Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-588/2020 22.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(103)-12248/2019 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ilə (hakim İ.Ə.Əliyev, iş 2(001)-5636/2019) iddiaçı Azərbaycan Respublikası X2 Komitəsinin Cavabdeh q arşı qeyri-yaşayış sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə cavabdehin mülki işin baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi barədə vəsatəti təmin edilməmişdir. Cavabdehin həmin qərardadın ləğv edilməsinə dair şikayəti Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ilə təmin edilməmiş, iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə (hakimlər: E.Q.Nəbiyev, R.Ə.Qurbanov və A.Ə.Hüseyn) cavabdehin şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Azərbaycan Respublikası X2 Komitəsi Cavabdeh qar şı ünvan 1 ünvanda yerləşən N-ci mərtəbəsindəki 128.3 kv.m qeyri-yaşayış sahəsinin Cavabdeh tərəfindən boşaldılaraq X2 Komitəsinə təhvil verilməsi barədə iddia ilə məhkəməyə müraciət etmişdir. İşə məhkəmədə baxılarkən Cavabdeh vəsatətlə müraciət edərək mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri İnzibati-İqtisadi məhkəməsinə göndərilməsini xahiş etmişdir. Vəsatətə baxılması ilə əlaqədar yuxarıda göstərilən məhkəmə qərardadları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh qərardaddan kassasiya şikayəti verərək qərardadın prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsini əsas göstərməklə ləğv edilməsinə və işin aidiyyəti üzrə Bakı şəhəri İnzibati-İqtisadi məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri bar ədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 24-cü maddəsinə görə Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıq ları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. (24.1) Mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. (24.2.) Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahi sə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. İşə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayarkən hesab etmişdir ki, hazırkı iş üzrə cavabdeh fiziki şəxsdir və mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı deyildir. Kollegiya göstərilənlərlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qərardad qanuni və əsaslı olduğundan onun ləğv edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-588/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-588/2020
22.01.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver