Məhkəmə qərarları › İş №2(102)-5829/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5829/2022

01.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5829/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi) 01.11.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı birgə nikah dövründə əldə olunmuş “zəbt olunmuş yolun zəbtdən azad olunması, həmin yolda tikilmiş tikilinin sökülməsi və ya servitut hüququnun verilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1558/2022 n ömrəli, 04 iyul 2022-ci il tarixli qərardadından cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə 01 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «zəbt olunmuş yolun zəbtdən azad olunması, həmin yolda tikilmiş tikilinin sökülməsi və ya servitut hüququnun verilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan torpaq sahəsinə gedən ümumi istifadədə olan yolun cavabdehlərin qanunsuz sahibliyindən (zəbtdən) azad edilməsi və açılması, həmin yolun üzərində tikilmiş tikilinin sökülməsi, əgər torpaq cavabdehin xüsusi mülkiyyətində olarsa servitut hüququ əsasında həmin yoldan piyada və avtomobil keçidinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Astara Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(018)-30/2022 nömrəli iş üzrə 20 may 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olan 0,37 hektar torpaq sahəsinə gedən yolla bağlı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələrin aradan qaldırılması, yolun Cavabdeh1 tərəfindən zəbt olunmuş 0.02 ha hissəsinin zəbtdən azad olunması, həmin yolda Cavabdeh1 tərəfindən qoyulmuş taxta qapının onun hesabına sökülməsi, yolun Cavabdeh2 tərəfindən zəbt olunmuş 0,0350 hissəsinin zəbtdən azad olunması, həmin yolda Cavabdeh2 təfindən qoyulmuş metal setkanın onun hesabına sökülməsi qət edilmiş, iddianın qanunsuz tikilinin sök ülməsi və servitut verilməsi ilə bağlı hissəsi əsassız olduğu üçün təmin edilməmişdir.

3. Cavabdehlər qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər.

4. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(106)-1558/2022 nömrəli iş üzrə 4 iyul 2022-ci il tarixli qərardadı ilə (hakimlər T.X.Heydərov (sədrlik edən və məruzəçi), N.F.Mirzəyev və S.İ.Mayılov) birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş, Azərbaycan Respublikası MPM-nin 357, 360-364-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün işin birinci instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.

5. Apellyasiya ins tansiyası məhkəməsi qeyd etmişdir ki, şikayət MPM-də nəzərdə tutulmuş qaydada tərtib edilməmişdir. Belə ki, MPM-yə daxil edilmiş Əlavə 2-də apellyasiya şikayətinin forması əlavə edilmiş və həmin formada apellyasiya şikayətində göstərilməli olan hallar qeyd olunmuşdur. Cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri müəyyən edilmiş formada və məzmunda verilməmiş və apellyasiya şikayətində birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmmiyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, iş üçün əhəmiyyəti olan halların birinci instansiya məhkəməsində sübut edilməməsi və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsinə dair dəlillərə münasibət bildirilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qətnamədən şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar və şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar apellyasiya şikayətinin dəlillərində göstərməli və maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi və iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməlidir. Bundan əlavə digər Cavabdeh1 verilmiş apellyasiya şikayətində qətnamənin ləğvini tələb etsə də, iddia tələbinə münasibətini (iddia tələbinin təmin edilməsi, qismən təmin edilməsi və ya rədd edilməsi və s.) qeyd etməmişdir.

6. Məhkəmə gəldiyi nəticəni MPM-in 366.1, 366.2, 366.4, 400 və MPM-ə daxil edilmiş Əlavə 2-ə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

7. Cavabdeh2 kassasiya şikayəti verərək, apellyasiya inst ansiyası məhkəməsinin qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi heç bir əsas olmadan şikayətin qeyri-mümkün hesab edilməsi barədə qərar qəbul etmişdir. Şikayət prosessual qanunvericiliyə uyğun tərtib olunmuş və tələb olunan sənədlər təqdim edilmiş, buna baxmayaraq məhkəmə özünün formal mülahizələrinə əsasən, apellyasiya şikayətini qeyri-mümkün hesab etmişdir.

9. Cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir.

10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qərardadında MPM-in 361-ci maddəsinin hansı bəndinin pozulduğu qeyd edilməmişdir.

11. Kassasiya şikayətinə A zərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

12. Kassasiya qarşı yazılı etiraz verilməmişdir. Tətbiq edilən hüquq: MPM

13. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.

14. Maddə 366.2. Apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o qəbul olunmamış hesab edilə bilər.

15. Maddə 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədəqərardaddan kassasiya instansiyasına şikayət verilə bilər.

16. Maddə. 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası mə hkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

17. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

19. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

20. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 41 7 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1558/2022 nömrəli, 04 iyul 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar