Məhkəmə qərarları › İş №2(102)-5906/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5906/2021

13.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5906/2021 13.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: qəbz əsasında borc tələbi, borcun etirafı haqqında mücərrəd müqavilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçının vəkili Vəkil1 və cavabdehin vəkili X4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4847/2021 nömrəli iş üzrə 18 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiy a şikayəti üzrə işə 13 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 05.09.2017-ci il tarixli əlyazma ilə yazılmış qəbzdən görünür, borclu Cavabdeh İddiaçı 42.000 ABŞ dolları borcun olduğunu qeyd edərək, bunu imzası ilə təsdiq etmişdir. 18.10.2017-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, **-ZD-*** qeydiyyat nişanlı 1988-ci il buraxılışlı “Kroll TSA40ALPHA” yarımqoşqu Cavabdeh tərəfindən 2200 manata X1, sonuncunun adına rəsmiləşdirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 42.000 ABŞ dolları məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun xalası oğludur. 2017-ci ildə cavabdeh biznes işi ilə əlaqədar olaraq ondan müxtəlif vaxtlarda 42.000 ABŞ dolları məbləğində borc almış, lakin borcunu qaytarmamışdır. Sonuncu dəfə onunla 05.09.2017-ci il tarixdə görüşərək söhbət etmiş, cavabdeh isə ona 42.000 ABŞ dolları borcun olmasına dair qəbz vermişdir. Həmin vaxt iddiaçının dostu Kənan adlı şəxs də onlarla birlikdə olmuşdur. Bundan sonra dəfələrlə borcun qaytarılmasını cavabdehdən xahiş etsə də, borc hələ də qaytarılmamışdır. Cavabdeh həmin borcu ona qaytarmaqdan imtina etdiyi üçün məhkəməyə müraciət etməyi qərara almışdır. Cavabdeh iddia ərizəsinə etiraz və mülahizələrə dair ərizə təqd im edərək bildirmişdir ki, iddia tələbini qəbul etmir, belə ki, iddiaçı ona heç vaxt borc pul verməyib, aralarında olan münasibətlər yanacaq daşıyan maşının alınıb Azərbaycana gətirilməsi və onun tərəfindən işlədilməsi olmuşdur. Belə ki, iddiaçı Moskva şəhərində yaşayır. Onlar qərara gəliblər ki, iddiaçı yanacaq daşıyan çənsistern alıb Azərbaycana göndərsin, cavabdeh isə yanacaq daşımaqla əldə etdikəri gəliri bölsünlər. 2017-ci ilin yanvar ayında iddiaçı tərəfindən çən-sistem alınmış, cavabdeh həmin çəni Bakıya gətirərək, adına rəsmiləşdirmişdir. Lakin sonrada işləri yaxşı getmədiyindən tərəflər arasında anlaşılmamazlıq yaranmışdır. İddiaçı həmin çən-sisterni öz adına rəsmiləşdirmək istəsə də, Azərbaycanda olmadığından bu mümkün olmamışdır. 2017-ci ilin sentyabr ayının əvvəllərində iddiaçı məsələni aydınlaşdırmaq üçün bir neçə günlüyə Bakıya gəlmişdir. Bundan sonra tərəflər qərara gəliblər ki, çən-sistemin pulu İddiaçı tərəfindən ödənildiyindən, lakin çən Cavabdeh adına rəsmiləşdirildiyindən, hər ehtimala qarşı 05.09.2017-ci il tarixdə maşının pulu məbləğində olan borc barədə cavabdeh iddiaçıya qəbz vermişdir. Lakin 2017-ci il oktyabr ayının 18-də çən-sistern iddiaçının əmisi oğlu X2 adına rəsmiləşdirilmişdir. Bundan sonra cavabdeh borc barədə verdiyi qəbzin mövcudluğu barədə unutmuş, İddiaçı ona qarşı həmin qəbzdən sui-istifadə edərək iddia qaldıra biləcəyini güman etməmişdir. Şahid qismində dindirilmiş X5 izahatında bildirmişdir ki, iddiaçı onun dostudur. O, tərəflərin ikisində tanıyır. Yazılı qəbz 2017-ci ildə onun yanında Cavabdeh tərəfindən imzalanmışdır. Cavabdeh dəfə lərlə onun yanında mülkiyyətində olan avtomobili sataraq İddiaçı olan borcunu ödəyəcəyini bildirmişdi. Şahid qismində dindirilmiş X6 izahatında bildirmişdir ki, cavabdehi profilaktoriyadan tanıyır. Onlar oradakı kafedə oturub söhbət ediblər. Ondan kağız istədiyiblər, həmin vaxt maşın söhbəti etdiklərini eşitmiş, pul söhbəti barəsində isə eşitməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Günel Abbasova) 2(001)-109/2021 saylı, 15.02.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 42.000 (qırx iki min) ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) pul məbləğinin tutularaq İddiaçı ödənilməsi, 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikas ı Mülki Məcəlləsinin 739.1, 740, 385.1, 386.1, 425.1, 427.3, 442, 448.1-ci maddələrinə istinadən gəldiyi nəticə ilə qeyd etmişdir ki, cavabdeh əlyazma formasında borc müqaviləsi əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh əlyazma formasında borc müqaviləsi əsasında iddiaçıdan borc almasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. İş materiallarından, həmçinin şahid ifadəsindən aydın olur ki, Cavabdeh İddiaçı 42.000 ABŞ dolları borc almış və qaytarmamışdır. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(00 1)109/2021 saylı, 15.02.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ona heç vaxt borc pul verməyib, aralarında olan münasibətlər yanacaq daşıyan maşının alınıb Azərbaycana gətirilməsi və onun tərəfindən işlədilməsi olmuşdur. Belə ki, iddiaçı Moskva şəhərində yaşayır. Onlar qərara gəliblər ki, iddiaçı yanacaq daşıyan çən-sistern alıb Azərbaycana göndərsin, cavabdeh isə yanacaq daşımaqla əldə etdikəri gəliri bölsünlər. 2017-ci ilin yanvar ayında iddiaçı tərəfindən çən-sistem alınmış, cavabdeh həmin çəni Bakıya gətirərək, adına rəsmiləşdirmişdir. Lakin sonradan işləri yaxşı getmədiyindən tərəflər arasında anlaşılmamazlıq yaranmışdır. İddiaçı həmin çən-sisterni öz adına rəsmiləşdirmək is təsə də, Azərbaycanda olmadığından bu mümkün olmamışdır. 2017-ci ilin sentyabr ayının əvvəllərində iddiaçı məsələni aydınlaşdırmaq üçün bir neçə günlüyə Bakıya gəlmişdir. Bundan sonra tərəflər qərara gəliblər ki, çən-sisternin pulu İddiaçı tərəfindən ödənildiyindən, lakin çən Cavabdeh adına rəsmiləşdirildiyindən, hər ehtimala qarşı 05.09.2017-ci il tarixdə maşının pulu məbləğində olan borc barədə cavabdeh iddiaçıya qəbz versin. Lakin 2017-ci il oktyabr ayının 18-də çən-sistern iddiaçının əmisi oğlu X2 adına rəsmiləşdirilmişdir. Bundan sonra cavabdeh borc barədə verdiyi qəbzin mövcudluğu barədə unutmuş, İddiaçı ona qarşı həmin qəbzdən sui-istifadə edərək iddia qaldıra biləcəyini güman etməmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ( hakimlər Anar Tanrıverdiyev - sədrlik edən və məruzəçi, Tofiq Səmədov və İkram Şirinov) 2(103)-4847/2021 nömrəli iş üzrə 18 iyun 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-109/2021 saylı, 15.02.2021-ci il tarixli qətnaməsi ləğv edilərək iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi işin hallarına, apellyasiya şikayətinin dəlillərinə, tərəflərin izahatlarına və şahid ifadələrinə əsasən hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə doğru nəticəyə gəlməmişdir. Belə ki, iddiaçı hazırki iddia tələbində cavabdeh tərəfindən imzalandığını qeyd etdiyi qəbzə istinad edərək Cavabdeh 42.000 ABŞ dolları məbləğində pulun qaytarılmasını tələb edir. İddiaçı iş üz rə istinad etdiyi hallara dair sübut kimi öz izahatını və qəbzi təqdim etmişdir. İddiaçı cavabdehin ondan dəfələrlə pul aldığını qeyd etsə də, məhkəməyə yalnız 05.09.2017-ci il tarixli əlyazma ilə yazılmış qəbzi təqdim etmişdir. İddiaçının Cavabdeh 42.000 ABŞ dolları məbləğində pul verməsi ilə bağlı izahatı qeyri-müəyyən və ziddiyyətli olmuşdur. İddiaçı həmçinin hansı səbəbdən 42.000 ABŞ dolları məbləğində borcla bağlı ən azından sadə yazılı müqavilə bağlamamasının səbəbini məhkəməyə izah edə bilməmişdir. Belə olan halda müəyyən olunur ki, iddiaçının izahatı və təqdim etdiyi qəbz onun cavabdehdən tələb etdiyi 42.000 ABŞ dolları məbləğində borca dair tərəflər arasında borc müqaviləsinin və müvafiq olaraq da həmin məbləğdə borcun mövcud olduğunu müəyyən edən sübut sayıla bilməz. Çünki həmin qəbzə əsasən cavabdehdən tələb olunan məbləğdə borc müqaviləsinin hansı tarixdə, hansı şərtlərlə bağlandığını müəyyən etmək mümkün olmur. Başqa sözlə, iddiaçının təqdim etdiyi həmin qəbz mötəbər, təkzibolunmazlıq və əsaslı şübhədənkənar sübut meyarına cavab vermir. Şahid ifadələrindən görünür ki, iddiaçı ilə cavabdeh arasında borc barəsində deyil, maşın barəsində söhbət olmuşdur. Cavabdeh isə məhkəməyə verdiyi izahatında və etiraz ərizəsində 42.000 ABŞ dolları məbləğində pulu almadığını bildirmiş və qeyd etmişdir ki, iddiaçı tərəfindən alınmış çənsistern cavabdehin adına rəsmiləşdirildiyindən həmin qəbzi imzalamış daha sonra çən-sistern iddiaçının əmisi oğlunun adına rəsmiləşdirildiyindən o qəbzin bir əhəmiyyəti olmadığını düşünmüş və iddiaçının həmin qəbzdən ona qarşı sui-istifadə edəcəyi ni düşünməmişdir. Kollegiya qeyd edir ki, cavabdehin məhkəməyə verdiyi izahatlar faktlara əsaslanmış və cavabdehin izahatı ilə işin halları arasında uyğunluq müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə sübutları tam və hərtərəfli tədqiq etməmiş, işin faktiki hallarını və tərəflərin qarşılıqlı münasibətlərini düzgün müəyyən edə bilməmiş, sübutların qiymətləndirilməsi zamanı prosessual normaların tələblərini pozmuş və bu səbəbdən də nəticədə iş üzrə düzgün olmayan qənaətə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 386.1, 389.1, 739.1, 740.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 385.1, 385.1.2, 386, 387.1, 388-ci maddələrinə istinad edərək əsaslandırm ışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 18 iyun 2021-ci il tarixli 2(103)-4847/2021 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, cavabdeh 42.000 ABŞ dolların iddiaçıdan almasına dair sübutu, yəni qəbz yazaraq vermişdir, amma orada tarix göstərilməmişdir. Məhkəmə ya iş materialları ilə lazımı qaydada tanış olmamış, ya da ki işdə olan qəbzin əslini diqqətlə nəzərdən keçirməmişdir. Çünki məhkəməyə təqdim edilmiş qəbzdə tarix vardır. Orada 05.09.2017-ci il yazılmışdır. Məhkəmə həmin tarixi görmür və yaxud görmək də istəmir, cavabdehin xeyrinə qətnamə qəbul edir, necə olur ki, cavabdehin yazdığı qəbzdə tarix mövcud olsa da məhkəmə həmin tarixi yazmır və əsassız olaraq qəbzin verilmə tarixini qətnamədə qeyd etmir. Məhkəmə qəbzdə tərəflər arasında pulun qaytarılması ilə bağlı hansı şərtlərlə bağlandığını müəyyən etmək mümkün olmadığını qeyd edir. Qəbzdə şərtin yazılmamağı o demək deyildir ki, qəbz əhəmiyyətsizdir. Şərtlər tərəflər arasında şifahi razılaşdırılmışdır, çünki onlar xalaoğludurlar. Qanunda müqavilə azadlığı vardır, müqaviləni özləri tərtib edirlər və orada lazım olsaydı şərtləri qeyd edərdilər. Cavabdeh adına olan yarımqoşunu, maşını və digər əmlakları satıb borcunu qaytaracağını dediyinə görə ona inanaraq gözləmişdir. Tərəflər arasında maşınla, yarımqo şqu ilə bağlı heç razılaşma olmamışdır, bununla bağlı heç bir müqavilə də yoxdur. Yarımqoşqunun alqı-satqı müqaviləsi üzrə qiyməti 2.200 manat olduğu halda iki min manat pulun 42.000 ABŞ dollar pulla əvəz olunması mümkün deyil. Cavabdeh özünü müdafiə etmək üçün müxtəlif bəhanələr gətirir. Lakin onun bəhanələri yetərli və əsaslı deyil. Cavabdeh yarımqoşunu satıb ki, borcunun bir hissəsini ödəsin, lakin iddiaçını aldadaraq borcunu ödəməmişdir. Cavabdehin 42.000 ABŞ dollar borcunun olmasını şahid Kənan İsgəndərov təsdiq edir. O məhkəmə iclasında dindirilmişdir və bu faktı təsdiq etmiş, cavabdeh ona borcunun olmasına dair qəbzi Kənanın yanında yazıb vermişdir. Məhkəmə heç bir əsas olmadan qanuni əsaslarla qəbul edilmiş Binəqədi rayon Məhkəməsinin qətnaməsini qanunsuz olaraq ləğv etmişdir. İşdə cavabdehin xeyrinə həll olunası heç bir sübut yoxdur ki, həmin sübuta əsaslanaraq cavabdehin xeyrinə qətnamə qəbul edilsin. Cavabdeh iddia tələbinin təkzib olunması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Onun iddia ərizəsinə etdiyi etiraz və məhkəmə iclasına dəvət etdiyi şahidlər iddia tələbinin rədd olunması üçün əsas ola bilməz. Çünki, cavabdeh tərəfindən məhkəməyə dəvət edilən şahidlərin iddiaçını tanımırlar və onunla cavabdeh arasında borc müqaviləsinin olmasından xəbərsizdirlər. Cavabdehin adına avtomaşın olmamış, yarımqoşqu olmuşdur. Məhkəmə qətnamədə isə yarımqoşqunu çən sistemi ilə səhv salmışdır. Beləliklə də məhkəmə yarımqoşqunun satılmasının və həmin pulun guya ki, iddiaçıya verilərək əvəzləşdirilməsi ilə uzlaşdıraraq, guya ki, yarımqoşqu satılmaqla iddiaçın ın borcunun artıq ödənilməsi faktının baş verdiyini təsdiq edir. Bu tam qanunsuz, məntiqi olmayan və yolverilməz fikirdir. Məhkəməyə iddiaçı tərəfindən təqdim edilmiş sübutlar mötəbərdir, təkzibolunmazdır. Cavabdehin isə iddia tələbini təkzib edən hər hansı bir sübutu yoxdur. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəllənin 743, 745, 427.4, 428.4, 443.1, 443.5, 448.2, 449.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 88, 217, 218-ci maddələrinin tələblərinə əhəmiyyət verməyərək həmin maddələrin tələblərini kobud surətdə pozmuşdur. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etirazı və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında verdiyi kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin vəkili Abid Rüstəmov məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, şikayətin təmin edilməməsini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikas ının Mülki Məcəlləsi: Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin ( mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.3 Kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətb iq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya inst ansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə iddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instan siyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prossesual hüquq normalarının tələbləri pozulduğuna görə qətnamə ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin: - 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasların dan biri kimi təsbit edilmişdir. - 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Həmçinin, Azərbaycan Respublikası MM-nin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən h ərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülkihüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yet irilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Hazırkı iş üzrə iddiaçı ilə cavabdeh arasında 05.09.2017-ci il tarixli cavabdehin iddiaçıya 42.000 ABŞ dolları məbləğində borcun un olması barədə sadə yazılı əqd tərtib edilmiş və hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında tərtib edilmiş 05.09.2017-ci il tarixli sadə yazılı əqd əslində məzmununa görə borcun etirafı haqqında mücərrəd müqavilədir, tərəflər arasında borc razılaşma yolu ilə etiraf olunmuşdur. Apellyasiya məhkəməsi isə 05.09.2017-ci il tarixli qəbzin məzmununu düzgün təfsir etməmiş, həmin sənədin yazılı olmasını, məzmunundan cavabdehin iddiaçıya 42.000 ABŞ dolları məbləğində borcunun olmasını etiraf etdiyini, yəni müqavilənin mühüm şərtlərinin həmin əqddə əks olunduğunu nəzərə almamış, həmin sənədi tərəflər arasında borc müqaviləsinin və müvafiq olaraq da həmin məbləğdə borcun mövcud olduğunu müəyyən edən sübut kimi qəbul etməmişdir. Digər tərəfdən, cavabdeh belə bir qəbzi yazdığını və borcu etiraf etdiyini mübahisələndirməmiş, sadəcə həmin əqdin iddiaçıya məxsus yanacaq çəninin onun adına rəsmiləşdirilməsinə görə tərtib edildiyini, 42000 ABŞ dollarının həmin çənin qiyməti olduğunu və həmin yanacaq cənini iddiaçının əmisi oğlunun adına rəsmiləşdirilməklə, bu əqd üzrə öhdəlliyini icra etdiyini göstərir. Lakin cavabdeh yanacaq çəninin dəyərinin 42.000 ABŞ dolları təşkil etməsi barədə hər hansı sübutu məhkəməyə təqdim etməmiş, həmçinin məhkəmə tərəfindən həmin əmlakın dəyəri müəyyən edilmədən yanacaq çəninin iddiaçının əmisi oğluna satılması barədə müqaviləyə istinad edilməklə, verilən qəbzin öz əhəmiyyətini itirdiyi qənaətinə gəlmişdir. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi idd iaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İşdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifay ətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilibQanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hes ab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticələri yuxarıda qeyd edilən maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edil məli və iş yeni apellyasiya baxışına qaytarılmalı, kassasiya şikayəti isə qismən təmin edilməlidir, çünki iş üzrə yeni qərarın qəbul edilməsinə əsas verən hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4847/2021 nömrəli iş üzrə 18 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar