Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-585/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) 07.02.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3686/2022 nömrəli, 14 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 7 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh ilə İddiaçı arasında xx.xx.2012-ci il tarixdə bağlanmış Pul borcunun əmlakla əvəz olunması barədə müqaviləyə əsasən Cavabdeh vətəndaş İddiaçı aldığı borc pul məbləğlərindən 200 000 ABŞ dollarının əvəzinə onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən sahəsi 82,8 kv.m.olan və dəyəri 200 000 ABŞ dolları olan qeyriyaşayış sahəsini İddiaçı mülkiyyətinə verir. İddiaçı vətəndaş Cavabdeh verdiyi borc pul məbləğlərindən 200 000 ABŞ dollarının əvəzinə Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən sahəsi 82,8 kv.m.olan və dəyəri 200 000 ABŞ dolları olan qeyriyaşayış sahəsinin onun mülkiyyətinə verilməsi şərtini qəbul edir.
2. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-892/2020 nömrəli, 27 yanvar 2020-ci il tarixli qətnaməsinə əsasən apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1979/2019 saylı iş üzrə 22 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılması, iddia tələbinin təmin edilməsi, Cavabdeh 200 000 ABŞ dollarının (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) alınaraq İddiaçı Saleyviçə ödənilməsi qət edilmişdir.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4847/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarına əsasən cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı id dia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12 iyun 2012-ci il tarixdən hal-hazıradək olan dövr üçün 200.000 ABŞ dolları məbləğində olan pul vəsaitinə faizlərin (bank uçot dərəcəsinin) hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 25 ildir ki, tanıyır. Artıq aralarında münasibətlər yarandığından ona hörmətlə yanaşdığı üçün onun xahişi ilə ona bir neçə dəfəyə külli miqdarda borc pul vermişdir. 12 iyun 2012-ci il tarixdə Cavabdeh yenə ona 200.000 ABŞ dolları lazım olmasını bildirərək, ona həmin məbləğdə borc verməyini xahiş etdi və 12 iyun 2012-ci il tarixdə 200.000 ABŞ dolları borcun əvəzinə ünvan 2 ünvanda yerləşən sahəsi 82,8 kvm olan qeyri-yaşayış sahəsini ona pul borcunun əmalakla əvəz olunması barədə müqavilə bağladılar. Borc əvəzi kimi ona verdiyi ünvan 2 ünvanda yerləşən sahəsi 82,8 kvm olan qeyri-yaşayış sahəsinin onun adına rəsmiləşdirilməsini xahiş etdi. Lakin Cavabdeh ona bildirdi ki, ona olan 200.000 ABŞ dolları borcunu qaytarmayacaq və qeyri-yaşayış sahəsini onun adına keçirməyəcək. Buna görə də, məcbur olaraq mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdi. Səbail Rayon Məhkəməsinin 2(009)-599/2016 saylı, 22 iyul 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı Salayeviçin (onun) Cavabdeh qarşı Cavabdeh 200.000 ABŞ dolları məbləğində borcun, göstərilən borcun əvəzinə ünvan 3 ünvanda yerləşən sahəsi 82,8 kvm olan qeyri-yaşayış sahəsinin onun mülkiyyətinə verilərək, həmin qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına (onun adına) qeydə alınması barəd ə iddiası və Cavabdeh İddiaçı Salayeviçə (ona) qarşı 160 000 manat məbləğində pulun tutulması barədə qarşılıqlı iddiası təmin edilməmişdir. Həmçinin Səbail Rayon Məhkəməsinin 2(009)3809/2017 saylı, 11 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Əli-zadə Rasimə ƏliƏşrəf qızının cavabdeh İddiaçı Salayeviçə qarşı «müqavilənin etibarsız hesab edilməsi barədə» iddiası təmin edilərək, ünvan 4 ünvanında yerləşən, 82,8 kvm qeyri-yaşayış sahəsinin İddiaçı verilməsinə dair Cavabdeh ilə İddiaçı Salayeviç arasında bağlanmış 12 iyun 2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. Səbail rayon məhkəməsinin 2(009)599/2016 saylı, 22 iyul 2016-cı il tarixli qətnaməsi və Səbail rayon məhkəməsinin 2(009)3809/2017 saylı, 11 oktyabr 2017-ci il tarixli qətnaməsi əsasında verilmiş ap ellyasiya şikayətləri əsasında işə apellyasiya məhkəməsində baxılması zamanı işlər bir icraatda birləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 mart 2017-ci il tarixli qətnaməsi ilə Səbail rayon məhkəməsinin 2(009)-599/2016 saylı, 22 iyul 2016-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə və Səbail rayon məhkəməsinin 2(009)-3809/2017 saylı, 11 oktyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Göstərilən məhkəmə aktları ilə onunla Cavabdeh arasında bağlanmış müqavilə etibarsız hesab edilsə də, etibarsız əqdin qaydaları tətbiq edilməmişdir. Buna görə də, o, Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəsi ilə Səbail rayon məhkəməsinə müraciət edərək, Cavabdeh 200.000 ABŞ dolları məbləğində pulun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılma sım xahiş etdi. Səbail rayon məhkəməsinin 2(009)1979/2019 saylı, 22 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə onun iddia tələbi təmin edilməmişdir. Bakı Apellyaşiya Məhkəməsinin 2(103)-892/2020 saylı, 27 yanvar 2020-ci il tarixli qətnaməsi ilə onun apellyaşiya şikayəti təmin edilərək, Səbail rayon məhkəməsinin 2(009)-1979/2019 saylı, 22 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılmış, iddia təmin edilərək, Cavabdeh 200.000 (iki yüz) min ABŞ dollarının (ödəniş günü gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) alınaraq İddiaçı Saleyviçə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 4847/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı Apellyaşiya M əhkəməsinin 2(103)- 892/2020 saylı, 27 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Göstərilənlərə əsasən, Cavabdeh 12 iyun 2012-ci il tarixdən hal-hazıradək onun 200.000 ABŞ dolları məbləğində pulunu qaytarmaması yenidən mübahisələndirilə bilməz və həmin fakt yenidən sübut edilməməlidir (Azərbaycan Respublikası MPM-nin 82.3-cü mad.). Göstərilənlərə əsasən, Cavabdeh 12 iyun 2012-ci il tarixdən halhazıradək ona olan 200.000 ABŞ dolları məbləğində borcunu qaytarmadığından həmin məbləğə hesablanan faizləri (bank uçot dərəcəsi) ona ödəməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra,edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini, əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir.
6. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17 yanvar 2022-ci il tarixli, 9/9572 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyinə əsasən ekspertiza təyini haqqında qərardadda ekspert qarşısında qoyulmuş sual üzrə xx.xx.2020-ci il tarixdən 200.000 ABŞ dolları pulun hal-hazırki dövr üçün (yəni xx.xx.2021-ci il tarixli qərardadın tarixinədək) Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi uçot faiz dərəcəsinə müvafiq olaraq hesablanan faiz məbləği illər üzrə, eyni zamanda ABŞ dollarının ekvivalenti Mərkəzi bankın müvafiq dövrü üzrə AZN-ə konvertasiya edilərək aşağıdakı kimi müəyyən edilir: ABŞ dolları ilə hesablanan faiz məbləği - cəmi 12120,83 ABŞ dolları. 2020-ci il üzrə hesablanan faiz məbləği -1336,0 ABŞ dolları; 2021-ci il üzrə hesablanan faiz məbləği10784,83 ABŞ dolları. AZN ilə hesablanana faiz məbləği cəmi - 20695,14 manat. 2020-ci il üzrə hesablanan faiz məbləği -3069,44 manat; 2021-ci il üzrə hesablanan faiz məbləği17625,70 manat müəyyən edilmişdir.
7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-104/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən: Mədinə Bağırova) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə iddianı rədd edərkən hesab etmişdir ki, iddiaçı cavabdeh tərəfindən onun pul vəsaitinin qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplanması nəticəsində faydalanması, yəni gəlir, artım, bəhər və ya sair maddi gəlir əldə etməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə əsasən qeyd edilən halın sübut edilməsi məhz iddiaçının vəzifəsidir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1, 449.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 78.1, 217.4-cü maddələrinə istin adla əsaslandırmışdır. b) Apellyasiya instansiya məhkəməsindəki icraat
10. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,, Cavabdeh 12 iyun 2012-ci il tarixdə İddiaçı 200.000 ABŞ dolları almış, həmin pul məbləğini əsassız olaraq özündə saxlayaraq geri qaytarmamış, buna görə də Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəsi ilə Səbail rayon məhkəməsinə müraciət edərək, Cavabdeh 200.000 ABŞ dolları məbləğində pulun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasım xahiş etdi. Səbail rayon məhkəməsinin 2(009)-1979/2019 saylı, 22 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə onun iddia tələbi təmin edilməm işdir. Bakı Apellyaşiya Məhkəməsinin 2(103)- 892/2020 saylı, 27 yanvar 2020-ci il tarixli qətnaməsi ilə onun apellyaşiya şikayəti təmin edilərək, Səbail rayon məhkəməsinin 2(009)-1979/2019 saylı, 22 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılmış, iddia təmin edilərək, Cavabdeh 200.000 (iki yüz) min ABŞ dollarının (ödəniş günü gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) alınaraq İddiaçı Saleyviçə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 4847/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı Apellyaşiya Məhkəməsinin 2(103)-892/2020 saylı, 27 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Qanuni qüvvədə olan məhkəmə aktları ilə müəyyən edilmişdir ki, Cavabdeh 12 iyun 2012-ci il tarixdə İddiaçı 200.000 ABŞ dolları almış, həmin pul məbləğini əsassız olaraq özündə saxlayaraq geri qaytarmamışdır. Səbail rayon məhkəməsinin 2(009)- 1979/2019 saylı, 22 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə onun iddia tələbi təmin edilməmişdir. Bakı Apellyaşiya Məhkəməsinin 2(103)-892/2020 saylı, 27 yanvar 2020-ci il tarixli qətnaməsi ilə onun apellyaşiya şikayəti təmin edilərək, Səbail rayon məhkəməsinin 2(009)-1979/2019 saylı, 22 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılmış, iddia təmin edilərək, Cavabdeh 200.000 (iki yüz) min ABŞ dollarının (ödəniş günü gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) alınaraq İddiaç ı Saleyviçə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 4847/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı Apellyaşiya Məhkəməsinin 2(103)- 892/2020 saylı, 27 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Göstərilənlərə əsasən, Cavabdeh 12 iyun 2012-ci il tarixdən hal-hazıradək İddiaçı 200.000 ABŞ dolları məbləğində pulunu qaytarmaması yenidən mübahisələndirilə bilməz və həmin fakt yenidən sübut edilməməlidir (Azərbaycan Respublikası MPM-nin 82.3-cü mad.). Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi əsası kimi ona istinad etmişdir ki, iddiaçı cavabdeh tərəfindən onun pul vəsaitinin qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplanması nəticəsində faydalanması, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə əsasən qeyd edilən halın sübut edilməsi məhz iddiaçının vəzifəsidir. Birinci instansiya məhkəməsinin göstrilən hallara əsaslanmaqla iddinın təmin edilməməsinə dair gəldiyi nəticə əsassızdır. Belə ki, göründüyü kimi, qanuni qüvvədə olan məhkəmə aktları ilə müəyyən edilmişdir kı, Cavabdeh 12 iyun 2012-ci il tarixdə 200.000 ABŞ dolları məbləğində pul vəsaitini İddiaçı almışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, “..hə min normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama....Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-nin bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM -nin «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Qanuni qüvvədə olan məhkəmə aktları ilə müəyyən edilmişdir kı, Cavabdeh 12 iyun 2012ci il tarixdə 200.000 ABŞ dolları məbləğində pul vəsaitini İddiaçı almışdır. Pul vəsaitini isə bir şəxsdən digər şəxs o halda alır ki, borclarını ödəmək, əmlak əldə etmək və.s hallarda. Heç bir əsas və beləliklə də, ehtiyac olmadan bir şəxsin digər şəxsdən pul vəsaiti alması ağılabatan mühakimə deyildir. Odur kı, alınmış pul vəsaitinin alan şəxs tərəfindən istənlən, lakin öz məsrsflərinə sərf etməsi, yəni borclarını ödəməsi, əmlak əldə etməsi və.s hallar alınmış pul vəsaitlərinin faydalı təbii xassələrini hasil etmək və bununla da, AR MM-nin 152.3-cü maddəsi ilə müəyyən edilmiş istifadəni, yəni alınmış pul vəsaitindən faydalanmanı təsdiq edir.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 oktyabr 2022-ci il tarixli, 2(103)-3686/2022 nömrəli (hakimlər X1 (sədrlik edən və məruzəçi), İkram Şirinov və Elnur Həsənov) qətnaməsi ilə İddiaçı Salayeviç tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamənin qəbul edilməsi, iddianın qismən təmin edilməsi, Cavabdeh əsas borcun gecikdirilməsinə görə 8575,34 ABŞ dolları məbləğində pul vəsaiti (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyu ta məzənnəsinə uyğun olaraq Azərbaycan manatl ilə) alınaraq İddiaçı Salayeviçə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
13. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq, Ali Məhkəmənin son zamanlar formalaşdırdığı hüquqi mövqeyə əsaslanaraq qeyd etmişdir ki, əsas borca görə hesablanan faiz məbləği Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən hesablanmalıdır.
14. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarına istinad edərək belə nəticəyə gəlmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaiti ndən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ill ik beş faizdən yüksək olduqda, kreditor tərəfındən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafıq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafıq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Göstərilən normaların dispozitiv şərtlərindən də göründüyü kimi, gecikdirilmiş vaxt üçün faiz tələb etmə yalnız kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməs i (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) halında mümkündür.
15. Məhkəmə hesab etmişdir ki, hazırki borc məbləği üzrə faiz məbləği Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən hesablanmalıdır.
16. Belə ki, əsas borcun tutulması ilə bağlı Ali Məhkəmənin qərarının qəbul edildiyi xx.xx.2020-ci il tarixindən iddiaçının hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi xx.xx.2021-ci il tarixinədək olan müddət 10 ay 9 gün təşkil edir. Yəni, cavabdehin iddiaçıya ödəməli olduğu 200.000 ABŞ dolları məbləğində əsas borc 313 gün gecikdirilmişdir. Belə olan halda, cavabdehin 313 gün üçün gecikdirdiyi illik 5 faiz 8575.34 ABŞ dolları təşkil edir (313x10000:365=8 575.34).
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 384.0.1, 385.2, 386, 387.1, 388-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan qanuni qüvvədə olan məhkəmə aktlarına əsasən cavabdeh xx.xx.2012-ci il tarixdə iddiaçıdan 200000 ABŞ dolları almış, həmin pul məbləğini əsassız olaraq özündə saxlayaraq geri qaytarmışdır.
20. Cavabdehin xx.xx.2012-ci il tarixdən hal-hazıradək iddiaçının 200.000 ABŞ dolları məbləğində pulunu qaytarmaması yenidən mübahisələndirilə bilməz və həmin fakt yenidən sübut edilməməlidir.
21. Bank uçot dərəcəsi ilə hesablanmalı olan faizlər qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsi əsas götürülməklə hesablanmalı olduğu halda, apellyasiya instansiya məhkəməsi əsassız olaraq bu müddəti daha qısa müddətə, yəni mövcüd iddia ərizəsi ilə məhkəməyə müraciət edilən günədək hesablamışdır.
22. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1 449.2, Azərbaycan R espublikası Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə istinad edərək əsaslandırmışdır.
23. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmuş hissəsində ləğv edilməsi və iddia tələbinin tamamilə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanuni qüvvədə olan qətnamə ilə həll edilmiş mübahisə borc müqaviləsi deyil, “pul borcunun əmlakla əvəz olunması barədə” müqavilədən irəli gələn mübahisə olmuşdur, həmin müqavilədə hər hansı faiz, cərimə və s. ödənilməsi nəzərdə tutulmamışdır.
25. Həmin mübahisə hazırdan qanuni qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə yekunlaşmışdır və qətnamədə hər hansı faiz, cərimə tut ulması qət edilməmişdir, ümümiyyətlə, həmin mübahisə üzrə iddiaçı belə bir tələb irəli sürməmişdi.
26. Qətnamə qanuni qüvvəyə mindikdən sonra, tərəflər arasında olan münasibətlər “kreditor-borclu” münasibətləri deyil, “tələbkar-borclu” münasibətləri olmuşdur və bu səbəbdən hazırki iş üzrə İddiaçı MM-nin 445.7-ci maddəsində nəzərdə tutulmuş “kreditor” deyil, “İcra haqqında” qanunun 28.2-ci maddəsində nəzərdə tutulmuş “tələbkar” statusunda olmuşdur. Həmin qanunun 28.2-ci maddəsinə əsasən icraatda tərəflər tələbkar və borcludur.
27. Cavabdehin icra sənədini qəsdən icra etməməsi barədə heç bir sübut yoxdur və icra məmuru tərəfindən onun barəsində bununla bağlı hər inzibati xəta haqqında protokol tərtib edilməmişdir.
28. Cavabdeh tərəfindən icra sənədinin könüllü icrası ilə bağlı iddiaçıya 4000 0 ABŞ dolları ödənilmiş və ödənilməli olan 160000 ABŞ dollarının əvəzinə ünvan 1 ünvanında yerləşən 82,8 kv.m. qeyri-yaşayış sahəsinin iddiaçının mülkiyyətinə verilməsinə razılığını bildirmişdir.
29. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217-ci maddəsinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. İddiaçı kassasiya şikayətinə qarşı etiraz ərizəsi göndərərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin tətbiq edilməsini, bugünki qaydalara görə Mərkəzi Bankın uçot dərəcəsinə görə 8,25% ilə iddiaçı tərəfindən pulun qaytarılmasının gecikdirilməsinə görə iddiaçıya çatası olan məbləğin hesablanmasını və bu barədə qərar çıxarılmasını məhkəmədən xahiş etm işdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
31. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
32. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
33. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarı
34. Kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafıq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtı tənzimlədiyi halda, kredit müd dəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir.
35. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını yalnız müqavilədə bu şəkil də şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Mülki Məcəllənin «Öhdəliklərin icra edilməməsi» adlanan 22-ci fəslində və «Öhdəliklərin icra edilməməsi üçün məsu liyyət» adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. Mülki Prosessual Məcəllə
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 407.2. Kassasiya şikayətində işin halları nın sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Hazırkı kassasiya şikayətində qətnamə iddia çı və cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
49. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 v ə 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3686/2022 nömrəli mülki iş üzrə 14 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.