Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5849/2019 23.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı vəkili ***nun və cavabdeh Əmanətlərin Sığortalanması Fondunun vəkili ***nın iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.04.2019-cu il tarixli, 2(103)4142/2019 nömrəli qətnaməsindən cavabdeh Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “***” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şik ayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqaviləsi üzrə borcun, faizlərin və cərimənin olmaması barədə Maraqlı şəxs2na məlumat təqdim edilməsi öhdəliyinin qoyulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 141/14/118/12 saylı kredit müqaviləsi üzrə borcunun, faizlərin və cərimənin olmaması barədə Maraqlı şəxs2na məlumat təqdim edilməsi öhdəliyinin Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “***” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5927/18 saylı, 27 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mü lki Kollegiyasının 17.04.2019-cu il tarixli, 2(103)4142/2019 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Əmanətlərin Sığortalanması Fondu iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.04.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh Əmanətlərin Sığortalanması Fondu iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.04.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, iddianın rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə sübutlara düzgün qiymət verməmiş, tərəflər arasında ola n münasibətləri tənzimləyən müqavilə müddəalarına, qüvvədə olan qanunvericilik aktlarının müddəalarına məhəl qoymamış, maddi və prosessual hüquq normalarını pozmuş, düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçı tərəfin borcunun qalmasına baxmayaraq, iddianın təmin edilməsinə dair qərar qəbul etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən cavabdeh Əmanətlərin Sığortalanması Fondunun vəkili *** kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili *** kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə qərarın qəbul e dilməsini xahiş etmişdir. Digər cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 17.04.2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayətini təmin etməyib, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 noyabr 2018-ci il tarixl i qətnaməsini dəyişdirmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 fevral 2015-ci il tarixli, 2(009)-227/2015 saylı qətnaməsi ilə İddiaçı QSC “***” KB-nın xeyrinə 110.641,04 (yüz on min, altı yüz qırx bir manat, dörd qəpik) manat məbləğində əsas borc, 4.545,60 (dörd min beş yüz qırx beş manat, altmış qəpik) manat məbləğində faiz borcu, 11,05 (on bir manat, beş qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 115.197,69 (yüz on beş min yüz doxsan yeddi manat, altmış doqquz qəpik) manat məbləğində borcun və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödən ilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması, ipoteka predmetinin ilkin satış qiyməti 183.000 (yüz səksən üç min) manat məbləğində müəyyən edilməklə tutmanın İddiaçı məxsus olan, ipoteka predmeti ünvan 1 ünvanında yerləşən 35 saylı mənzilə yönəldilməsi, həmin mənzilin boşaldılması və açıq hərracdan satılması, mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra ipoteka qoyan İddiaçı və X1, X2 və X3 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmaları və QSC "***" KB-yə ödənilməli olan borc və məhkəmə xərci ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdeh İddiaçı qaytarılması qərara alınmışdır. Ləğvetmə prosesində olan Qapalı S əhmdar Cəmiyyəti “***” Kommersiya Bankı tərəfindən İddiaçı ünvanlanmış 25 iyul 2018-ci il tarixli, **********238 saylı cavab məktubu ilə 05 may 2012-ci il tarixli, 141/14/118/12 saylı kredit müqaviləsi üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 fevral 2015-ci il tarixli, 2(009)227/2015 saylı qətnaməsinə əsasən İddiaçı borcunu ödədiyi qeyd edilmişdir. Bank əməliyyat sistemində 20 iyul 2018-ci il tarixə İddiaçı cəmi 12598 (on iki min beş yüz doxsan səkkiz) manat 74 (yetmiş dörd) qəpik borcu vardır. Həmin qətnamə üzrə Bank tərəfindən hər hansı digər hərəkətlərin icra edilməsi müəyyən edilməmişdir. Maraqlı şəxs2 İddiaçı göndərdiyi 13 avqust 2018-ci il tarixli, B-231 saylı cavab məktubunun surətindən görünür ki, “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun 18.3-cü maddəsinə əsasən məlumat təchizatçısı sorğunu aldığı gündən 3 iş günü müddətində kredit tarixçəsinin subyekti haqqında kredit bürosuna verdiyi məlumatın düzgünlüyünü yoxlayır, məlumatın düzgün olması və ya aşkar edilmiş səhvin aradan qaldırılması barədə kredit bürosuna müvafiq məlumat göndərir. Təqdim olunmuş məlumatlarda hər hansı yanlışlıq mövcuddursa, müvafiq məlumatlarda düzəliş edilməsi zəruridir. Məlumat təchizatçısı cari ayın məlumatlarını sistemdə elektron olaraq, tarixi məlumatları isə düzəliş üçün rəsmi müraciət məktubu ilə yeniləyə bilər. Büroya təqdim edilmiş məlumatlarda yalnışlıq olmadıqda bu haqda kredit tarixçəsi subyektinə və Büroya məlumat verilir. Eyni məzmunlu məktub Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “***” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fo nduna da göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, verilmiş arayışla qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcun ödənildiyi müəyyən edildiyindən və tələb edilən borcun yaranma əsasları haqqında hər hansı sübut təqdim edilmədiyindən iddianın təmin edilməsindən ibarət birinci instansiya məhkəməsinin qənaəti qanunauyğun olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəlləd ə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Kassasiya şikayətində istinad edilən işin faktiki halları ilə bağlı dəlilə münasibətdə isə kollegiya işin fakt iki hallarına qiymət vermədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilinin əksinə olaraq sübutlara məhz Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işdə olan digər sübutlarla birgə qiymət verməklə nəticəyə gəlmişdir. Sübutların mahiyyətinə qiymətin verilməsi isə kassasiya instansiyası məhkəməsinin səlahiyyətinə aid olmadığından həmin sübutların məzmunu ilə bağlı kassasiya şikayətinin dəlillərini kollegiya əhəmiyyətsiz hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə b axarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “***” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.04.2019-cu il tarixli, 2(103)-4142/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5849/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5849/2019
23.09.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver