.10.2019-cu il tarixli qərardadından kassasiya şikayəti vermişdirlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə edilən qərardad qəbul edilərkən apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilən göstərişə məhəl qoymayaraq yenidən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsini tətbiq edərək iş üzrə icraata xitam vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12548/2019 saylı 15 oktyabr 2019-cu il tarixli qərardadının tamamilə ləğv edilib işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkə mə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil oğlu Bakı Apellyasiya Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli qərardadından verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası, üçüncü şəxs X2 məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məh kəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın qəbul etdiyi 15 oktyabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ASC əvvəllər Şirvan İnzibati-İqtisadi Məhkəməsinə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə, hal-hazırda isə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ərizələri ilə müraciət edərək icra qurumunun üzərinə icra sənədi üzrə icraata xitam veril məsi barədə qərar qəbul etmək vəzifəsinin qoyulmasını xahiş etmişdir. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hesab etmişdir ki, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarı həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun bu qərarından şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. Hazırkı şikayət iddia icraatı çərçivəsində deyil, məhkəmə qətnamələrinin (qərarlarının) icrası qaydasında, icra məmurunun icraata xitam qərarından şikayət proseduru çərçivəsində baxılmalı olduğundan mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Apellyasiya instansiyası məhkəməsi iş ü zrə gəldiyi nəticələrin hüquqi əsası kimi aşağıdakıları qeyd etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 10 oktyabr 2017-ci il tarixli Qərarında qeyd olunur ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair təlimat”ın 147-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmə sistemi üzrə vahid qeydiyyat formasının təmin edilməsi və işlərin (materialların) icraat növlərinin birbirindən fərqləndirilməsi üçün onların qeydiyyatı üçün indekslər müəyyən edilir. O cümlədən 8 indeksi ilə məhkəmə qətnamələrinin (qərarlarının) icrası qaydasında icraatda icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından, həmçinin bundan imtinaya dair şikayətlərə baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 391-ci maddəsinə görə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanı lmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə edilən qərardad qəbul edilərkən apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilən göstərişə məhəl qoymayaraq yenidən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsini tətbiq edərək iş üzrə icraata xitam vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası 15.10.2019-cu il tarixli qərardadı ilə İddiaçı ASC-nin hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi ilə bağlı mülki iş üzrə icraata xitam verərkən prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzr ə qanuni və əsaslı nəticəyə gəlmişdir. Kollegiya kassasiya şikayətinin dəlili ilə əlaqədar qeyd edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, hazırkı şikayət iddia icraatı çərçivəsində deyil, məhkəmə qətnamələrinin (qərarlarının) icrası qaydasında, icra məmurunun icraata xitam qərarından şikayət proseduru çərçivəsində baxılmalı olduğundan mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, onları əsassız sayır və qeyd edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas deyildir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və h əmin dəlilləri qərardadın ləğvi üçün əsaslı hesab etmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın həmin iş üzrə 15 oktyabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüv
Məhkəmə qərarları › İş №2(102)-582/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-582/2020
03.02.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver