Məhkəmə qərarları › İş №2(102)-587/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-587/2021

09.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-587/2021 09.02.2021 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından AzərbaycanRespublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh X3 qarşı pulun tutulması tələbinə dair iş üzrə Açar sözlər: prosessual müddətin ötürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı, cavabdeh X2 vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4510/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərardadından cavabdeh X4 tərəfindən verilmiş kasasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixd ə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 160000 manat borc və 3.200 manat dəbbə pulu olmaqla, 163200 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)5359/2019 saylı qətnaməsi ilə (hakim C.Ə.Tağıyev) iddianın qismən təmin edilməsi, 98.580 manat 30 qəpik borcun cavabdeh X1 İddiaçı xeyrinə tutulması və iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4510/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Ə.Mehdiyev– sədr lik edən və məruzəçi, Ş.A.Məmmədova və X.Ə.Sarıyev) cavabdeh X2 apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)- 5359/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4510/2020 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakimlər E.Ə.Mehdiyev– sədrlik edən və məruzəçi, Ş.A.Məmmədova və X.Ə.Sarıyev) İddiaçı cavabdeh X3 qarşı pulun tutulması tələbinə dair 2(103)-4510/2020 saylı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4510/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh X2 verdiyi kasasiya şikayəti əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmışdır. Kasasiya şikayətinin dəlilləri, ona etiraz, kasasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh X.X.X. kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)4510/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə baxılmasını xahiş etmişdir. Kasasiya şikayətində qeyd olunmuşdur ki, apelyasiya instansiyası məhkəməsinin kasasiya şikayətinin qaytarılması üçün göstərdiyi əsaslar qanunsuzdur. Belə ki, apelyasiya instansiyası məhkəməsi şikayətin məhkəməyə poçt vasitəsi ilə göndərildiyini və son müddətin də həmin tarixdən hesablanmalı olduğunu nəzərə almamış, prosessual hüquq normalarının tələblərini pozmuş, nəticədə qanunsuz və əsassız məh kəmə qərardadı qəbul etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında cavabdeh X2 vəkili Vəkil kasasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh X4 heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kasasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kasasiya şikayətində işin halla rının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bils in (maddə 418.3). Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apelyasiya və kasasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. -418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Apelyasiya instansiyası məhkəməsinin kasasiya şikayətinin geri qaytarılması haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardadı onunla əsasland ırılmışdır ki, iş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi xx.xx.2020ci il tarixində cavabdeh X3 poçt rabitəsi vasitəsilə rəsmi qaydada verilmişdir. Cavabdehin kasasiya şikayəti xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Beləliklə, kasasiya şikayətinin verilməsi üçün prosessual müddət ötürülmüşdür. Lakin apelyasiya instansiyası kasasiya şikayətinin rabitə orqanına məhz hansı tarixdə verilib-verilməməsini araşdırmayaraq, buna hüquqi qiymət verməmişdir. Bununla da apelyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunan MPM-nin 129.3-cü maddəsinə əsasən düzgün hüquqi nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası işin yuxarıda göstərilən faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alaraq hesab edir ki, prosessua l hüquq normaları pozulduğundan kasasiya şikayəti qismən təmin olunmaqla apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və iş yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh X.X.X.nın kasasiya şikayəti qismən təmin olunsun. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4510/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv olunsun və iş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar