Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-586/2023 01.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdeh 1 qarşı iş üzrə QƏRARİ İş № 2(102)-586/2023 ( Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi ) Bakı şəhəri 01 mart 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı1 cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 oktyabr 2022-ci il tarixli, 2(103)-6687/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 01 mart 2023-cü il tari xdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 may 2019-cu il tarixli hökmünə əsasən, İddiaçı1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək Cinayət Məcəlləsinin 206..3.2-ci maddəsi ilə 6 il, 234.4.1 və 234.4.3-cü maddələri ilə isə 11 il müddətinə azadlıqdan məhrum etmə cəzaları təyin edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsi tətbiq edilməklə təyin edilmiş cəzalar qismən toplanmış, İddiaçı1 cinayətlərin məcmusu üzrə qəti olaraq 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, həmin cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, İddiaçı1 cəzaçəkmə müddətin in əvvəlinin 16 aprel 2018-ci il tarixindən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanması hökm edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-883/2019 nömrəli, 14 oktyabr 2019-cu il tarixli hökmünə əsasən məhkum İddiaçı1 müdafiəçisi X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 may 2019-cu il tarixli hökmü ləğv edilmiş və məhkum İddiaçı1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddələrlə bəraət verilmiş və onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək onun iclas zalından dərhal azad edilməsi hökm edilmişdir.
3. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyun 2020-ci il tarixli, 1(102)-474/2020 nömrəli qərarına əsasən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsininn 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmiş İddiaçı1 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 oktyabr 2019-cu il tarixli hökmü kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı1 (bundan sonra - iddiaçı) cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə mü raciət edərək, azadlıqdan məhrumetmə cəzasının qanunsuz tətbiqinə əsaslanaraq 546 gün müddətinə görə hər gün üçün 100 manat olmaqla 54600 manat, işləmədiyi hər gün üçün 50 manat olmaqla 27300 manat, səhhəti ilə bağlı problemlərə görə 5000 manat və mənəvi ziyan üçün 10000 manat, ümumilikdə 96900 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, 16 aprel 2018-ci ildən 14 oktyabr 2019-cu il tarixədək ibtidai istintaq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində həbsdə qalmış, nəhayət 14 okyabr 2019-cu il tarixli Bakı Apellyasiya Məhkəməsinin hökmü ilə azadlığa çıxmışdır. Ona qanunsuz olaraq həbsdə saxlanıldığı müddət ərzində maddi, fiziki və mənəvi ziyan vurulmuş, barəsində olan əsass ız və yalan məlumatlar mətbuatda işıqlandırılmış, bütün dost, qohum və qonşuları arasında barəsində mənfi fikir formalaşmış, eləcə də səhhətində ciddi problemlər yaranmış, ağ ciyərində və orqanlarında ağrılar olmuşdur. Həbs olunmamışdan əvvəl özünə məxsus olan Kamaz markalı ** NO *** dövlət nömrə nişanlı yük maşını ilə bir günü 50 manat olmaqla"Azərsu”ya məxsus podrat işləri görən Nurəddinlə işləmiş və aylıq gəliri 1500 manat olmuşdur (digər xərclər daxil deyildir). Bundan əlavə, özü birinci Qarabağ müharibəsinin, oğlu isə ikinci Qarabağ müharibəsinin iştirakçısı olmuşdur.
6. Birinci instansiya məhkəməsinin əvvəlki iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı iddia ərizəsində heç bir əsas göstərmədən, ona maddi və mənəvi ziyan dəyməsi hallarını təsdiq edən hər hansı bir sübut təqdim etmədən və ümumi ifadələrlə kifayətlənərək xeyli miqdarda ziyan vurulmasına görə maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmişdir. İddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmiş, həmçinin əmək fəaliyyəti ilə məşğul olmasını, müəyyən məbləğdə aylıq gəlir əldə etdiyini qeyd etsə də bu barədə hər hansı əsaslandırıcı sübut - vergi ödəyicisi kimi qeydiyyatda olması və konkret ödənilən verginin miqdarı barədə, habelə aylıq konkret qazancı barədə sənədləri iş materiallarına etməmişdir. Eləcə də, səhhətində yaranmış problemlərlə bağlı 5000 manat kompensasiyanın ödənilməsini tələb etdiyi halda həmin xəstəliyin məhz həbs müddətində yaranmasına dair sənədləri iş materiallarına əlavə etməmişdir. Qeyd olunan məbləğin isə həqiqətən də müalicə ilə bağlı xərclənməsini sübut edəcək hər hansısa bir dəlil yoxdur. Qeyd olunanlara əsasən tələb olunan məbləğ ağlabatan olmamaqla iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X2, X1 və X3 oxşar məzmunda ifadə verərək bildirmişlər ki, iddiaçı öz maşını ilə sürücü kimi fəaliyyət göstərmişdir. Onlar birlikdə müqaviləsiz işləmiş, hər gün, həftə sonları və bayram günləri də daxil olmaqla birlikdə işə çıxmış, gördükləri işə görə hər gün 50 manat pul qazanmışlar.
8. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid öz ifadəsində göstərmişdir ki, iddiaçının qonşus udur. İddiaçı Kamaz markalı maşını ilə işləyib pul qazanmış, ittiham olunduqdan sonra ətrafındakı hamı onunla münasibəti kəsmiş, yalnız ona bəraət verildikdən sonra münasibətlər düzəlmiş, mənfi fikirlər aradan qalxmışdır.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-2011/2022 nömrəli, 09 iyun 2022- ci il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia tələbi qismən təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərə görə ümumilikdə 18.000 manat pulun tutularaq iddiaçıya verilməsi qət edilmişdir.
10. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı həbsdə olduğu 546 gün ərzində işləmədiyinə görə ona hər gün üçün 50 manat olmaqla 27300 manat, səhhəti ilə əlaqədar 5000 manat ziyan vurulduğunu bildirsə də, məhz həmin məbləğdə ona maddi ziyan vurulmasını əsaslandıracaq sübutları (işəgötürənlə bağlanmış əmək müqaviləsi (əmək haqqının müəyyən edilməsi ilə bağlı bağlanmış əmək müqaviləsi) və ya başqa gəlirlərinin mövcudluğunun davam edən olmasına dair sübut (əmək münasibətlərində olmuş olsaydı da belə işəgötürənin iradə ifadəsinin davam etməsi barədə) edəcək rəsmi sənəd, tibb müəssisələrində müayinə və müalicə alması barədə arayış, qəbzlər) məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi maddi ziyan hissəsində təmin edilməməlidir.
11. Məhkəmə mənəvi zərərin iddia edilən məbləğdə təmin edilməsini mümkün hesab etməyərək, iddianın bu hissəsini qismən, yəni 18.000 manat həcmində təmin olunmasını ədalətli hesab edir. Belə ki, iddiaçının 546 gün (18 ay) həbsdə saxlanılmağı ona inamsızlıq, n arahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının iddia edilən məbləğdə ödənilməsi ağlabatan deyildir.
12. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1, 4, 5-ci maddələrinə, 6-cı maddəsinin 1-ci bəndinə, 7-ci maddəsinin 2-ci bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 1101.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 81, 217.3, 217.4cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən, iddianın təmi n edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, tərəfindən təqdim olunmuş sübutlara, şahid ifadələrinə məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir.
15. Həmçinin cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
16. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, heç bir delikt törətmədiyi halda, son nəticədə yanlış olaraq iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. Ərizədə iddiaçının hüquq-mühafizə orqanlarının hərəkətini qanunsuz hesab etməsi, bununla bağlı iddia tələbini cavabdehə yönəltməsi və Nazirliyin Nəsimi Rayon Məhkəməsi tərəfindən cavabdeh qismində tanınması əsassız olduğundan, məhkəmə tərəfindən iddia baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam verilməli idi.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 oktyabr 2022-ci il tarixli, 2(103)-6687/2022 nömrəli qətnaməsi ilə (hakimlər E.C.Kazımov (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və İ.Ə.Kərimli) cavabdeh və iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, həmçinin qeyd etmişdir ki, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə qismən uzlaşdığından birinci instansiya məhkəməsinin müb ahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
19. Birinci instansiya məhkəməsi iddianı Maliyyə Nazirliyinə münasibətdə deyil, Azərbaycan Respublikasına münasibətdə qismən təmin etmiş, Maliyyə Nazirliyi isə dövləti təmsil etmişdir. Başqa sözlə Maliyyə Nazirliyi iş üzrə delikt törədən şəxs kimi dəyərləndirilməmişdir. Buna görə də, Maliyyə Nazirliyi digər dövlət orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərinə görə deyil, bu iddia üzrə Azərbaycan Respublikasını təmsil edən şəxs olaraq cavabdeh kimi qeyd olunmuşdur. Bu isə heç bir halda qanunvericiliyin tələblərinə zidd hesab edilə bilməz.
20. Birinci instansiya məhkəməsi hazırkı işə baxarkən Mülki Məcəllənin 1114.3-cü maddəsinin tələblərini nəzərə ala bilməzdi. Çünki, həmin maddədə göstərilən orqanların hansısa vəz ifəli şəxsinin vurduğu zərər üzrə təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilməmiş, eləcə də hazırkı iş üzrə Azərbaycan Respublikası hansısa şəxsə reqres qaydada tələb irəli sürməmişdir. Bununla yanaşı, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin iddiaçıya ödənilməsi qət edilən vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxsi müəyyən etmək vəzifəsi də yoxdur. Ona görə də, iddiaçıya ödənilən vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə hansısa bir izah verilməsi də mümkünsüzdür. Bu halları isə tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipinin, maddi hüquq normalarının pozulması kimi qəbul etmək olmaz. Göründüyü kimi, şikayətin bu dəlili də əsaslı deyildir.
21. İddiaçının aza dlıqdan məhrum olunması ona mənəvi zərər vurmaya bilməzdi. İddiaçının bununla bağlı məhkəməyə əlavə sübut təqdim etməsinə də ehtiyac olmamışdır. Çünki, ən mötəbər sübut ona elan olunmuş ittiham üzrə təqsiri sübuta yetirilməməsi əsası ilə barəsində bəraət hökmünün çıxarılmasıdır. Lakin mənəvi zərərlə bağlı tələb edilən məbləğ də ağlabatan olmalıdır. Ona görə də, mənəvi ziyanla bağlı iddianın qismən təmin edilməsi əsassız və qanunsuz hesab edilə bilməzdi.
22. İddiaçının maddi zərərlə bağlı apellyasiya şikayətinin dəlilləri bu hissədə qətnamənin ləğvi və həmin hissədə iddianın təmin edilməsi üçün əsaslı hesab edilmir. Çünki, maddi zərərin təmin olunması üçün məhkəməyə konkret olaraq mötəbər sübutlar təqdim edilməlidir. Şahid ifadələri tələbin bu hissəsi üzrə sübuta yetirilməli halları bilavas itə təsdiq etmədiyindən maddi zərərlə bağlı iddialar üzrə mötəbər sübut hesab edilmir.
23. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci, 4-cü maddəsinin 1-ci, 7-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə, MM-in 1096, 1101.1, 1101.2-ci maddələrinə, MPM-in 14.2, 77.1, 88, 217.3, 217.4-cü maddələrinə istinad etmişdir. Kassasiya instansiyası məhkəməsindəki icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
24. Cavabdeh (vəkil İddiaçı2) kassasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş et mişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh heç bir delikt törətmədiyi halda iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. Cavabdeh Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Cavabdehin kredit sərəncamçıları (hüquq-mühafizə orqanları) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və cavabdehin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır və belə olan halda pozuntular nəticəsində qəbul edilən məhkəmə qərarının icrası ümumiyyətlə mümkün deyildir. Başqa sözlə, büdcə təşkilatı cavabdehin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuş və vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi mübahisə doğurmuşdur.
26. Məhkəmə tərəfindən dövlət büdcəsindən vəsaitin iddiaçıya ödənilməsi qət edilərkən, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxs müəyyən edilməmiş və bu barədə qətnamədə heç bir izah verilməmiş, beləliklə tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipi, maddi hüquq normaları pozulmaqla qərar qəbul edilmişdir.
27. Cavabdeh tərə findən iddiaçıya onun hüquqlarını pozan, fiziki və mənəvi iztirablara məruz qoyan heç bir zərər vurulmamış, qanunsuz hərəkətə (hərəkətsizlik) yol verilməmiş, məhkəmə tərəfindən isə qeyd olunanlarla bağlı hər hansı bir sübut tədqiq olunmamışdır. Bununla belə bu cür sübutlar (şəxsin fiziki və mənəvi iztirabları barədə) mövcud olduğu halda məhkəmə onların hər birinə konkret istinad etməklə (sənədin adı, tarixi və digər rekvizitləri qeyd olunmaqla) hər bir xərci ayrıca göstərməli idi.
28. Kassasiya şikayəti əsaslandırılarkən maddi hüquq normalarının pozuntusu kimi Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının 02 iyul 2002-ci il tarixli, 358-İİQ nömrəli qanununun 15-ci və 17-ci maddələrinə, Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23- cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli, 7 №-li Qərarına, MM-in 6, 1096, 1101.1, 1114.3-cı maddələrinə, prosessual hüquq normalarının pozuntusu kimi MPM-in 77.1, 385, 387.2.8-ci maddələrinə və məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına dair dəlillərə münasibətdə MPM-in 418.6-cı maddəsinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
30. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziy an və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır.
31. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
32. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmu ş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
35. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəx slərin izahatları ilə müəyyən edilir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərar dadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
42. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktla ra istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən mübahisələndirildiyindən, məhkəmə aktı iddianın təmin edilən hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsa s yoxdur.
45. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün ə sas təşkil etmir.
47. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
48. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 oktyabr 2022-ci il tarixli, 2(103)-6687/2022 nömrəli qətnaməsi iddianın təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.