Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5891/2020 30.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər “Hertel İndastrial Service B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialına və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: xidməti müqavilənin əmək müqaviləsi kimi qiymətləndirilməsi) Bakı şəhəri, xx xxxxxx 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6253/2020 nömrəli iş üzrə xx xxxxxx 2020 -ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları “X4 B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialı (bundan sonra - şirkət) tərəfindən İddiaçı (bundan sonra – iddiaçı) ünvanlanmış xx.xx.2017-ci il tarixli “HİSSA2013-024 saylı Xidmət Müqaviləsinə Xitam verilməsi haqqında” məktubda qeyd edilmişdir ki, şirkət ilə iddiaçı arasında xx.xx.2013-cü il tarixində HİS-SA-2013-024 saylı xidmət müqaviləsi bağlanmışdır. Layihə üzrə işlərin azalması ilə əlaqədar Müqavilənin 10.5-ci maddəsinə əsasən Müqaviləyə xx.xx.2017-ci il tarixində xitam veriləcəyi barədə xəbərdarlıq edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-598/2019 s aylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh “X5 B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “xx xxxxxx 2011-ci il tarixli HİS-SA-2011-219 saylı xidməti müqaviləsinə xx.xx.2017-ci il tarixində xitam verilməsi ilə bağlı etdiyi bütün hərəkətlərin qanunsuz hesab edilməsi, son 15 ay müddətində onun qeyri-qanuni işə buraxılmaması ilə bağlı əmək haqqısının ödənilməsi, işlədiyi 6 ay müddətində istifadə etdiyi məzuniyyət və ilin sonunda verilən 13-cü əmək haqqının hesablanaraq ödənilməsi, ona dəyən maddi və mənəvi ziyan olan 30525 manatın ödənilməsi, işinə bərpa olunması barədə” iddia tələbləri rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının həmin iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-598/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının həmin iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Şirkətə və Cavabdeh2 qarşı xx.xx.2011-ci il tarixli Helter HİS-Ca 219 saylı xidməti müqavilənin və xx.xx.2018-ci il tarixli müqavilənin əmək müqaviləsi kimi qiymətləndirilməsi, xx.xx.2017-ci il tarixli müqavilənin qanunsuz hesab edilməsi, işə bərpa edilməsi, 52990 manat məbləğində maddi və m ənəvi ziyanın ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı öz tələblərini onunla əsaslandırmışdır ki, hüquqi savadı olmadığından cavabdeh şirkət ilə bağlanan xx xxxxxx 2011-ci il tarixli HİS-CA 2011-219 saylı xidməti müqavilənin mahiyyətini başa düşməmişdir. O, əslində şirkətdə əmək müqaviləsi bağlandığını və qanuni əmək fəaliyyəti ilə məşğul olduğunu düşünmüşdür. Bu düşüncə ilə həmin şirkətdə əmək fəaliyyəti ilə məşğul olmuş vəzifəsini vicdanla yerinə yetirmiş və hər iş günü iş rejiminə sadiq qalaraq saat 7:30 dan 16:30 dək işləmişdir. Qeyd olunan müqavilə onda olmadığından mübahisə zamanı şirkətdən əsli ilə düzdür möhürü ilə təsdiqlənib ona verilmişdir. Onunla cavabdeh arasında imzalanmış xidmət müqaviləsi mülki hüquq müqavilə deyil və əmək müqailəsi hesab edilməlid ir. Həmçinin cavabdeh təşkilatın nümayəndələri saxtakarlıq edərək, onun adını elektron sahibkar kimi qələmə verərək etibarnamə tətbiq etməklə “X3” MMC-nin əməkdaşlarına vermişdir. Həmin etibarnamə ilə onun adı elektron sahibkar kimi qeydə alınmışdır. Bununla bağlı onun Əmək Məcəlləsini 6-cı maddəsində göstərilən şəxslərin siyahısına daxil olunduğu qeyd edilmişdir. Ona görə də onunla bağlanmış xidməti müqaviləsi də Əmək Məcəlləsinin 3, 7, 46, 54, 78, 136, 143, 144-cü maddələrindən kənarda qalmışdır. 6 il istifadə etmədiyi məzuniyyətə gəlincə istifadə etmədiyini onunla əsaslandırır ki, belə düşüncə tərzi ilə o, nə vaxtsa işdən çıxarsa bir yerdə məzuniyyəti götürmək fikrində olmuşdur. Bu baxımdan da nə məzuniyyət təklif olunmamışdır, nə də o, istəməmişdir. Bütün lazimi vaxtlarını həftənin b azar günlərinə salmışdır. O, xx.xx.2017-ci il tarixli məktubu qəbul etməkdən imtina etmiş və əmək məcəlləsinin 78-ci maddəsinə uyğun müharibə veteranları işdə saxlanılmasını üstünlüyünə malik olan şəxslər sırasında olduğunu bildirmiş, işdən çıxarılacağı təqdirdə əmri tələb etmişdir. Qarabağ müharibə veteranlarının Prezidentin 841 №-li fərmanı ilə elan olunmuş maddə 3.9 müharibə veteranlarının ictimai faydalı fəaliyyətinin məhdudlaşdırılmasına yol verilmir. Maddə 3.21 Müəssədə işçilərin ixtisan zamanı ixtisas dərəcəsi eyni olduqda işdə saxlanılmalı üstünlüyünə malik olan şəxslər. O da imtahan vermiş, sertifikatı da var, həmin üstünlüyə malikdir və Əmək Məcəlləsinin 78-ci maddəsində göstərilən şəxslərin sırasındadır. Azərbaycan Dövlət Neft Şirkətinin tərkib hissəsində işləyən Heydər Əliyev a dına dərin Özüllər zavodunda Helter şirkətində 6 il (Mülkü hüquq) müqaviləsi kimi yox əmək müqaviləsi kimi qiymətləndirilməlidir (tanınmalıdır). Onunla cavabdeh Şirkət arasında imzalanmış xidməti müqaviləsi mülki hüquq müqavilə deyil və əmək müqaviləsi hesab edilməlidir. Həmçinin cavabdeh təşkilatın nümayəndələri saxtakarlıq edərək, onun adını elektron sahibkar kimi qələmə verərək etibarnamə tətbiq etməklə “X3” MMC-nin əməkdaşlarına vermişdir. Həmin etibarnamə ilə onun adı elektron sahibkar kimi qeydə ahnmışdır. Bununla bağlı onun əmək məcəlləsini 6cı maddəsində göstərilən şəxslərin siyahısına daxil olunduğu qeyd edilmişdir. Ona görə də onunla bağlanmış xidməti müqaviləsidə Əmək Məcəlləsinin 3, 7, 46, 54, 78, 136, 143, 144-cü maddələrindən kənarda qalmışdır. Bununlada saxtakarlıq edərək mü lkü prosesual məcəllənin 297.1.3-cü maddəsi ilə onun üzərinə vəzifə qoyulmuşdur. Bu baxımdan da adını elektron sahibkar kimi saxta etibarnamə təıtib edərək adından istifadə edilmişdir. O, Dentones hüquq şirkətilə heç bur müqavilə bağlamamışdır. xx.xx.2018-ci il tarixli müqavilə saxtadır. Həmiin müqavilədən məhkəməyə qədər xəbəri olmamışdır. Həmin müqavilədə qeyd olunur keçmiş podratçı ifadəsini qeyd edən şirkətin müqaviləsini 4-cü bəndində göstərilir. “Dentones” şirkəti ona əmək məcəlləsinin 6-cı maddəsinə saxta etibarnamə bağlamaqla hüquqi şəxs kimi daxil etmişlər, lakin o, hüquqi şəxs yox fiziki şəxs kimi şirkətdə çalışmışdır. Əmək məcəlləsinin 74.2-ci maddəsində qeyd olunur ki, əgər qanunsuz və ya əsasız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciə t edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq (vəzifəsinə) bərpa edilməsi haqqda qətnamə (qərar) qəbul edilərsə, onda işə götürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o əvvəlki vəzifəsinə və ya razılıq ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Qeyd edir ki, 2017-ci ildə işlədiyi 11 ay ərzində ona düşən məvacib 13585 manat olmuşdur. Hər aya düşən gəlir 1235 manat, qeyri-qanuni 2017-ci il 12-ci ayından 2020-ci ilə qədər işə buraxılmadığı 29 ay həmin ayların itirilən gəliri 39000 manat, 2-ci istifadə etmədiyi məzuniyyət 6 il 7410 manat, 3-cü 2017-ci ilin 13-cü əmək haqqı 1000 manat, 4-cü 2017-ci ildən 2020-ci il ərzində mənəvi ziyan 6000 manat, 5-ci 2017-ci ildən 2020-ci ilə kimi vəkillərə, ərizələrə, kitablara çəkdiyim xərc 6000 manat. Yuxarıda göstərilən qanunun maddələrinə uyğun olaraq ona dəyən maddi və mənəvi ziyan 52990 manat olmuşdur. Göstərilənlərə əsasən xx.xx.2011-ci il tarixli Helter HİS-Ca 2019 saylı xidməti müqaviləsi və xx.xx.2018-ci il tarixli müqaviləsinin etibarsız hesab edilməsi əvəzində əmək məcəlləsinin 46-cı maddəsi ilə müqavilə bağlanmasını, bağlanmış müqavilələrin əmək müqaviləsi kimi qiymətləndirilməsi və tanınmasını, xx.xx.2017-ci il tarixində xitam verilməsi ilə bağlı məktub və bütün hərəkətlərin qanunsuz hesab edilməsi, onun müharibə veteranı olmasını nəzərə alaraq əmək məcəlləsinin 78-ci maddəsinə uyğun işinə bərpa olunması, ona dəyən 52990 manat maddi və mənəvi ziyanın ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə iddia ərizəsinə dəqi qləşdirmə barədə ərizə təqdim edərək, şirkətin HİS CA 219 saylı, xx.xx.2011-ci il tarixli xidməti müqaviləsinin Əmək Məcəlləsinin 46, 54 və 78-ci maddələrinə əsasən əmək müqaviləsi kimi qiymətləndirilərək tanınmasını və üzərlərinə əmək müqaviləsi bağlanması, xx.xx.2017-ci il tarixli məktubun etibarsız hesab edilməsi, xx.xx.2017-ci il tarixli, 7E-2347 №-li etibarnamənin etibarsız hesab edilməsi, xx.xx.2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, onunla Əmək Məcəlləsinin 46, 54, 78-ci və s. maddələrinin tələblərinə uyğun “Dentones” həmkarlar ittifaqının üzərinə məsuliyyət qoyulması, ona dəyən maddi və mənəvi ziyanın əvəzi kimi 59000 manat pul vəsaitinin cavabdehdən tutulması barədə qənamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 birinci instansiya məhkəməsində işə baxılarkən məh kəmə iclasında iddianı qəbul etməyərək göstərmişdir ki, o, “Dentones Europe (Central Asia) Limited” şirkəti ilə “X5 B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında hüquqi xidmətlərin göstərilməsi barədə bağlanmış xx xxxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən iddiaçının əvvəlki iddia tələbləri üzrə keçirilmiş məhkəmə iclaslarında “X5 B.V.” şirkətinin nümayəndəsi və vəkili kimi iştirak etmişdir. İddiaçı iddia tələbinin hüquqi xidmətlərin göstərilməsi barədə bağlanmış xx xxxxxxx 2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi ilə bağlı hissəsi ilə əlaqədar olaraq onu cavabdeh kimi göstərmişdir, halbuki həmin müqavilənin etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur və həmin müqavilənin iddiaçıya heç bir aidiyyəti yoxdur. Ona görə də, iddia əsassız olduğundan rədd edilməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim Mədinə Bağırova, iş № 2(009)1072/20) iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci, 390.1, 405.1-ci, Əmək Məcəlləsinin 3, 42-ci maddələrini rəhbər tutaraq və işin müəyyən edilmiş hallarını nəzərə alaraq bu qənaətə gəlmişdir ki, tərəflər arasında xidmət göstərilməsi ilə bağlı xidmət müqaviləsi olmuş, müqavilə şərtlərinə əsasən cavabdeh tərəfindən iddiaçıya göstərdiyi xidmətlərə görə xidmət haqqı ödənilmişdir. Qanunun qeyd olunan normalarını rəhbər tutaraq məhkəmə həmçinin hesab etmişdir ki, yuxarıda göstərilən məhkəmə aktları ilə müəyyən olunan hallar hazırkı iş üzrə preyudisial əhəmiyy ət daşıdığından həmin halların yenidən sübut edilməsinə ehtiyac yoxdur. Ona görə də, iddia tələbi xx.xx.2011-ci il tarixli xidməti müqaviləsinin əmək müqaviləsi kimi qiymətləndirilərək tanınması və üzərlərinə əmək müqaviləsi bağlanması, xx.xx.2017-ci il tarixli məktubun etibarsız hesab edilməsi, xx.xx.2017-ci il tarixli, 7E-2347 №-li etibarnamənin etibarsız hesab edilməsi hissəsində əsassızdır və təmin edilməməlidir. İddiaçı qətnamədən narazı qalaraq apelyasiya şikayəti vermişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Akif İsgəndərov - sədrlik edən və məruzəçi, İlham Kərimli, Elşən Kazımov) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilm ədən saxlanılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apelyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Apelyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq qeyd etmişdir ki, iddia tələbinin əsası kimi istinad olunan halları sübut etmək vəzifəsi sübutetmə yükünə görə məhz iddiaçının özünün üzərinə düşür. İddiaçı bir neçə il ərzində hüquqi savadsızlığından xidməti müqavilə ilə işləməsinin ona məlum olmadığı nı, əmək münasibətlərində olaraq əmək müqaviləsi ilə işlədiyini güman etdiyini göstərmişdir. İşin araşdırılan və müəyyən edilən hallarından göründüyü kimi, tərəflər arasında əmək qanunvericiliyi ilə tənzimlənənən işçi və işəgötürən münasibəti nə hüquqi, nə də faktiki cəhətdən mövcud olmamışdır. Cavabdeh tərəfin mövqeyinə görə iddiaçı ilə xidməti müqavilə bağlandığından əmək münasibətlərinin normaları ona şamil edilə bilməz. Bu hal mötəbər sübutla - qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə də təsdiq edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qənaətinə görə iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Bu baxımdan birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Kassasiya şikayətinin və ona etiraz ın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkil X6) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məzmunu iddia tələbinin və apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddia çı və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adland ırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 390.1. Fıziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə
3. İşəgötürən - tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontraktı) bağlamaq, ona xitam ve rmək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs; əmək müqaviləsi (kontraktı) isə - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan, əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Maddə 42. 1-ci bənd. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasın a və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin q ətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və Məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6253/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov