Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5879/2022 12.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Maddi və mənəvi zərərin ödənilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3500/2022 nömrəli, 08 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 12 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. xx.xx.2013-cü il tarixli, 230218 saylı etibarnamənin surətinə əsasən Cavabdeh (bundan sonra cavabdeh) Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən, 6456 saylı 0,12 ha bağ sahəsinin özəlləşdirilməsi ilə əlaqədar müəyyən hərəkətləri etməyi, sonradan həmin bağ sahəsi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi xx.xx.2033-cü il tarixədək X2 etibar etmişdir.
2. Cavabdeh xx.xx.2013-cü il tarixli ərizəsinə görə ünvan ünvanında yerləşən 0,12 ha bağ sahəsini 3000 manata X2 qeyri rəsmi olaraq satmışdır.
3. AR-İ 567126 nömrəli, xx.xx.2017-ci il tarixli etibarnamənin surətinə göpə Cavabdeh adından onun X3 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 6456 saylı 0,12 ha bağ bağ sahəsinin özəlləşdirilməsi ilə əlaqədar müəyyən hərəkətləri etməyi, sonradan həmin torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi xx.xx.2033-cü il tarixədək İddiaçı etibar etmişdir.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Lahış bağ sahəsi, 6456 saylı bağ sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına dövlət qeydiyy atına alınmış və bu barədə xx.xx.2019-cu il tarixdə, ********** nömrə ilə qeydiyyat aparılmışdır. 5. 12 saylı Notariat Ofisinin xx.xx.2019-cu il tarixli, 549 nömrəli məktubuna əsasən xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 46 saylı Notariat Ofisində 7E/12046 saylı reyestr nömrəsi ilə İddiaçı adına rəsmiləşdirilmiş etibarnamə mülkiyyətçi Cavabdeh xx.xx.2019-cu il tarixli, 8İ-2919 saylı ərizəsi əsasında ləğv verilmişdir.
6. Səbail RPİ-nin TŞ-nin PB-nin xx.xx.2019-cu il, Səbail RPİ-nin İstintaq Şöbəsinin xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarların surətinə əsasən İddiaçı şikayət ərizəsi üzrə yaranmış mübahisə mülki xarakterli olduğundan toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci i nstansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair 12273 manat pul, 5000 manat mənəvi zərər, 510 manat hüquqi yardımın göstərilməsi xərci və 142 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbini onunla əsaslandırmışdır ki, 2012-ci ildə "xxxx" Şirkəti Ləhiş qəsəbəsində turizmlə bağlı tikinti işləri ilə məşğul olmaq məqsədilə çoxlu bağ sahələri almışdır. İddiaçı da hüquqşünas kimi həmin ərazidəki bağ sahələrinin alqı-satqısı işləri ilə bağlı sənədləşmə və təşkilati məsələlərin həllində onlara köməklik etmişdir. 2012-ci ilin sonlarında cavabdeh iddiaçıya zəng vuraraq həmin ərazidə Bağlar İdarəsi tər əfindən müqavilə əsasında ona verilmiş 6456 saylı bağ sahəsinin olduğunu və həmin bağ sahəsini "xxxx" Şirkətinə satmaq istədiyini bildirmişdir. İddiaçı isə cavabında ona bildirmişdir ki, əgər onun bağ sahəsi "Kroks” Şirkətinin satın almaq istədiyi əraziyə düşərsə yəqin ki, onlar həmin sahəni almaq istəyərlər. Bu məsələ ilə bağlı "Kroks” Şirkəti ilə maraqlanacaq. Təxminən iki həftə sonra cavabdeh iddiaçıya zəng edəndə o, bildirdirmişdir ki, onun dediyi məsələ ilə maraqlanmışdır. Lakin onun bağ sahəsi "Kroks” Şirkətinin almaq istədiyi ərazidən kənarda yerləşir. Cavabdeh bu məsələ ilə əlaqədar onunla görüşmək istədiyini demiş, onlar "İçəri Şəhər” metrostansiyasının qarşısında görüşmüşlər. Cavabdeh ona oğlunun Belorusiyada ali məktəbdə oxuduğu üçün ona pul lazım olduğunu, ona görə də həmin b ağ sahəsini satmağın onun üçün çox vacib olduğunu bildirmiş, əgər kimsə həmin bağ sahəsini satın almaq istəsə ona bu barədə məlumat verməyini xahiş etmişdir. İddiaçı isə bu məsələ ilə bağlı imkan daxilində ona kömək edəcəyinə söz vermişdir. Təxminən bir ay keçdikdən sonra tanıdığı X1 zamanı ona bağ sahəsi almaq istədiyini demişdir. İddiaçı da ona cavabdehin bağ sahəsini satmaq istəməsi barədə məlumat vermiş, Allahverdi Nəcəfov isə həmin bağ sahəsini almaq istədiyini bildirmişdir. Bundan sonra iddiaçı cavabdehə bağ sahəsini almaq istəyən olması barədə məlumat vermiş, cavabdeh də bağ sahəsini Nəcəfov Allahverdiyə satmağa razılığını bildirmişdir. Qeyd edilən məqsədlə onlar Bakı şəhəri 46 saylı notariat kontorunda görüşməyi razılaşmışlar. Onlar Bakı şəhəri 46 saylı notariat kontorunda görüşənd ə Allahverdi Nəcəfov iddiaçıya zəng vuraraq gələ bilməyəcəyini bildirmiş və iddiaçıdan lazım olan sənədləşdirmə işlərini aparmaq üçün ona köməklik etməyini xahiş etmişdir. Cavabdeh görüşə qohumu olduğunu bildirdiyi təxminən özü yaşda olan bir kişi ilə gəlmişdi. Cavabdeh bağın müqaviləsinin əslini və notariat kontorunda cavabdeh X2 həmin bağ sahəsi üzərində sərəncam verə bilməsi üçün müddəti 31 yanvar 2033-cü ilə qədər olan etibarnamə də vermişdir. İddiaçı isə ona 3600 manat məbləğində pul ödəmişdir. Cavabdeh həmin torpaq sahəsini Nəcəfov Allahverdiyə satmasını və buna görə 3000 manat məbləğində pulu aldığını əks etdirən qəbzi iddiaçıya vermişdir. Həmin vaxt qeyd edilən bağ sahəsinin cizgi planı olmadığından cavabdeh bağ sahəsinin yerini ona göstərə bilməyəcəyini bildirmişdir. X6 həmin bağ sahəsinə gedərkən kəndin adamları həmin sahədə tikinti işlərinin aparılmasına mane olduqlarına görə o, iddiaçıdan xahiş etmişdir ki, cavabdehdən onun pulunu geri alsın, o isə cavabdehin sənədlərini geri qaytarsın. Lakin iddiaçı cavabdehə bu barədə telefon vasitəsi ilə məlumat verəndə cavabdeh aldığı pulu geri qaytarmaqdan imtina etmişdir. Bundan sonra o, bacısı Zülfiyyə ilə birlikdə cavabdehin evinə gedib bu məsələni bir daha ona bildirəndə cavabdeh həmin bağ sahəsinə ehtiyaclarının olmadığını və qaynatasının bağ sahəsindən istifadə etdiklərini bildirmişdir. Bundan sonra o, cavabdehin qeyd edilən bağ sahəsini geri almaq və ona ödənilmiş pulu geri qaytarmaq fikrinin olmadığını anlamışdır. Allahverdi Nəcəfov həmin bağ sahəsini satmaqda israrlı olduğu üçün iddiaçı, ona 6000 manat məbləğində p ul ödəyərək həmin bağ sahəsini ondan satın almışdır. Allahverdi Nəcəfov bağ sahəsinin sənədlərinin əslini iddiaçıya vermiş və cavabdeh tərəfindən ona verilmiş etibarnamə əsasında bütün səlahiyyətləri ona ötürmüşdür. Bundan sonra o, həmin sahənin yerinin müəyyən edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. Həmin xidmətin əməkdaşları ilə qeyd edilən bağ sahəsinin dövlət rüsumunun ödənilməsi haqqında məlumat sərhədlərini müəyyən etmişlər. Bundan sonra o, həmin sahəyə mişar daşı, qum və sement gətizdirərək bağ sahəsini hasara aldırmağa başlamışdır. Bağ sahəsinə bünövrə də tökməklə 1,2 metr hündürlüyndə mişar daşı ilə hasar çəkdirmişdir. Bütün bu işlərin icra edilməsi üçün hissə-hissə olmaqla ümumilikdə o, 17000 manat məbləğində pul xərcləmişdir. Bundan sonra isə bağ sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün DƏDRX-ə müraciət etmiş və 29 iyul 2021-ci il tarixdə DƏDRX-dən bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışını almışdır. Həmin çıxarış ilkin olduğu üçün cavabdehin adına çıxmışdır. Lakin qeyd edilən bağ sahəsinin sənədləşdirilməsini gizli şəkildə nəzarətdə saxlayan cavabdeh iddiaçının bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışını aldığını bilən kimi 31 iyul 2021ci il tarixdə notariusa gedərək ona verilmiş etibarnaməni ləğv etdirmiş və onun aldığı çıxarışı itirdiyini əsas göstərərək yeni çıxarış almaq üçün müraciət etmişdir. Yeni çıxarış aldıqdan sonra isə bağ sahəsini bağışlama ilə oğlu X5 adına keçirmişdir. O isə bu barədə yalnız 08 avqust 2021-ci il tarixində bağ sahəsi üzərində cərəncam ve rmək üçün notariat kontoruna gedərkən məlumat almışdır. Bundan sonra o, cavabdehə müraciət edərək nə üçün belə bir hərəkət etməsi ilə bağlı danışmaq istəsə də cavabdeh onunla danışmaqdan imtina etmişdir. O dəfələrlə və müxtəlif vasitələrlə yaranmış problemin həll edilməsi ilə bağlı cavabdehlə danışmaq istəsə də heç bir nəticə əldə edə bilməmişdir. Cavabdeh nəinki satdığı bağ sahəsini ona qaytarmamış heç vurduğu zərəri də ödəməmişdir. Bu isə hüquqlarının kobud şəkildə pozulmasından başqa bir şey deyildir. Bu səbəbdən də o, pozulmuş hüquqlarını müdafiə və bərpa etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
9. X3 xx.xx.2017-ci il tarixli ərizəsinə əsasən ünvan ünvanında yerləşən 0,12 ha torpaq sahəsini 6000 manata iddiaçıya satmışdır.
10. Cavabdeh iddia ərizəsinə etiraz ver ərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Etirazı onunla əsaslandırılmişdir ki, torpaq sahəsi ilə bağlı cavabdeh tərəfindən hər hansı bir hüquq pozuntusuna yol verilməmişdir. İddiaçının tələbinin hüquqi əsası yoxdur. İddiaçı ilə cavabdeh arasında torpaq sahəsinə hasar çəkilməsi ilə bağlı razılıq olmamışdır. İddia ərizəsində istinad edilən maddə əsassız varlanma ilə bağlıdır. O da buna münasibətdə iddia müddətinin tətbiqi barədə ərizə verimişdir. Mənəvi zərərlə bağlı isə qeyd edir ki, iddiaçının mənəvi iztirab və sarsıntı keçirməsinin cavabdehin hərəkətləri ilə səbəbli əlaqəsi mövcud deyildir. İddia müddətinin tətbiq olunması barədə ərizənin verilməsi əlavə müdafiə vasitəsidir. Cavabdeh qeyd edir ki, hazırki iddia tələbi ilə müraciət etmək üçün iddiaçının subyektiv hüququ da yoxdur. Çünki həmin pul ona Allahverdi Nəcəfov tərəfindən ödənilmişdir, iddiaçıya torpaq sahəsini satmamışdır, Allahverdli Nəcəfovla aralarında olan münasibətə iddiaçının aidiyyatı yocdur.
12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-605/2022 nömrəli iş üzrə 15 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim Günay Axundova) iddia tələbi rədd edilmişdir.
13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisə predmeti olan daşınmaz əmlak 2013-cü ildə hər hansı bir şəxsin adına qeydə alınmamışdır. Həmin torpaq sahəsi dövlət reyestrində qeydiyyata alınmadığından, cavabdeh əmlakı satmaq və ya həmin əmlakın alğı-satqısı ilə bağlı müqavilənin tərəfi olmaq hüququna malik olmamışdır. Daşınmaz əmlakın dövlət reyestrində qeydə a lınmamış əmlakın əldə olunması və ya satılması barədə müxtəlif şəxslər arasında şifahi razılaşmanın əldə olunması və bu niyyətlə pul alınmasının nə qanuni, nə də müqavilə əsası vardır. Tərəflər arasında ümumi xarakterli etibarnamə verilməsi də mövcud münasibəti qanunauyğun alğısatqı kimi qiymətləndirməyə əsas vermir. İddia tələbi üzrə müddət ötürülmüşdür. İddiaçı özü ərizəsində qeyd etmişdir ki, o, cavabdeh tərəfindən verilmiş etibarnamənin ləğv edilməsi barədə 2019-cu ilin avqust ayında xəbər tutmuşdur. Lakin buna baxmayaraq iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə iki ildən çox vaxt keçdikdən sonra müraciət etmişdir. Cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçının mənəvi zərər çəkməsi də müəyyən edilmir.
14. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 146, 178.2, 1091.2 və 1095-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarı, Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1,119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, iddia müddətinin tətbiqi ilə bağlı məhkəmə səhvə yol vermişdir. Belə ki, məhkəmə iddia müddətinin axımının cavabdehin ona verdiyi etibarnaməni ləğv etdiyi xx.xx.2019-cu il tarixdən başlandığını götürmüşdür. Halbuki, iddia müddətinin axımının b aşlanğıcı cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ona təqdim edildiyi xx.xx.2021-ci il tarixindən hesablanmaldır. Çünki xx.xx.2021-ci il tarixinə qədər o, cavabdehdən torpaq sahəsinin geri verilməsini tələb etmiş və tələbinin hüquq mühafizə orqanları tərəfindən təmin ediləcəyinə inanmışdır. Həmin vaxt cavabdehin əsassız varlanmasından söhbət belə gedə bilməzdi. Polisin yarıtmaz fəaliyyətinin nəticəsində cavabdeh cinayət məsuliyyətindən yayındıqdan sonra o, artıq qeyd edilən torpaq sahəsinə olan hüquqlarını heç bir şəkildə bərpa edə bilməyəcəyini başa düşmüşdür. Bundan sonra o, qeyd edilən torpaq sahəsinə çəkdiyi xərclər haqqında düşünməyə başlamış və anlamışdır ki, cavabdeh öz qeyri-qanuni hərəkətləri ilə onun hesabına əsassız olaraq varlanmışdır. Məhkəmə isə qeyd edilə n halları nəzərə almamışdır.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-3500/22 nömrəli iş üzrə 8 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Fuad Babayev (sədrlik edən və məruzəçi), Şərafət Məmmədov və Rafael Eyvazov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddianın rədd olunmasına dair yeni qətnamə çıxarılmışdır.
18. Məhkəmə qeyd etmişdir ki, cavabdehlə üçüncü şəxs Allahverdi Nəcəfov və sonuncu ilə iddiaçı arasında qanunla müəyyən edilmiş qaydda alqı-satqı müqaviləsi bağlanmasa da, faktiki olaraq torpaq sahəsinin alqı-satqısı ilə əlaqədar hərəkətilər edilmişdir. Lakin həmin hərəkətlər torpaq sahəsinin alqı-satqısına dair müqaviləsinin bağlanmış hesab olunması üçün kifayət deyildir, tərəflər arasındakı razılaşmalar əhəmiyyətsizdir. İddiaçının tələbi əhəmiyyətsiz əqdin nəticələrinin tətbiqi qaydalarına (restutisiya) uyğun araşdırılmalı və nəticəsindən asılı olaraq qiymət verilməlidir. Əhəmiyyətsiz əqd nəticəsində əsassız varlanma baş verir, lakin Mülki Məcəllənin 1091-ci maddəsində nəzərdə tutulmuş əsassız varlanma ilə əhəmiyyətsiz əqd nəticəsində əsassız varlanma fərqli hüquqi nəticələr doğurur və hüquqi tənzimləmə mexanizmləri də fərqlidir. Əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin ger i qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər.
19. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun tələbinin qeyd olunan qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır və iddiaçı həmin tələb üzrə subyektiv hüquq sahibi deyildir. İddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını məhkəmə araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hü quqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.
20. İddiaçını hazırki apellyasiya baxışının predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki iddiaçı tələbində istinad etdiyi halı, yəni tələb etdiyi pul vəsaitinin üçüncü şəxs Allahverdi Nəcəfova verdiyini bildirdiyindən və şərtləri də məhz onunla razılaşdırdığından, cavabdehdən həmin pulu, o cümlədən tələbin digər hissələrini (dəymiş maddi və mənəvi ziyan, hüquqi yardımın göstərilməsi xərci və s.) öz xeyrinə tələb etmək üçün subyektiv hüququ yoxdur. Başqa sözlə, 2013-cü ildə Cavabdeh Allahverdi Nəcəfova faktiki satdığı torpaq sahəsinə və sonuncunun 2017-ci ildə hazırki iş üzrə iddiaçı fak tiki satdığı torpağa və dəymiş ziyana görə hazırda cavabdehə qarşı tələb irəli sürməkdə haqlı deyildir.
21. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 337.3,337.4,354,1091 və 1092-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı(Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Allahverdi Nəcəfov müstəqil olaraq iddiaçı ilə hər hansı bir münasibətə girməmişdir. Allahverdi Nəcəfov cavabdeh tərəfindən verilmiş etibarnaməyə əsasən onun adından hərəkət etmiş iddiaçıya etibarnamə vermişdir. Həmçinin məhkəmə nəzərə almamışdır ki, mübahisə predmeti olan torpaq sahəsi Allahverdi Nəcəfovovun deyil, cavabdehin mülkiyyətinə keçmiş və beləliklə onun həmin torpaq sahəsi üçün çəkdiyim xərclər bilavasitə cavabdehdə qaldığı üçün cavabdeh əsassız olaraq varlanmışdır.
24. Apellyasiya məhkəməsi Mülki Məcəllənin 354.1 və 1091.1-ci maddələrini tətbiq etməkdə səhvə yol vermiş, əsassız olaraq hesab etmişdir iddiaçı iddia müddətini ötürmüşdür. Məhkəmə tərəfindən maddi və prosessual hüquq normaların tələbləri pozulmuş, sübutlara düzgün qiymət verilməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
26. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
27. Maddə 337.4. Etibarsı z əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
28. Maddə 354.1. Müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Mülki Prosessual Məcəllə
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcada n müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 416.2. Apellyasiya insta nsiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının üçüncü şəxs X2 verdiyi 6000 manatın cavabdehdən tələb olunmasının rədd edilməsi hissədə dəyişdrilmədən saxlanılmalı, qətna mə qalan hissədə ləğv edilməklə iş yeni apellyasiya baxışına göndərilməlidir.
41. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, üçüncü şəxs Allahverdi Nəcəfova ödənilmiş 6000 manat pulun Cavabdeh tələb etməkdə iddiaçının subyektiv hüququnun olmaması barədə apellyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İddiaçı tələb etdiyi 6000 manat pul vəsaitini üçüncü şəxs Allahverdi Nəcəfova verdiyini bildirmiş, şərtləri də məhz onunla razılaşdırmış, bağ sahəsinin alqı-satqısı barədə onunla razılaşma əldə olunmuşdur, ona görə də iddiaçı həmin tələbi Allahverdi Nəcəfova qarşı irəli sürməlidir.
42. İddia tələbinin digər hissələri, yəni bağ sahəsinə bünövrəsi olan 1,2 metr hündürlükdə hasar çəkməsi ilə maddi və cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsi, hüquqi yardımın göstərilməs i üçün xərcl çəkməsi barədə tələblərin rədd olunması hissədə apellyasiya məhkəməsi səhvə yol vermişdir.
43. İşdən görünür ki, Cavabdeh Ləhiş qəsəbəsində yerləşən 6456 saylı 0,12 ha bağ torpaq sahəsi ilə bağlı mümkün hərəkətlərin edilməsi ilə əlaqədar Allahverdi Nəcəfova xx.xx.2013-cü il tarixli etibarnamə və bağ sahəsini satması haqqında ərizə vermşidir. Allahverdi Nəcəfov isə xx.xx.2017-ci il tarixli etibarnamə ilə həmin səlahiyyətləri xx.xx.2033-cü il tarixədək İddiaçı ötürmüşdür. Bundan sonra iddiaçı bağ sahəsində hasarın çəkilməsi ilə əlaqədar işlər görmüşdür. Cavabdeh nə etibarnamə üzrə səlahiyyətlərin İddiaçı ötürülməsinə, nə də bağ sahəsində tikinti işlərinin aparılmasına etiraz etməmiş, yalnız bağ sahəsinə dair onun adına mülkiyyət hüququna dair çıxarış alındıqdan sonra xx.xx.2019- cu il tarixdə etibarnaməni ləğv etdirmişdir.
44. İddiaçı bağ sahəsini cavabbeh Cavabdeh deyil, Allahverdi Nəcəfovdan 6000 manat verməklə satın aldığını, Cavabdeh isə İddiaçı torpaq sahəsini satmadığını, orada tikinti işlərinin aparılmasına icazə vermədiyini göstərmişdir.
45. Apellyasiya məhkəməsi tərəflər arasında cavabdehlə Allahverdi Nəcəfov arasında, Allahverdi Nəcəfovla iddiaçı arasında torpaq sahəsinin faktiki alqı-satqı müqavilələrinin bağlanması qənaətinə gəlmiş, həmin müqaviləlləri əhəmiyyətsiz əqd hesab edərək, cavabdehin əhəmiyyətsiz əqd nəticəsində əsassız olaraq varlanması qənaətinə gəlib Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən bir ililk müddəti tətbiq etməklə iddianı rədd etmişdir.
46. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi ziddiyyətli nəticəyə gəlmişdir. Bi r tərəfdən iddiaçı ilə cavabdeh arasında bağ sahəsinin alqı-satqısı ilə bağlı müqavilənin bağlanmadığını göstərmiş (cavabdehə qarşı 6000 manat pul tələbi də eyni əsasla rədd edilmşidir), digər tərəfdən isə Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddətinin tətbiqi üçün tərəflər arasında faktiki alqı-satqının olması qənaətinə gəlmişdir. Halbuki məhkəmə tərəflər arasında bağ sahəsinin alqı-satqısına dair şifahi müqavilənin bağlanmaması nəticəsinə gəlməsi əhəmiyyətsiz əqddən irəli gələn nəticələrin tətbiqini istisna edirdi. Bu zaman məhkəmə mübahisənin qanuni həlli üçün Mülki Məcəllənni 57-ci, cavabdehin hüquqdan sui-istifadəsi müəyyən edilərsə isə həmin Məcəllənin 28-ci fəslin normalarını tətbiq etməli idi.
47. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi qətnaməsi iddia tələb ənin maddi və mənəvi ziyan tələbinin rədd olunması hissədə səhv nəticəyə gəlmiş, qətnamə həmin hissədə maddi və prosessual hüquq normalarının səhv tətbiq olunması ilə çıxarılmışdır. Ona görə də qəğnamə qismən ləğv edilməli və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsi göndərilməlidir.
48. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3500/2022 nömrəli, 08 iyun 2021-ci il tarixli qətnaməsi qismən, 6273 manat maddi, 5000 manat mənəvi ziyan, 510 manat hüquqi yardımın göstərilməsi xərcləri və 142 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasının rədd olunması hissəd ə ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.