Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5821/2021 11.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh XXXnə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5821/21 Bakı şəhəri, 11 noyabr 2021-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, İddiaçı və onun vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh XXXnə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2754/2021 nömrəli, 22.06.2021- ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İşin halları
2. İddiaçı cavabdeh XXXnə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4809/2020 saylı, iş üzrə 11 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim.R.Səmədov) iddia tələbi qismən təmin edilmiş, dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə 500 (beş yüz) manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
4. İddiaçı və cavabdeh XXX qətnamədən apellyasiya şikayəti vermişlər. Apellyasiya instansiyası məhkəməsindəki icraat
5. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2754/2021 s aylı, 24.02.2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən A.İmanov hakimlər Q.Əsgərov və V.Sadıqov) cavabdeh XXX tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4809/2020 saylı, iş üzrə 11 noyabr 2020-ci il tarixli qətnaməsi cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən mənəvi zərərə görə 500 (beş yüz) manat məbləğində pulun tutulması hissəsində dəyişdirilərək həmin məbləğ 3000 (üç min) manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
6. İddiaçı qətnamədən kassasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2754/2021 saylı, 22.06.2021-ci il tarixli qərardadı ilə (sədrlik edən A.İmanov, hakimlər Q.Əsgərov və V.Sadıqov ) Bakı Apellyasiya Məhkəməsinin 2(103)2754/2021 saylı, 24.02.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.
7. Qərardad onunla əsaslandırılmışdır ki, kassasiya şikayəti prosessual müddətlər çərçivəsində verilməmişdir.
8. Qərardad Mülki Prosessual Məcəllənin 130.3, 405.0.1, 408.1.4-cı maddələrinə istinad etməklə əsaslandırılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
9. İddiaçı apellyasiya məhkəməsinin qərardadından kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və kassasiya şikayətinə baxılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, kassasiya şikayət ini prosessual müddətlərə riayət edərək vermişdir. Belə ki, qətnaməni 09.04.2021-ci il tarixdə poçt vasitəsilə rəsmi qaydada almış, vaxtında yəni, 09.06.2021-ci il tarixdə kassasiya şikayəti vermişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
12. İddiaçı və onun vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
13. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası nın Mülki Prosessual Məcəlləsi:
14. Maddə. 405.1 Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.
15. Maddə. 408.1.3. Kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
16. Maddə. 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
17. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məh kəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
18. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
19. Qanunvericiliyə görə (MPM 405.1. maddəsi) məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.
20. İş materiallarından görünür ki, cavabdeh qəbzə imza atmaqla məhkəmə qətnaməsindən çıxarışı 30.03.2021-ci il tarixdə almışdır.
21. İş materiallarında olan Aktda (mülki iş, səhifə 125) qeyd olunmuşdur ki, “mülki iş üzrə İddiaçı 06.08.2021-ci il tarixdə mülki işlə tanış olmuş, mülki iş hakimin xidməti otağına qaytarıldıqdan sonra iş materiallarında (98-ci səhifə) olan qəbzə “çıxarışını” sözünün əlavə edilməsi müəyyən edilmişdir.” Həmin aktı iclasa sədrlik edən hakim də imzalamışdır.
22. Belə qənaət hasil olur ki, cavabdeh işdə olan məhkəmə sənədini (hansıki həmin sənəd prosessual müddətin ötürülməsini aradan qaldırır) saxtalaşdırmışdır. Beləki, Cinayət Məcəlləsinin 294.1. maddəsinə əsasən mülki iş üzrə işdə iştirak edən şəxs və ya onun nümayəndəsi tərəfindən sübutların saxtalaşdırılması cinayət məsuliyyətinə səbəb olur. Əslində həmin qəbz mülki işə üzrə sübut əhəmiyyəti daşıyır, məhkəmə qətnaməsinin alınmasını təsdiq edir. Həmin sübut əsasında tərəfin məhkəmə qətnaməsindən şikayət vermək üçün prosessual müddətin əvvəli başlanır.
23. Apellyasiya Məhkəməsi kassasiya şikayəti vermə müddətini həmin qəbzin alındığı vaxtdan hesablamış və həmin əsasla da şikayəti geri qaytarmışdır.
24. Kollegiyanın mövqeyi ondan ibarətdir ki, məhkəmə qətnaməsini cavabdehin şəxsən alması və sonradan həmin qəbzə əlavə söz artırmaqla “Çıxarışı” alması sözünü əlavə etməsi halı ciddi hüquqi nəticə doğurduğundan bu məsələyə hamı tərəfindən mötəbər sübut kimi qəbul ediləcək sübutlarla hüquqi qiymət vermədən şikayətin qeyd olunan əsasla geri qaytarılması əsaslı olmayacaq. Kollegiyanın mövqeyi ondan i barət deyil ki, hakimin təsdiq etdiyi akt həqiqəti əks etdirməmişdir. Kollgianın mövqeyi ondan ibarətdir ki, belə hüquqi dəyərləndirmə eyni zamanda digər sübutlarla, məsələn müvafiq ekspert rəyi ilə sübut olunacağı təqdirdə (Məs, ekspert mürəkkəblərin fərqli olması əsası ilə əlavə edilmiş sözün sonradan yazılması qənaətini möhkəmləndirmiş olar) obyektiv yanaşmanı təmin etmiş olardı və eyni zamanda məhkəmə sənədini saxtalaşdırma ilə bağlı müvafiq hüquqi mövqeni ortaya qoymağa kömək etmiş olardı.
25. İş üzrə qətnamədən çıxarışın verilməsi qətnamənin rəsmi qaydada verilməsi demək deyil. Çıxarışda məhkəmənin gəldiyi yekun barədə məlumat yerləşdirilir, qətnamənin əsaslandırıcı hissələri göstərilmir. Şəxs qətnamənin əsaslandırıcı hissəsi ilə tanış olduqdan sonra öz şikayətini əsaslandıra bilər. Ona görə, kollegiyanın mövqeyi belədir ki, işdə olan sübutlara əsasən qətnamə rəsmi olaraq tərəfə verildiyi vaxtdan, yəni 08.04.21-ci il tarixdən şikayət verilmə müddəti hesablana bilər.
26. Beləki, mülki işin 100 və 101-ci səhifələrinin arasında yerləşən zərfin üzərindəki möhürlərdən görünür ki, iddiaçının qətnamədən verdiyi kassasiya şikayəti 09.06.21-ci il tarixdə poçta təhvil verilmiş, 14.06.21-ci il tarixdə kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur.
27. Göründüyü kimi, iddiaçı qətnaməni 08.04.21-ci ildə alsa da, 09.06.21-ci il tarixdə qətnamədən kassasiya şikayəti vermiş, bununla da, mülki prosessual qanunvericiliklə müəyyən olunmuş 2 aylıq müddəti ötürmüşdür. Lakin, Apellyasiya Məhkəməsi kassasiya şikayətini həmin əsasla deyil, qətnamədən çıxarışın alınması ilə b ağlı geri qaytarmışdır.
28. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş kassasiyanın mümkünlüyü məsələsinə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmalıdır.
29. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2754/2021 nömrəli, 22.06.2021-ci il tarixli qərardadı ləğv edilsin, iş kassasiya şikayətinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova