Məhkəmə qərarları › İş №2(102)-5855/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5855/2019

16.09.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5855/2019 16.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, X2 oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, İddiaçı YYYqızının və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı YYYqızının cavabdeh “xxxx” MMC-nə qarşı Maraqlı şəxs2 BOKT ASC, Maraqlı şəxs1 maraqlı şəxslər qismində cəlb edilməklə “hərracın yekun nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 aprel 2019-cu il tarixli 2(103)-4537/2019 nömrəli qətnaməsindən İddiaçı YYYqızı v ə vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı YYYqızının cavabdeh “xxxx” MMC-nə qarşı Maraqlı şəxs2 BOKT ASC, Maraqlı şəxs1 maraqlı şəxslər qismində cəlb edilməklə «hərracın yekun nəticələrinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, “xxxx” MMC-nin 27.06.2018-ci il tarixli açıq hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (sədrlik edən Rüstəmli İlkin) 2(009)-297/2019 saylı, 14 yanvar 2019-cu il tarixli qətnaməsi ilə iddia ərizəsi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Xumar Mərdanova - sədrlik edən və məruzəçi, Elnur Həsənov, Fuad Babayev) 16.04. 2019-cu il tarixli 2(103)-4537/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-297/2019 saylı, 14 yanvar 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.04.2019-cu il tarixli 2(103)-4537/2019 nömrəli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qətnaməsindən 13.04.2018-cı il tarixdə Azərbaycan Respublikası Konstitusiya məhkəməsinə şikayət vermiş və şikayətin surətini rəsmi qaydada icra Şöbəsinə təqdim etmişdir. İcra məmuru işin Konstitusiya məhkəməsində icraata götürülübgötürülməməsi barədə məlumat almadan, hərracın keçirilməsinə qərar vermişdir. İcra məmuru qərəzli mövqeyini davam etdirərək, “İcra haqqında” Qanunun 17.1.8-ci maddəsinin müddəalarını kobud surətdə pozmuşdur. Hərrac bir çox qanun pozuntuları ilə keçirilmiş və baş tutmuş hesab edilmişdir. Hərracın təşkilatçısı hərracın keçirilməsinə ən azı 30 gün qalmış tərəflərə məlumat verməli olduğu halda iddiaçıya göndərilən bildirişlərə əsasən 23 gün əvvəl məlumat verilmişdir. Göründüyü kimi hərracın təşkilatçısı qanunvericiliyin müddəalarının pozulması ilə nəticələnən, demək olar ki, formal hərrac keçirmişdir. Məhkəmə isə bu faktların heç birini, o cümlədən işi mahiyyəti üzrə a raşdırmamış, bır çox maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnmiş qətnamə qəbul etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və vəkili Babazadə Rühsarə Vəli qızı kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdirlər. Digər proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə ka ssasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıd ır. İş materiallarından müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 may 2017-ci il tarixli 2(103)-393/2017 saylı qətnaməsi əsasında verilmiş 22 fevral 2018-ci il tarixli icra sənədi üzrə iddiaçı Maraqlı şəxs2 BOKT ASC-nin xeyrinə 34.447,56 ABŞ dolları məbləğində əsas borc, 4.554,90 ABŞ dolları məbləğində faiz borcu, 200 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 39.202,46 ABŞ dolları məbləğində borcun ödəniş gününün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və 30 manat məbləğində dövlət rüsumunun cavabdeh İddiaçı YYYqızından tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş və İddiaçı YYYqızının mülkiyyətində olan 1111 saylı evin 16 nömrəli mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 85.000 manat olmaqla açıq hərracdan satılması, s atışdan əldə olunan pul vəsaitinin Maraqlı şəxs2 BOKT ASC-yə olan borcun qaytarılmasına yönəldilməsi, 1111 saylı evin 16 nömrəli mənzilinin açıq hərracdan satıldıqdan sonra ən geci bir ay ərzində İddiaçı YYYqızının həmin mənzildən çıxarılmaları, ekspertiza keçirilməsinin dəyəri 150 manat müştərək qaydada tərəflərə aid edilməsi qət edilmişdir. “xxxx” MMC-nin Hərracın nəticələri haqqında 12.07.2018-ci il tarixli Y-766 №-li Yekun Protokolun və həmin tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsinin təsdiq olunmuş surətlərindən görünür ki, İddiaçı YYYqızına məxsus olan ünvan 1 ünvanda yerləşən 16 nömrəli mənzil təkrar hərracda alqı-satqı nəticəsində qiyməti 54188 manata ipoteka saxlayan Maraqlı şəxs2 BOKT ASC-yə satılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hərracın keçirilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil edilmiş, hərracın keçiriləcəyi yer və vaxtı barədə tərəflərə bildirişlər göndərilmiş, eyni zamanda qəzetlərdə elanlar verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə apelyasiya instansiyası məhkəməsinin iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.1-ci maddəsinə əsasən ipoteka-öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquq ları qeydə alınan daşınar əşyaların girovudur. Həmin qanununun 33-cü maddəsinə əsasən, Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 39.1-ci maddəsinə əsasən, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin qanunun 40-cı maddəsinə əsasən, tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verildikdən azı 30 təqvim günü keçdikdən sonra ipoteka predmeti bu Qanunla müəyyən edilmiş qaydada satıla bilər. Həmin qanunun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verir. Həmin qanunun 41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Sifariş notariusun icra qeydi əsasında tərtib olunduqda müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunması ilə bağlı xərclər ipoteka saxlayan tərəfindən ödənilir. Həmin qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci ela n və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Həmin qanunun 42.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin məcəllənin 44-cü maddəs inə əsasən, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. İdd iaçının keçirilmiş hərracın etibarsız hesab edilməsi barədə iddia ərizəsində göstərdiyi dəlillər iş materialları ilə təkzib edildiyindən apellyasiya instansiya məhkəməsi haqlı olaraq həmin dəlilləri əsassız hesab etmişdir. Belə ki, “xxxx” MMC tərəfindən 23 may 2018-ci il tarixə təyin edilmiş hərrac barədə İddiaçı YYYqızına 20 aprel 2018-ci il tarixdə, 27 iyun 2018-ci il tarixə təyin edilmiş hərrac barədə isə 08 iyun 2018-ci il tarixdə bildirişlər göndərilmişdir. Bildirişlərin alınması barədə qəbzlər iş materiallarına əlavə olunmuşdur. Beləliklə, iddiaçı hərrac barədə məlumatlı olmadığına istinad etsə də, məhkəməyə istinad etdiyi halları təsdiq edən hər-hansı sübut təqdim etməmiş, əksinə əmlakın hərracının keçiriləcəyinə dair bildirişləri ünvan sahibləri poçt xəbərnamələrinə imza edərək qəb ul etmiş və bu da onların hərracın keçirilməsi barədə məlumatlı olduqlarını sübut edir. Bundan başqa, məhkəmə kollegiyası kassasiya şikayətinin iş üzrə icra icraatının dayandırılmalı olması barədə dəlillərini də əsassız hesab edir. Belə ki, iddiaçının Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə ünvanladığı şikayətin icraata qəbul edilməsi barədə hərhansı sübut məhkəmə kollegiyasına təqdim edilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə ö z tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlar la yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətlinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 2 18-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Buna görə də kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı YYYqızı tərəfindən verilmi ş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.04.2019-cu il tarixli 2(103)-4537/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar