Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5853/2019 17.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əzimova Səbinə Yaşar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı əmlakın hərracdan satılması və pulun paylara uyğun bölünməsi tələbinə dair iddia ərizəsi, həmçinin mübahisə barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs MMC-nin - Cavabdeh qarşı borcun tutulması barədə iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 15 aprel 2019-cu il tarixli qətnaməsindən üçüncü şəxs Maraqlı şəxs MMC tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail rayon Məhkəməsinin 05 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim N.Bağırov) İddiaçı Cavabdeh qarşı əmlakın hərracdan satılması və pulun paylara uyğun bölünməsi tələbinə dair iddia tələbi təmin edilmiş, İddiaçı ilə Cavabdeh ½ hissədə paylı mülkiyyəti kimi tanınmış Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsində yerləşən 63 saylı evin 33 saylı mənzil hərraca çıxarılaraq satılması, mənzilin satışından əldə olunmuş pul əmlakdakı bərabər hissədə olan paylara mütənasib surətdə iddiaçı və cavabdeh arasında bölünməsi, müstəqil tələb irəli sürən 3-cü şəxs Maraqlı şəxs MMC-nin iddiasının təmin edilməsi, İddiaçı ilə Cavabdeh bərabər hissələr də paylı mülkiyyəti olan Bakı şəhəri, Yasamal rayon, Nizami küçəsində yerləşən 63 saylı evin 33 saylı mənzilinin hərracda satışından əldə olunmuş pulun Cavabdeh aid hissəsindən 250.000 (iki yüz əlli min) manat pul vəsaiti onun Maraqlı şəxs MMC-yə olan borcuna yönəldilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 15 aprel 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən Ş.Məhərrəmova, hakimlər İ.Kərimli və X.Sarıyev) Səbail rayon Məhkəməsinin 05 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh qarşı “əmlakın hərracdan satılması və pulun paylara uyğun bölünməsi” tələbinə dair iddiası, mübahisə barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası təmin edil məmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Üçüncü şəxs Maraqlı şəxs MMC kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 15 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı - Cavabdeh qarşı “əmlakın hərracdan satılması və satış pulunun bölüşdürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Səbail Rayon Məhkəməsinin 19.12.2016-cı il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh mülkiyyəti kimi tanınmış Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsində yerləşən 63 saylı evin 33 saylı mənzilinin ilkin satış dəyəri müəyyən olunmaqla, hərraca çıxarılaraq satılması, mənzilin satışından əldə olunmuş pulun əmlakdakı paylara mütənasib surətdə iddiaçı və cavabdeh arasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs MMC - Cavabdeh qarşı “borcun əmlakın satışından əldə olunmuş vəsaitə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı və Cavabdeh paylı mülkiyyəti olan Bakı şəhəri, Yasamal rayon, Nizami küçəsində yerləşən 63 saylı evin 33 saylı mənzilinin satışından əldə olunmuş pulu n Cavabdeh aid hissəsindən yetərli olduqda 250.000 manat məbləğində vəsaitin Maraqlı şəxs MMC-yə ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında 1990-cı ildə nikah bağlanılmış və onlar birgə nikahda olduqları zaman mübahisəli Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsində yerləşən 63 saylı evin 33 saylı mənzilini əldə etmişlər. Həmin mənzil mülkiyyət hüququ üzrə Cavabdeh adına qeyd iyyata alınmışdır. 20.11.2015-ci il tarixdə Cavabdeh ilə Maraqlı şəxs MMC arasında Bakı şəhəri, Yasamal rayonu, Nizmai küçəsində yerləşən 63 saylı mənzilin 33 saylı mənzilinə dair alqı-satqı müqaviləsi bağlanılmış və həmin mənzil Maraqlı şəxs MMC-nin mülkiyyətinə keçmişdir. 20.11.2015-ci il tarixli daxili lizinq müqaviləsinə əsasən X1 lizinqə verilmişdir. 20.11.2015-ci il tarixdə Cavabdeh ilə Maraqlı şəxs MMC arasında mübahisəli mənzilə dair alqı-satqı müqaviləsi bağlanarkən İddiaçı razılığı alınmamışdır. Bu səbəbdən Səbail Rayon Məhkəməsinin 19.12.2016-cı il tarixli qətnaməsi ilə 20.11.2015-ci il tarixli alqı-satqı müqaviləsi və həmin tarixdə mənzilə dair bağlanılmış digər əqdlər etibarsız hesab edilmiş və mübahisəli Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsində yerləşən 63 saylı evin 33 saylı mənzil bərabər paylarla İddiaçılə Cavabdeh birgə nikahda əldə olunmuş əmlak kimi hesab edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, mübahisəli mənzil üzərində ½ pay hüququ üzrə mülkiyyət hüquqları tanınsa da, o, həmin mənzil üzərində bu hüquqlarını həyata keçirə bilmir. Belə ki, mənzilin digər paylı mülkiyyətçisi olan Cavabdeh məhkəmə qətnaməsi ilə qət edilmiş 250.000 manat borcu Maraqlı şəxs MMC-yə ödəmədiyindən, onun mənzil üzərində sərəncam vermək hüquqları məhdudlaşdırılır. Digər tərəfdən mənzilin mülkiyyətçisi olan cavabdehin Maraqlı şəxs MMC-yə 250.000 manat borcu olduğundan, cavabdehin ona payının əvəzinə kompensasiya vermək qabiliyyəti də mümkünsüzdür. Bundan başqa mənzil çoxmərtəbəli yaşayış binasında yerləşdiyindən və mənzilin bir giriş qapısı olduğund an, həmin mənzilin təcrid olunmuş iki mənzil olmaqla iki paylara bölünməsi də mümkün deyil. Bu səbəbdən iddiaçı mübahisəli mənzilin açıq hərracdan satılması ilə bağlı tələb irəli sürmüşdür. Müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən irəli sürülmüş tələbdən görünür ki, məhkəmə qətnaməsi ilə Cavabdeh Maraqlı şəxs MMC-nin xeyrinə 250.000 manat məbləğində pul tutulmuşdur. Mənzil açıq hərracdan satılarsa, əldə olunmuş pul vəsaitinin ½ hissəsi Cavabdeh verilməlidir. Lakin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Cavabdeh Maraqlı şəxs MMC-nin xeyrinə 250.000 manat məbləğində pul tutulduğundan, həmçinin Maraqlı şəxs MMC-nin mübahisəli mənzildəki dövlət reyestrində aparılmış mülkiyyət hüquqlarına dair qeydinin ləğv edilməsi və cavabdehdən 250.000 manat borcun ödənilməsi hissəsində məhkə mə qətnaməsi eyni vaxtda icra olunmalı olduğundan, iddiaçı Maraqlı şəxs MMC mənzilin satışından əldə olunmuş pulun ½ hissəsinin borcun ödənilməsinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiya aşağıda göstərilən əsaslara görə hesab edir ki, qətnaməni ləğv edərək iş üzrə verilmiş hər iki iddianı rədd etməklə apelliyasiya instansiyası məhkəməsi qanuni və əsaslı qətnamə qəbul etmişdir. Mülki Məcəllənin 220-ci maddəsinə görə, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər (maddə 220.1.). Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər (maddə 220.2.). Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədik də paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (maddə 220.3.). Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədi kdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər (maddə 220.4.). Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir (maddə 220.5.). Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər (maddə 220.6.). Azərbaycan Respublikası Mülki Məcəlləsinin bəzi maddələrinin şərh edilməinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 aprel 2014-ci il tarixli Qərarından göründüyü kimi Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onlarına paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Göstərilən hüquq normalarından habelə, Konstitusiya Məhkəməsinin Plenum qəaranın məzmunundan görünüdüyü kimi, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlən məsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi pay əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Eyni zamanda paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Lakin işin hallarından müəyyən edilir ki, hazırkı işdə Mülki Məcəllənin 220.3-220.5ci maddələrində nəzərdə tutulmuş qaydalara və ardıcıllığa riayət edilməmişdir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs Maraqlı şəxs MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 15 aprel 2019-cuil tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qər
Məhkəmə qərarları › İş №2(102)-5853/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5853/2019
17.09.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver