Məhkəmə qərarları › İş №2(102)-5875/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5875/2022

12.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5875/2022 12.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi zərərin əvəzinin ödənilməsi, yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4195/2022 nömrəli, 08 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh (vəkili Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 12 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən inzibati xəta törətmiş Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1 (bir) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərarla müəyyən edilmişdir ki, X3 24 iyul 2020-ci il tarixdə saat 17:30 radələrində VAZ-21074 markalı, **LD-*** dövlət qeydiyyat nişanlı avtomobili Şirvan şəhəri M.Ə.Rəsulzadə prosspektində idarə edərkən İddiaçı idarə etdiyi “Mitsubisi Pajero” markalı **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşması nəticəsində zərərçəkmiş şəxs İddiaçı sağlamlığın a yüngül bədən xəsarəti, digər zərəçəkmiş şəxs X1 isə sağlamlığına zərər vurmadıqlarına görə dərəcələri təyin eidlməyən xəsarətlər yetirmiş, habelə hadisə nəticəsində İddiaçı məxsus “Mitsubisi Pajero” markalı **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnmiş və bunnu nəticəsində ona məddi zərər dəymişdir.

2. Yol-nəqliyyat hadisəsi nəticəsində “Mitsubisi Pajero” markalı avtomaşının zədələnməsi nəticəsində dəymiş zərərə görə İddiaçı 5000 manat icbari sığorta ödənişi edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 18286,15 manat əmlaka dəymiş zərər və 30 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmış dır ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh 24 iyul 2020-ci il tarixdə saat 17:30 radələrində idarə etdiyi “VAZ-21074 markalı **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Şirvan şəhəri M.Ə.Rəsulzadə prospektində hərəkətdə olarkən onun idarə etdiyi “Mitsubishi Pajero” markalı **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşması nəticəsində sağlamlığına yüngül bədən xəsarəti, digər zərərçəkmiş şəxs X1 isə sağlamlığına zərər vurmadığına görə dərəcələri təyin edilməyən xəsarətlər yetirmişdir. İnzibati xəta hadisəsinin olması 17 oktyabr 2020-ci il tarixli inzibati xəta haqqında protokolla, yol hadisəsinin sxemi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatları ilə, cinayət işinin başlanmasının rədd edilməsi haqqında 15 sentyabr 2020-ci il tarixli qərarla, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Yol-nəqliyyat hadisəsi nəticəsində onun avtomaşınına 16186,15 manat şəkildə ziyan dəymişdir. “Şirvan AMS və Ticarət müəssisəsi” tərəfindən tərtib edilmiş kalkulyasiyaya uyğun olaraq avtomaşının təmir işləri 2100 manata başa gələcəkdir. VAZ -21074 minik markalı **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Rasıf oğlunun təqsiri üzündən baş vermiş inzibati xəta nəticəsində onun əmlakına avtomaşında təmir işlərinin aparılmasının dəyəri 2100 manat, dəyişməyə aid olan təmir üçün ehtiyat hissələrinin və detalların dəyəri 16186,15 manat zərər vurulmuşdur. Vurulmuş ziyanın ümumi miqdarı 18286,15 (on səkkiz min iki yüz səksən altı) manat təşkil edir.

5. Məhkəmə iclasında İddiaçı qə za nəticəsində avtomobilinə dəymiş ziyana görə sığorta şirkətindən 4200 manat sığorta haqqı aldığını bildirmişdir.

6. İddiaçı məhkəməyə avtomobilin təmiri və ehtiyat hissələrinin quraşdırılmasının dəyərinin 18286,15 manat olması barədə qüsur aktı təqdim etmiş, məhkəmənin qərardadı əsasında təqdim edilmiş ekspertiza rəyi ilə isə bu qiymətin 7456 manat olması müəyyən edilmişdir.

7. Birinci instansiya məhkəməsinin qərardadı ilə qüsur aktı və ekspert rəyi arasında yaranmış ziddiyətin aradan qaldırılması məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertiza nəticələrinə dair tərtib edilmiş xx.xx.2022-ci il tarixli 9/9013 nömrəli rəyə əsasən, “Mitsubishi Pajero” markalı **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərcləri 12952 manat məbləğində müəyyən edilmiş dir.

8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(010)-84/2022 nömrəli iş üzrə 11 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim Tural Məmmədov) iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə vurulmuş ziyana görə 8752 (səkkiz min yeddi yüz əlli iki) manat məbləğində pulun və 30 manat dövlət rüsumun ödənilməsi, məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 100 manat məbləğində pulun İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, qiymətləndirmə ekspertizasının dəyəri olan 300 manat məbləğində pulun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir.

9. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 17:30 radələrində İddiaçı idarə etdiyi “Mitsubishi Pajero” markalı ** MG *** dövlət qe ydiyyat nişanlı avtomobil ilə Cavabdeh idarə etdiyi VAZ-21074 minik markalı **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobil sonuncunun təqsirli olması nəticəsində toqquşmuş və nəticədə hər iki avtomobil sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Həmin yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinən Cavabdeh barəsində bir il müddətinə sürücülük hüququndan məhrum etmə inzibati tənbeh tədbiri tətbiq edilmşidir. İddiaçı tərəfindən cavabdehə “Mitsubishi Pajero” markalı **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ödənilməsi ilə bağlı xəbərdarlıq edilsə də, cavabdeh tərəfindən hər hansı bir tədbir görülməmişdir.

10. Məhkəmə hesab etmişdir ki, İddiaçı iddia tələbində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində “Mitsubishi Pajero” markalı **-MG-*** dövlət qeydiy yat nişanlı avtomobilə dəymiş zərərin 18286,15 manat olduğunu qeyd etsə də, xx.xx.2022-ci il tarixli, 9/9013 nömrəli “Məhkəmə Ekspertiza Mərkəzi”nin məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyində avtomobilin təmir-bərpa xərcləri 12952 manat olaraq müəyyən edilmişdir. Məhkəmə həmin rəyi daha mötəbər sübut kimi qiymətləndirmişdir. İddiaçının avtomobilinə dəymiş ziyanın əvəzi kimi 12952 manat məbləğində pulun 4200 manatının sığorta ödənişi olaraq verildiyi üçün iddiaçının qalan 8752 manatı cavabdehdən tələb etmək hüququ vardır. İddiaçı avtomobilin mülkiyyətçisidir, cavabdehin təqsirli hərəkətləri nəticəsində ona real zərər dəymişdir.

11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.4-cü maddəl ərinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspertiza rəyləri arasında ziddiyətləri vardır, birinci instansiya məhkəməsi həmin ziddiyyətləri aradan qaldıramamış, niyə məhz ikinci rəyi sübut kimi qəbul etməsini əsaslandırmamışdır. Bu hal məhkəmənin işə baxılmasında qərəzli olmasına dəlalət edir. Həmçinin Bakı şəhəri Suraxanı rayon məhkəməsində işə baxılmasında iştirak etməmiş, lakin məhkəmə onun adından qətnamədə birinci ekspert rəyinə etiraz etdifini qeyd edilmişdir.

14. Apellyasiya baxışı zamanı Cavabdeh nümayəndəsi X4 məhkəmə iclasında apellyasiya ş ikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etmiş, iddiaçı isə apellyasiya şikayətini qəbul etməyərək göstərmişdir ki, icbari sığorta tərəfindən ona 5000 manat məbləğində pul ödənilmişdir. Ona görə də, təyin edilmiş zərərdən həmin məbləğin çıxılmasına etiraz etmir.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-4195/2022 nömrəli iş üzrə 08 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Emin Mehdiyev) apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilmişdir. Cavabdeh vurduğu maddi zərərə görə 7952 (yeddi min doqquz yüz əlli iki) manat, 13 (on üç) manat dövlət rüsumunun İddiaçı xeyrinə t utulması, iddianın qalan hissədə rədd edilməsi, "xxxx" MMCdən rəyinin alınmasına görə mütəxəsisə ödənilməli olan 300 (üç yüz) manatın 129 (yüz iyirmi doqquz) manatının Cavabdeh, 171 (yüz yemiş bir) manatının İddiaçı alınaraq, "xxxx" MMC-yə ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqatının dəyəri olan 100 (yüz) manatın 43 (qırx üç) manatının Cavabdeh, 57 (əlli yeddi) manatının İddiaçı alınaraq, dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.

16. Apellyasiya məhkəməsi şikayətin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı iddiaçının idarə etdiyi avtomobilə zərər dəyməsi cavabdehin təqsirli hərəkətləri nəticəsində olmuşdur. Bu hal qüvvədə olan məhkəmə qərarı ilə öz təsdiqini tapmışdır. İddiaçı icbari sığorta tərəfindən 5000 manatın ödənildiyini etiraf etmiş, bu məbləğin zərərdən çıxılmasına etiraz etməmişdir. İddiaçıya dəymiş zərəri aradan qaldırmağa, qalan məbləği iddiçıya ödəməyə cavabdeh borcludur.

17. İddiaçının da etiraf etdiyi kimi icbari sığorta tərəfindən ödənilmiş 5000 manat məbləğində sığorta ödənişi nəzərə alınmaqla, iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 7952 (12952-5000=7952) manat məbləğində maddi zərər tutulmalıdır.

18. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1 və 1108.1-ci maddələri və Azərbaycan Respublikası MPM-in 107, 115.0.1, və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh (vəkili Vəkil) kassasiya şikayəti verərək, Bakı Apel lyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ciil tarixli,2(103)- 4195/2022 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, PL/G083 nömrəli qiymətləndirmə rəyində hesablanılmış zərər məbləği həddində təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

20. Kassasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, məhkəmənin mötəbər olmayan ekspert rəyinə istinad etməklə iddia tələbinə münasibət bildirməsi və bununla da maddi zərərə görə 7952 manat pul məbləğinin tutulması barədə qənaəti əsaslı olmamışdır. Məhkəmə nəticəyə gələrkən ziddiyyətli, bir-birini təkzib edən ekspert rəylərini araşdırmamış, rəylər arasındakı ziddiyyəti aradan qaldırmamış, istinad etmiş olduğu rəyə əsaslanmaq zərurətini əsaslandırmamışdır. Əslində isə məhkəm ə iş materialları arasında bir-birini təkzib edən ekspert rəylərini müqayisəli təhlil etmək üçün hətta öz mülahizəsiylə belə təkrar ekspertiza təyin oluması zərurətini nəzərə almalı idi. Eyni zamanda, məhkəmə hər iki ekspert rəyində dəymiş zərər üzrə hesablanmış məbləğin hazırkı bazar qiymətinə uyğun reallığını düzgün qiymətləndirməmişdir. Avtomobilin sol qabaq farası və güzgüsü dağılaraq yararsız vəziyyətdə olsa da, sağ yan güzgü və sağ yan fara tam yararlı vəziyyətdə olmuş və heç bir zərərə dəyməmişdir. Lakin buna baxmayaraq ekpert zəyində avtomobilin sağ və sol tərəfində olan fara və yan güzgülərin hər ikisinin qiyməti dəymiş zərər kimi hesablanmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək göstərmişdir ki, apelyasiya insta nsiyası məhkəməsinin qətnaməsi ilə iş üzrə bütün hallar tam, hərtərəfli, obyektiv və qərəzsiz ətraflı araşdırılmış, iş üzrə müvafiq ekspertizalar keçirilməklə rəylər alınmış, işdə olan sübutlara düzgün hüquqi qymtə verilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti əsassız hesab olunmalı, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılıdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

22. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

23. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

24. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

25. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

26. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

27. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlük ə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

28. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Mülki Prosessual Məcəllə

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düz gün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayəti dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Kassasiya məhkəməsi kassasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, cavabdeh kassasiya şikayətində də məhkəmənin istinad etdiyi ek spert rəyinin qeyrimötəbər sübut hesab etdiyi qüsur aktı əsasında tərtib edildiyi üçün mötəbər sübut hesab edilə bilmədiyinə əsaslansa da, bu hal apellyasiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Belə ki, ekspert tərəfindən rəy tərtib edilərkən rəydə qüsur aktı iddiaçının avtomobilinin zərər dəymiş ehtiyat hissələrin müəyyən edilməsi üçün nəzərə alınmış, həmin hissələr üzrə bazar dəyərinə uyğun qiymətləndirmə aparılması göstərilmişdir. Cavabdeh isə məhkəməyə həmin rəyin qeyri-mötəbərliyini təsdiq edəcək hər hansı sübutu və ya iddiaçıya məxsus avtomobilin zərər dəymiş hissələrinin düzgün qeyd olunmadığı, bu əsasla zərər məbləğinin düzgün hesablanmadığı barədə hər hansı sübutu təqdim edə bilməmişdir.

42. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya ekspert rəyi ilə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər.

43. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şika yəti təmin olunmamalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4195/2022 nömrəli, 08 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar