Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5828/2021 26.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5828/21 (Açar sözlər: borc tələbi) Bakı şəhəri, 26 oktyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-305/2021 nömrəli iş üzrə 04 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 26 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məh kəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5600 manat borc pulun, 600 manat kirayə haqqının, hüquqi xidmət üçün ödənilmiş 100 manatın və dövlət rüsumu üçün ödənilmiş 30 manat olmaqla cəmi 6330 manat məbləğində pulun alınaraq ona verilməsibarədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 20 noyabr 2017-ci il tarixdə ondan 5600 manat məbləğində pulu borc almışdır. Cavabdeh 20 may 2018-ci il tarixdə öz xətti ilə qəbz yazaraq, ona olan borcunu qəbz yazıldığı gündən 2 ay müddətə, yəni 20 iyul 2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürmü şdür. Bundan əlavə, cavabdeh onun evində 2 ay müddətinə ayda 300 manat olmaqla, cəmi 600 manat ödəmək şərti ilə kirayədə qalmış və heç bir ödəniş etmədən mənzilini tərk etmişdir. Hər dəfə Cavabdeh pulunu istədikdə, cavabdeh onu müxtəlif yollarla aldadaraq, hər dəfə yalançı vədlər verərək, onu get-gələ salaraq, ona olan borcunu qaytarmaqdan yayınmışdır. Cavabdeh götürdüyü öhdəliyi qərəzli şəkildə icra etməyərək aldığı borcu qaytarmaq istəmir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 22 yanvar 2019-cu il tarixli 2(006)-1166/2019 nömrəli qərardadı ilə (hakim Pərviz Hüseynov) məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksperti zası Mərkəzinin 04 aprel 2019cu il tarixli, 6757 saylı ekspert rəyinə əsasən, ekspertizaya təqdim olunmuş 20 may 2018-ci il tarixli qəbzdə “borclu” sözünün qarşısındakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur. Birinci instansiya məhkəməsinin 30 may 2019-cu il tarixli 2(006)-1166/2019 nömrəli qərardadı ilə (hakim Pərviz Hüseynov) təkrar məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 sentyabr 2019-cu il tarixli, 20581 saylı ekspert rəyinə əsasən, ekspertizaya təqdim olunmuş mülki işin 6-cı vərəqəsində olan 20 may 2018-ci il tarixli qəbzin aşağı hissəsində “İmza: Cavabdeh X qızı” yazılarının altında yerləşən “borclu” sözü qarşısındakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur. Birinci instansiya məhkəməsinin 17 oktyabr 2019-cu il tarixli 2(006)-1166/2019 nömrəli qətnaməsi ilə (hakim Pərviz Hüseynov) iddia tələbi qismən təmin edilərək, 5600 manat məbləğində pul, vəkilin göstərdiyi yardıma görə ödənilmiş 100 manat və iddiaçı tərəfindən məhkəməyə iddianın verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat olmaqla, cəmi 5730 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı verilməsi, iddianın digər hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 239 manatın Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh 20 noyabr 2017-ci il tarixdə İddiaçı 5600 manat məbləğində borc pul almışdır. Cavabdeh 20 may 2018-ci il tarixdə qəbz yazmaqla aldığı həmin məbləği 20 iyul 2018-ci il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh iddiaçıdan 5600 manat məbləğində borc pul almadığını və həmin qəbzdəki imzanın ona məxsus olmadığını bildirsə də, bununla əlaqədar sübutları məhkəməyə təqdim edə bilmədi. İş üzrə keçirilmiş ilkin və təkrar ekspert rəyləri ilə müəyyən edildi ki, qeyd olunan qəbzdəki imza Cavabdeh tərəfindən icra olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, 5600 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin 600 manat kirayə haqqının cavabdehdən tutulması hissəsi ilə əlaqədar qeyd edir ki, məhkəməyə təqdim edilmiş qəbzdə İddiaçı yaşadığı mənzilin 300 manat kirayə pulunun ödənilməsi qeyd edilir, lakin iddia t ələbində iddiaçı cavabdehin onun evində kirayə qalmasına görə kirayə pulunu cavabdehdən tələb edir. İddiaçı cavabdehin onun mənzilində kirayə qalması və kirayə pulunu ödəməməsi ilə əlaqədar sübutları məhkəməyə təqdim edə bilmədi. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 390.1, 425.1, 427.3, 442, 443.1, 445.2, 445.2.1, 739.1, 739.2, 740.1, 740.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 121.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilərək iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul e dilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – İlham Kərimli- sədrlik edən və məruzəçi, Xəyalə Cəmilova, İsmayıl Xəlilov) 17.03.2020-ci il tarixli, 2(103)-3249/2020 saylı qərardadı ilə əlavə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş 09 iyul 2020-ci il tarixli 4/331 saylı ekspert rəyinə əsasən, ekspertizaya təqdim edilmiş mülki işin 6-cı vərəqəsində olan 20 may 2018-ci il tarixli qəbzdəki yazılar və imza Cavabdeh tərəfindən icra olunmuşdur. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – İlham Kərimli- sədrlik edən və məruzəçi, Akif İsgəndərov, Elşən Kazımov) 03.11.2020-ci il tarixli, 2(103)-3249/2020 saylı qərardadı ilə təkrar məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş 02 mart 2021-ci il tarixli 4/85 saylı ekspert rəyinə əsasən, ekspertizaya təqdim edilmiş mülki işin 6-cı vərəqəsində olan 20 may 2018-ci il tarixli qəbzdəki əlyazmalar və həmin qəbzin aşağı hissəsində “Имза: Бабаjева Аидə Х. гызы” əlyazmalarının altında yerləşən “борҹлу” sözü qarşısındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – İlham Kərimli- sədrlik edən və məruzəçi, Akif İsgəndərov, Elşən Kazı mov) 04.05.2021-ci il tarixli, 2(103)-305/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 oktyabr 2019-cu il tarixli 2(006)-1166/2019 saylı qətnaməsinin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan 20 may 2018-ci il tarixli qəbzin Cavabdeh tərəfindən yazılması və imzalanması məhkəmə xətşünaslıq ekspertizalarının rəyləri ilə sübuta yetirilmişdir. Həmin qəbzdə Cavabdeh İddiaçı 20 noyabr 2017-ci il tarixdə iki ay müddətinə qaytarmaq şərtilə 5600 manat məbləğində borc almasını etiraf etmişdir. (i.v.6) Bundan əlavə, hüquqi yardıma görə vəkilə 100 manat məbləğində pul ödənilmişdir. (i.v.7) Məhkəmə kollegiya sı hesab edir ki, birinci instansiya məhkəməsi 5600 manat məbləğində pulun, vəkilin göstərdiyi yardıma görə ödənilmiş 100 manat və iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin ləğvi üçün əsas deyildir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh (vəkili Vəkil2) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, qə bul edilmiş qətnamə üzrə işin faktiki halları üzrə sübutlar düzgün qiymətləndirilməmiş və maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. İddia ərizəsində göstərilən tələb işdə araşdırılan sübutlarla öz təsdiqini tapmasa da, birinci və apelyasiya instansiyası məhkəmələrinin qeyri-obyektiv münasibəti nəticəsində iddia qismən də olsa əsaslı hesab edilmişdir. Apelyasiya instansiyası məhkəməsi iddia tələbi üzrə gəlinən nəticəni qanuni və əsaslı hesab edərkən iş üzrə bütün xüsusatları araşdırmamışdır. Bu da gəlinən nəticənin əsassızlığını təsdiq edir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatl andırılmasına baxmayaraq, İddiaçı, Cavabdeh vəkili Vəkil2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq COVİD-19 xəstəliyinə yoluxması əsası ilə məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə İddiaçı, Cavabdeh vəkili Vəkil2, həmçinin də Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzif əsinin icrasını tələb etmək hüququ vardır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələbləri nin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxı şının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəmə si tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, kasasiya şikayətinin dəlilləri əsasən apelyasiya şikayətinni dəlilləri ilə eynilik təşkil etmişdir. Cavabdeh apelyasiya şikayətində olduğu kimi, kasasiya şikayətində də iddiaçıya borcunun olmamasına, bu barədə sübutların düzgün araşdırılmadığına istinad etsə də, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, iş üzrə ümumilikdə 4 dəfə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və hər bir rəy üzrə cavabdehin borcunu etirafı barədə qəbzi özünün imza etməsi öz təsdiqini tapmışdır. Bundan əlavə, cavabdeh kasasiya şikayətində apelyasiya kollegiyasının qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməsini qeyd etsə də, həmin pozuntuların nədə ifadə edilməsini əsaslandıra bilməmişdir. Ümumi kasasiya yoxlaması nəticəsində isə apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntuasuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzər ə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-305/2021 nömrəli iş üzrə 04 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.