Məhkəmə qərarları › İş №2(102)-591/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-591/2023

31.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-591/2023 31.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" MTK-nın cavabdeh Məmmədov Lazım Məsim oğluna qarşı ilk, Məmmədov Lazım Məsim oğlunun "xxxx" MTK-ya qarşı qarşılıqlı iddialara dair iş üzrə QƏRARİ (Açar sözlər: müqavilələrin etibarsız hesab edilməsi, pulun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İlk iddiaçı "xxxx" MTK-nın cavabdeh Məmmədov Lazım Məsim oğluna qarşı “müqavilələrin etibarsız hesab edilməsi” barədə ilk iddiası və Məmmədov Lazım Məsim oğlunun cavabdeh "xxxx" MTK-ya qarş ı “pul” tələbi barədə qarşılıqlı iddiasına dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5014/2022 nömrəli, 20 sentyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh Məmmədov Lazım Məsim oğlu tərəfindən verilmiş kassasiya şikayətinə 31 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" MTK ilə Məmmədov Lazım Məsim oğlu arasında bağlanmış 19 sentyabr 2016-cı il tarixli müqaviləyə əsasən MTK Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 31 ünvanında inşa etdiyi binada ümumi sahəsi 100,17 kv.m. olan 2 otaqlı 62 №li mənzili Lazım Məmmədova verməyi, Lazım Məmmədov isə həmin mənzili qəbul etməyi və mənzil haqqını bu müqavilə ilə müəyyən edilmiş vaxtlarda ödəməyi öhdəsinə götürmü şdür. Müqavilədə mənzilin dəyəri 65.111 manat müəyyən edilmişdir. 2. 19 sentyabr 2016-cı il tarixli 4/78 saylı maliyyə arayışının əslindən görünür ki, həmin mənzilin dəyəri olan 65.111 manat pul payçı Məmmədov Lazım Məsim oğlu tərəfindən ödənilmişdir, onun "xxxx" MTK-ya borcu yoxdur. 3. 19 sentyabr 2016-cı il tarixli müqavilədən görünür ki, tərəflər eyni şərtlərlə (tərəflərin hüquq və vəzifələri daha geniş formada müəyyən olunmaqla) qeyd olunan müqaviləni bağlamışlar. Razılaşma barədə müqavilənin 6-cı bəndində, əsas müqavilənin isə 3.4-cü bəndində göstərilir ki, “Alıcı”(“Payçı”) tərəfindən mənzilin dəyəri tam ödənilib. Razılaşma barədə müqavilə cavabdeh tərəfindən imzalansa da, digər müqavilədə onun imzası yoxdur. Lakin hər iki müqavilə iddiaçı tərəfindən imzalanmış və kooperativin möhürü ilə möhürlənmişdir. 4. "xxxx" MTK ilə "xxxx" MMC arasında bağlanmış 21 iyul 2016-cı il tarixli 23 saylı müqaviləyə əsasən "xxxx" MMC "xxxx" MTK üçün 1 komplekt 1000 kq-lıq 16 dayanacaqlı, 1 komplekt 450 kq-lıq 16 dayanacaqlı liftlərin quraşdırılıb təhvil verilməsini, "xxxx" MTK isə görülən işə görə "xxxx" MMC-yə muzd ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə görülən işlərin dəyəri 90.000 manat müəyyən edilmişdir. 5. "xxxx" MTK ilə "xxxx" MMC arasında bağlanmış 21 iyul 2016-cı il tarixli, 23 saylı müqaviləyə əlavə şəklində razılaşma protokoluna əsasən "xxxx" MTK müqavilənin ümumi dəyərinin 29.898 manat hissəsini əvvəlcədən "xxxx" MMC-yə ödəməyi, müqavilənin ümumi dəyərinin qalan hissəsini Xırdalan şəhərində inşa etdiyi binanın 1-ci giriş, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 100,17 k v.m. olan 2 otaqlı 62 №-li mənzili "xxxx" MMC-yə rəsmiləşdirməklə ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı "xxxx" MTK cavabdeh Məmmədov Lazım Məsim oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən "xxxx" MTK-ya məxsus yaşayış binasının 1-ci giriş, 12-ci mərtəbəsində, ümumi sahəsi 100,17 kv.m. olan 2 otaqlı 62 saylı mənzilin müqavilə əsasında Məmmədov Lazım Məsim oğluna verilməsi barədə bağlanmış 19 sentyabr 2016-cı il tarixli “Mənzil tikintisi haqqında müqavilə”nin və 19 sentyabr 2016-cı il tarixli “Müqavilə”nin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MTK- a ilə "xxxx" MMC-nin direktoru X15 arasında tikilmiş binalara liftlərin quraşdırılması ilə əlaqədar 21 iyul 2016-cı il tarixində 23 saylı müqavilə bağlanmışdır. X11 müraciəti əsasında 19 sentyabr 2016-cı il tarixli müqavilə əsasında Məmmədov Lazım Məsim oğluna Abşeron rayon İH Başçısının 25 iyul 2014-cü tarixli 345 saylı sərəncamı ilə Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospektində 1 bloklu, 12 mərtəbəli, 2 otaqlı 62 saylı mənzilin verilməsi barədə müqavilə bağlanmışdır, 100,17 kv.m. sahəsi olan 2 otaqlı mənzilə görə 65.111 manat pul ödənilməli idi. X16 sənədləşmədə iştirak etməsə də, X11 təqdim etdiyi şəxsiyyət vəsiqəsi əsasında mənzil onun adına sənədləşdirilmiş, lakin Məmmədov Lazıma onun MTK-ya borclu olmamasına dair maliyyə arayışı verilməsinə baxmayaraq ona pulun ödənilməsi b arədə kassa qəbzi verilməmişdir. Belə ki, kassa mədaxil qəbzi mənzilə ödənilən pul kassaya mədaxil olunduğu təqdirdə təqdim olunur. Kassa qəbzi olmadığı üçün verilən maliyyə arayışının heç bir hüquqi qüvvəsi yoxdur. Maliyyə arayışı ona görə borcun olmaması nəzərdə tutulmaqla təqdim edilmişdir ki, həmin şəxslər A.Vəliyevi aldadaraq pulun veriləcəyinə inandırıb maliyyə arayışı yazdırmış və qeyd edildiyi kimi, sonradan pulun ödənilməsi barədə qəbz təqdim edilməmişdir. Həmin şəxslərin verdikləri vədlər özünün doğrultmadığına görə, yəni mənzilin pulu ödənilmədiyi üçün Alış Vəliyevlə əlaqə saxlanılmış, Cavabdeh Alışa bildirmişdir ki, bu mənzili Maşallah adlı şəxs ona borclu olduğu pulun əvəzinə alıb verib, Maşallah mənzilin pulunu ödəyib. Vəziyyəti belə gördükdən sonra Alış Vəliyev tərəfindən Mü təşəkkil Cinayətkarlığa qarşı mübarizə idarəsinə Maşallah adlı şəxsin və qeyrilərinin hərəkətlər barədə müraciət olunmuş və onun barəsində Bakı Şəhəri Xətai Rayon Polis İdarəsində əlavə cinayət işi olduğuna görə iş materialları ora göndərilmişdir. Lazım Məmmədovun polisdə verdiyi izahata görə müqavilədəki imzalar ona məxsus deyil. Hal-hazırda Lazım Məmmədovla MTK-a arasında mənzillə bağlı mübahisə davam edir. Həmin mənzil cavabdehin adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmamışdır.

8. Məmmədov Lazım Məsim oğlu qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MTK-dan ona məxsus olan 65.111 manat pulun, əldən çıxmış faydaya görə 10000 manat pulun və ona vurulmuş mənəvi zərərə görə 5000 manat pulun, cəmi 80.111 manat pul vəsaitinin, dövlət rüsumuna görə ödənilmiş 30 m anatın onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Qarşılıqlı iddia tələbi onunla əsaslandırmışdır ki, Məmmədov Lazım Məsim oğlu 2016-cı ildə yeni tikilən kooperativ binalardan yaşayış sahəsi - mənzil almaq məqsədi ilə şəhərin bir çox yerlərində tikilən binalara baxmış və "xxxx" MTK tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 31 ünvanda tikilməkdə olan binanı bəyənmişdir. Həmin binadakı 62 saylı 100,17 kv.m. sahəsi olan 2 otaqlı mənzili almaq qərarına gəlmişdir. 19 sentyabr 2016-cı il tarixdə o, həmin mənzilə dair kooperativlə müqavilə bağlamış və mənzilin tam dəyərini 65.111 manat olmaqla əvvəlcədən ödəmişdir. Bununla əlaqədar ona həmin tarixdə imzalanmış, şirkətin dairəvi möhürü ilə möhürlənmiş müqavilə və ödənişin tam olaraq həyata keçi rilməsinə dair maliyyə arayışı təqdim olunmuşdur. Bundan sonra dəfələrlə mənzilin ona təhvil verilməsi məqsədi ilə kooperativə müraciət etmişdir. Lakin hər dəfə müxtəlif bəhanələrlə mənzili ona təhvil verməyərək getgələ salmışlar. Bu yaxınlarda ona Nizami Rayon Məhkəməsində bildiriş gəlmişdir. Ona məlum olmuşdur ki, kooperativ bağlanmış müqavilənin etibarsız hesab edilməsinə dair məhkəməyə müraciət etmişdir. O, iddia ərizəsini oxuduqda olduqca təəccübləmişdir. İddia ərizəsində göstərilir ki, guya o, şirkətə bir manatda ödəməmişdir. Ortada hansısa vasitəçilər olmuşdur. Guya verilən mənzilin əvəzində Vəliyev Alış adlı şəxs mənzildə lift quraşdırmalı idi. İddia ərizəsində qeyd olunan və iddiaçının irəli sürdüyü bu arqumentlərin heç bir əsası yoxdur və mənzili ona verməmək üçün gətirilən bəhan ədir. Bir daha xatırladır ki, onun əlində kooperativ rəhbərliyinin imzaladığı və möhürlədiyi müqavilə, pulun ödənildiyinə dəlalət edən, eyni qaydada təsdiqlənmiş maliyyə arayışı vardır. Əgər o, qeyd olunan məbləğdə pulu verməsəydi həmin sənədləri ona kim verərdi. Digər tərəfdən, əgər həmin müqavilə formal müqavilə olmuşdursa onda nəyə görə ötən iki il ərzində onun ləğv olunması və ya etibarsız hesab olunması barədə hər hansı bir tədbir görməmişlər. İsrarlı şəkildə mənzili tələb etdikdən sonra iddiaçı məcbur olub məhkəməyə müraciət etmişdir. Eyni zamanda qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Artıq belə bir qənaətə gəlmişdir ki, qeyd olunan mənzildən imtina edib verdiyi pulu geri tələb etsin. Belə ki, təməli düzlük və halallıqla qoyulmayan bir binada yaşamaq istəmir. Eyni z amanda hesab edir ki, "İnşaatçı-2002'’ MTK iki il müddətində onun pulunu alıb saxladığı və mənzili ona təhvil vermədiyi üçün əldən çıxmış faydaya görə, eləcə də ona vurduğu mənəvi zərərə görə təzminat ödəməlidir. Əldən çıxmış faydanı 10.000 manat, vurulmuş mənəvi zərəri isə 5000 manat dəyərində qiymətləndirir. Qeyd olunanlara əsasən ilk iddia tələbini qəbul edir və iddiaçı ilə onun arasında bağlanmış müqavilələrin etibarsız hesab edilməsinə etiraz etmir.

10. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 04 iyul 2018-ci il tarixli, 2(007)-1527/2018 saylı qətnaməsi ilə (hakim Fikrət Mirzəyev) ilk iddia təmin edilmiş, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospektində yerləşən "xxxx" MTK-ya məxsus yaşayış binasının 1-ci giriş 12-ci mərtəbəsində, ümumi s ahəsi 100,17 kv.m olan 2 otaqlı 62 saylı mənzilinin Məmmədov Lazım Məsim oğluna verilməsi barədə bağlanmış 19 sentyabr 2016-cı il tarixli “Mənzil tikintisi haqqında müqavilə”nin və 19 sentyabr 2016-cı il tarixli “Müqavilə”nin etibarsız hesab edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, "xxxx" MTK-dan 65.111 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun alınıb Məmmədov Lazım Məsim oğluna verilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir.

11. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında mənzil tikintisi haqqında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən "xxxx" MTK tərəfindən tikilməkdə olan binada 62 №-li mənzil Məmmədov Lazım Məsim oğluna satılmış, sonuncu isə mənzilin dəyərini, yəni 65.111 manat məbləğini tam olar aq ödəmişdir.

12. Belə ki, 65.111 manat pulun ödənilməsi iddiaçı tərəfindən imzalanmış və möhürlə təsdiq olunmuş müqavilələrlə, eləcə də bu barədə verilmiş 4/78 saylı 19 sentyabr 2016-cı il tarixli maliyyə arayışı ilə tam olaraq öz təsdiqini tapmışdır. İddiaçı cavabdehlə bağladığı hər iki müqavilənin etibarsız hesab edilməsini tələb etmişdir, cavabdeh isə qeyd olunan iddia tələbini qəbul etmişdir. İddiaçı mübahisəli mənzili tikib cavabdehə verməli, cavabdeh isə mənzilin dəyərini əvvəlcədən ödəməli idi.

13. Cavabdeh Məmmədov Lazım Məsim oğlu üzərinə götürdüyü öhdəliyə əməl edərək mənzilin dəyəri olan 65.111 manat məbləğində pulu "xxxx"MTK-nə ödəmişdir. Lakin sonuncu müqavilə öhdəliklərinə əməl etməmiş, mənzili Cavabdeh təhvil verməmiş və ya qanunsuz sahiblik etdiyi pulu sahibinə qaytarmamış dır.

14. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, 65.111 manat məbləğində pulun "xxxx" MTK-dən tələb olunması hissəsində iddia əsaslı olduğundan təmin olunmalıdır. Əldən çıxmış faydaya görə 10.000 manat pulun və vurulmuş mənəvi zərərə görə 5.000 manat pulun "xxxx" MTK-dan tutulması hissəsində iddia əsassız olduğundan rədd olunmalıdır.

15. Belə ki, cavabdeh əldən çıxmış fayda və vurulmuş mənəvi zərər hissədə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş, ona əldən çıxmış faydaya görə 10.000 manat, mənəvi zərərə görə 5.000 manat zərər dəyməsi barədə məhkəməyə sübutlar təqdim etməmişdir.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.4, 337.5, Mülki Prosessual Məcəllənin 52.2, 191.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

17. Maraqlarına toxunulan şəxs X15 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin "xxxx" MTK-dan 65.111 manat pulun alınıb Məmmədov Lazım Məsim oğluna verilməsi hissəsində ləğv edilməsi və həmin hissədə qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanılarsa və gələcəkdə icra edilərsə, onun direktoru olduğu "xxxx" MMC ilə "xxxx" MTK arasında liftlərin quraşdırılmasına dair 21 iyul 2016-cı il tarixli 23 saylı müqaviləyə əsasən görülən işlərin dəyərinin bir hissəsi kimi "xxxx" MTK tərəfindən mübahisəli mənzilin satış üçün icraçıya ayrılması onda X15 liftlərin d əyərinin bir hissəsinin əvəzi olaraq ona ayrılmış mübahisəli mənzildən və həmin mənzilin satışından əldə etməli olduğu vəsaitdən məhrum ola bilər.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər F.Talışinski - sədrlik edən və məruzəçi, R.Eyvazov və Z.Əliyev) 25 noyabr 2019-cu il tarixli 2(103)-13278/2019 saylı qətnaməsi ilə iş üzrə maraqlarına (hüquq və vəzifələrinə) toxunan şəxs X11 apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən (qarşılıqlı iddia ərizəsinin təmin edildiyi hissədə) ləğv edilmiş və iddiaçı Məmmədov Lazım Məsim oğlunun cavabdeh "xxxx" MTK-ya qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bir inci instansiya məhkəməsi mübahisələndirilən hissədə müəyyən edilmiş hallardan səhv nəticəyə gəlmiş və ilk iddianın əsasına varmadan iddianı yalnız qarşı tərəfin iddianı qəbul edilməsi ilə əsaslandırmışdır.

21. İş üzrə tərəflər və maraqların toxunan şəxsin yekdil və mübahisə edilməyən mövqeləri ilə müəyyən edilmişdir ki, cavabdeh mənzil üzrə müqavilələri aksept etməmiş, daşınmaz əmlakın alqı-satqısına, podrat müqaviləsinə və ya tapşırıq müqaviləsinə müvafiq əqdlərdə razılığa dair həqiqi münasibətlər sadəcə iddiaçı ilə maraqlarına toxunan şəxs arasında şərtlə müəyyən edilmiş razılığın əsasında pərdələnmiş əqdin ünsürü kimi maraqlarına toxunan şəxsin göstərməsi ilə cavabdehin adına tərtib edilmiş müqavilələr olmuşdur. Qeyd edilən müqavilələr üzrə münasibətlər iddiaçı və cavabdeh arasında möv cud olmamış, digər şəxslərin vasitəsi ilə həyata keçirilmiş və aldatma halları baş vermişdir. Nəticədə cavabdeh başqa şəxsin ondan borcunun əvəzində iddiaçı tərəfindən onun adına tərtib edilmiş müqavilələr və maliyyə arayışı əsasında (mənzildə sahiblik hüququ əldə etmək müqabilində) borc münabasibətlərinin tənzimlənməsində iştirakçı olmuş, lakin oferta üzrə iddiaçının mövqeyi ona bəlli olmamışdır. Beləliklə, mənzil tikintisi və alqı-satqısı üzrə mübahisə edilən əqdlərdə hər iki tərəfin həqiqi iradələri mənzili almaq və ya vermək olmamış, bir tərəf liftlərin quraşdırılması müqabilində zəmanət kimi mənzili maraqlarına toxunan şəxsə təqdim etmiş, digər tərəf isə başqa şəxsin ona olan borcunun əvəzində mənzili qəbul etmişdir. Ona görə əqdin formal (yalan) olduğu danılmazdır, bu formal münasibə tlər üzrə iddiaçının cavabdeh qarşısında mülki məsuliyyətini müəyyən edən hallar müəyyən edilmir və iddiaçı-tərəfindən cavabdehə ödənilməli (qaytarılmalı) olan pulun faktiki və hüquqi əsasları mövcud deyildir.

22. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər pərdələnmiş münasibətlər (əslində nəzərdə tutduqları əqd) üzrə onlara cavab verməli olan şəxslərə qarşı tələblər irəli sürməmiş və iddiaçının əqd üzrə aldıqları sübuta yetirilmədiyindən onu qaytarmağa da vəzifəsi yaranmamışdır. Cavabdehə və maraqlarına toxunan şəxsə izah edilməlidir ki, hazırki mülki iş üzrə tələb həddində prosessual məhdudiyyət baxımından araşdırma imkanları yolverilməz olduğundan onların mülki münasibətdə olduqları şəxslərdən mülki və ya cinayət təqibi proseduru qaydasında tələb etmək hüququ, habelə pul-əmlak dövriyyəsi üzrə mübahisələrin həlli imkanları tükənməmişdir.

23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 328, 337, 340.2, 347, 360, 403, 404, 409, 425, 431, 441-443, 454, 560, 646-654, 739-745, 752, 760, 777, Mülki Prosessual Məcəllənin 14, 77, 88, 384, 386-cı maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

24. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

25. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər İ.Xəlilov sədrlik edən və məruzəçi, Ə.Əliyev və M.Əhmədova) 2(102)-2730/2020 nömrəli iş üzrə 21 avqust 2020-ci il tarixli qərarı i lə Cavabdeh kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin iş üzrə 25 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, işə apellyasiya qaydasında yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi qət edilmişdir.

26. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, apellyasiya məhkəməsi şikayəti təmin etməklə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.

27. Belə ki, mübahisə, iddiaçı "xxxx" MTK ilə cavabdeh Məmmədov Lazım Məsim oğlu arasında olan mübahisədir. Bir tərəf müqavilənin əhəmiyyətsiz əqd olması əsası ilə etibarsızlığını tələb edir, qarşı tərəf isə mənzil tikintisi üçün MTK-ya vermiş olduğu pulun geri qaytarılmasını tələb edir. İşə baxan birinci instansiya məhkəməsi müqaviləni etibarsız hesab etmiş və qarşı tərə fin kooperativə vermiş olduğu pulun elə kooperativin özündən cavabdehin xeyrinə tutulmasını qət etmişdir. Həmin pulun (kooperativdən tutulan) MTKdan tutulmasının maraqlı şəxsin hərhansı hüquqlarını pozması məntiqsizdir. Maraqlı şəxs bunu belə əsaslandırır ki, mübahisəli mənzil müqavilə əsasında ona satılmış və əqdlər etibarsız hesab olunduqdan sonra onun mənzili yenidən sahibliyinə qaytarmaq hüququ var. Müqavilələr əhəmiyyətsiz əqd kimi etibarsız hesab olunduğundan hazırkı işdə MM-nin 337.5-ci maddəsi tətbiq oluna bilməzdi. Çünki mənzilə görə pulun verilməməsi məhkəmə baxışı zamanı təsdiq olunmuşdur. Pulun kooperativdən geri alınması mənzilin ona verilməsinin qarşısını alır.

28. Məhkəmə kollegiyası belə bir əsaslanma ilə razılaşmayaraq göstərmişdir ki, maraqlı şəxsin mənzilə hüquqları tərə flər arasında (MTK ilə) bağlanmış mənzil tikintisi haqqında müqavilə ilə baş tutmuşdur. Tərəf həmin müqaviləyə istinad etməklə mənzili geri tələb edə bilər. Amma işə baxan məhkəmənin əqdi əhəmiyyətsiz əqd hesab edərkən eyni zamanda alınanların geri qaytarılması barədə ziddiyyətli qərar qəbul etməsi, barəsində qərar çıxarılmış tərəfin (MTK-nın) hüquq və mənafelərini pozur. Hazırkı işdə belə hüquqa MTK sahibdir və ancaq onun şikayəti ilə həmin məsələ həll edilə bilərdi. MTK-dan pul tutulması mənzilin maraqlı şəxsə qaytarılmasına əngəl deyil.

29. Məhkəmə qeyd etmişdir ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıq ların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hü ququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır.

30. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 416, 418.1-ci maddələrinə istinadla əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

31. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Ş.Məmmədova - sədrlik edən və məruzəçi, E.Mehdiyev və X.Sarıyev) 2(103)-673/2021 nömrəli iş üzrə 11 fevral 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şik ayəti təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 iyul 2018-ci il tarixli 2(007)-1527/2018 nömrəli qətnaməsinin qismən - qarşılıqlı iddia ərizəsinin təmin olunduğu hissədə ləğv edilməsi, iddiaçı Məmmədov Lazım Məsim oğlunun cavabdeh "xxxx" MTK-ya qarşı pul tələbinə dair qarşılıqlı iddianın təmin olunmaması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

32. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, X11 direktoru olduğu "xxxx" MMC ilə "xxxx" MTK arasında liftlərin quraşdırılmasına dair 21 iyul 2016-cı il tarixli 23 saylı müqavilə bağlanmış, daha sonra həmin müqaviləyə 21 iyul 2016-cı il tarixli razılaşma protokolu imzalanaraq "xxxx" MTK tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasında liftlərin quraşdırılması üzrə müqavilə qiymətinin 90. 000 manat olduğu, liftlərin quraşdırılmasının dəyərinin 29.898 manat hissəsinin əvvəlcədən ödənilməsi, qalan hissəsinin ödənilməsinin isə "xxxx" MTK tərəfindən mübahisəli mənzilin satış üçün İcraçıya ayrılması və İcraçının təqdimatı əsasında alıcının adına maliyyə arayışı ilə birlikdə sənədləşdirilməsi yolu ilə həyata keçirilməli olması razılaşdırılmışdır. Bu əsasla mübahisəli mənzil X11 təqdimatı üzrə X1 təqdim etdiyi şəxsin adına, yəni Məmmədov Lazım Məsim oğlunun adına rəsmiləşdirilmiş, lakin bu zaman "xxxx" MTK ilə Məmmədov Lazım Məsim oğlu arasında bağlanması üçün mənzilə dair tərtib edilmiş 19 sentyabr 2016-cı il tarixli «Mənzil tikintisi haqqında» müqavilədə alıcının adının qarşısında Məmmədov Lazım Məsim oğlu deyil, səlahiyyəti olmayan başqa şəxs imza etmiş, mənzilə görə Məmmədov L azım Məsim oğlu və ya hər hansı başqa şəxs tərəfindən isə həmin mənzilə görə "xxxx" MTK-ya hər hansı məbləğdə pul ödənilməmişdir. Məmmədov Lazım Məsim oğlunun tanışı X10 2014-cü ildə İrandan mərmər daşlarını alıb Azərbaycana gətirmək adı ilə Məmmədov Lazım Məsim oğlundan bir ildən gec qaytarmamaq şərtilə 40.000 manat borc pul almış, lakin sonradan həmin pulu qaytara bilməmiş, Məmmədov Lazım Məsim oğlu pulun qaytarılmasını dəfələrlə X6 tələb etmiş, X5 Alış Vəli oğlunun liftlərin quraşdırılmasının dəyərinin bir hissəsinin əvəzində ona ayrılmış mübahisəli mənzili satışa çıxardığından xəbər tutduqdan sonra həmin mənzili 40.000 manat borcunun əvəzində Məmmədov Lazım Məsim oğlunun adına rəsmiləşdirməyi Məmmədov Lazım Məsim oğluna təklif etmiş, Məmmədov Lazım Məsim oğlu bununla razılaşmış, X3 Laz ım Məsim oğlunun şəxsiyyət vəsiqəsinin surətini alıb X13 verərək mənzilin həmin adamın adına rəsmiləşdirilməsini, pulunun isə X13 veriləcəyini bildirmişdir. Lakin sonradan X10 bir tərəfdən mənzilin dəyərini X13 ödəməmişdir, digər tərəfdən də Məmmədov Lazım Məsim oğluna olan 40.000 manat borcunu Məmmədov Lazım Məsim oğluna qaytarmamışdır. Mübahisəli mənzilin Məmmədov Lazım Məsim oğlunun adına sənədləşdirilməsinə baxmayaraq, X15 həmin mənzilə görə hər hansı məbləğdə vəsait əldə edə bilmədiyindən, buna görə liftlərin quraşdırılmasını həyata keçirə bilmədiyindən "xxxx" MTK tərəfindən X13 mənzilin satışından əldə etdiyi vəsaitdən qaytarmaq şərtilə əlavə olaraq 24.000 manat pul verilmiş, həmin borc məbləği hesabına X15 nəhayət ki, liftlərin quraşdırılmasını sona çatdırmış, lakin bu zaman "xxxx" MTK-ya 24.000 manat məbləğində borclanmışdır.

33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanılarsa və gələcəkdə icra edilərsə, onda Məmmədov Lazım Məsim oğlu "xxxx" MTK-ya ödəmədiyi 65.111 manat pulu əldə edərək son nəticədə "xxxx" MTK-ya vurulmuş ziyan hesabına əsassız varlanmış olacaq, X10 həmin mənzilə görə hər hansı şəxsə hər hansı məbləğdə ödəniş etmədiyinə görə Məmmədov Lazım Məsim oğluna ödəməli olduğu 40.000 manat borcunun ödənilməsindən X13 və "xxxx" MTK-ya vurulmuş ziyan hesabına qurtulmuş olacaqdır.

34. Həmçinin, belə bir vəziyyətdə "xxxx" MTK isə öz vəsaiti hesabına, məsələn 50.000 manata inşa etdiyi mənzilə görə yenidən 65.111 manat verərək öz mənzilini öz vəsaiti hesab ına təkrar əvəzli olaraq almış olacaqdır. Bununla da öz mənzilinə görə əlavə olaraq 65.111 manat maddi ziyana düşmüş olacaqdır.

35. X15 liftlərin dəyərinin bir hissəsinin əvəzi olaraq ona ayrılmış mübahisəli mənzildən və həmin mənzilin satışından əldə etməli olduğu vəsaitdən məhrum edilmiş olacaqdır. Belə ki, mübahisəli mənzil Məmmədov Lazım Məsim oğlunun adına rəsmiləşdirildiyi zaman həqiqətən satılmış olsaydı və həmin mənzilə görə alıcı tərəfindən ödənilməli olan 65.111 manat X13 verilmiş olsaydı, həmin vəsait "xxxx" MMC ilə "xxxx" MTK arasında liftlərin quraşdırılmasına dair bağlanmış 21 iyul 2016-cı il tarixli 23 saylı Müqavilə və həmin müqaviləyə 21 iyul 2016-cı il tarixli Razılaşma protokolu ilə razılaşdırıldığı kimi tamamilə X11 ixtiyarında olacaqdı və belə görünür ki, həmin vəsaiti n 41.000 manat hissəsi X11 liftlərin quraşdırılmasından əldə etdiyi gəliri olacaqdır. Lakin hazırkı vəziyyətdə həmin mənzilə görə X13 Məmmədov Lazım Məsim oğlu və ya X10 tərəfindən hər hansı məbləğdə vəsait ödənilmədiyindən, habelə həmin mənzilə görə Məmmədov Lazım Məsim oğlu və ya hər hansı başqa şəxs tərəfindən "xxxx" MTK-ya da hər hansı məbləğdə pul ödənilmədiyindən, digər tərəfdən mübahisələndirilən qətnamənin icrası qaydasında "xxxx" MTK-dan məhz həmin mənzilə görə 65111 manat pul alınıb Məmmədov Lazım Məsim oğluna verilməli olduğundan X15 mənzilin satışından əldə etməli olduğu 41000 manat gəlirindən məhrum edilmiş olacaq, "xxxx" MTK-dan əlavə olaraq aldığı 24000 manat borc pulu da, məhz öz vəsaiti hesabına "xxxx" MTK-ya qaytarmalı olacaqdır. Göründüyü kimi, Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)1527/2019 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin X11 maraqlarına (hüquq və vəzifələrinə) toxunur.

36. Qətnamənin ilk iddiaya dair (təmin edilən) hissəsindən şikayət verilmədiyindən və orada qeyd edilən əsaslar mübahisələndirilmədiyindən kollegiya bu hissədə işin araşdırılmasını qanuni hesab etməmişdir.

37. Lakin apellyasiya şikayətinin mübahisə edilən hissəsində qətnamənin düzgün nəticəyə müəssər olması üçün ilk iddiada qeyd edilmiş əsaslar və orada qeyd edilən hüquq və vəzifələrinə toxunan şəxsin cəlb edilməməsi baxımından qarşılıqlı iddianın təmin edilən hissəsinə qiymət verilməsini zəruri hesab edərək qeyd etmişdir ki, iş üzrə tərəflər və maraqların toxunan şəxsin yekdil və mübahisə edilməyən mövqeləri ilə müəyyən edilmişdir ki, cavabdeh mənzil üzrə müqavilələri aksept etməmiş, daşınmaz əmlakın alqı-satqısına, podrat müqaviləsinə və ya tapşırıq müqaviləsinə müvafiq əqdlərdə razılığa dair həqiqi münasibətlər sadəcə iddiaçı ilə maraqlarına toxunan şəxs arasında şərtlə müəyyən edilmiş razılığın əsasında pərdələnmiş əqdin ünsürü kimi maraqlarına toxunan şəxsin göstərməsi ilə cavabdehin adına tərtib edilmiş müqavilələr olmuşdur. Qeyd edilən müqavilələr üzrə münasibətlər iddiaçı və cavabdeh arasında mövcud olmamış, digər şəxslərin vasitəsi ilə həyata keçirilmiş və aldatma halları baş vermişdir. Nəticədə cavabdeh başqa şəxsin ondan borcunun əvəzində iddiaçı tərəfindən onun adına tərtib edilmiş müqavilələr və maliyyə arayışı əsasında (mənzildə sahiblik hüququ əldə etmək müqabilində) borc münabasibətlərinin tənzimlənməsində iştirakçı olmuş, lakin oferta ü zrə iddiaçının mövqeyi ona bəlli olmamışdır.

38. Mənzil tikintisi və alqı-satqısı üzrə mübahisə edilən əqdlərdə hər iki tərəfin həqiqi iradələri mənzili almaq və ya vermək olmamış, bir tərəf liftlərin quraşdırılması müqabilində zəmanət kimi mənzili maraqlarına toxunan şəxsə təqdim etmiş, digər tərəf isə başqa şəxsin ona olan borcunun əvəzində mənzili qəbul etmişdir. Ona görə əqdin formal (yalan) olduğu danılmazdır, bu formal münasibətlər üzrə iddiaçının cavabdeh qarşısında mülki məsuliyyətini müəyyən edən hallar müəyyən edilmir və iddiaçı tərəfindən cavabdehə ödənilməli (qaytarılmalı) olan pulun faktiki və hüquqi əsasları mövcud deyildir.

39. Yalan əqd əhəmiyyətsizdir və onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tət biq edilir, habelə əqd etibarsız olduqda (Mülki Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa) tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Lakin göründüyü kimi, tərəflər pərdələnmiş münasibətlər (əslində nəzərdə tutduqları əqd) üzrə onlara cavab verməli olan şəxslərə qarşı tələblər irəli sürməmiş və iddiaçının əqd üzrə aldıqları sübuta yetirilmədiyindən onu qaytarmağa da vəzifəsi yaranmamışdır.

40. Məhkəmə hesab etmişdir ki, cavabdehə və maraqlarına toxunan şəxsə izah edilməlidir ki, hazırki mülki iş üzrə tələb həddində prosessual məhdudiyyət baxımından araşdırma imkanları yolverilməz olduğundan onların mülki münasibətdə olduqları şəxslərdən mülki və ya cinayət təqibi proseduru qaydasında tələb etmək hüququ, habelə pul-əmlak dövriyyəsi üzrə mübahisələrin həlli imkanları tükənməmişdir.

41. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 324, 328, 337, 340.2, 347, 360, 403, 404, 409, 425, 431, 441-443, 454, 560, 646-654, 739-745, 752, 760, 777-786-cı maddələrinə istinadla əsaslandırmışdır. e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

42. Cavabdeh Məmmədov Lazım Məsim oğlu kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-673/2021 saylı qətnaməsinin ləğv edilməsi, üçüncü şəxs məhkəmə X2 subyektiv hüququ pozulmadığından birinci instansiya məhkəməsi qətnaməsindən X11 verdiyi apellyasiya şikayətinin təmin edilməməsi, (mümkünsüz hesab edilməsi), birinci instansiya məhkəməsi qətnaməsinin qüvvəsində saxlanması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

43. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MTK-da publik hüquq daşıyıcısı olaraq, müstəqildir, öz öhdəliklərinə görə "xxxx" MMC-nin qarşısında deyil, qanunvericilik qarşısında cavabdehlik daşıyır. "xxxx" MTK-nın mənzil satması ilə bağlı vətəndaş Məmmədov Lazım Məsim oğlundan aldığı birbaşa və ya dolayısı pulun qaytarılmasının, "xxxx" MMC-nin gördüyü iş üçün podratçıdan pulunun tələb edibetməməyinin Məmmədov Lazıma məhkəmə qaydasında qaytarılmasına cavabdehliyi yoxdur. Bakı Apellyasiya Məhkəməsi qətnaməsinin əsaslandırıcı hissəsində iddiaçı Məmmədov Lazım Məsim oğlu ilə "xxxx" MTK arasındakı müqaviləni f ormal əqd hesab edərək, iddiaçı tərəfindən cavabdehə yəni, "xxxx" MTK-ya ödənilməli olan pulun faktiki və hüquqi əsaslarının mövcud olmadığı üçün sözügedən müqaviləni yalan müqavilə hesab etmişdir. Bu əqdin yalan müqavilə hesab edilməsi üçün X11 və həmçinin, "xxxx" MTK-nın mövqelərinə istinad etmişdir. Odur ki, üçüncü şəxs X11 iddiası üzrə "xxxx" MTK və Məmmədov Lazım Məsim oğlu arasındakı müqavilənin etibarlı olub-olmaması mülki mühakimə predmeti ola bilməz. 44. "xxxx" MMC mübahisələndirilən mənzilin "xxxx" MTK və Məmmədov Lazım Məsim oğlu arasında alqı-satqı edilməsində münasibətlərdə nə iddiaçı, nə də ki cavabdeh statusunda olmadığından və bu Məmmədov Lazım Məsim oğlu ilə "xxxx" MTK arasında mənzil alıcısı müqaviləsi üçün ödənilməsi Məmmədov Lazıma aid olan ödəniş pulunun Cavabdeh qayta rılması X11 qanunla qorunan hər hansı mənafeyini pozmadığından bu mülki münasibətlərdə subyektiv hüquqa malik deyildir.

45. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3504/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə (hakimlər Elşanə Vəliyeva (sədrlik edən və məruzəçi), Elşad Şamayev və Aqil Abbasov) cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qət edilmişdir.

46. Məhkəmə hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya məhkəməsinin əvvəlki qərarında qeyd edilən göstərişləri ümumiyyətlə müzakirə etməmiş, onlarla hansı əsaslara görə razılaşmadığını qətnamədə göstərməmişdir.

47. Məhk əmə X11 direktoru olduğu "xxxx" MMC ilə "xxxx" MTK arasında liftlərin quraşdırılmasına dair 21 iyul 2016-cı il tarixli 23 saylı Müqaviləyə əsasən görülən işlərin dəyərinin bir hissəsi kimi "xxxx" MTK tərəfindən mübahisəli mənzilin satış üçün İcraçıya ayrılmasını birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanılarsa və gələcəkdə icra edilərsə, onda X15 liftlərin dəyərinin bir hissəsinin əvəzi olaraq ona ayrılmış mübahisəli mənzildən və həmin mənzilin satışından əldə etməli olduğu vəsaitdən məhrum edilmiş olacağına istinad edərək, qətnamənin X11 maraqlarına (hüquq və vəzifələrinə) toxunduğu qənaətinə gəlmiş, bu zaman, 21 iyul 2016-cı il tarixli 23 saylı liftin quraşdırılması barədə müqavilənin fiziki şəxs X15 ilə deyil, hüquqi şəxs "xxxx" MMC ilə bağlanmasına da diqqət yetirməmişdir.

48. Qətnamə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.1, 15.2, 15.4, 217, 416.1, 417, 418.1, 420-ci maddələri ilə əsaslandırılmışdır. f)Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

49. Maraqlarına toxunulan şəxs "xxxx" MMC apellyasiya şikayəti verərək, qətnamənin qarşılıqlı iddianın təmin olunmasına dair hissədə ləğv edilməsini və həmin hissədə iddianın təmin olunmamasını xahiş etmişdir.

50. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanılarsa və gələcəkdə icra edilərsə, "xxxx" MMC ilə "xxxx" MTK arasında liftlərin quraşdırılmasına dair 21 iyul 2016-cı il tarixli 23 saylı müqaviləyə əsasən "xxxx" MMC liftlərin dəyərinin bir hissəsinin əvəzi olaraq ona ayrılmış mübahisəli mənzildən və həmin mənzilin satı şından əldə etməli olduğu vəsaitdən məhrum ola bilər. Apellyator hesab edir ki, cavabdeh Məmmədov Lazım Məsim oğlunun həmin mənzilə görə "xxxx" MTK-ya pul ödəməməsi iş materialları ilə sübut olunduğu halda, məhkəmə əsassız olaraq 65111 manat pulun "xxxx" MTK-dan alınıb Məmmədov Lazım Məsim oğluna ödənilməsini qət etmişdir.

51. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5014/2022 nömrəli, 20 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər İlham Kərimli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Elşən Kazımov) maraqlarına toxunulan şəxs "xxxx" MMCnin apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın qismən təmin olunması, yəni "xxxx" MTK-dan 65111 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun alınıb Məmmədov Lazım Məsim oğluna verilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi qət edilmişdir.

52. Məhkəmə qeyd etmişdir ki, Məmmədov Lazım Məsim oğlunun iş yoldaşının vasitəsilə tanıdığı X7 İran İslam Respublikasından mərmər materiallarının gətirilməsi ilə bağlı 2014-cü ilin mart ayında 1 il müddətinə qaytarmaq şərtilə 40000 manat borc vermiş, Maşallah Xəlilov borcunu qaytara bilmədiyinə görə ona olan 40000 manat borcunun əvəzində Xırdalan şəhəri H.Əliyev prospekti, 31 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş binada sahəsi 100,17 kv.metr olan 62 saylı mənzilə dair onun adına bağlanmış müqaviləni bir nüsxədə və xx.xx.2016-cı il tarixli maliyyə arayışını vermişdir. Məmmədov Lazım Məsim oğlu izahatında bildirmişdir ki, Maşallaha verdiyi 40000 manatdan əlavə, qalan 25000 ma nat pulu X13 çatdırması üçün Qulu adlı şəxsə versə də, həmin 25000 manat pulun Alış Vəliyevə çatdırılmasından məlumatı yoxdur.

53. Məhkəmə araşdırması zamanı Məmmədov Lazım Məsim oğlu özü də etiraf etmişdir ki, müqavilədə olan imza ona məxsus deyil, müqavilədəki imzanı onun əvəzindən Ədalət adlı tanışı çəkmişdir. Bundan əlavə, o, "xxxx" MTK-ya 62 saylı mənzilə görə pul ödəməmiş, həmin mənzil Maşallah adlı şəxsin ona olan 40000 manat məbləğində borcun müqabilində əvəzləşdirilmiş, qalan 25000 manat pulu isə mənzilin onun adına sənədləşdirilməsi üçün müvafiq sənədləri qəbul etmiş Alış Vəliyevə çatdırması üçün Qulu adlı şəxsə vermişdir.

54. Beləliklə, 19 sentyabr 2016-cı il tarixli müqavilələr üzrə 62 saylı mənzilə görə Məmmədov Lazım Məsim oğlu tərəfindən "xxxx" MTK-ya pul vəsaiti ödənilməməs i Lazım Məmmədovun etirafedici izahatları ilə yanaşı, iş materiallarında olan sənədlərlə sübuta yetirilmişdir.

55. Məhkəmə hesab etmişdir ki, "xxxx" MTK etibarsız hesab edilmiş 19 sentyabr 2016-cı il tarixli müqavilələr üzrə Məmmədov Lazım Məsim oğlundan pul vəsaiti və ya sair əmlak almadığına görə mənzilin dəyəri olan 65111 manat pul həmin MTK-dan alınıb Lazım Məmmədova verilə bilməz.

56. Həmçinin, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı təmin edərkən müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş maddi hüquq normalarını pozmuşdur.

57. Qətnamə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.5, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 384.0.2, 385.1, 386, 390-cı maddələri ilə əsaslandırılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

58. Cavabdeh Məmmədov Lazım Məsim oğlu (Vəkil3) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

59. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məmmədov Lazım Məsim oğlu izahatında bildirmişdir ki, X7 verdiyi 40.000 manatdan əlavə, qalan 35.000 manat pulu X13 çatdırması üçün Qulu adlı şəxsə versə də, həmin 25.000 manat pulun X13 çatdırılmasından məlumatı yoxdur. Apellyasiya instansiya məhkəməsi tərəflər arasında münasibətin yaranmasına dair əsası iş materialları və izahatlar əsasında müəyyənləşdirsə də, həmin xüsusatın reallığı əks etdirib-etdirməməsini aydınmaşdırma qdan ötrü məsələni aydınlaşdırmamış və nəticədə işin faktiki halları ilə məhkəmənin müəyyən etdiyi hal arasında ziddiyyətin yaranmasını qaçılmaz etmişdir.

60. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1 və 2-ci hissələrinə, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumun T.Mənsurovun şikayəti üzrə xx.xx.2011-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2ci maddəsinin şərh edilməsinə dair 18 mart 2022-ci il tarixli qərarına, İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 324.4, 337.5, 389.1, MPM-nin 14.2, 88, 217.1-ci maddələrinə istinad edərək əsa slandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

61. Kassasiya şikayətinə qarşı iddiaçı və maraqlarına toxunan şəxs tərəfindən etiraz daxil olmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

62. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.

63. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Mülki Prosessual Məcəllə

64. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araş dırmalı və onlardan istifadə etməlidir.

65. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

66. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

67. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

68. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə ap ellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

69. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

70. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

71. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pro sessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

72. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütovlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

73. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nət icələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

74. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

75. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiya sı hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

76. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

77. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5014/2022 nömrəli, 20 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə mini

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar