Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5843/2019 17.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksndrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 aprel 2019-cu il tarixli qətnaməsindən XXXnun kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(006)-5140/2018, hakim P.A.Hüseynov) İddiaçı cavabdeh XXXna qarşı iddiası təmin edilmiş, əmanət üzrə kompensasiya olaraq 17.080 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 aprel 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-2929/2019, hakimlər X.Ə.Cəmilova, İ.K.Xəlilov, İ.Ə.Kərimli) XXXnun apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdehin nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: X3 ilə «xxxx» ASC arasında bağlanmış 12 fevral 2015-ci il tarixli əmanət (“göy əmanət”) müqaviləsinə əsasən bank əmanətçidən 15.000 manat məbləğində olan pul vəsaitini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qayda da əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün illik 10,25 faiz dərəcəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə 24 ay müddətinə bağlanmışdır. Bank 27.12.2017-ci il tarixli məhkəmə qərarı ilə ləğv edilmişdir. X3 04.07.2018-ci il tarixdə vəfat etmişdir. 25 iyul 2018-ci il tarixdə Məmmədova X1 Sığortalanması Fonduna qarşı əmanətə qoyulmuş vəsaitin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymə t verilməmişdir. Əmanət müqaviləsinin müddəti bitdikdən sonra 16 faiz dərəcəsi ilə uzadılaraq qorunan əmanət statusundan çıxmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı vəkilsiz iştirak etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kasatorun nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı mərhum ərinin əmanət müqaviləsi üzrə banka əmanət qoyduğu pul vəsaitinin sığortalandığı halda qanunsuz olaraq qaytarılmadığına istinad edərək əmanət məbləğinin cavabdehdən tutulmasını tələb edir. “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun 3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq XXXnun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 3 (ü ç) il müddətində tam sığortalanır. “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2.6-cı maddəsinə əsasən cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlər hesab olunmur. Həmin Qanunun 8.1.20-ci maddəsinə əsasən X6 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. XXXnun Himayəçilik Şurasının 23 fevral 2015-ci il tarixli qərarına əsasən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 24 fevral 2015-ci il tarixdən 12 faiz müəyyən edilmişdir. Apellyasiya məhkəməsi tərəfindən araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, Eldar Məmmədov tərəfindən depozit yerləşdirilə rkən onun razılaşdığı illik faiz dərəcəsi (10,25 %) vəsaitin cəlb edildiyi vaxt qüvvədə olan faiz dərəcəsindən (12 %-dən) xeyli aşağı olmuşdur. Tərəflər müqavilə münasibətlərinə girərək depoziti tam olaraq sığortalamışlar. Depozit cəlb olunan vaxtda faiz dərəcəsi “Əmanətlərin sığortalanması haqqında” Qanunun 8.1.20-ci maddəsinə uyğun olmuşdur. Qanunvericiliyin qeyd olunan tələbləri baxımından, XXXnun Himayəçilik Şurasının müvafiq qərarına əsasən apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının əmanət məbləği qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aiddir, ona görə də tam şəkildə kompensasiya olunmalıdır. Kassasiya şikayətində əmanət müqaviləsinin 5.2-ci maddəsinə istinad edilərək X2 öz iradə ifadəsi əsasında müqavilənin uzadılma qaydası ilə razılaşdığı barədə dəlil irəli sürülmüşdür. Kassatorun da istinad etdiyi əmanət müqaviləsinin 5.2-ci maddəsində təsbit edilmişdir ki, müqavilə müddətinin bitdiyi sonuncu gün əmanət əmanətçi tərəfindən geri götürülmədikdə bu müqavilə eyni şərtlərlə, lakin həmin günə bankda olan faiz dərəcəsi tətbiq olunmaqla uzadılmış hesab edilir. Əvvəla, əmanət müqaviləsi bağlanan zaman X3 əmlak mənafeyinə daha uyğun olan, daha yüksək faiz dərəcəsi ilə müqavilə bağlamaq imkanı olduğu halda, həmin vaxtda məhz əmanətin qorunması şərtini üstün tutaraq aşağı faiz dərəcəsi ilə müqavilə bağlamışdır. Bu halda, müqavilə müddətinin yüksək faiz dərəcəsi ilə uzadılaraq əmanətin qorunan əmanətlər sırasından çıxarılması onun iradə ifadəsinə uyğun hesab edilə bilməz. Digər tərəfdən, əmanət müqaviləsinin 5.2-ci maddəsində müqavilə müddətinin eyni şər tlərlə uzadılması nəzərdə tutulmuşdur. Müqavilənin məzmunundan göründüyü kimi, tərəflər həmin müqavilənin şərtləri kimi əmanət məbləğinin qorunması, müqavilə müddəti, faiz dərəcəsi, ödəniş qaydası barədə razılığa gəlmiş, müqavilə müddəti uzadılarkən faiz dərəcəsinin həmin gün üçün bankda qüvvədə olan faiz dərəcəsinə uyğunlaşdırılması nəzərdə tutulmuşdur. Qeyd edilən şərt müqavilənin daha yüksək faiz dərəcəsi ilə uzadılıb əmanətin qorunmayan əmanət kimi müəyyən edilməsinə əsas ola bilməzdi, yalnız qorunan əmanətlər üzrə faiz dərəcəsi endirildiyi halda, həmin şərt bankın xeyrinə təfsir edilərək əmanətin qorunanlıq statusu saxlanılması şərti ilə müqavilə aşağı faiz dərəcəsi ilə uzadıla bilərdi. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tə ləblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5843/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5843/2019
17.09.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver