Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5834/2022 06.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu və "xxxx" Açıq Səhmdar Cəmiyyətini üçüncü şəxs kimi cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sığorta haqqının və dəbbə pulunun ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-yə (Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu və "xxxx" ASC üçüncü şəxs kimi cəlb edilməklə) qarşı sığorta haqqının və də bbə pulunun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4815/2022 nömrəli, 06 iyul 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 06 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Gəncə şəhəri, Kəpəz rayonu, V.Xuluflu küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 30,1 kv.m. yaşayış, 22 kv.m. köməkçi sahədən ibarət 54 nömrəli fərdi yaşayış evi (bundan sonra – fərdi yaşayış evi) tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdadır.
2. İddiaçı xx.xx.2018-ci ildə fərdi yaşayış evini (faydalanan şəxs qismində kredit yenidən maliyyələşdirilənədək müvəkkil bank, kredit yenidən maliyyələş dirildikdən sonra isə "xxxx" ASC) "xxxx" ASC qarşısında yanğın və digər əlavə risklərdən xx.xx.2021-ci il tarixədək sığortalamışdır.
3. İddiaçı sığorta obyekti olan evi "xxxx" ASC ilə bağladığı xx.xx.2007-ci il tarixli, ona 300 ay müddətinə, illik 5% dərəcəsi ilə verilmiş 45.000 manat məbləğində ipoteka krediti hesabına əldə etmiş, həmin ev "xxxx" ASC-də ipoteka ilə yüklüdür və həmin evə görə kredit borcunu ödəməkdədir.
4. İddiaçı xx.xx.2019-cu il tarixdə Cəmiyyətə müraciət edərək sığortalanmış əmlakın sığorta hadisəsinə məruz qaldığını bildirmiş, "xxxx" MMC-nin ekspertləri tərəfindən fərdi yaşayış evində baş vermiş yanğın zamanı dəymiş ziyanın müəyyən edilməsi ilə əlaqədar 18 yanvar 2020-ci tarixində İddiaçı iştirakı ilə fərdi yaşayış evinə baxış keçirilmiş və müəyyən olmuşdur ki, evə dəy miş ziyanın ümumi məbləği 6976 manat həcmindədir.
5. İddiaçı tərəfindən "xxxx" ASC-yə telefon vasitəsi ilə müraciət olunaraq fərdi yaşayış evinə dəymiş zərərlə bağlı "xxxx" MMC tərəfindən müəyyən edilmiş məbləğ ilə razılaşmadığını bildirmiş, ona fərdi yaşayış evinə dəymiş zərər məbləğinin müəyyən edilməsi üçün müstəqil ekspertlər sırasından bir müstəqil ekspert təyin edilməsi təklif edilmişdir. X1, X11 və X7 olmuşdur.
6. Müstəqil sığorta eksperti X3 tərəfindən zədələnmiş sahənin bərpası üçün sərf edilən materialların və görülən işlərin dəyəri cəmi 25.679 manat müəyyən edilmişdir. 7. "xxxx" MMC və X3 tərəfindən təqdim edilmiş qüsur aktları arasında kəskin ziddiyət olduğundan əmlaka dəymiş zərərin hesablanması üçün komission ekspertiza təyin edilməklə ekspertizanın müstəqil ekspertlər X7 və X5 tapşırılması məqsədə müvafiq hesab edilmişdir.
8. X6 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli əmlakın qiymətləndirilməsinə dair rəydən görünür ki, fərdi yaşayış evinə dəymiş zərərin miqdarı 9904 manat məbləğində qiymətləndirilmişdir.
9. X7 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli əmlakın qiymətləndirilməsinə dair rəydən görünür ki, fərdi yaşayış evinə dəymiş zərərin miqdarı 10.090 manat məbləğində qiymətləndirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmlak sığortası növü ilə sığortalanmış fərdi yaşayış evinə sığorta hadisəsinin baş verməsi nəticəsində dəymiş 25.679 manat məbləğində zərərin və 30 manat dövlət rüsumu olmaqla, cəmi 25.709 manat məbləğində pulun cav abdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, sonuncu iki X7 və X6 tərəfindən verilmiş rəy həqiqəti əks etdirmir. Çünki Sığorta şirkətinin maraqlarına uyğun gələn rəydə cəmi 16 adda zəruri material sadalanmışdır. Halbuki təklif etdikləri X2 tərtib etdiyi rəydə 42 adda materialın adı qeyd edilmişdir. Sual olunur ki, sığorta şirkətinin maraqlarına uyğun gələn rəydə adları qeyd edilməyən materialları ona kim almalıdır? Misal üçün: sığorta şirkəti diqtə edir ki, onun yanıb kül olmuş evinə cəmi 10 kisə sement kifayətdir. Bu 10 kisə sement həm suvağa, həm hörgüyə necə bəs edə bilər? Tərtib etdikləri rəy absurd qiymətləndirmədən başqa bir şey deyildir.
12. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək əmlak sığortası növü ilə sığortalanmış fərdi yaşayış evinə sığorta hadisəsinin baş verməsi nəticəsində dəymiş 27.160 manat məbləğində zərərin əvəzi olaraq pulun "xxxx" ASC-dən alınaraq xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə borcunun ödənilməsi məqsədilə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fonduna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, mülki iş üzrə sığortalanmış əmlaka dəymiş ziyanın müəyyənləşdirilməsi məqsədilə ekspertiza təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən dəymiş ziyan hesablanaraq 27.160 manat olaraq müəyyən edilmişdir. Bundan əlavə PİM-AİF_10702/18 nömrəli sığorta şəhadətna məsində “faydalanan şəxs” qismində kredit yenidən maliyyələşdirilənədək müvəkkil bank, kredit yenidən maliyyələşdirildikdən sonra isə "xxxx" ASC qeyd edilmişdir. Belə ki, sığorta obyekti olan evi o, "xxxx" ASC ilə bağladığı ipoteka krediti hesabına əldə etmiş, həmin ev "xxxx" ASC-də ipoteka ilə yüklüdür və həmin evə görə kredit borcunu ödəməkdədir. Bu səbəbdən hesab edir ki, dəymiş zərərə görə 27.160 manat məbləğində pul onun Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fonduna olan borcunun ödənilməsi məqsədilə "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fonduna ödənilməsi barədə qətnamə qəbul edilməlidir.
14. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək fərdi yaşayış evinə sığorta hadisəsinin baş verməsi nəticəsində dəymiş 18.235 manat məbləğində zərərin əvəzi olaraq pulun "xxxx" ASC-dən alınaraq kredit müqaviləsi üzrə borcunun ödənilməsi məqsədilə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fonduna, həmçinin 3.828,15 manat məbləğində dəbbə pulunun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun "xxxx" ASC-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, mülki iş üzrə sığortalanmış əmlaka dəymiş ziyanın müəyyənləşdirilməsi məqsədilə ekspertiza təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən dəymiş ziyan hesablanaraq 27.160 manat olaraq müəyyən edilmişdir. "xxxx" ASC ona xx.xx.2020-ci il tarixli məktubla müraciət edərək 10.090 manat məbləğində dəymiş zərərə görə kompensasiya ödəməyə hazır o lduğunu bildirmişdir. Lakin təsdiqini tapan zərər məbləği 18.235 manatdır. Buradan aydın olduğu kimi "xxxx" ASC 8.145 manat məbləğində sığorta ödənişini (18.235-10.090=8145) gecikdirmişdir. Göründüyü kimi "xxxx" ASC 8145 manat məbləğində sığorta ödənişini gecikdirmişdir. 06 oktyabr 2020-ci il tarixindən bu günə kimi (xx.xx.2022-ci il) 1 il 3 ay 16 gün keçmişdir. Bu da orta hesabla 470 gün edir. 8145 manat məbləğində gecikdirilmiş sığorta ödənişinə görə bir günlük dəbbə pulu 8,14 manat təşkil edir (8145*0,1%=8,14), 470 günlük gecikmə üçün isə dəbbə pulu 3.828,15 manat təşkil edir.
16. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin fərdi yaşayış evində baş vermiş yanğın hadisəsi zamanı dəymiş ziyanın aradan qaldırılması üçün, fərdi yaşayış evində aparılmalı müxtəlif növ tikinti-təmir və yenidən quraşdırma işlərinin (xidmət haqqı və tikinti materialları daxil olmaqla) təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1,0 kv.m. sahəyə təqribən 350 manat dəyərində vəsaitin sərf olunacağını nəzərə alaraq, fərdi yaşaış evində yanğın nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 27.160 manat (77,6x350) məbləğində müəyyən edilir.
17. Məhkəmə iclasında iştirak etmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin eksperti X9 izahatında bildirmişdir ki, o, məhkəmənin tikinti-texniki ekspertizası təyin edilməsi barədə qərardadında qeyd edilən suallar üzrə rəy vermiş, həmin qərardadda fərdi yaşayış evin in 52.1 kv.m olan yaşayış sahəsi deyil, bütün evə dəymiş ziyanın dəyərinin müəyyən edilməsi qeyd edildiyindən o, da qeyd edilən evə dəymiş ziyanla bağlı rəy vermiş və xx.xx.2019-cu il tarixdə baş vermiş yanğın hadisəsi zamanı dəymiş ziyanın məbləğini 27160 manat olmasını müəyyən etmişdir. Həmçinin qeyd etmişdir ki, 1,0 kv.m. sahəyə təqribən 350 manat dəyərində vəsaitin sərf olunması hazırki mövcud bazar qiymətlərinə uyğundur.
18. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-76/2022 nömrəli iş üzrə 21 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakim- Rəna Qafarova) iddia tələbi qismən təmin edilmiş, sığorta ödənişinin əvəzi olaraq 18.235 manat məbləğində pul vəsaiti "xxxx" ASC-dən alınaraq faydalanan şəxs Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun hesabına ödənilməsi, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 70 manat hissəsi cavabdehdən, 30 manat hissəsi isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
19. Məhkəmə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli rəyini mötəbər sübut hesab etmiş və onunla razılaşmışdır. Belə ki, rəylə razılaşmamaq üçün heç bir əsas müəyyən edilməmişdir. Lakin məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin həmin rəyinin əsaslandırıcı hissəsin dən də görünür ki, ekspert fərdi yaşayış evinin ümumi sahəsi (52,1 kv.m) ilə yanaşı, zirzəmi və s. sahələrinin də ölçüsünü nəzərə alaraq dəymiş ziyanı 1,0 kv.m sahəyə təqribən 350 manat dəyərində hesablayaraq 27.160 manat (77,6x350) məbləğində ziyan müəyyən etmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə dəymiş zərərin 1,0 kv.m sahəyə 350 manat dəyərində hesablanmaqla 18.235 manat (52,1x350) məbləğində müəyyən edilməsi məqsədəmüvafiqdir.
20. Məhkəmə həmçinin iddia tələbinin gecikdirilmiş hər günə görə ümumilikdə 3.828,15 manat dəbbə pulu hesablanmaqla ödənilməsinə dair hissəsini əsassız sayaraq qeyd etmişdir ki, sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Məhkəmənin qənaətinə görə, sığorta obyekti olan evə dəymiş zərərin məbləği ilə bağlı tərəflər arasında razılıq əldə edilməməsi nəticəsində cavabdeh tərəfindən iddiaçının tələb etdiyi qalan məbləğdə sığorta ödənişinin ödənilməməsi cavabdeh tərəfindən sığorta ödənişinin qanunla müəyyən olunmuş müddətdə ödənilməməsi kimi qiymətləndirilə bilməz. Odur ki, dəbbə pulunun tutulması hissəsində iddia tələbi təmin edilməməlidir.
21. Məhkəmə həmçinin qeyd et mişdir ki, İddiaçı mülkiyyətində olan fərdi yaşayış evini ipoteka ilə yüklü etdiyindən və tərəflər arasında bağlanmış sığorta müqaviləsində də göstərildiyi kimi faydalanan şəxs kredit yenidən maliyyələşdirilənədək müvəkkil bank, kredit yenidən maliyyələşdirildikdən sonra isə "xxxx" ASC olduğundan 18.235 manat sığorta ödənişinin əvəzi "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun hesabına köçürülməlidir.
22. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 909.2, 927.3, 927.5, 933.1, 933.3, 934.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 88, 103.1, 119.1, 220.5-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını x ahiş etmişdir.
24. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə ekspertiza mərkəzinin verdiyi rəyə əsasən sığorta olunan əmlaka dəymiş zərərin hesablanması məqsədilə sığorta olunan ərazinin müəyyənləşdirilməsi zəruri olmuşdur. Lakin Məhkəmə Ekspertiza Mərkəzi öz rəyində sığorta olunan ərazini yanlış qeyd edərək bu ərazinin 77,6 kv.m.-ə bərabər olduğunu qeyd etmişdir. Məhkəmə öz qəbul etdiyi qətnamədə sığorta olunan ərazinin sahəsini 52,1 kv.m. olaraq göstərmiş və ekspertizaya əsasən sığorta olunan əmlaka dəymiş zərərin hesablanması nəticəsində yaranan məbləği dəyişdirmişdir. Bununla belə qəbul edilmiş qətnamədə məhkəmə Məhkəmə Ekspertizasının verdiyi rəylə razılaşdığını qeyd etmişdir. Ədliyyə Nazirliyi yanında Məhkəmə Ekspertizasının sığorta olunan ərazi haqqında doğ ru məlumata malik olmadan sığorta olunan əmlaka dəymiş zərərin təqribi hesablanması keçirilmiş ekspertizanın obyektiv gerçəyi əks etdirməsi ilə bağlı şübhələr doğurur və məhkəmənin müvafiq rəyi tam şəkildə tədqiq etməməsini dəlalət edir. Müvafiq ekspert rəyində qiymətləndirilmə nəticəsində tikinti-təmir və yenidən quraşdırılma işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq müəyyənlədirilmişdir. Lakin müvafiq rəydə 1 kv.m. görə 350 manat təqribi dəyər hansı meyarların əsasında hesablanması barədə heç bir məlumat əks olunmamışdır. İddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunmadan əvvəl, sığortalanan əmlaka dəymiş zərərin hesablanması məqsədilə 4 müstəqil ekspertiza keçirilmişdir. Lakin məhkəmə keçirilmiş ekspertizaların nəticələrini sübut olaraq tədqiq etməmi ş və keçirilmiş ekspertizaları sübut kimi dəyərləndirməmişdir.
25. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-4815/22 nömrəli iş üzrə 06 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Azad İmanov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov və Fuad Talışinski) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apelyasiya şikayətinin dəlilləri yuxarıda göstərilənlərə əsasən formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10/4747 saylı, xx.xx.2021-ci il tarixli rəyini əsassız olması nı sübut edə bilməmiş və məhkəmə kollegiyası tərəfindən də rəylə razılaşmamaq üçün heç bir əsas müəyyən edilməmişdir.
27. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki 909.2, 922.1, 925.1, 926.1-ci, MPM-in 372, 372.1, 372.6, 372.7, 376.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
29. Cavabdeh kassasiya şikayətini apellyasiya şikayətinə uyğun olaraq əsaslandırıb əlavə olaraq qeyd etmişdir ki, iddiaçının zərərin əvəzi olaraq pulun "xxxx" ASC-dən alınaraq kredit müqaviləsi üzrə borcunun ödənilməsi məqsədilə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fonduna (bundan sonra Fond) ödənilməs i tələbi ilə iddia qaldırması üçün subyektiv hüququ yoxdur. Belə ki, fərdi yaşayış evi Fondda girov qoyulmamışdır və iddiaçının Fondun əvəzinə belə bir iddia tələbi ilə çıxış etmək səlahiyyəti yoxdur. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
31. Maddə 909.2. Girov qoyulan əmlakın sığortası müqaviləsində girov saxlayan yalnız sığorta ödənişinin verilməsi anında borclunun (girov qoyanın) ona olan borc məbləği həddində ödəniş almaq hüququna malik olan faydalanan şəxs kimi tanına bilər. Zərərin borc məbləğindən artıq olan hissəsinə münasibətdə girov qoyan (borclu) faydalanan şəxs qismində tanınmalıdır.
32. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
33. Maddə 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir.
34. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə u yğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Mülki Prosessual Məcəllə
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
37. Maddə 21.2. Hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
38. Maddə 77.1. Hər bir tərəf öz tə ləblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüq uq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Məhkəmə kollegiyası hesab edir ki, sığorta hadisəsinin baş verməsi nəticəsində dəymiş zərərin məbləği ilə bağlı cavabdeh tərəfin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırması düzgün olmuşdur.
49. Məhkəmələr zərərin məbləği ilə bağlı dəfələrlə keçirilən qiymətləndirmə rəylərindəki ziddiyyətləri araşdırmış, faktiki olaraq cavabdehin təqdim etdiyi ekspert tərəfindən müəyyən edilmiş məbləği əsaslı hesab etmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçı hazırkı tələbi irəli sürməkdə haqlı olmuşdur. Belə ki, onun öz m ülkiyyətində olan əmlaka dəymiş zərərin müəyyən edilməsini və həmin məbləğin faydalanan şəxsin hesabına ödənilməsini tələb etməsi qanunla qadağan olunmamışdır.
50. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.
51. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş qeyd olunan faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sada lanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır.
52. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlili əsassız hesab edir.
53. Göstərilənlərə əsasən iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.
54. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apel lyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4815/2022 nömrəli iş üzrə 06 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.