Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5873/2022 19.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ərizəçi İddiaçı hüquqi əməmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair iş üzrə QƏRARİ Açar sözlər: işləmə faktının müəyyən edilməsi, xüsusi icraatda sübutetmə, sübutların aidiyyəti, sübutların qiymətləndirilməsi, sübutların yetərliliyi, şahid ifadələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, ərizəçi İddiaçı iş stajının müəyyən edilməsi barədə ərizəsinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4589/2022 nömrəli, 18 iyul 2022-ci il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş kassasiya şikayətinə 19 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin halları
1. Azərbaycan Respublikası Dövlət Arxivi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, 4/2317 saylı məktubda qeyd olunmuşdur ki, Ermənistan Respublikasında (o cümlədən İrəvan şəhəri) anadan olmuş və vaxtı ilə orada yaşayan, lakin məlum hadisələr zamanı deportasiya edilmiş vətəndaşların iş stajı və başqa sosial-hüquq xarakterli sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivlərində yoxdur.
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyi ndə Dövlət Sosial Müdafiə Fondu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********2 saylı məktubla əmək pensiyasının təyin edilməsindən imtina olunmuş, və izah edilmişdi ki, əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortaolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra – ərizəçi) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunu (bundan sonra – maraqlı şəxs) maraql ı şəxs kimi göstərərək, ərizə və əlavə ərizə ilə məhkəməyə müraciət etmiş, 1978-ci ildən 1988-ci ilədək Ermənistan Respublikasının İrəvan şəhərində Zərgərlik fabrikində zərgər quraşdırıcısı işləməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi 1988-ci ildə öz iradəsi olmadan məcburi olaraq Ermənistan Respublikasından deportasiya olunmuşdur. Orda yaşadığı müddətdə 1978-ci ildən İrəvan şəhərində yerləşən zərgərlik fabrikində zərgər işləmişdir. Deportasiya zamanı əmək fəaliyyəti ilə bağlı qeydlərin olduğu əmək kitabçası və diplomu həmin fabrikdə qalmış və qaytarılmamışdır. Azərbaycan Respublikasına köçdükdən sonra xx.xx.1994-cü il tarixdə həqiqətən də orda işləməsi barədə 3 nəfər şahidin yazılı ərizəsi Bakı şəhəri 3 saylı Notariat ofisinin notariusu tərəfindən təsdiqlənmişdir. İşlədiyi dövrdə işi yalnız zərərli fəaliyyət sayılan zərgərlik olduğu və zərərli fəaliyyət sahəsində çalışanların pensiya yaşının aşağı olduğu üçün həmin illərdəki iş stajının hazırkı iş stajı ilə cəmlənməsi pensiya yaşının aşağı salınmasına təsir edəcəkdir.
5. X2, X6 və X3 notarial qaydada təsdiqlənmiş xx.xx.1994-cü il tarixli ərizələri əlavə edilmişdir. Ərizələrdə İddiaçı 1978-ci ildən 1988-ci ilədək Ermənistan Respublikasının İrəvan şəhərində Zərgərlik fabrikində zərgər işlədiyi, onun əmək kitabçasının və diplomunun İrəvan şəhərində qaldığı qeyd edilmişdir.
6. Məhkəmə iclasında şahid qismində iştirak edən X7 ifadəsində iddiaçının 1978-ci il tarixdən 1988-ci il tarixədək Ermənistan Respublikası İrəvan şəhərində yerləşən Zərgərlik f abrikində işlədiyini və onun əmək kitabçasının və diplomunun İrəvan şəhərində qaldığını göstərmişdir.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(004)-869/2022 saylı işi üzrə 24 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia təmin edilmişdir.
8. Məhkəmə hesab etmişdir ki, iddiaçı göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə iddiaçının 1978-ci ildən 1988-ci ilədək Ermənistan Respublikasının İrəvan şəhərində Zərgərlik fabrikində zərgər işləməsi faktı şahid ifadələri və iş materialları ilə sübuta yetirildiyindən, iddia ərizəsi təmin edilməlidir.
9. Qətnamə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək s tajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə, Azərbaycan Respublikası Dövlət Sosial Müdafıə Fondunun Kollegiyasının xx.xx.2007-ci il tarixli, 6 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçiin sosial sığorta stajınırı müəyyən edilməsi və hesablanması” Qaydalarının 2.5-ci bəndinə, Mülki Prosessual Məcəllənin 76.1, 76.2, 307.1, 307.2.11, 308, 311-ci maddələrinə istinad edərək əsaslandırılmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Maraqlı şəxs apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ərizəçinin həmin müəssisəd ə işləməsi faktını müəyyən etmək üçün tələb olunan şahidlərin əmək kitabçaları təqdim edilməmişdir. İddiaçı 1978-ci il tarixdən 1988-ci il tarixədək İrəvan şəhərində yerləşən Zərgərlik fabrikində zərgər quraşdırıcısı vəzifəsinde işlədiyini iddia etsə də, şahidlərin iddiaçı ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləmələri barədə zəruri sənədləri təqdim etmədiyi üçün məhkəmə qaydasında təsdiq etmək istədiyi dövrlərin şahidlərin ifadəsi ilə sübuta yetirilməsi qeyri-mümkündür. İş stajının təsdiq olunması üçün: a) ən azı iki nəfər şahid olmalı; b) şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli); c) ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Şahid ifadələri həlledici sübut kimi qəbul edilə bilməz.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı 60 yaşı tamam olarkən 25 illik əmək stajı tamamlanmadığından məhkəmədə belə bir iddia qaldırdığını, həmin dövrdə zərgərlik fabrikində başqa azərbaycanlı işləmədiyini, həmin fabrikdə işlədiyinə dair sənədləri İrəvandan çıxarkən çətin vəziyyət olduğu üçün götürə bilmədiyini, 1978-1980-cı illərdə Texniki peşə məktəbində təhsil aldığını və təhsil aldığı dövrdə zərgərlik fabrikində işlədiyini, bundan başqa onda hər hansı sənədin mövcud olmadığını bildirmişdir.
13. Məhkəmə kollegiyasının iclasında şahid qismində iştirak edən X1 şəhərində bir məhlədə böyüdüklərini və M.F.Axundov adına məktəbdə 1-ci sinifdən 10-cu sinifə qədər bir yerdə oxuduqlarını, məktəbi bitirdikdən sonra iddiaçının zərgərlik fabrikində işlədiyini, eyni zamanda peşə məktə bində təhsil aldığını, zərgərlik sənətini dayısından öyrəndiyini və 1988-ci ilə kimi zərgərlik fabrikində işlədiyini bildirmişdir.
14. İrəvan bədii-texniki peşə məktəbi tərəfindən 26 iyul 1980-ci il tarixində verilmiş attestata əsasən iddiaçı həmin peşə məktəbini 18 iyul 1980-cı il tarixində zərgərlik ixtisası üzrə bitirmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi), 18 iyul 2022-ci il tarixli, 2(103)-4589/2022 saylı qətnaməsi ilə (hakimlər Fuad Talışinski (sədrlik edən və məruzəçi), Azad İmanov və Qürbət Əsgərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsində və apellyasiya icraatı zamanı tədqiq ed ilmiş sübutların məcmusu və bu sübutların mötəbəliyinə şübhə doğuran əsasların təqdim edilməməsi, ərz edilən tələbin təmin edilməsi üzrə birinci instansiya məhkəməsinin qənaətinin formal əsaslarla dəyişməsi üçün əsaslar yaratmır.
17. Həmçinin, Ermənistan Respublikası ilə beynəlxalq münasibətlərin mövcud olmaması və təcrid edilmiş hazırkı halda hüquqi əhəmiyyətli faktın digər vasitələrlə təsdiq edilməsi mümkünsüzlüyü nəzərə alınmalıdır.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə, Azərbaycan Respublikası Dövlət Sosial Müdafıə Fondunun Kollegiyasının xx.xx.2007-ci il tarixli, 6 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçiin sosial sığorta stajınırı müəjyən edilməsi və hesablanması” Qaydalarının 2.5-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1, 307.1, 308-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. Maraqlı şəxs (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni olan dəlillərlə əsaslandırılmışdır.
21. Kassator şikayətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinat ı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə, Azərbaycan Respublikası Ali Məhkəməsini Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il, 3 saylı Qərarın 1, 1.3, 13.4-cü bəndlərinə, MPM-nin 80, 104.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Dövlət Sosial Müdafıə Fondunun Kollegiyasının xx.xx.2007ci il tarixli, 6 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçiin sosial sığorta stajının müəyyən edilməsi və hesablanması” Qay daları
23. Bənd 2.5. Əmək fəaliyyəti barədə sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta staji məhkəmə qaydasında müəyyən edilir. Mülki Prosessual Məcəllə
24. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırma lı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
28. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hall arla əlaqədardır.
29. Maddə
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
30. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 104.1, 104.2. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Məhkəmənin tələbi ilə şahid öz ifadəsini yazılı tərtib edə bilər.
32. Maddə 194.1. Sədrlik edən şahidi dindirməzdən əvvəl onun şəxsiyyətini müəyyən edib, hüquq və vəzifələrini izah edir, ifadə verməkdən qanunsuz imtina etməyə və biləbilə yalan ifadələr verməyə görə mə suliyyəti barədə ona xəbərdarlıq edir. Şahidin vəzifələrinin və məsuliyyətinin ona izah edilməsi haqqında şahiddən iltizam alınır. İltizam məhkəmə iclasının protokoluna əlavə edilir.
33. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
36. Maddə
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
37. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 38. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi...
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsini n bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarı
41. Bənd 13.4. Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Kassasiya baxışının hədləri
42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və proses sual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütovlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. MPM-ə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında və digər işlərə baxır (305.1.1). Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (307.1).
45. Mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri).
46. Qeyd olunmalıdır ki, MPM-in 77.1-ci maddəsində hər bir tərəfin öz tələblərinin və etirazlarının əsası kimi isti nad etdiyi halları sübut etmək vəzifəsi ilə bağlı ümumi prinsip ifadə edilsə də, heç şübhəsiz ki, subyekt tərkibinə və hüquqi təbiətinə görə iddia icraatından ciddi fərqlənən xüsusi icraatda bu prinsip eyni qaydada tətbiq oluna bilməz.
47. Lakin hüquqi faktın müəyyən olunması barədə işlər üzrə ərizəçilər də tanınmasını tələb etdikləri hüquqi faktların mövcudluğu barədə mübahisəsiz, ziddiyyətsiz və yetərli sübutları məhkəməyə təqdim etməli, belə sübutları müstəqil qaydada əldə edə bilmədikdə isə bununla bağlı məhkəməyə vəsatət verməlidirlər. Müvafiq sübutlar məhkəməyə təqdim edilmədən, yaxud tərəfin vəsatəti əsasında məhkəmə tərəfindən əldə edilmədən yalnız ərizəçinin izahatı, işə aid olmayan və qeyri-mətəbər sübutlar əsasında hər hansı halın müəyyən edilməsi yolverilməzdir.
48. Baxılan iş üzrə ərizəçi 1978-ci ildən 1988-ci ilədək Ermənistan Respublikasının İrəvan şəhərində Zərgərlik fabrikində zərgər quraşdırıcısı işləməsi faktının müəyyən olunmasını xahiş etmişdir. Ərizəçi sübut qismində məhkəməyə üç nəfər şəxsin notarial qaydada təsdiqlənmiş xx.xx.1994-cü il tarixli ərizələrini əlavə etmiş və bir nəfər şahid təqdim etmişdir.
49. MPM-in 76.2-ci maddəsinə əsasən şahid ifadələri əsas sübut növlərindən biri kimi müəyyən edilmişdir.
50. Xüsusi icraat qaydasında baxılan hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə işlər üzrə ərizənin təmin olunması bir çox hallarda yalnız şahid ifadələri ilə mümkün olur. Bu baxımdan oxşar ərizələr üzrə təqdim edilmiş şahid ifadələri mümkün, aid, mötəbər, həmçinin yetərli olmalıdır. Yəni belə işlər üzrə dindirilən şahidlərin müəyyən edil ən faktlara aidiyyəti təsdiq olunmalı, onların verdiyi ifadələr işin həmin hallarını müəyyən etməli, ziddiyyətsiz və aydın olmalıdır. Sübut kimi şahid ifadələrinin yetərli olması dedikdə, işin sübutetmə predmetinə daxil olan hallarının mövcud olub-olmadığı barədə etibarlı qənaətə gəlməyə imkan verən sübutlar məcmusu başa düşülür. Sübutların iş üçün əhəmiyyətli halların müəyyən edilməsinə yetərli olub-olmaması məsələsini isə məhkəmə öz daxili inamına əsasən həll edir. 51. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 13.4-cü bəndində də xüsusi qeyd edilmişdir ki, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən MPM-in 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilibedilməməsinə xüsusi diqqət yetirilməlidir.
52. Lakin işə baxmış birinci instansiyası məhkəməsi ərizəçinin təqdim etdiyi sübutlara sadalanan prosessual hüquq normalarının tələbləri baxımından qiymət vermədən, ərizəni təmin etməklə həmin prosessual hüquq normalarının tələblərini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin iş üzrə mövqeyini təkrarlamaqla, qətnaməni qanuni və əsaslı hesab etmiş və dəyişdirilmədən saxlamışdır. Halbuki MPM-in 38 5.1.1-ci maddəsinə əsasən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün birbaşa əsasdır.
53. Bununla yanaşı, prosessual qanunvericiliyə əsasən hakim şahidi dindirməzdən əvvəl onun şəxsiyyətini müəyyən edib, hüquq və vəzifələrini izah edir, ifadə verməkdən qanunsuz imtina etməyə və bilə-bilə yalan ifadələr verməyə görə məsuliyyəti barədə ona xəbərdarlıq edir, şahidin vəzifələrinin və məsuliyyətinin ona izah edilməsi haqqında şahiddən iltizam alır və iltizamı məhkəmə iclasının protokoluna əlavə edir (maddə 194.1).
54. Bu baxımdan ayrı-ayrı şəxslərin hüquq və vəzifələri izah edilmədən, ifadə verməkdən qanunsuz imtina etməyə və bilə-bilə yalan ifadələr verməyə görə məsuliyyəti barədə xəbərdarlıq edilmə dən və bununla bağlı iltizam alınmadan məhkəməyə ünvanladıqları yazılı ərizələri şahid ifadələrini əvəz edə və özü-özlüynüdə iş üzrə mötəbər sübut kimi qiymətləndirilə bilməz.
55. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilərək, iş yeni apelyasiya baxışına göndərilməli, işə yenidən baxılarkən MPM-in yuxarıda sadalanan prosessual hüquq normalarının tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir.
56. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiy a Məhkəməsi Mülki kollegiyasının 2(103)-4589/2022 nömrəli mülki iş üzrə 18 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin Məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.