Məhkəmə qərarları › İş №2(102)-5883/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5883/2022

01.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5883/2022 01.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilkin, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: kassasiya şikayətindən imtina barədə qərardadın ləğv edilməsi tələbi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Xələfov İlqar Rəhim oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair ilkin Cavabdeh İddiaçı qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)- 224/2022 nömrəli, 06 sentyabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 01 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

1. Şəki Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli 2(075)-1066/2021 saylı qətnaməsi ilə (hakim P.Hacıyev) ilk iddia təmin edilərək Cavabdeh 110000 (bir yüz on min) ABŞ dolları (qətnamə icra olunan günə manata məzənnəsi üzrə) borcun və 30 (otuz) manat dövlət rüsumunun məbləğində pul alınaraq İddiaçı verilməsi, Cavabdeh İddiaçıla arasında bağlanmış olan 16 may 2017-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, ödənil miş dövlət rüsumu qarşılıqlı iddiaçının özünə aid edilməsi qət edilmişdir.

2. Həmin qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikаyəti verilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

3. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 yanvar 2022-ci il tarixli, 2(107)224/2022 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(075)-1066/2021 saylı qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilməsi, ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 16 may 2017-ci il tarixli, 3M-304 reyestr nömrəli kredit müqaviləsinin əhəmiyyətsiz əqd olduğundan etibarsız hesab edilməsi qət edilmişdir.

4. İddiaçı və onun vəkili Vəkil 1 Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyаsının 21 yanvar 2022-ci il tarixli, 2(107)-224/2022 nömrəli qətnaməsindən narazı qalaraq kassasiya şikayəti vermişdir. 5. 25 avqust 2022-ci ildə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək kassasiya şikayətindən imtina etdiyini bildirmişdir.

6. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-224/2022 nömrəli, 06 sentyabr 2022-ci il tarixli qərardadı ilə (hakimlər V.İ.Məlikov (sədrlik edən və məruzəçi), R.R.Rəfiyev və G.İ.Cavadova) İddiaçı nümayəndəsi Nümayəndə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyаsının 21 yanvar 2022-ci il tarixli, 2(107)-224/2022 nömrəli qətnaməsindən vermiş olduğu kassasiya şikayətindən imtinası qəbul edilmiş, kassasiya şikayəti İddiaçı nümayəndəsi Nümayəndə geri qaytarılm ışdır.

7. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı nümayəndəsi Nümayəndə kassasiya şikayətindən imtinası iş üzrə digər tərəflərin hüquq və maraqlarına toxunmur və onа görə də hazırki iş üzrə İddiaçı nümayəndəsi Nümayəndə kassasiya şikayətindən imtinaya dair ərizəsi qəbul edilməli və kassasiya şikayəti geri qaytarılmalıdır.

8. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Prosessual Məcəllənin 408 və 410-cu maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

9. İlkin İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qərardadının ləğv edilməsi və kassasiya şikayətindən imtina barədə ərizənin geri qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, X1 etibarnamə üzrə nümayəndəsi olsa da etibarnamədə ona kassasiya şikayətindən imtina səlahiyyəti verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Məhkəməyə Cavabdeh (Vəkil2) tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim olunmuş, kassasiya şikayətinin təmin olunmaması və qərardadın dəyişdirilmədən saxlanması barədə qərar qəbul olunması xahiş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

12. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

13. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

14. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

15. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.

16. Maddə

360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

17. Maddə 361.1.3. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı göstərilməlidir.

18. Maddə 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələbl ərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir.

19. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

20. Maddə

410. Kassasiya şikayətindən imtina edilməsi 410.1. Kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. 410.2. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikay ətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir. 410.3. Kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır.

21. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

22. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessu al hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

23. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

24. Kollegiya aşağıdakı səbəblərdən apellyasiya instansiyası məhkəməsinin bu barədə olan xx.xx.2022-ci il tarixli qərardadı ilə razılaşmır və hesab edir ki, qərardad ləğv edilərək iş apellyasiya məhkəməsinə qaytarılmalıdır.

25. İş materiallarından görünür ki, İddiaçı Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 yanvar 2022-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətindən imtina etməsi və şikayətin geri qaytarılması barədə apellyasiya instansiyası məhkəməsinə ərizə təqdim olunmuş və həmin ərizə onun ikinci nümayəndəsi və vəkili Nümayəndə tərəfindən imzalanmışdır.

26. Nümayəndə həmin ərizəni imzalayarkən iş üzrə iddiaçı tərəfindən ona verilmiş 23 iyul 2022-ci il tarixli etibarnaməyə əsaslanmış və ərizə notariatda təsdiq olunmuşdur.

27. İşə kserosurəti əlavə olunmuş həmin etibarnamə, onun məzmunundan göründüyü kimi, iddiaçı tərəfindən Nümayəndə onu məhkəmə və digər orqanlarda təmsil etmək, onun adından işin həlli üçün zəruri olan bütün prosessual hərəkətləri və s. icra etmək səlahiyyəti verilmişdir.

28. Həmin etibarnamədə iddiaçı tərəfindən nümayəndəsinə kassasiya şikayətindən imtina etmək səlahiyyəti verilməmişdir.

29. Belə vəziyyətdə işə baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının həqiqətən də kassasiya şikayətindən imtina etməsini araşdırmaq istiqamətində heç bir hərəkət etməmiş, imtinanın iddiaçının iradəsini ifadə edib-etməməsini müəyyən etməmişdir.

30. Qərardaddan verdiyi kassasiya şikayətində isə iddiaçı kassasiya şikayətindən imtina etməsini inkar etmiş və nümayəndəsi Nümayəndə belə bir səlahiyyəti vermədiyini bildirmişdir.

31. Qərardaddan verilmiş kassasiya şikayəti isə yenə də onun nümayəndəsi və vəkili Nümayəndə tərəfindən imzalanmışdır.

32. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasi ya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 sentyabr 2022-ci il tarixli qərardadı ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar